“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? .....                     Region ölkələrində nə qədər məhkum var? .....                     Kredit maaş kartından birbaşa tutula bilərmi? .....                     "Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" .....                     Suverenliyin bərpası üçün .....                     “Natiqdən bir gün mütləq xəbər çıxacaq” .....                     "Azərbaycan Dəmir Yolları"nın tenderi .....                     Azərbaycanda torpaqlardan istifadə ilə bağlı .....                     Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi .....                     Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş .....                     Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? .....                     Rusiyada azərbaycanlı iş adamı .....                     Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı .....                     “Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR .....                     Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır .....                     Nazir xanım idarə rəisini təqaüdə göndərdi .....                     Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü .....                     BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək .....                     “Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb .....                     Mülayim şərq küləyi əsəcək .....                     Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı rəsmi sənədi .....                     Avropada yeni komanda: frau Ursula və onun “əsgərlər”i .....                     “Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir .....                     “Rabitəbank” müştəriləri bankın xidmətlərindən narazıdır .....                     Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq .....                     Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər .....                     Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB... .....                     Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib .....                     “Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a töhfəsini davam etdirir .....                     Kolleclərə direktorlar təyin olunub .....                     Şəbnəm Tovuzlu Vəfanın adamını qaçırtdırıb? .....                     Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?.. .....                     Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin .....                     "Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" .....                     "Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" .....                     Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? .....                     Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq .....                     Zakir Həsənovdan Ordumuza TƏBRİK .....                     COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir .....                 

Suverenliyin bərpası üçün SON ADDIM
Tarix: Bu gün, 14:02 | Çap et
Suverenliyin bərpası üçün
Azərbaycan silahlı qüvvələrinin Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından bir il ötür.

Sentyabrın 19-20-si bir ildir ki, Azərbaycan tarixində xüsusi əlamətdar günə çevrilib. Çünki antiterror əməliyyatı Azərbaycan dövlətinin bütün ərazilərində suverenliyini bərqərar edən bir hadisədir. Bir ildir ki, 35 il davam edən erməni separatizminə, “Miatsum” ideologiyasına son qoyulub. Artıq Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocavənddə Azərbaycan bayrağı dalğalanır. Ermənilər isə buna görə nə Azərbaycan dövlətini, nə də azərbaycanlıları qınaya bilər.

İlk növbədə ona görə ki, antiterror əməliyyatının keçirilməsinə erməni separatçılarının təxribatları şərait yaradıb. 2020-ci ildə Azərbaycan Ordusu işğal altındakı əraziləri azad etdikdən sonra 10 noyabr Bəyanatını imzalayıb əməliyyatları davam etdirməməyə razılıq verdi.

Azərbaycan bundan sonrakı prosesi sülh yolu ilə müəyyən etməyi təklif etdi. Yəni Ermənistana sülh müqaviləsi imzalamaq, regional əməkdaşlıq, Qarabağda yaşayan erməni sakinlərə isə reinteqrasiya çağırışı edildi. Rəsmi Bakı ermənilər və azərbaycanlılar arasında on illərlə davam etmiş münaqişənin dinc dövrə daxil olması üçün qarşı tərəfə bir şans verdi. Amma nə Ermənistan, nə də Qarabağdakı ermənilər bu fürsəti dəyərləndirmək istədi.

Hətta Azərbaycana qarşı düşmənçilik, nifrət hissindın imtina edə bilməyən ermənilər Bakıdan göndərilən ərzaq yardımı da qəbul etmədi. Ona görə də bölgədə artan gərginlik hərbi xuntanın ləğvi üçün əməliyyat keçirilməsini qaçılmaz edirdi.

Əslində, Azərbaycan 10 noyabr Bəyanatının imzalanmasından sonra bütün öhdəlikləri yerinə yetirməklə bölgədə münaqişənin qarşısını almağın tərəfdarı olub.

Laçın-Xankəndi yolunun qısa müddətdə və yüksək standartlara uyğun inşası, Ermənistandan ərzaq məhsullarının Qarabağa daşınmasına şərait yaradılması, erməni əsilli sakinlərin müalicə üçün Ermənistana aparılmasına yardım göstərilməsi bölgədə sülhün qərqərar olmasına hesablanmış addımlar idi. Lakin ermənilər Azərbaycanın bu humanizmindən də öz məkrli niyyətlərini həyata keçirmək üçün sui-istifadə etdi.

Azərbaycanın çəkdiyi yolla Qarabağa gah silah və mina daşıdılar, gah da terrorçu. Çünki “erməniçilik” deyilən bir anlayış var və onun mahiyyəti yaxşılıq edəni arxadan vurmaqdan ibarətdir. 44 günlük müharibədən sonra Azərbaycanın sülh danışıqları, sərhədlərin açılmasını təklif etməsinə baxmayaraq, Ermənistan 10 mindən artıq qanunsuz silahlı birləşməni Qarabağdan çıxartmaq istəmədi.

Azərbaycan Qarabağda yaşayan ermənilərə vətəndaşlığı qəbul etmək, başqa azsaylı xalqlarla eyni hüquqların verilməsini, sosial güzəştlər vəd etdi. Amma ermənilər Azərbaycan Ordusunun mövqelərinə silahlı basqınlar təşkil etdi, Ağdərədəki qızıl və mis mədənlərindən çıxan təbii sərvətləri oğurlayıb qaçaqmalçılıq yolu ilə Ermənistana daşıdılar.

Bütün bunlar azmış kimi, yollara mina basdırıb Azərbaycan polislərinin, əsgərlərinin şəhid olmasına səbəb oldular. Ona görə də Azərbaycanın antiterror əməliyyatına başlamaqdan başqa yolu yox idi. Ermənilər isə Qarabağdan könüllü köçüb getdilər. Çünki Qarabağ onların tarixi vətəni deyildi.

Onlar Qarabağa sonradan köçürülmüşdü, gəlmə idilər. Azərbaycanlılarla birgəyaşayışdan imtina edib 30 il işğal altında saxladıqları özgə evini tərk etdilər. Hətta köçməklə bağlı qərarı özləri verdiklərini, onları buna kimsənin məcbur etmədiyini bu gün də deyirlər. Azərbaycan dövləti isə həmin torpaqlarda suverenliyini bərqərar etdi.

Xocalıdan, Xankəndidən, Laçından, digər ərazilərdən qovulanlar öz evlərinə qayıdır, həyat yenidən dirçəlir. Sadəcə, burada bir fərq var. Azərbaycanlılar öz yurdlarını ermənilərin törətdiyi etnik təmizləmə və soyqırım nəticəsində tərk etmişdilər. Ermənilər isə evlərini Azərbaycan dövlətinin ərzaq yardımı, xoş münasibəti ilə yola salındı. Üstəlik, onlara evlərinə qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edildi, portal açıldı.

Lakin erməni xislətinin bu yaxşılığa cavabı portalı blok etmək oldu. Azərbaycan xalqı isə erməni separatizminin xarabalıqları üzərində Dövlət Suverenliyi Gününü qeyd edir. Bu, müasir Azərbaycanın tarixində ən şanlı səhifələrdən biridir. 35 il separatçı-terrorçu rejimə başçılıq edib Azərbaycan xalqının qətliam edənlər də bu bayramı Bakıda saxlandıqları təcridxanada çay içməklə qeyd edəcək.

Yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq Qukasyan, Babayan, Saakyan, Mnasakanyan, Vardanyan, Arutunyan, İşxanyan, Beqlaryan kimiləri Azərbaycana qarşı törətdikləri cinayətə görə cavab verəcəklər.

Müşfiq Abdulla
"Cebheinfo.az"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? - İNCƏLƏMƏ
Bu gün, 16:28
Region ölkələrində nə qədər məhkum var? – Tam siyahı
Bu gün, 16:25
Kredit maaş kartından birbaşa tutula bilərmi?
Bu gün, 16:18
"Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" - FOTO
Bu gün, 16:16
Suverenliyin bərpası üçün SON ADDIM
Bu gün, 14:02
“Natiqdən bir gün mütləq xəbər çıxacaq” - Milli qəhrəmanımızın anası
Bu gün, 14:00
"Azərbaycan Dəmir Yolları"nın tenderi - LƏĞV OLUNDU
Bu gün, 13:56
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
Bu gün, 13:18
Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi - Ermənistan KİV
Bu gün, 13:14
Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş - Zelenski üçün hansı riskləri var?
Bu gün, 13:12
Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - SİYAHI
Bu gün, 13:09
Rusiyada azərbaycanlı iş adamı HƏBS EDİLDİ
Bu gün, 13:01
Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
Bu gün, 12:55
“Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 12:53
Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır - AXI NİYƏ?
Bu gün, 12:46
Nazir xanım idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?
Bu gün, 12:45
Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü - QHT sədrinin məhkəmə işi
Bu gün, 12:44
BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...
Bu gün, 12:41
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - Reyhan Müslümovanın yarım qalan həyatı
Bu gün, 12:39
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
Bu gün, 12:35
Mülayim şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:34
Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı rəsmi sənədi TƏKZİB EDİR
Bu gün, 12:29
Avropada yeni komanda: frau Ursula və onun “əsgərlər”i - ARAŞDIRMA
Bu gün, 12:22
“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...
Bu gün, 12:10
“Rabitəbank” müştəriləri bankın xidmətlərindən narazıdır - FOTO
Bu gün, 12:00
Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq - Diqqət!
Bu gün, 11:51
Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər - Zaxarova
Bu gün, 11:48
Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB... - Subsidiyalar NİYƏ VERİLMİR?
Bu gün, 11:43
Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib - İLGİNC FAKTLAR
Bu gün, 11:36
“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a töhfəsini davam etdirir - FOTO
Bu gün, 11:28
Kolleclərə direktorlar təyin olunub - ADLAR
Bu gün, 11:25
Şəbnəm Tovuzlu Vəfanın adamını qaçırtdırıb? - ŞOK İDDİA
Bu gün, 11:14
Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?.. - AXI NİYƏ?
Bu gün, 11:08
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün, 10:56
"Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Erməni siyasətçi
Bu gün, 10:55
"Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" - deputat
Bu gün, 10:42
Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? - DETALLAR
Bu gün, 10:38
Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 10:22
Zakir Həsənovdan Ordumuza TƏBRİK - MƏTN
Bu gün, 10:14
COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir
Bu gün, 10:13
Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:08
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... - “Hraparak”
Bu gün, 10:06
`Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... - BU rəsmən BÜDCƏ QARƏTİDİR...
Bu gün, 09:54
"Onun yanında kim qalmaq istəyər?" - Əli Kərimlinin keçmiş müavini
Bu gün, 09:43
"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:28
“Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” - deputat
Bu gün, 09:26
İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!
Bu gün, 09:21
Samir Şərifov getməsə, o da tərpənməyəcək... - GİZLİ OLİQARX...
Bu gün, 09:19
AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. - ŞƏRH
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru