Suverenliyin bərpası üçün .....                     “Natiqdən bir gün mütləq xəbər çıxacaq” .....                     "Azərbaycan Dəmir Yolları"nın tenderi .....                     Azərbaycanda torpaqlardan istifadə ilə bağlı .....                     Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi .....                     Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş .....                     Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? .....                     Rusiyada azərbaycanlı iş adamı .....                     Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı .....                     “Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR .....                     Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır .....                     Nazir xanım idarə rəisini təqaüdə göndərdi .....                     Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü .....                     BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək .....                     “Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb .....                     Mülayim şərq küləyi əsəcək .....                     Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı rəsmi sənədi .....                     Avropada yeni komanda: frau Ursula və onun “əsgərlər”i .....                     “Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir .....                     “Rabitəbank” müştəriləri bankın xidmətlərindən narazıdır .....                     Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq .....                     Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər .....                     Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB... .....                     Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib .....                     “Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a töhfəsini davam etdirir .....                     Kolleclərə direktorlar təyin olunub .....                     Şəbnəm Tovuzlu Vəfanın adamını qaçırtdırıb? .....                     Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?.. .....                     Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin .....                     "Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" .....                     "Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" .....                     Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? .....                     Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq .....                     Zakir Həsənovdan Ordumuza TƏBRİK .....                     COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir .....                     Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir .....                     Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... .....                     `Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... .....                     "Onun yanında kim qalmaq istəyər?" .....                 

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
Tarix: Bu gün, 12:55 | Çap et
Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun həbsdəki şəriki Azad Nağıyevin və Valeh Əliyevin ölkə rəhbərliyinə yolladıqları sensasion məktub üzə çıxıb.

Musavat.com xəbər verir ki, Azad Nağıyev həmin məktubu hələ azadlıqda olarkən imzalayıb.

Məktubda hazırda Yasamal Rayon Məhkəməsində araşdırılan, Elman Rüstəmovun adının əsas fiqurant olaraq qarışdığı 5 milyonluq fırıldaq kredit işinin mahiyyəti də tam çılpaqlığı ilə ortaya çıxır.

Elman Rüstəmov şəriklik təklif etdi, 3 milyon 900 min ABŞ dolları kredit ayırdı

Elman Rüstəmovun şərikləri Azad Nağıyevlə Valeh Əliyevin 2018-ci ildə imzaladığı həmin məktubu təqdim edirik:

“Yazıb Sizə məlum edirik ki, 1999-cu ildən etibarən Bakı şəhərində “Super İnşaat” MTK-nı təsis etməklə tikinti fəaliyyəti ilə məşqul olmağa başlamışıq. Şəhərin bir neçə ünvanında yüksək mərtəbəli yaşayış binaları inşa edib sakinlərin istifadəsinə vermişik. 2004-cü ildə Mərkəzi Bankın sədri Elman Rüstəmov tərəfindən bizə şərikli inşaat aparmaq təklifi daxil oldu. Elman Rüstəmov bu məqsədlə müxtəlif vaxtlarda bizə 3 milyon 900 min ABŞ dolları kredit ayırmaq təklif etmişdi.

Elman Rüstəmov 5 milyonluq kreditdən 10 milyon qazanıb, 2 milyon manatlıq mənzil sahəsi alıb!

Biz də öz növbəmizdə Elman Rüstəmovun təklifini qəbul edib, onunla birgə işləməyə başladıq. Birlikdə Bakı şəhəri, Hüseyn Cavid prospektində 3 yaşayış binası inşa etdik. Elman Rüstəmovla razılaşdığımız qaydada kreditlər tərəfimizdən hissə-hissə ödənilirdi. Bütün xərclər çıxıldıqdan sonra ikimizə 3 milyon 200 min ABŞ dolları gəlir qaldı. Həmin məbləğ aramızda bərabər bölündü. Bundan əlavə, Elman Rüstəmov bizdən 3 milyon 100 min ABŞ dolları məbləğini və digər şirkətimiz olan “Aqana Servis” MMC-nin adına inşa edilmiş yaşayış binasından 2 milyon manatlıq mənzil sahəsi aldı. Beləliklə, Elman Rüstəmov məndən cəmi 3 milyon 100 min ABŞ dolları və 2 milyon manatlıq mənzil sahəsi aldı.

Elman Rüstəmov Mərkəzi Bankdan 5 milyonu belə çıxarıb!

Elman Rüstəmov bizdən aldığı pulları qaytarmaq məqsədi ilə 2013-cü ildə bizə Mərkəzi Bankın hesabından 5 milyon manat kredit ayırdı və həmin kreditlərin 1 milyon 500 min manat hissəsini isə xalası oğlu Rəşadın “Silk Way” Banka olan borcunu ödədi. Yerdə qalan məbləğin 3 milyon 500 min manat hissəsini bizə girov müqabilində versə də, həmin məbləği də onun göstərişi ilə hissə-hissə müxtəlif şəxslərə və dediyi yerlərə vermişik. Hazırda sözügedən kreditlə bağlı bizə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırılıb. Elman Rüstəmova dəfələrlə bizim adımıza yazdığı həmin kreditlərin bağlanmasını, mülkiyyət hüququ əsasında həyat yoldaşıma və V.Əliyevə məxsus qeyri-yaşayış sahələrinin girovdan azad edlməsini xahiş etsəm də, xahişlərim heç bir nəticə verməyib.

Elman Rüstəmov etibarımızdan sui-istifadə etdi

Hesab edirəm ki, Elman Rüstəmov bizim etibarımızdan sui-istifadə etməklə, bizim adımıza yazdırdığı kreditləri öz məqsədləri, habelə xalası oğlunun kreditlərini bağlamaq üçün istifadə etməsinə baxmayaraq, həmin kreditlər bizdən, məndən tələb edilir. Bu da bizə və ailəmizə böyük maddi ziyana səbəb olub. Bir neçə dəfə Elman Rüstəmov ilə şəxsən görüşmək istəsəm də, o, hər dəfə müxtəlif bəhanələrlə mənimlə görüşdən imtina edir.

Elman Rüstəmov tərəfindən mənə verilən pulları ikiqat qiymətinə qaytarmışıq!

Məktub müəllifləri Elman Rüstəmovu səlahiyyət həddini aşmaqda, qanunsuz işlərlə məşğul olmaqda ittiham ediblər:

“Bizim kimi iş adamlarını müflis vəziyyətə çatdırdı. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Elman Rüstəmov tərəfindən mənə verilən pullar ikiqat qiymətinə qaytarılıb, ona borcumuz qalmayıb. Elman Rüstəmov öz şəxsi pullarını bizə banklar vasitəsi ilə kredit kimi ayırıb, bununla həm dövləti, həm də bizi aldadıb. Hazırda şirkətimizdə 100 nəfərə yaxın işçi çalışır, Elman Rüstəmovun hərəkətləri nəticəsində şirkətimiz tam müflis vəziyyətinə düşüb. Nəticədə 100 ailə işsiz qalıb. Yuxarıda qeyd olunanları nəzərə alıb Sizdən xahiş edirik Elman Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində bizə dəymiş ziyanın ödənilməsi ilə bağlı müvafiq göstəriş verəsiniz.

Qeyd edək ki, Azad Nağıyev 2013-cü ildə Elman Rüstəmovun göstərişi ilə “Aqana Servis” şirkətinin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsini “Premium Bank”a girov qoymaqla 2 milyon 500 min manat kredit götürüb.

Azad Nağıyevin həbsi girov qoyulan qeyri-yaşayış sahəsi ilə bağlıdır. Deməli, 2010-cu ildə vətəndaş Nizami Kərimov “Aqana Servis” şirkətindən qeyri-yaşayış sahəsi alıb. Şirkətin sahibi Azad Nağıyev o zaman Elman Rüstəmovun göstərişi ilə həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə “Premium Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində, olduqca aşağı faizlə kredit götürüb. Azad Nağıyev məhkəməsində də deyib ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyiblər. Azad Nağıyevlə digər şərikinin imzaladığı məktubda da bu məsələ əksini tapıb. Hər bir halda ortada olan odur ki, “Premium Bank” Mərkəzi Bankdan 5,25 faizlə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25 faizlə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib. Girov olaraq isə faktiki olaraq vətəndaş Nizami Kərimova məxsus qeyri-yaşayış sahəhi qoyulub!

Kreditin təyinatı kimi “maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində, kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən “təyinat” amorfdur, Azərbaycan Banklarında bu şəkildə kredit almaq qeyri-mümkündür. Bunun üçün Elman Rüstəmov kimi şərikə ehtiyac var. Kredit müddəti ərzində də Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7 faizə, “Premium Bank” isə 4,7 faizə endirərək müddəti uzadıblar.

Vətəndaş Nizami Kərimov ona məxsus olan və Elman Rüstəmovla şəriklərinin tikinti şirkətindən alınmış qeyri-yaşayış sahəsinin qanunsuz olaraq girov qoyulduğunu öyrəndikdən sonra məhkəməyə üz tutub.

Məhkəmə araşdırmaları zamanı əmlakın qanunsuz olaraq girov qoyulduğu təsdiqlənib. Məhkəmə Nizami Kərimova məxsus olan, qanunsuz olaraq mənimsənilmiş əmlakın digər şəxsin adından çıxarılması qərarı verib. Bununla belə, “Premium Bank”ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb.

Elman Rüstəmov yaxasını kənar çəkir, şərikini qabağa verməklə onun həbsinə yol açıb. Elman Rüstəmovla şəriklərinin tikinti-kredit maxinasiyalarından xəbərsiz olan vətəndaş Nizami Kərimov isə məhkəmə qapılarında ədalət axtarışındadır.

Eks-baş bankir Elman Rüstəmovun həbsdəki şərikinin məktubunda yer alan məlumatlar faktiki olaraq istintaqa verilən ifadə gücündədir və hüquq-mühafizə orqanlarının araşdırması zərurəti ortalıqdadır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suverenliyin bərpası üçün SON ADDIM
Bu gün, 14:02
“Natiqdən bir gün mütləq xəbər çıxacaq” - Milli qəhrəmanımızın anası
Bu gün, 14:00
"Azərbaycan Dəmir Yolları"nın tenderi - LƏĞV OLUNDU
Bu gün, 13:56
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
Bu gün, 13:18
Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi - Ermənistan KİV
Bu gün, 13:14
Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş - Zelenski üçün hansı riskləri var?
Bu gün, 13:12
Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - SİYAHI
Bu gün, 13:09
Rusiyada azərbaycanlı iş adamı HƏBS EDİLDİ
Bu gün, 13:01
Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
Bu gün, 12:55
“Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 12:53
Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır - AXI NİYƏ?
Bu gün, 12:46
Nazir xanım idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?
Bu gün, 12:45
Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü - QHT sədrinin məhkəmə işi
Bu gün, 12:44
BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...
Bu gün, 12:41
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - Reyhan Müslümovanın yarım qalan həyatı
Bu gün, 12:39
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
Bu gün, 12:35
Mülayim şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:34
Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı rəsmi sənədi TƏKZİB EDİR
Bu gün, 12:29
Avropada yeni komanda: frau Ursula və onun “əsgərlər”i - ARAŞDIRMA
Bu gün, 12:22
“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...
Bu gün, 12:10
“Rabitəbank” müştəriləri bankın xidmətlərindən narazıdır - FOTO
Bu gün, 12:00
Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq - Diqqət!
Bu gün, 11:51
Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər - Zaxarova
Bu gün, 11:48
Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB... - Subsidiyalar NİYƏ VERİLMİR?
Bu gün, 11:43
Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib - İLGİNC FAKTLAR
Bu gün, 11:36
“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a töhfəsini davam etdirir - FOTO
Bu gün, 11:28
Kolleclərə direktorlar təyin olunub - ADLAR
Bu gün, 11:25
Şəbnəm Tovuzlu Vəfanın adamını qaçırtdırıb? - ŞOK İDDİA
Bu gün, 11:14
Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?.. - AXI NİYƏ?
Bu gün, 11:08
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün, 10:56
"Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Erməni siyasətçi
Bu gün, 10:55
"Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" - deputat
Bu gün, 10:42
Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? - DETALLAR
Bu gün, 10:38
Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 10:22
Zakir Həsənovdan Ordumuza TƏBRİK - MƏTN
Bu gün, 10:14
COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir
Bu gün, 10:13
Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:08
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... - “Hraparak”
Bu gün, 10:06
`Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... - BU rəsmən BÜDCƏ QARƏTİDİR...
Bu gün, 09:54
"Onun yanında kim qalmaq istəyər?" - Əli Kərimlinin keçmiş müavini
Bu gün, 09:43
"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:28
“Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” - deputat
Bu gün, 09:26
İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!
Bu gün, 09:21
Samir Şərifov getməsə, o da tərpənməyəcək... - GİZLİ OLİQARX...
Bu gün, 09:19
AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. - ŞƏRH
Bu gün, 09:02
BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...
Bu gün, 09:01
Paşinyan Bakıya gələrmi heç... - GÖZLƏNTİ
Bu gün, 08:54
Böyük nəslin davamçısı... - Dilarə Kazımova
Bu gün, 08:53
Bülbüloğlunun sələfi KİM OLACAQ? - Elə adlar var ki...
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru