Putin Paşinyanı təbrik etdi .....                     Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək .....                     SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? .....                     Aqressorla eyni havanı udmaq utancı .....                     Azərbaycan pomidor ixracından nə qədər qazanıb? .....                     Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? .....                     İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" .....                     Ermənistanda müstəqillik günü mesajlari .....                     "Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək" .....                     Ermənistana hər şey mübahdır .....                     İrəvanda çevrilişə cəhd: .....                     Xankəndidən dünyaya mesaj: .....                     Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: .....                     BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı .....                     Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib edib .....                     Şimal-şərq küləyi əsəcək .....                     "Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı .....                     SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib .....                     "Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" .....                     “Bakıkart” tətbiqi nə zaman işləyəcək? .....                     51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur .....                     "Moskva həmişə İrəvanın yanında olacaq" .....                     Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub .....                     Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib .....                     “İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək .....                     Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi .....                     “Zəngəzur dəhlizini öz nəzarəti altına almaq istəyir” .....                     Qarabağ Universitetinin açılışı mühüm əhəmiyyət daşıyan tədbir oldu .....                     Konqresdə erməni isteriyası: Yalanların sayı yox .....                     Dillər Universitetinin də öz qanunları var... .....                     Şəbnəm Vəfanı hədələdi: .....                     "İstedad qıtlığı var, bu saat duzsuz aktyorlar doludur" .....                     Safurə ad gününü Şuşada qeyd etdi .....                     Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə tələb edildi .....                     Şəhid ailələrinin əmək münasibətlərində hansı hüquqları var? .....                     Dollarla bağlı MÜƏMMA .....                     “Elə bilirlər ki, mən bunu istəmirəm” .....                     Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb .....                     Bank “dollarımız bitib” deyir: Nə baş verir? .....                     Roma bizə bu işdə DƏSTƏK OLA BİLƏR VƏ... .....                 

SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 15:02 | Çap et
SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana?
SEPAH-dan Azərbaycana qarşı növbəti dəfə təhdid xarakterli bəyanat səsləndirilib.

SEPAH generalı Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Mənsur Həqiqətpur özünün "X" hesabında Qafqazın 17 şəhərinin İrana qaytarılması üçün ölkədə ümumxalq hərəkatının yaradılmasına çağırıb. SEPAH generalı Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini sərt tənqid edib və bunun İranın maraqları üçün qəbuledilməz olduğunu bildirib:

"Cənab Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeyinə zidd mövqe tutub. Tarixə nəzər salsaq görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək üçün SSRİ tərəfindən qurulub”.

M. Həqiqətpur Qacar hakimiyyətinin Çar Rusiyası ilə imzaladığı razılaşmaların ləğv olunmasını və Qafqazın 17 şəhərinin İrana qaytarılmasına çağırıb.

“Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır", - deyə M. Həqiqətpur bildirib.

Xatırladaq ki, M. Həqiqətpur Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi ilə tanınır. O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək, Tehran şəhərindəki “Mərmər” otelində, habelə, Şimrandakı iqamətgahında Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb etmişdi. Həqiqətpur bununla yanaşı, Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin qanunsuz yolla İrana aparılaraq, Azərbaycanda dövlət çevrilişi məqsədilə ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdi.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, H. Həqiqətpur və SEPAH-ın bir çox rəsmilərinin anti-Azərbaycan bəyanatları İranla qonşuluq münasibətlərinə ciddi ziyan vurur:

“Əslində biz növbəti dəfə heç bir tarixi gerçəkliyi əks etdirməyən, eləcə də nə yaxın qonşuluğa, nə də diplomatik etikaya sığan bəyanatın şahidi olmaqdayıq. Lakin diqqəti çəkən başqa bir məqam var. Diqqət edərsinizsə, İsrail birbaşa İran və ya onun dəstəklədiyi proksilərə qarşı nə zaman ciddi əməliyyat icra edirsə, cənub qonşumuzun gündəminə ya Azərbaycanla, ya da Zəngəzurla bağlı hədələyici açıqlamalar gətirilir.

Bir növ daxili auditoriyanın fikri başqa xəyali hədəfə yönləndirilir. Biz bu cür sxemi həm Suriyada İsrail səfirliyi hədəf alındıqda, həm HƏMAS lideri İsmayıl Haniyə Tehranın mərkəzində qətlə yetirilənə, həm də indi, Livanda “Hizbullah”a yönəlik əməliyyat həyata keçirildikdən sonra izləyə bilərik.

Vurğulamaq istərdim ki, bu media texnologiyası ayrı-ayrı ölkələr tərəfindən beynəlxalq jurnalistikada zaman-zaman tətbiq edilir və məlum sxemdir. Başqa bir məqam isə ondan ibarətdir ki, bu tip açıqlamalar ölkələrimiz arasındakı münasibətlərə də təsir edir.

Ələlxüsus indi, yeni seçilmiş Prezidentin Azərbaycan, Türkiyə və Pakistanla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdiklərini söyləməsi fonunda belə açıqlamanın səslənməsi müəyyən suallar doğurur. Görünür, daxildə islahatçı prezidentin yalnız Qərb deyil, həm də Cənubi Qafqaz siyasətiylə bağlı razılaşmayan mühafizəkar qüvvələr bu formada öz narazılıqlarını büruzə verirlər. Bu cür açıqlamalar Pezeşkiana bir mesaj kimi də nəzərdən keçirilə bilər”.

Politoloq Oqtay Qasımov isə vurğulayıb ki, İranın Zəngəzur dəhlizi ilə bağlı maraqları var:

“Burada üç səbəb var. Birinci səbəb sözsüz ki, siyasidir. Tehran Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat kommunikasiyalarının öz ərazisindən keçməsini, həmin kommunikasiyalara öz nəzarətini istəyir. İkincisi, yaxın gələcəkdə Asiyanı Avropa ilə birləşdirəcək kommunikasiyalar üzərindən 10 milyon tondan çox yükün keçirilməsi nəzərdə tutulur.

Bu da ciddi maliyyə vəsaiti deməkdir. İran bu maliyyə vəsaitlərinə göz dikib. Üçüncüsü, Tehran çox yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Azərbaycan-Türkiyə İttifaqı daha da möhkəmlənəcək, o cümlədən Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi və geoiqtisadi təsir imkanlarını artıracaq. İran hakimiyyəti bundan çox dərin narahatlıq keçirir. SEPAH rəsmilərinin bəyanatları məhz buna söykənib”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Paşinyanı təbrik etdi
Bu gün, 17:22
Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
Bu gün, 17:20
SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? - NƏ BAŞ VERİR?
Bu gün, 15:02
Aqressorla eyni havanı udmaq utancı - Rusiya çıxarılsın, ya Karfagen dağıdılsın?
Bu gün, 15:00
Azərbaycan pomidor ixracından nə qədər qazanıb? - Əsasən Rusiyaya satırıq
Bu gün, 14:56
Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? - Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”
Bu gün, 14:00
İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" - "Space"dən getməsinin səbəblərini açıqladı
Bu gün, 13:49
Ermənistanda müstəqillik günü mesajlari – Paşinyan birliyə çağırır, Qaragen nifrət püskürür
Bu gün, 13:47
"Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək" - Berbok
Bu gün, 13:35
Ermənistana hər şey mübahdır - ABŞ ikiüzlü siyasətini etiraf etdi
Bu gün, 13:28
İrəvanda çevrilişə cəhd: - Rusiya xüsusi xidmət orqanları...
Bu gün, 13:26
Xankəndidən dünyaya mesaj: - “Gənclərin vətənpərvərlik tərbiyəsi...”
Bu gün, 13:14
Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: - polis qarşısını aldı
Bu gün, 13:11
BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı - niyə indi?
Bu gün, 13:07
Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib edib - “Unian“
Bu gün, 13:05
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
"Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı
Bu gün, 12:43
SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib - VİDEO
Bu gün, 12:36
"Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
Bu gün, 12:30
“Bakıkart” tətbiqi nə zaman işləyəcək?
Bu gün, 12:17
51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur - BU FAKTDIR!
Bu gün, 12:16
"Moskva həmişə İrəvanın yanında olacaq" - Səfirlik
Bu gün, 12:07
Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
Bu gün, 11:54
Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - VİDEO
Bu gün, 11:50
“İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək - deputat
Bu gün, 11:32
Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi - QƏRAR
Bu gün, 11:24
“Zəngəzur dəhlizini öz nəzarəti altına almaq istəyir” - Rusiyadan ikibaşlı OYUN
Bu gün, 11:21
Qarabağ Universitetinin açılışı mühüm əhəmiyyət daşıyan tədbir oldu - İsrafil Kərimovun yazısı
Bu gün, 11:11
Konqresdə erməni isteriyası: Yalanların sayı yox - NƏ BAŞ VERİR?
Bu gün, 11:04
Dillər Universitetinin də öz qanunları var... - BU DA FAKT!!!
Bu gün, 11:01
Şəbnəm Vəfanı hədələdi: - "Ağıllı ol, ad çəkəndə də düşün"
Bu gün, 10:51
"İstedad qıtlığı var, bu saat duzsuz aktyorlar doludur" - ETİRAZ
Bu gün, 10:44
Safurə ad gününü Şuşada qeyd etdi - FOTOLAR
Bu gün, 10:37
Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 10:29
Şəhid ailələrinin əmək münasibətlərində hansı hüquqları var? - Ekspert danışır...
Bu gün, 10:26
Dollarla bağlı MÜƏMMA – Vətəndaşlar arasında yayılan ajiotaj nə ilə bağlıdır?
Bu gün, 10:18
“Elə bilirlər ki, mən bunu istəmirəm” - Fədayə Laçına niyə fəxri ad verilmir?
Bu gün, 10:17
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Bu gün, 10:15
Bank “dollarımız bitib” deyir: Nə baş verir? - AKTUAL
Bu gün, 10:11
Roma bizə bu işdə DƏSTƏK OLA BİLƏR VƏ... VACİBDİR!
Bu gün, 10:09
“Leo Bank”a güvənib Biləcəridən o yana da keçmək olmaz... - BU DA FAKT!!!
Bu gün, 10:07
Sahil Babayevin nazirliyinin üç tenderinə icazə verilmədi - DETALLAR
Bu gün, 09:59
Dəhliz gündəmi dəyişir: Rusiya İranla anlaşdı - Qərbdən sürpriz həmlə
Bu gün, 09:56
"Rusiya 200 ildən də artıq zaman kəsiyində İranın idarəçilik sistemində vacib rol oynayıb" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:55
Zakir Quliyev də aranı BELƏ QARIŞDIRIR... - NARAZILIQ VAR...
Bu gün, 09:53
İlham Əliyevdən vətən... vətəndaş... YAŞAM DÜSTURU... - Necə olmalıyıq... necə etməliyik...
Bu gün, 09:51
“Dəzgahqayırma Zavdou”nda nə baş verir? - sahibləri təcili toplanır
Bu gün, 09:48
Saleh Məmmədovun yetişdirdiyi daha bir oliqarx... - BÜDCƏ PULLARININ İZİ İLƏ...
Bu gün, 09:45
"Təhsil əvəzinə restoran və əyləncəyə xərclərimiz artıb" - MALƏSƏF...
Bu gün, 09:40
Xankəndidə ilk TOY - Tanınmış jurnalistin oğlu bu gün evlənir
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru