SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? .....                     Aqressorla eyni havanı udmaq utancı .....                     Azərbaycan pomidor ixracından nə qədər qazanıb? .....                     Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? .....                     İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" .....                     Ermənistanda müstəqillik günü mesajlari .....                     "Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək" .....                     Ermənistana hər şey mübahdır .....                     İrəvanda çevrilişə cəhd: .....                     Xankəndidən dünyaya mesaj: .....                     Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: .....                     BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı .....                     Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib edib .....                     Şimal-şərq küləyi əsəcək .....                     "Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı .....                     SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib .....                     "Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" .....                     “Bakıkart” tətbiqi nə zaman işləyəcək? .....                     51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur .....                     "Moskva həmişə İrəvanın yanında olacaq" .....                     Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub .....                     Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib .....                     “İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək .....                     Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi .....                     “Zəngəzur dəhlizini öz nəzarəti altına almaq istəyir” .....                     Qarabağ Universitetinin açılışı mühüm əhəmiyyət daşıyan tədbir oldu .....                     Konqresdə erməni isteriyası: Yalanların sayı yox .....                     Dillər Universitetinin də öz qanunları var... .....                     Şəbnəm Vəfanı hədələdi: .....                     "İstedad qıtlığı var, bu saat duzsuz aktyorlar doludur" .....                     Safurə ad gününü Şuşada qeyd etdi .....                     Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə tələb edildi .....                     Şəhid ailələrinin əmək münasibətlərində hansı hüquqları var? .....                     Dollarla bağlı MÜƏMMA .....                     “Elə bilirlər ki, mən bunu istəmirəm” .....                     Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb .....                     Bank “dollarımız bitib” deyir: Nə baş verir? .....                     Roma bizə bu işdə DƏSTƏK OLA BİLƏR VƏ... .....                     “Leo Bank”a güvənib Biləcəridən o yana da keçmək olmaz... .....                     Sahil Babayevin nazirliyinin üç tenderinə icazə verilmədi .....                 

“İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək - deputat
Tarix: Bu gün, 11:32 | Çap et
 “İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək
44 günlük müharibədə başı əzilən təcavüzkar Ermənistan neçə vaxtdır Qərbin bəzi aparıcı dövlətlərinin sevimlisinə çevrilib. Nə sirdirsə, işğala məruz qalan, ərazisinin altı üstünə çevrilən, böyük mina problemi ilə üzləşən Azərbaycan qalıb qıraqda, işğalçı Ermənistan “zərərçəkmiş” kimi hər cür qayğı ilə əhatə olunmaqdadır.

“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır”.

Xəbər verildiyi kimi, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğal dövründə Ermənistan Azərbaycan ərazilərində kütləvi dağıntılar törədib, o cümlədən özəl və dövlət mülkiyyətlərini kütləvi şəkildə dağıdıb, saxtalaşdırıb: “İndi Azərbaycan hökuməti bərpa-quruculuq və yenidənqurma işlərinə, həmçinin ərazilərin minalardan təmizlənməsinə vəsait ayırır. Dağıntılar törədən Ermənistan, dağıntılarla üzləşən isə Azərbaycandır. Amma vəsait Ermənistana ayrılır. Bu, paradoksdur”.

Haqlı olaraq, ədalətsiz bir dünyada yaşadığımızı deyən H.Hacıyevin sözlərinə görə, Azərbaycana və Ermənistana yanaşma eyni miqyasda deyil: “İşğal dövründə də heç kim Ermənistanı işğala son qoymağa çağırmırdı. Regionla bağlı belə ikili münasibətlər davam etməkdədir”.

Xatırladaq ki, bu il aprelin 5-də Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan üçlü formatında sammit keçirilib və dünənin işğalçı ölkəsi, hələ də Azərbaycan və Türkiyəyə qarşı konstitusion ərazi iddiası olan Ermənistanın qalxınması proqramı qəbul edilib. Bura kapitulyant ölkənin hərbi cəhətcə dirçəldilməsi də daxildir. Artıq Avropa Sülh Fondundan (adında “sülh” sözü olsa da, əslində bu bir müharibə fondudur!) Ermənistana 10 milyon avro yardım da ayrılıb.

Bəs Qərbin Azərbaycana münasibətdə bitməyən bu iyrənc “ikili siyasəti”nin qayəsində nə durur? Məqsəd, hədəf nədir?

6-cı çağırış Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, “Marşal planı” əslində İkinci Dünya müharibəsi nəticəsində alman faşizminin viran etdiyi Avropa dövlətlərinə yardım proqramı idi. 16 milyard dollar həcmində dəstəyin göstərilməsini özündə ehtiva edirdi və anlaşılan idi. Çünki Avropa faşizm ilə üz-üzə qalmışdı və dağılmış Avropanı dirçəltmək üçün bu plana çox böyük ehtiyac yaranmışdı. İndi isə işğalçı Ermənistana münasibətdə belə bir planı işə salmaq istəyirlər. Anlaşılması mümkün olmayan bir vəziyyətdir: “Ermənistanmı dağıntıya məruz qalıb?! Ermənistanmı faşizmlə üz-üzə gəlib?! Faşizm bu dəfə Ermənistanımı viran qoyub?! Yox. Tam əksinə, erməni faşizmi, faşizm ideologiyasını əlində bayraq edən Ermənistan dövləti və onun siyasi, hərbi rəhbərliyi işğal etdikləri Azərbaycan ərazilərində daşı daş üstə qoymayıb. Orada hər şeyi məhv eləyib. İkinci dünya müharibəsində hətta faşistlərin belə törətmədikləri cinayətləri Qarabağda erməni faşistləri törədib. Bunun yüzlərlə, minlərlə sübutu var. Həm mülki əhaliyə qarşı soyqırımı siyasəti, eyni zamanda işğal olunmuş ərazilərdəki bütün tarixi, mədəni, dini abidələrin məhv edilməsi Ermənistan dövlətinin 30 il ərzində yeritdiyi işğlaçılıq siyasətinin dəhşətli mənzərəsidir. Ermənistan Ağdam rayonunu elə dəhşətli vəziyyətə salıblar ki, bu rayonu Cənubi Qafqazın Xerosiması adlandırırlar. Ağdam kimi böyük şəhəri o dərəcədə dağıtmışdılar ki, bayraq sancmağa yer tapılmırdı. Azərbaycanın ərazisinin 20 faizini bax bu cür yerlə yeksan etmişdilər. Bunu təsdiq eləyən faktlar ortada olduğu halda ”Marşal planı" Azərbaycana ayrılmalıdır, yoxsa Ermənistana? Təbii ki, Azərbaycana. Ancaq biz əksini görürük. Vaxtilə Ermənistana münasibətdə kənar müşahidəçi statusunda qalan, bir çox hallarda Ermənistanı açıq şəkildə dəstəkləyən böyük Qərb dövlətləri indi də Ermənistana maliyyə, iqtisadi, silah yardımı planını həyata keçirmək istəyirlər. ABŞ Dövlət Departamenti Ermənistana həm hərbi yardım, eyni zamanda guya ki, demokratiyanın, iqtisadiyyatın inkişafı üçün əlavə dövlət proqramını işə salmaq istəyir. Avropa İttifaqı 2,6 milyard avro həcmində Ermənistana iqtisadi dəstək proqramını reallaşdırır. Budurmu sizin demokratiyanız? İşğalçıya dəstək vermək nə zamandan demokratiyaya dəstək olub?! Ermənistana münasibətdə yeni bir “Marşal planı”nın işə salınması nəticə etibarilə Ermənistan dövlətinin gücləndirilməsinə, Ermənistanda revanşizmin tüğyan etməsinə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yeni məzmun almasına səbəb olur. Elə bu məntiqlə də Nikol Paşinyan sentyabrın 10-da “İrəvan dialoqu” forumunda çıxışı zamanı qeyd edib ki, 80 faiz Azərbaycanla sülh müqaviləsinin şərtlərini razılaşdırmışıq, qalır 20 faiz. Yəni 20 faizi gözləmədən gəlin Azərbaycanla sülh müqaviləsi imzalayaq. Çox riyakar və məkrli siyasətdir. Bu siyasətin də arxasında Ermənistanın havadarları dayanır. Məqsəd odur ki, 20 faiz həllini tapmayan məsələləri gələcəkdə ATƏT-in Minsk Qrupunu dirildib ona tapşırsınlar. Minsk qrupu da Ermənistanın maraqlarına uyğun siyasətini yenə illərlə davam etdirsin".

E.Nəsirov qeyd etdi ki, paralel olaraq Ermənistanın silahlandırılması gedir, militarizasiya siyasəti həyata keçirilir. Bir yandan da iqtisadi dəstək. Yəqin, Ermənistan bütün bunlardan sonra yeni xülyalara düşəcək: “Böyük dövlətlər üzdə sülhdən danışır, əslində isə Emənistanı müharibəyə hazırlayır və üçüncü Qarabağ müharibəsinin labüd olması üçün əllərindən gələni edirlər. Budurmu ədalət?! Budurmu sülhə və təhlükəsizliyə dəstək?! Bütün bunları xalqımız görür və xalqımız fərqindədir ki, bizim gücümüz bizim birliyimizdədir. Bu gün ordumuz həmişəkindən daha güclüdür və Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycanı istəməyən, Ermənistanın başını sığallayan qüvvələr bu reallığı görürlər. Onlar bilməlidirlər ki, erməni təəssübkeşliyi, antisülh siyasətləri Azərbaycanı öz haqq yolundan döndərə bilməyəcək. Ermənistanı nə qədər gücləndirsələr də Ermənistanın ilk cəhdində Azərbaycan Ermənistana amansız cavab verəcək. Heç kim Azərbaycanla təhdid dilində danışa bilməz. Onu da unutmasınlar ki, bizim çox güclü müttəfiqlərimiz də var”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? - NƏ BAŞ VERİR?
Bu gün, 15:02
Aqressorla eyni havanı udmaq utancı - Rusiya çıxarılsın, ya Karfagen dağıdılsın?
Bu gün, 15:00
Azərbaycan pomidor ixracından nə qədər qazanıb? - Əsasən Rusiyaya satırıq
Bu gün, 14:56
Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? - Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”
Bu gün, 14:00
İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" - "Space"dən getməsinin səbəblərini açıqladı
Bu gün, 13:49
Ermənistanda müstəqillik günü mesajlari – Paşinyan birliyə çağırır, Qaragen nifrət püskürür
Bu gün, 13:47
"Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək" - Berbok
Bu gün, 13:35
Ermənistana hər şey mübahdır - ABŞ ikiüzlü siyasətini etiraf etdi
Bu gün, 13:28
İrəvanda çevrilişə cəhd: - Rusiya xüsusi xidmət orqanları...
Bu gün, 13:26
Xankəndidən dünyaya mesaj: - “Gənclərin vətənpərvərlik tərbiyəsi...”
Bu gün, 13:14
Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: - polis qarşısını aldı
Bu gün, 13:11
BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı - niyə indi?
Bu gün, 13:07
Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib edib - “Unian“
Bu gün, 13:05
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
"Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı
Bu gün, 12:43
SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib - VİDEO
Bu gün, 12:36
"Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
Bu gün, 12:30
“Bakıkart” tətbiqi nə zaman işləyəcək?
Bu gün, 12:17
51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur - BU FAKTDIR!
Bu gün, 12:16
"Moskva həmişə İrəvanın yanında olacaq" - Səfirlik
Bu gün, 12:07
Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
Bu gün, 11:54
Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - VİDEO
Bu gün, 11:50
“İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək - deputat
Bu gün, 11:32
Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi - QƏRAR
Bu gün, 11:24
“Zəngəzur dəhlizini öz nəzarəti altına almaq istəyir” - Rusiyadan ikibaşlı OYUN
Bu gün, 11:21
Qarabağ Universitetinin açılışı mühüm əhəmiyyət daşıyan tədbir oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 11:11
Konqresdə erməni isteriyası: Yalanların sayı yox - NƏ BAŞ VERİR?
Bu gün, 11:04
Dillər Universitetinin də öz qanunları var... - BU DA FAKT!!!
Bu gün, 11:01
Şəbnəm Vəfanı hədələdi: - "Ağıllı ol, ad çəkəndə də düşün"
Bu gün, 10:51
"İstedad qıtlığı var, bu saat duzsuz aktyorlar doludur" - ETİRAZ
Bu gün, 10:44
Safurə ad gününü Şuşada qeyd etdi - FOTOLAR
Bu gün, 10:37
Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 10:29
Şəhid ailələrinin əmək münasibətlərində hansı hüquqları var? - Ekspert danışır...
Bu gün, 10:26
Dollarla bağlı MÜƏMMA – Vətəndaşlar arasında yayılan ajiotaj nə ilə bağlıdır?
Bu gün, 10:18
“Elə bilirlər ki, mən bunu istəmirəm” - Fədayə Laçına niyə fəxri ad verilmir?
Bu gün, 10:17
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gün, 10:15
Bank “dollarımız bitib” deyir: Nə baş verir? - AKTUAL
Bu gün, 10:11
Roma bizə bu işdə DƏSTƏK OLA BİLƏR VƏ... VACİBDİR!
Bu gün, 10:09
“Leo Bank”a güvənib Biləcəridən o yana da keçmək olmaz... - BU DA FAKT!!!
Bu gün, 10:07
Sahil Babayevin nazirliyinin üç tenderinə icazə verilmədi - DETALLAR
Bu gün, 09:59
Dəhliz gündəmi dəyişir: Rusiya İranla anlaşdı - Qərbdən sürpriz həmlə
Bu gün, 09:56
"Rusiya 200 ildən də artıq zaman kəsiyində İranın idarəçilik sistemində vacib rol oynayıb" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:55
Zakir Quliyev də aranı BELƏ QARIŞDIRIR... - NARAZILIQ VAR...
Bu gün, 09:53
İlham Əliyevdən vətən... vətəndaş... YAŞAM DÜSTURU... - Necə olmalıyıq... necə etməliyik...
Bu gün, 09:51
“Dəzgahqayırma Zavdou”nda nə baş verir? - sahibləri təcili toplanır
Bu gün, 09:48
Saleh Məmmədovun yetişdirdiyi daha bir oliqarx... - BÜDCƏ PULLARININ İZİ İLƏ...
Bu gün, 09:45
"Təhsil əvəzinə restoran və əyləncəyə xərclərimiz artıb" - MALƏSƏF...
Bu gün, 09:40
Xankəndidə ilk TOY - Tanınmış jurnalistin oğlu bu gün evlənir
Bu gün, 09:39
Keçmiş icra başçısı Neftçalada ehtiyat fondunun torpaqlarını zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:36
Hərbçilər Rusiya Prezidentini səfərbərliyə razı salmaq cəhdlərindən əl çəkmirlər - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru