Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin .....                     "Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" .....                     "Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" .....                     Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? .....                     Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq .....                     Zakir Həsənovdan Ordumuza TƏBRİK .....                     COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir .....                     Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir .....                     Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... .....                     `Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... .....                     "Onun yanında kim qalmaq istəyər?" .....                     "Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” .....                     Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb .....                     “Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” .....                     İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL .....                     Samir Şərifov getməsə, o da tərpənməyəcək... .....                     AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. .....                     BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR .....                     Paşinyan Bakıya gələrmi heç... .....                     Böyük nəslin davamçısı... .....                     Bülbüloğlunun sələfi KİM OLACAQ? .....                     Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşir .....                     Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... .....                     SEPAH-ın işğal planı: İran farsizm imperiya qurmağa cəhd edir .....                     Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi .....                     Paşinyan düsturu: Kremli söy və Rusiyadan milyardlar qazan! .....                     Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı .....                     Gəncədə 2 milyon manatlıq ŞÜBHƏLİ alış-veriş .....                     Daha bunun nəyi DOST oldu ki... .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... .....                     Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib .....                     Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır .....                     İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... .....                     “Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” .....                     "Anam bu işin peşəkarı və bilicisidir" .....                     Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? .....                     Camaat borclanmaqda davam edir .....                     Dövlət Turizm Agentliyinin tenderi .....                 

BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...
Tarix: Bu gün, 09:01 | Çap et
BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR
Baş nazir beynəlxalq aləmin diqqətini cəlb etmək üçün Azərbaycanın guya ölkəsinə aid ərazini ələ keçirdiyini yenidən açıqlayıb; söhbət işğal dövründə qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədindən gedir - hərbi analitikin izahı

“Ermənistan Silahlı Qüvvələrində islahatlar aparmağa başlayıb. Bu, Azərbaycanda da müzakirə edilir. Deyirlər ki, Ermənistan sülh istəmir”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Dünya Erməni Sammitində bəyan edib. Paşinyan ordunu sürətlə silahlandırmalarını BMT Nizamnaməsinin “özünümüdafiə” prinsipi ilə ört-basdır etməyə çalışıb. Əsas diqqət çəkən məqam onun Azərbaycanla müharibə edib-etməmək haqda dedikləridir. Paşinyan iddia edir ki, Azərbaycan Ordusu Ermənistanın 200 kvadratkilometr ərazisinə daxil olub. Söhbət işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədinin bərpasından sonra ordumuzun nəzarət etdiyi ərazilərdən gedir. Ermənistan isə bu ərazilərin onlara “məxsus” olduğunu iddia edir, xüsusilə İstisu (Cermuk) istiqamətində ordumuzun mövqelərindən geri çəkilməsini istəyirlər.

Nikol bildirib ki, bu ərazilərin “azad olunması” üçün müharibə etməyəcəklər. “Hesab edirik ki, Azərbaycanla sərhədin demarkasiyası haqda imzalanmış əsasnamə bu məsələni danışıqlar yolu ilə həll etmək imkanı verir”, - o bildirib.

Paşinyanın bu çıxışı Ermənistanın sürətlə silahlandırılmasına haqq qazanmaq məqsədi daşıyır. Daha ötəsi, onun ərazilərinin guya işğalı ilə bağlı dedikləri əslində Ermənistanın qeyri-rəsmi müharibə elanı kimi də qiymətləndirilə bilər. Həmin sammitdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10 faizdən aşağı düşüb. Onun sözlərinə görə, ölkəsi Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir: “Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biri Hindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq”.

Bundan əvvəl Ermənistanın baş diplomatı Ararat Mirzoyan təklif irəli sürmüşdü ki, ordular şərti sərhəddə “güzgü prinsipi” ilə geri çəkilsinlər. Rəsmi Bakı haqlı olaraq razılaşmadı. Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan bala Göyçə gölünü vizual olaraq müşahidə edə bilir və yaxınlığındadır. Paşinyan isə sərhəd toqquşmalarından sonra baş verənləri “işğal” adlandırmaqla yanaşı, həm də KTMT-ni buna görə ittiham edir. Hətta son çıxışında bu blokda qalmağı Ermənistanın suverenliyi üçün təhdid adlandırıb. Baş nazirin həm “işğal”a toxunması, həm sözügedən əraziləri döyüşlə geri qaytarmaq niyyəti olmadığını vurğulaması, həm də bu kontekstdə KTMT-ni günahlandırması təsadüfi deyil.

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Ermənistan 2021 və 2022-ci illərin sentyabr döyüşlərinə istinad edir. Həmin sərhəd toqquşmalarında Azərbaycanın strateji yüksəklikləri nəzarətə götürdüyünü qeyd edən analitikin sözlərinə görə, Paşinyan “işğal” deyəndə sözügedən hadisələri nəzərdə tutur. Ekspert şərti sərhəd olduğunu, delimitasiya işləri aparılmadığını yada salır və onun fikrincə, İrəvan bu proseslər üzərindən manipulyasiya edir. Eyni zamanda bu yüksəkliklərə nəzarətin təmin olunmasını Qarabağda artıq məhv edilmiş separatçıların nəfəsliklərinin bağlanması baxımdan o dövr üçün əhəmiyyətli addımlar sayır.

R.Məmmədli indi sərhədlərin dəqiqləşməsini vacib bilir. Onun fikrincə, bundan sonra Ermənistan üçün sərhədin haradan başlandığı məlum olacaq: “Paşinyan 200 kvadrat kilometr ərazinin guya işğal edildiyini iddia edir, amma sərhəd müəyyənləşməyib, sadəcə, bunu iddia etməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir. Fransa da bu mövqedən çıxış edir ki, Azərbaycan guya təcavüz edib, Ermənistan ərazisinə daxil olub. Təbii ki, İrəvan və Parisin bu yalanları Azərbaycan haqqında aqressor imici yaratmağa hesablanıb. Qarşıdan COP29 gəldiyi üçün Paşinyan bu məsələni yenidən dilə gətirib. Bu problemlərin tək həlli yolu delimitasiya prosesini inkişaf etdirməkdir. Amma bu istiqamətdə iş dondurulub. Tavuş bölgəsində sərhəd dirəklərinin basdırılmasından sonra bu iş digər ərazilərdə aparılmadı. Ermənistanla uzun bir sərhədimiz var və bu proses həyata keçirilməlidir ki, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması zamanı sülh sənədində öz əksini tapsın. Əks halda, ermənilərin ərazi iddiaları davam edəcək”.

Hərbi ekspert Azərbaycanın heç bir ərazini işğal etmədiyini bildirərək, Ermənistanın anklav kəndləri geri qaytarmadığını xatırladır: “Bu işğal faktı Paşinyanın yadına salınmalıdır. Ermənistan şərti sərhəddə hansı ərazinin ona aid olduğunu iddia edə bilməz. Fikrimcə, bu bəyanatlar sülh danışıqlarına da zərər vurur. Ermənistanın bütün hərəkətləri və silahlandırılması onu deməyə əsas verir ki, onlar hərbi təxribatlara hazırlıq ərəfəsindədirlər. Şübhəsiz ki, burada KTMT-ni günahkar çıxarmaq imitasiyası da var. Guya KTMT Ermənistanı qorumadığı üçün ərazi itkisi ilə üzləşiblər. Paşinyan saxtakarlıqla məşğuldur və onun açıqlamaları Qərbin dəstəyini artırmağa hesablanıb”.

Qeyd edək ki, rəsmi Bakı bundan əvvəl dövlət sərhədinin delimitasiyası keçirilməmiş Ermənistanın 31 kəndinə məxsus olan torpaqların işğalı barədə danışmağı tamamilə əsassız hesab edib. Bu il avqustun 30-da Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Əslində, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətlə başlamışdı. Onda belə ehtimal edilirdi ki, tezliklə tərəflər arasında sərhəd məsələsi həll olunacaq və sülh sazişi imzalanacaq. Ancaq Ermənistanın sürətlə silahlanma istiqamətində fəaliyyətini artırması, o cümlədən ABŞ-ın ona bu sahədə yardım etməsi, Azərbaycanla şərti sərhəddə törədilən təxribat, Avropa İttifaqı Mülki müşahidə missiyasının bu hadisəni susqunluqla izləməsi, rəsmi İrəvanın həmin hadisələrə əsaslı cavab verə bilməməsi kimi hallar normallaşma prosesi istiqamətində işlərin irəliləməsinə mane olan amillərdəndir. Bütün hallarda əsasnamə və reqlament sərhədlərin müəyyənləşməsi istiqamətində işçi qrupun fəaliyyətini sürətləndirir. Bu, Azərbaycanla Ermənistan arasında imzalanan azsaylı növbəti sənəddir.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün, 10:56
"Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Erməni siyasətçi
Bu gün, 10:55
"Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" - deputat
Bu gün, 10:42
Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? - DETALLAR
Bu gün, 10:38
Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 10:22
Zakir Həsənovdan Ordumuza TƏBRİK - MƏTN
Bu gün, 10:14
COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir
Bu gün, 10:13
Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:08
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... - “Hraparak”
Bu gün, 10:06
`Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... - BU rəsmən BÜDCƏ QARƏTİDİR...
Bu gün, 09:54
"Onun yanında kim qalmaq istəyər?" - Əli Kərimlinin keçmiş müavini
Bu gün, 09:43
"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:28
“Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” - deputat
Bu gün, 09:26
İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!
Bu gün, 09:21
Samir Şərifov getməsə, o da tərpənməyəcək... - GİZLİ OLİQARX...
Bu gün, 09:19
AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. - ŞƏRH
Bu gün, 09:02
BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...
Bu gün, 09:01
Paşinyan Bakıya gələrmi heç... - GÖZLƏNTİ
Bu gün, 08:54
Böyük nəslin davamçısı... - Dilarə Kazımova
Bu gün, 08:53
Bülbüloğlunun sələfi KİM OLACAQ? - Elə adlar var ki...
Bu gün, 08:50
Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşir - Görünəni odur ki...
Bu gün, 08:48
Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... - İTTİHAM VAR...
Bu gün, 08:41
SEPAH-ın işğal planı: İran farsizm imperiya qurmağa cəhd edir - NƏ ETMƏLİ?
Bu gün, 08:31
Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 08:28
Paşinyan düsturu: Kremli söy və Rusiyadan milyardlar qazan! - ÇƏMİNİ TAPIB...
Bu gün, 08:27
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı - İLGİNC
Bu gün, 08:26
Gəncədə 2 milyon manatlıq ŞÜBHƏLİ alış-veriş – Pullar nəyə xərcləndi?
Bu gün, 08:24
Daha bunun nəyi DOST oldu ki... - GİLEY
Bu gün, 08:21
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 08:17
Ana Təbiətin NANKOR ÖVLADLARI... - ETSN nəinki susur... hətta HİMAYƏ EDİR!
Bu gün, 08:15
Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!
Bu gün, 08:11
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib - FOTO
Bu gün, 08:03
Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır - Nə etməliyik?
Bu gün, 08:01
İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... - NƏ BAŞ VERİR?
Bu gün, 07:58
“Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” – Zaxarova
Bu gün, 07:04
"Anam bu işin peşəkarı və bilicisidir"
Bu gün, 07:00
Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? - İNCƏLƏMƏ
Bu gün, 06:54
Camaat borclanmaqda davam edir – Faktlara diqqət
Bu gün, 06:51
Dövlət Turizm Agentliyinin tenderi - LƏĞV OLUNDU
Bu gün, 00:05
Dövlət qurumu 4,4 milyon manatlıq tibbi cihaz və avadanlıq aldı
Bu gün, 00:02
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən "peycer əməliyyatı"
Dünən, 19:00
Sosioloq od püskürdü: - Artıq məktəblər "zon", məktəblilər isə "vorzokon" olublar
Dünən, 18:56
Xankəndinin azad edilməsi barədə "ANTİTERROR" filmi - VİDEO
Dünən, 18:12
“Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat - FOTO
Dünən, 18:10
“Quska”nı müayinə edəcək professordan açıqlama – “Heç bir təmənna güdmədən…”
Dünən, 18:09
Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatı
Dünən, 18:07
“Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?” - ETİRAZ
Dünən, 17:49
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb - DETALLAR
Dünən, 17:47
Baş prokuror onu 6 dəfə qəbul edib - Rəsmi açıqlama
Dünən, 17:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru