“Rabitəbank”ın xidmət keyfiyyətindən ciddi narazılığımı bildirmək istəyirəm. Qaynar xətt 17:00-a qədər fasiləsiz xidmət vəd edir, lakin filiala gedəndə kassir obyekti bağlayıb yemək fasiləsinə gedir. Yemək fasiləsi də 14:00-da başlayırmış. Tribuninfo.az xəbər verir ki, bu barədə bank müştərisi Murad İsayev yazıb. O bildirib ki, bu bankda müştərilərin vaxtına və ehtiyaclarına hörmət edilmir:
“Bankın qaynar xəttinin filialda baş verənlərdən də xəbəri yoxdur. Ümumiyyətlə, filial müdiri də heç maraqlanmır ki, müştəri nədən narazıdır. Fikrimcə, bank öz xidmət standartlarını təkmilləşdirməli və müştəri məmnuniyyətini prioritetləşdirməlidir”.