Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa? .....                     “Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? .....                     “AzInTelecom” işçiləri üçün 90 min manatlıq yemək alır .....                     "ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq" .....                     Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik .....                     19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib .....                     110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK .....                     Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq .....                     “Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... .....                     Azərbaycan bütün ssenarilərə hazırdır: .....                     Vardanyan Paşinyana: "İstənilən suala cavab verməyə hazıram" .....                     ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma .....                     "Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik" .....                     “Naxçıvanda hər bir ailəyə daxil olan vəsaitin həcmi araşdırılır...” .....                     Naxçıvan Ali Məhkəməsi .....                     Paşinyan Rusiyanı şantaj edir .....                     AMB 24 sığorta agenti ilə bağlı qərar verib .....                     Erməni keşiş köhnə ampluasında: .....                     “CityCar” bazarın nəbzini niyə tuta bilmir? .....                     Prezident İlham Əliyev bir qrup neft sənayesi işçisini təltif edib .....                     “Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? .....                     Region ölkələrində nə qədər məhkum var? .....                     Kredit maaş kartından birbaşa tutula bilərmi? .....                     "Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" .....                     Suverenliyin bərpası üçün .....                     “Natiqdən bir gün mütləq xəbər çıxacaq” .....                     "Azərbaycan Dəmir Yolları"nın tenderi .....                     Azərbaycanda torpaqlardan istifadə ilə bağlı .....                     Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi .....                     Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş .....                     Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? .....                     Rusiyada azərbaycanlı iş adamı .....                     Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı .....                     “Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR .....                     Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır .....                     Nazir xanım idarə rəisini təqaüdə göndərdi .....                     Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü .....                     BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək .....                     “Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb .....                 

Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik - İşin pərdəarxasında kimlər dayanır?
Tarix: Bu gün, 18:12 | Çap et
Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik
Yeni dərs ilinin başlanması özü ilə bərabər valideynlər üçün də əlavə problemlər gətirib. Yenicə məktəbli geyimləri, çanta, məktəb ləvazimatları üçün xərcə düşən valideynlərdən müəllimlər əlavə dərs vəsaitləri, qayda kitabları, testlər toplusu, iş dəftərləri almağı tələb edirlər. Bu da haqlı olaraq valideynlərin narazılığına səbəb olur.

Valideynlərlə söhbət zamanı bildirirlər ki, elə birinci sinifdən başlayaraq müəllimlər onlardan əsas fənlərdən ən azı bir test, iş dəftərləri, qayda kitabı tələb edir. Narazılıq edəndə isə bildirirlər ki, bunlar sizin uşaqlarınız üçündür, dərs vəsaitləri proqramı tam əhatə etmir. Bu isə valideynlər üçün kifayət qədər əlavə maddi yükdür. Axı elə ailə var ki, iki-üç uşaq məktəbə göndərir...

Digər tərəfdən bu kitablar və sayı, adları bitib-tükənməyən əlavə vəsaitlər təkcə maddi yük deyil, həm də sözün əsl mənasında YÜKdür. Uşaqların daşımağa çətinlik çəkdiyi, əməlli fiziki ağırlıq yaradan YÜK. Bu onların sağlığına da ziyandır. Valideynlərlə söhbət zamanı bildirdilər ki, bu kitabaların içində Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən kitablar olsa da, müəllimlərin çoxu hazırda reklam olunan müxtəlif kursların kitablarını almağı tələb edir.

Hər müəllim hansı kursla işləyirsə, onların da kitabını tələb edir. Onların sırasında "Hədəf" Kurslarının, "Çinar" Yayımlarının, "İzə" nəşriyyatının, "Güvən" kurslarının, "Dahi" kurslarının, "EduGrata" kurslarının, Namazovun kitabları üstünlük təşkil edir. Bu kitabların çoxu satışda olsa da bəzilərini elə kursların özündən almağa məcbur olurlar.

Kurslar isə qeyd edirlər ki, kitablar nazirliyin təsdiqlədiyi proqrama uyğun çap edilib. Hər kitabın qiyməti isə minimum 5-6 manatdan başlayaraq 15-20 manata qədər artır.

Nəzərə alsaq ki, son dövrlər övladlarını daha "yaxşı məktəbdə" oxutmaq dəb halını alıb, ibtidai sinifdən bu uşaqlar elə həmin kitabların ağırlığı ilə həm zehni, həm də fiziki yüklənir.

Valideynlər deyir ki, özünüz kitab mağazalarına baş çəksəniz, deyilənlərin həqiqət olduğunu müşahidə edərsiniz.

Bu məqsədlə paytaxtın bir çox kitab mağazasında olduq. Satıcılarla söhbət zaman bildirdilər ki, son bir neçə ildir əlavə dərs vəsaitlərinə tələb çox artıb. Bunların arasında elələri var ki, bir-birinin oxşarıdır, amma yenə də müəllimlər tələb edir.

Elə kitab mağazasında övladı bu il 6-cı sinifə gedən valideynlə söhbətimiz zamanı bildirdi ki, artıq onlardan dərsin ilk günlərindən müxtəlif iş dəftəri, kursların qayda kitabı tələb olunub. Bu zaman isə müəllimlər tələb edir ki, həmin vəsaitlər ötən illərin yox, elə bu ilin nəşri olmalıdır.

Burda isə valideyinlərin haqlı sualı yaranır. Əgər dərs vəsaiti müəllimləri qane etmirsə, onun proqrama uyğun olmadığını əsaslandırırlarsa, bir müəllim kimi bu problemi niyə Elm və Təhsil Nazirliyinin qarşısında qaldırmırlar? Nazirlik dərs proqramlarını əhatə edən kitablar nəşr etdirmirsə, bu fərdi kurslar, müxtəlif şəxslər təhsil proqramını tam əhatə etdiklərini deyən kitabları necə çap etdirirlər? Kimdir bu işdə maraqlı tərəf?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan təhsil eksperti Günay Qurbanova bildirdi ki, məsələ təhsilimizin ən acınacaqlı problemlərindən biridir:

"Lakin görünür, bu, həm Elm və Təhsil Nazirliyinə, həm də müəllimlərə sərf edir. Görünür, burada gizli bir əlin himayəçiliyi var. Satılan bu əlavələr "dərslik mafiyası"nın maraqlarına xidmət edir.

Sizə bir fakt deyim, əvvəllər şagirdlər xarici dillərdə olan lüğətlərini öz əlləri ilə hazırlayırdılarsa, indi müəllimlər bu lüğətlərin də hazır alınmasını tələb edir. Sanki hamı birləşib bir və ya bir neçə nəfərin cibinə işləyir".

G.Qurbanova son olaraq vurğuladı ki, artıq Elm və Təhsil Nazirliyi onların sifarişi ilə və dövlət vəsaiti hesabına dərc edilən dərsliklərin niyə proqramı tam əhatə etmədiyinə bütün şəffaflığı ilə aydınlıq gətirməlidir.

Qaynarinfo olaraq qeyd edək ki, biz də öz növbəmizdə mövzunu təhsil ekspertləri və ictimaiyyət nüməyəndələri ilə davamlı müzakirə edərək, diqqətdə saxlayacağıq.

qaynarinfo









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa? - NƏ ETMƏLİ?
Bu gün, 19:02
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
“AzInTelecom” işçiləri üçün 90 min manatlıq yemək alır - TENDER
Bu gün, 18:56
"ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq" - ŞƏRH
Bu gün, 18:15
Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik - İşin pərdəarxasında kimlər dayanır?
Bu gün, 18:12
19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib
Bu gün, 18:08
110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK – FOTOFAKT + VİDEO
Bu gün, 18:04
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq - TƏFƏRRÜAT
Bu gün, 17:59
“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... Bu, onun öz mövqeyi deyil...”
Bu gün, 17:58
Azərbaycan bütün ssenarilərə hazırdır: - “İstənilən an…”
Bu gün, 17:51
Vardanyan Paşinyana: "İstənilən suala cavab verməyə hazıram" - KİV
Bu gün, 17:44
ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır
Bu gün, 17:42
"Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik" - ARANI KİM QARIŞDIRIR?
Bu gün, 17:41
“Naxçıvanda hər bir ailəyə daxil olan vəsaitin həcmi araşdırılır...” - NƏ BAŞ VERİR?
Bu gün, 17:33
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
Bu gün, 17:29
Paşinyan Rusiyanı şantaj edir – Ermənistan bölgədə sülh istəmir
Bu gün, 17:28
AMB 24 sığorta agenti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 17:27
Erməni keşiş köhnə ampluasında: - "Sonun başlanğıcıdır"
Bu gün, 17:23
“CityCar” bazarın nəbzini niyə tuta bilmir? - Qiymətləri yenə AZALTDI
Bu gün, 16:50
Prezident İlham Əliyev bir qrup neft sənayesi işçisini təltif edib - SİYAHI
Bu gün, 16:48
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? - İNCƏLƏMƏ
Bu gün, 16:28
Region ölkələrində nə qədər məhkum var? – Tam siyahı
Bu gün, 16:25
Kredit maaş kartından birbaşa tutula bilərmi?
Bu gün, 16:18
"Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" - FOTO
Bu gün, 16:16
Suverenliyin bərpası üçün SON ADDIM
Bu gün, 14:02
“Natiqdən bir gün mütləq xəbər çıxacaq” - Milli qəhrəmanımızın anası
Bu gün, 14:00
"Azərbaycan Dəmir Yolları"nın tenderi - LƏĞV OLUNDU
Bu gün, 13:56
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
Bu gün, 13:18
Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi - Ermənistan KİV
Bu gün, 13:14
Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş - Zelenski üçün hansı riskləri var?
Bu gün, 13:12
Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - SİYAHI
Bu gün, 13:09
Rusiyada azərbaycanlı iş adamı HƏBS EDİLDİ
Bu gün, 13:01
Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
Bu gün, 12:55
“Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 12:53
Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır - AXI NİYƏ?
Bu gün, 12:46
Nazir xanım idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?
Bu gün, 12:45
Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü - QHT sədrinin məhkəmə işi
Bu gün, 12:44
BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...
Bu gün, 12:41
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - Reyhan Müslümovanın yarım qalan həyatı
Bu gün, 12:39
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
Bu gün, 12:35
Mülayim şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:34
Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı rəsmi sənədi TƏKZİB EDİR
Bu gün, 12:29
Avropada yeni komanda: frau Ursula və onun “əsgərlər”i - ARAŞDIRMA
Bu gün, 12:22
“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...
Bu gün, 12:10
“Rabitəbank” müştəriləri bankın xidmətlərindən narazıdır - FOTO
Bu gün, 12:00
Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq - Diqqət!
Bu gün, 11:51
Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər - Zaxarova
Bu gün, 11:48
Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB... - Subsidiyalar NİYƏ VERİLMİR?
Bu gün, 11:43
Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib - İLGİNC FAKTLAR
Bu gün, 11:36
“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a töhfəsini davam etdirir - FOTO
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru