Tanınmış müğənnidən HƏYƏCAN TƏBİLİ: .....                     "Torpağı sənədləşdirmək üçün 6 min istədi” .....                     Natiq Cəfərli REAL Partiyasının yeni sədri seçilib .....                     Sözdə "demokratiya", yoxsa reallıq? .....                     Ondan nəsə yenilik gözləmək... MƏNASIZ İMİŞ! .....                     “Başlarına adam yığa bilmirlər, Qarabağa qayıtmaqdan dəm vururlar” .....                     Ohanyan və Xaçaturov "alçaq, cinayətkar!" şüarları ilə qarşılandı .....                     Azərbaycanda yağlar niyə bahalaşıb? .....                     10 gün sonra Paşinyanı devirmək üçün hərəkətə keçəcəklər .....                     Şağan Bələdiyyə sədrinə hökm oxundu .....                     “Dolmabizimdir”çilər öz amplualarında: nəfəsləri də yalan qoxur .....                     Ağadadaş Ağayevin “balta olayı”nda adı hallanan mühafizə şirkəti .....                     “Bakı Şifer və Keramika” ASC ləğv olunur .....                     Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayıb .....                     Niyə AYNA-da özümüzü `ƏYRİ GÖRÜRÜK`... .....                     Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb .....                     "Şəkil paylaşanda gərək and içim" .....                     Milli Məclis sədr müavinləri komitə sədri olmayacaq .....                     Əli Əhmədovun Milli Məclis sədrinin müavini vəzifəsinə .....                     19 saylı Uşaq Poliklinikası ÖZBAŞINA QALIB? .....                     Müharibə qəhrəmanı, cəsur polkovnik hələ də kirayədə yaşayır .....                     Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb .....                     "İşləyən əlillərin bu hüquqları praktikada necə həyata keçirilir..." .....                     Biznesmeni pula görə oğurlayan şəxs yenidən məhkəmə qarşısında .....                     Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub .....                     32 illik MƏNİMSƏMƏ: BU GÜN DƏ DAVAM EDİR? .....                     Rus sərhədçiləri xəbərdarlıq etdi, Ermənistan qarışdı .....                     Rəcəb Tayyib Ərdoğanın ABŞ-də Nikol Paşinyanla görüşü planlaşdırılır .....                     Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub .....                     Neftçalada 5 uşaqlı ailə SƏFİL DURUMUNDA... .....                     Su polisinin uğurlu narkotik əməliyyatı .....                     Reklamları ilə əməlləri DÜZ GƏLMİR... .....                     Bizi qarşıda əla xəbərlər gözləyir... .....                     Müştərisi `İrşad Elektroniks`ə ÜSYAN ETDİ .....                     `Ziraat Bank`da SİSTEM xarab olub, yoxsa? .....                     Ölkə təhsilinin inkişafına növbəti töhfə .....                     Medianews.az saytının 12 yaşı tamam olur .....                     Tələbələrə yataqxana, dərslik və nəqliyyat üçün də kredit veriləcək? .....                     Silahla ehtiyatsız davranan leytenant həlak olub .....                     YAP yenə də onun namizədliyini İRƏLİ SÜRDÜ .....                 

Ölkə təhsilinin inkişafına növbəti töhfə - MƏQALƏ
Tarix: Bu gün, 08:44 | Çap et
Ölkə təhsilinin inkişafına növbəti töhfə
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan tarixində ilk
dəfə olaraq, 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu
əlamətdar günün qeyd edilməsi xüsusi önəm daşıyır. Bu gün ordumuzun
göstərdiyi şücaət, qəhrəmanlıq və vətən sevgisi nəticəsində nail olduğumuz
qələbə tarixidir. Belə ki, 2023-cü il 19-20 sentyabr tarixində ordumuzun
başlatdığı antiterror əməliyyatları uğurla nəticələnmiş və Azərbaycan
Respublikasının suverenliyi tamamilə bərpa edilmişdir.
Prezident İlham Əliyevin məhz 20 sentyabr tarixində doğma Qarabağa,
Xankəndi, Ağdam şəhərinə səfəri və bu səfər nəticəsində bir sıra açılışlar
etməsi, mühüm məkanların yenidən bərpası üçün təməlqoyma
mərasimlərində iştirakı bir daha göstərdi ki, Qarabağın əsl sahibi onu
yenidən dirçəldən, qurub-yaradan Azərbaycan dövləti və Azərbaycan xalqıdır.
Xüsusilə qeyd etmək istərdim ki, vaxtilə terrorçuların yuvasına çevrilmiş
Xankəndi şəhərinə dövlət başçımızın səfəri nəinki Ermənistana, bütün
dünyaya göstərdi ki, bura qədim Azərbaycan torpaqlarıdır.
Beləliklə, Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ
Universitetinin də açılışını etmiş oldu. Məhz Qarabğın təhsil mərkəzinə
çevrilməsi əsas hədəflərdən biridir. Qısa müddət ərzində universitetin yeni
tədris ilinə hazır olması, uzun müddət sonra ilk tələbələrini qəbul etməsi
ölkəmizin öz sərvətlərinə daim diqqətlə yanaşdığının sübutudur. Belə ki,
Prezident Qarabağ Universitetinin açılışı zamanı müəllim-tələbə kollektivi ilə
də görüşmüş, onlarla fikirlərini bölüşmüş və hələ də ölkəmizə qarşı ədalətsiz
fəaliyyətləri davam etdirənlərə qarşı həqiqəti və öz qəti mövqeyini bəyan
etmişdir.
Prezident İlham Əliyev çıxışı zamanı Dövlət Suverenliyi Gününün təsis
edilməsi, Azərbaycan ordusunun qəhrəmanlığını diqqətə çatdırdı: “İlk
növbədə, sizi və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü
münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu günü biz birlikdə Xankəndidə
qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş
qeyd ediləcək. Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət
suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror
əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət
suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz
gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi
hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən
şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror
əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət
zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və
vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ
müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.
Bəli, 30 il keçməsinə baxmayaraq xalqımız işğalda olan torpaqlarını
unutmadı, əksinə, onu işğaldan azad etmək, suverenliyimizi bərpa etmək
üçün hər gün daha çox gücləndi, daha çox çalışdı. Torpaqlarımızı azad edən
gənclərimiz vətən sevgisi ilə, vətənpərvərlik hissi ilə böyüdüldülər. Həmin
gənclər vətənimizin ən çətin anında canlarından, doğmalarından keçərək,
addım-addım bələd olmadığları, çətin relyefli Qarabağ torpağını işğaldan
azad etməyə müvəffəq oldular. Bu qələbəyə sadəcə 44 gün ərzində nail
olduq. Qısa müddət ərzində belə bir nailiyyət əldə edilməsi həm də xalqımızın
kiçikdən - böyüyə ordumuza hər yolla dəstək olması, birlik olmasıdır. Digər bir
səbəb də, təbii ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin hərb və siyasi
müstəvidəki fəaliyyətləri, uğurları, qəbul etdiyi qərarlar, yürütdüyü uğurlu daxili
və xarici siyasətin nəticəsidir. Beləliklə, bu qələbə Ordu, Xalq və Ali baş
komandan birliyinin uğurlu nəticəsidir. 44 günlük Vətən Müharibəsi və
antiterror əməliyyatları Azərbaycanın gücünü, qüdrətini dünyaya göstərmiş
oldu. Bu gün bu şanlı qələbə dünya tərəfindən öyrənilir və öyrədilir.
Biz torpaqlarımızı işğal edən Ermənistan və onun havadarlarını
unutmamalıyıq. Hər zaman vətən sevgisi, vətənpərvərlik yaşamalıdır.
Prezidentin dediyi kimi, “Mən bu gün bizim müəllimlərimizi, onların işini
xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var.
İki tərbiyə mənbəyi var - ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə
dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu
diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamilə
eybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur.
Ona görə ailə dəyərləri, ailə tərbiyəsi birinci növbədə qorunmalıdır. Yenə də
deyirəm, müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda,
onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci
Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər
Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular,
yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar”.
Bu gün Qarabağda sürətli şəkildə bərpa-quruculuq işləri həyata keçirilir.
Artıq çox sayda məcburi köçkünlər öz yurdlarına qayıtmış və bu davamlı
şəkildə həyata keçirilir. Elə cə də yeni yaradılan Qarabağ Universiteti də bu
işlərin bir hissəsidir.
Prezident İlham Əliyev: “Bu gün, eyni zamanda, Qarabağ Universitetinin
açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20
sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab
edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin
noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim.
Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və
Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. Demək olar ki, bina
yenidən quruldu”.
Prezident Ilham Əliyev Qarabağın tarixini bir daha hər kəsin diqqətinə
çatdırdı: Bura bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda
bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim
Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir - Xanın kəndi.
Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti
nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da
ümumiyyətlə, yox idi. Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə -
“Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı
işğalı da şərtləndird.
XX əsrin əvvəlində isə xalqımıza qarşı növbəti düşmənçilik addımları
atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda
“Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı
Respublikasının tərkibində idi. Məhz bu müqavilələrdən sonra heç vaxt
Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi
Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir”.
Beləliklə, belə bir vaxtda Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlişi ilə
erməni terrorçularının qarşısın aldı. Azərbaycan müstəqilliyini əldə etdi.
Bu gün artıq uzun müddətdən sonra erməni işğalçıları torpaqlarımızdan
qovuldu, separatçılar, terrorçular artıq torpaqlarımızın bir qarışında da
mövcud deyillər. Uzun illər sonra torpaqlarımızın hər qarışında Azərbaycan
bayrağı dalğalanır, Azərbaycan əsgəri gəzir. Bu gün Azərbaycan tamamilə
suveren, güclü, yenilməz, qüdrətli orduya malik dövlətdir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru
Dia-az.İnfo









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış müğənnidən HƏYƏCAN TƏBİLİ: - “Faciə onda başladı”
Bu gün, 12:13
"Torpağı sənədləşdirmək üçün 6 min istədi” - Qazilərə qarşı dələduzluq edən şəxsin məhkəməsi
Bu gün, 12:11
Natiq Cəfərli REAL Partiyasının yeni sədri seçilib
Bu gün, 12:02
Sözdə "demokratiya", yoxsa reallıq? - İNCƏLƏMƏ
Bu gün, 12:01
Ondan nəsə yenilik gözləmək... MƏNASIZ İMİŞ! - FAKT BUDUR!
Bu gün, 11:59
“Başlarına adam yığa bilmirlər, Qarabağa qayıtmaqdan dəm vururlar” - KİV
Bu gün, 11:55
Ohanyan və Xaçaturov "alçaq, cinayətkar!" şüarları ilə qarşılandı - VİDEO
Bu gün, 11:52
Azərbaycanda yağlar niyə bahalaşıb? - AKTUAL
Bu gün, 11:49
10 gün sonra Paşinyanı devirmək üçün hərəkətə keçəcəklər - Anons verildi
Bu gün, 11:03
Şağan Bələdiyyə sədrinə hökm oxundu - DETALLAR
Bu gün, 10:55
“Dolmabizimdir”çilər öz amplualarında: nəfəsləri də yalan qoxur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:53
Ağadadaş Ağayevin “balta olayı”nda adı hallanan mühafizə şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:51
“Bakı Şifer və Keramika” ASC ləğv olunur - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 10:48
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayıb - VİDEO
Bu gün, 10:45
Niyə AYNA-da özümüzü `ƏYRİ GÖRÜRÜK`... - Çünki elə AYNA-nın ÖZÜ ƏYRİDİR...
Bu gün, 10:43
Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb - Türkiyə Prezidenti
Bu gün, 10:35
"Şəkil paylaşanda gərək and içim"
Bu gün, 10:30
Milli Məclis sədr müavinləri komitə sədri olmayacaq
Bu gün, 10:25
Əli Əhmədovun Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb
Bu gün, 10:24
19 saylı Uşaq Poliklinikası ÖZBAŞINA QALIB? - İTTİHAM VAR...
Bu gün, 10:22
Müharibə qəhrəmanı, cəsur polkovnik hələ də kirayədə yaşayır - AXI NİYƏ?
Bu gün, 10:14
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb
Bu gün, 10:03
"İşləyən əlillərin bu hüquqları praktikada necə həyata keçirilir..." - Ekspert danışır...
Bu gün, 10:01
Biznesmeni pula görə oğurlayan şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:57
Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR
Bu gün, 09:51
32 illik MƏNİMSƏMƏ: BU GÜN DƏ DAVAM EDİR? - BU NƏDİ BELƏ?!
Bu gün, 09:49
Rus sərhədçiləri xəbərdarlıq etdi, Ermənistan qarışdı - "Klassik mənada isə buna işğal deyilir"
Bu gün, 09:42
Rəcəb Tayyib Ərdoğanın ABŞ-də Nikol Paşinyanla görüşü planlaşdırılır - “Sputnik Armenia”
Bu gün, 09:32
Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub - ...namizədliyi dəstəklənib
Bu gün, 09:29
Neftçalada 5 uşaqlı ailə SƏFİL DURUMUNDA... - "Kömək istəyirəm..."
Bu gün, 09:25
Su polisinin uğurlu narkotik əməliyyatı - VİDEO
Bu gün, 09:19
Reklamları ilə əməlləri DÜZ GƏLMİR... - "Hətta soruşub da getdiyimiz "Retro Şam" restoranı... "
Bu gün, 09:18
Bizi qarşıda əla xəbərlər gözləyir... - “Məşhur aparıcı itinin bərbərindən narazı qaldı”
Bu gün, 09:05
Müştərisi `İrşad Elektroniks`ə ÜSYAN ETDİ - "Mənim pulum yoxdur eee, yeni televizor alam..."
Bu gün, 09:03
`Ziraat Bank`da SİSTEM xarab olub, yoxsa? - GİLEY
Bu gün, 08:56
Ölkə təhsilinin inkişafına növbəti töhfə - MƏQALƏ
Bu gün, 08:44
Medianews.az saytının 12 yaşı tamam olur
Bu gün, 08:34
Tələbələrə yataqxana, dərslik və nəqliyyat üçün də kredit veriləcək? - AÇIQLAMA
Bu gün, 08:32
Silahla ehtiyatsız davranan leytenant həlak olub - TƏFƏRRÜAT
Bu gün, 08:31
YAP yenə də onun namizədliyini İRƏLİ SÜRDÜ - Milli Məclis sədri kim olacaq?
Bu gün, 08:30
Psixiatriya Xəstəxanasına göndərilən sabiq məhkəmə hakimindən YENİ XƏBƏR VAR... - DETALLAR
Bu gün, 08:28
BELƏ HARA GEDİRİK? - AKTUAL
Bu gün, 07:16
Təhsil sistemində DƏYİŞİKLİK ZƏRURƏTİ... - Bunları edəriksə...
Bu gün, 07:12
Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır" - NƏ ETMƏLİ?
Bu gün, 01:03
“3+3” formatı yenidən gündəmdə: Nələr müzakirə olunacaq? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Bu gün parlamentin sədri və onun müavinləri seçiləcək - DİQQƏT
Bu gün, 00:46
"Faytonçu" Nazim Paşinyanın sifariş verdiyi mahnı haqqında görün nələr dedi
Bu gün, 00:39
"Dövlət xəstəxanalarına yaxın düşmək olmur..." - NARAZILIQ VAR
Bu gün, 00:35
“Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” - GƏLİŞMƏ
Bu gün, 00:25
Vardanyanın Bakıda tutulması Paşinyanın da işinə yarayır... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru