Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır" .....                     “3+3” formatı yenidən gündəmdə: Nələr müzakirə olunacaq? .....                     Bu gün parlamentin sədri və onun müavinləri seçiləcək .....                     "Faytonçu" Nazim Paşinyanın sifariş verdiyi mahnı haqqında .....                     "Dövlət xəstəxanalarına yaxın düşmək olmur..." .....                     “Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” .....                     Vardanyanın Bakıda tutulması Paşinyanın da işinə yarayır... .....                     Polşa Aİ-də sədrliyindən Ukraynaya təzyiq göstərmək üçün istifadə etmək niyyətindədir .....                     Naxçıvanda bu vəzifəli şəxslər İŞLƏRİNİ İTİRƏCƏK .....                     Naməlum şəxs Aleksandr Maslyakovun məzarını dağıdıb .....                     "Sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam" .....                     Rusiya Azərbaycan dərsliklərini təftiş etdi və... havalandı .....                     Həm kəşfiyyat, həm texniki imkanların birləşdiyi əməliyyat .....                     Fransanın yeni hökumətində erməni nazirlər də yer alıb .....                     İran niyə bu qədər narahatdır? .....                     Azərbaycana qarşı "qara piar" kampaniyasının arxasında kimlər dayanır? .....                     Putin Paşinyanı təbrik etdi .....                     Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək .....                     SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? .....                     Aqressorla eyni havanı udmaq utancı .....                     Azərbaycan pomidor ixracından nə qədər qazanıb? .....                     Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? .....                     İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" .....                     Ermənistanda müstəqillik günü mesajlari .....                     "Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək" .....                     Ermənistana hər şey mübahdır .....                     İrəvanda çevrilişə cəhd: .....                     Xankəndidən dünyaya mesaj: .....                     Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: .....                     BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı .....                     Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib edib .....                     Şimal-şərq küləyi əsəcək .....                     "Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı .....                     SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib .....                     "Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" .....                     “Bakıkart” tətbiqi nə zaman işləyəcək? .....                     51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur .....                     "Moskva həmişə İrəvanın yanında olacaq" .....                     Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub .....                     Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib .....                 

“Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” - GƏLİŞMƏ
Tarix: Bu gün, 00:25 | Çap et
“Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir”
Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hakimiyyəti ələ keçirməyi cəhd edən cinayətkar dəstənin planının üstünü açıb.

İstintaq Komitəsinin məlumatına görə, aktiv əməliyyat tədbirləri zamanı təxminən 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində yeddi nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyən digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqlarına dair sübutlar toplanıb.

İstintaq orqanları iddia edir ki, şübhəlilər 2024-cü il ərzində Ermənistan vətəndaşlarını, eləcə də Qarabağdan olan erməniləri Rusiyada üç aylıq hərbi təlim keçmək və ağır silahların yeni növlərindən istifadə vərdişlərinə yiyələnmək, Ermənistana qayıtdıqdan sonra isə döyüş növbəsini yerinə yetirmək adı altında ayda təxminən 220 min rubl mükafat müqabilində cinayətkar fəaliyyətə cəlb ediblər. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi hərbi təlim yox, Ermənistanda hakimiyyəti ələ keçirmək olub. Cəlb edilənlərin bəziləri çevrilişdə iştirakdan imtina edərək, Ermənistana qayıdıblar.

“Otuza yaxın axtarış və dindirmədən sonra Ermənistan vətəndaşları S.Q., A.E., A.Q., habelə Dağlıq Qarabağın keçmiş sakinləri A.M və A.S. S., şəxsiyyətləri hələlik istintaq tərəfindən müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olaraq, Ermənistanda hakimiyyəti zorakılıqla ələ keçirmək üçün şərait hazırladıqları barədə məlumat əldə olunub”, - İstintaq Komitəsinin bəyanatında deyilir.

7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4-ü barəsində isə axtarış elan olunub.

Aydındır ki, bu informasiya Ermənistan rəhbərliyinin icazəsi olmadan ictimaiyyətə açıqlana bilməzdi.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Ümumerməni Forumunda çıxışı zamanı bəyan edib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudiyyətinə və suverenliyinə təhdidlər yaradır.

"Ermənistan KTMT-də iştirakını dondurub, çünki bu struktur respublikanın suverenliyinə təhdidlər yaradıb", - Paşinyan bildirib. Ermənistanın baş naziri vurğulayıb ki, Ermənistan KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtəyə” yaxındır.

Amma ən qəribəsi odur ki, o, İrəvanın nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində olmadığını əlavə edib.

Bu, mahiyyət etibarı ilə o deməkdir ki, Ermənistan anti-Rusiya sanksiyalarından yan keçmək üçün Moskvaya kömək etməkdə davam edəcək və bu köməyin tempi daha da artacaq.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə Ermənistan arasında ticarət dövriyyəsinin 14-16 milyard dollara çata biləcəyini bəyan edib. Bu isə iki dəfədən çox artım deməkdir. 2023-cü ildə Ermənistan-Rusiya ticarət dövriyyəsinin 56% artdığını nəzərə alsaq, bu tendensiyanın güclənməkdə davam etdiyi aydındır.

Qəribə ziddiyyət ortaya çıxır. Paşinyan bir tərəfdən Ermənistanda çevriliş hazırlayan Rusiyapərəst qüvvələri həbs edir, KTMT əleyhinə növbəti kəskin bəyanatla çıxış edir, sonra isə çıxış tonunun dəyişmədən Rusiya və Kremlin yaratdığı Aİİ ilə iqtisadi əlaqələri kəsmək fikrində olmadığını bəyan edir. Bundan başqa, o, Kazanda keçiriləcək BRICS sammitinə də gedəcək. Bütün bunlardan sonra Paşinyanın əslində nəyə can atdığını və onun xarici siyasət istiqamətinin nədən ibarət olduğunu anlamaq çox çətindir.

Rusiyalı analitik, Demokratik Seçim siyasi partiyasının həmsədri, “Liberal Missiya” Fondunun (Moskva) idarə heyətinin üzvü Sergey Javoronkov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Ermənistan (xüsusən də onun hökuməti) iki əks tendensiya ilə üzləşib. “Bir tərəfdən Putinin Ermənistana nifrəti və onu Sarqsyanla Koçaryanın rəhbərlik etdikləri Qarabağ klanını devirdiyinə görə cəzalandırmaq istəyi göz qabağındadır. Koçaryanın həbsdə olduğu müddətdə Putinin iki dəfə onu bayram münasibətilə təbrik etməsi Rusiya diplomatiyasında kifayət qədər qəribə təcrübədir. Bu onun Rusiya prezidentinə nə qədər yaxın olmasının göstəricisidir. Putin məhz buna görə də 2020-ci il müqaviləsini açıq şəkildə pozaraq, münaqişənin yenidən qızışdığı bir vaxtda “sülhməramlılara” heç nə etməməyi əmr etmişdi”, - politoloq qeyd edib.

Digər tərəfdən, o deyir ki, əvvəllər Ermənistan ixracatının təqribən 35%-i Rusiya Federasiyasının payına düşürdüsə, indi təkrar ixracat hesabına bu rəqəm 40%-ə yüksəlib. Bu ixracat əsasən kənd təsərrüfatı mallarıdır ki, Rusiya Federasiyası onu asanlıqla əvəz edə bilər. “Ermənistan bu ixracatı itirmək istəməz. Bundan başqa, aydındır ki, hazırda Cənubi Qafqaz Qərb ölkələri üçün prioritet istiqamət deyil, oradan gələn köməyin artacağına ümid etmək olmaz. Ona görə də, Ermənistan hakimiyyəti üçün bu ixracatı qoruyub saxlamaq vacibdir. Onların bunun üçün təsir rıçaqları var - Ermənistandakı Rusiya bazalarının ləğvi təhlükəsi. Onların praktiki olaraq əhəmiyyəti azdır, lakin Rusiya hakimiyyəti üçün onlar mental baxımdan əhəmiyyətlidir. Və beləliklə, Rusiya ilə “soyuq sülh” vəziyyəti qorunur. Bununla yanaşı, daxili siyasi məsələlərdə Qarabağ münaqişəsindəki məğlubiyyətin məsuliyyətini Rusiya Federasiyasının üzərinə qoymaq vacibdir və bunun əsassız olduğunu da söyləmək olmaz. Strateji baxımdan isə bu administrasiya zamanı Ermənistan tədricən Qərbə doğru istiqamətlənəcək”, - Javoronkov hesab edir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır" - NƏ ETMƏLİ?
Bu gün, 01:03
“3+3” formatı yenidən gündəmdə: Nələr müzakirə olunacaq? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Bu gün parlamentin sədri və onun müavinləri seçiləcək - DİQQƏT
Bu gün, 00:46
"Faytonçu" Nazim Paşinyanın sifariş verdiyi mahnı haqqında görün nələr dedi
Bu gün, 00:39
"Dövlət xəstəxanalarına yaxın düşmək olmur..." - NARAZILIQ VAR
Bu gün, 00:35
“Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” - GƏLİŞMƏ
Bu gün, 00:25
Vardanyanın Bakıda tutulması Paşinyanın da işinə yarayır... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:20
Polşa Aİ-də sədrliyindən Ukraynaya təzyiq göstərmək üçün istifadə etmək niyyətindədir - KİV
Bu gün, 00:15
Naxçıvanda bu vəzifəli şəxslər İŞLƏRİNİ İTİRƏCƏK - SİYAHI
Bu gün, 00:11
Naməlum şəxs Aleksandr Maslyakovun məzarını dağıdıb
Bu gün, 00:00
"Sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam"
Dünən, 23:58
Rusiya Azərbaycan dərsliklərini təftiş etdi və... havalandı - İLGİNC
Dünən, 23:54
Həm kəşfiyyat, həm texniki imkanların birləşdiyi əməliyyat - "Peycer əməliyyatı"
Dünən, 03:08
Fransanın yeni hökumətində erməni nazirlər də yer alıb
Dünən, 03:04
İran niyə bu qədər narahatdır? - Politoloq açıqladı
Dünən, 00:02
Azərbaycana qarşı "qara piar" kampaniyasının arxasında kimlər dayanır? - İNCƏLƏMƏ
21-09-2024, 19:00
Putin Paşinyanı təbrik etdi
21-09-2024, 17:22
Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
21-09-2024, 17:20
SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? - NƏ BAŞ VERİR?
21-09-2024, 15:02
Aqressorla eyni havanı udmaq utancı - Rusiya çıxarılsın, ya Karfagen dağıdılsın?
21-09-2024, 15:00
Azərbaycan pomidor ixracından nə qədər qazanıb? - Əsasən Rusiyaya satırıq
21-09-2024, 14:56
Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? - Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”
21-09-2024, 14:00
İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" - "Space"dən getməsinin səbəblərini açıqladı
21-09-2024, 13:49
Ermənistanda müstəqillik günü mesajlari – Paşinyan birliyə çağırır, Qaragen nifrət püskürür
21-09-2024, 13:47
"Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək" - Berbok
21-09-2024, 13:35
Ermənistana hər şey mübahdır - ABŞ ikiüzlü siyasətini etiraf etdi
21-09-2024, 13:28
İrəvanda çevrilişə cəhd: - Rusiya xüsusi xidmət orqanları...
21-09-2024, 13:26
Xankəndidən dünyaya mesaj: - “Gənclərin vətənpərvərlik tərbiyəsi...”
21-09-2024, 13:14
Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: - polis qarşısını aldı
21-09-2024, 13:11
BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı - niyə indi?
21-09-2024, 13:07
Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib edib - “Unian“
21-09-2024, 13:05
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
21-09-2024, 13:04
"Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı
21-09-2024, 12:43
SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib - VİDEO
21-09-2024, 12:36
"Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
21-09-2024, 12:30
“Bakıkart” tətbiqi nə zaman işləyəcək?
21-09-2024, 12:17
51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur - BU FAKTDIR!
21-09-2024, 12:16
"Moskva həmişə İrəvanın yanında olacaq" - Səfirlik
21-09-2024, 12:07
Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
21-09-2024, 11:54
Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - VİDEO
21-09-2024, 11:50
“İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək - deputat
21-09-2024, 11:32
Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi - QƏRAR
21-09-2024, 11:24
“Zəngəzur dəhlizini öz nəzarəti altına almaq istəyir” - Rusiyadan ikibaşlı OYUN
21-09-2024, 11:21
Qarabağ Universitetinin açılışı mühüm əhəmiyyət daşıyan tədbir oldu - İsrafil Kərimovun yazısı
21-09-2024, 11:11
Konqresdə erməni isteriyası: Yalanların sayı yox - NƏ BAŞ VERİR?
21-09-2024, 11:04
Dillər Universitetinin də öz qanunları var... - BU DA FAKT!!!
21-09-2024, 11:01
Şəbnəm Vəfanı hədələdi: - "Ağıllı ol, ad çəkəndə də düşün"
21-09-2024, 10:51
"İstedad qıtlığı var, bu saat duzsuz aktyorlar doludur" - ETİRAZ
21-09-2024, 10:44
Safurə ad gününü Şuşada qeyd etdi - FOTOLAR
21-09-2024, 10:37
Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə tələb edildi - TƏFƏRRÜAT
21-09-2024, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru