Şəbnəm Tovuzlu Vəfanın adamını qaçırtdırıb? .....                     Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?.. .....                     Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin .....                     "Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" .....                     "Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" .....                     Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? .....                     Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq .....                     Zakir Həsənovdan Ordumuza TƏBRİK .....                     COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir .....                     Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir .....                     Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... .....                     `Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... .....                     "Onun yanında kim qalmaq istəyər?" .....                     "Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” .....                     Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb .....                     “Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” .....                     İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL .....                     Samir Şərifov getməsə, o da tərpənməyəcək... .....                     AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. .....                     BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR .....                     Paşinyan Bakıya gələrmi heç... .....                     Böyük nəslin davamçısı... .....                     Bülbüloğlunun sələfi KİM OLACAQ? .....                     Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşir .....                     Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... .....                     SEPAH-ın işğal planı: İran farsizm imperiya qurmağa cəhd edir .....                     Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi .....                     Paşinyan düsturu: Kremli söy və Rusiyadan milyardlar qazan! .....                     Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı .....                     Gəncədə 2 milyon manatlıq ŞÜBHƏLİ alış-veriş .....                     Daha bunun nəyi DOST oldu ki... .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... .....                     Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib .....                     Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır .....                     İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... .....                     “Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” .....                     "Anam bu işin peşəkarı və bilicisidir" .....                     Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? .....                 

Bülbüloğlunun sələfi KİM OLACAQ? - Elə adlar var ki...
Tarix: Bu gün, 08:50 | Çap et
Bülbüloğlunun sələfi KİM OLACAQ?
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən bitərəf namizəd kimi qalib elan olunub. Mərkəzi Seçki Komissiyası səsverməyə dair protokolun və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. P.Bülbüloğlu isə yaranmış fasilədən istifadə edərək, səfir kimi Rusiyaya son turnesinə çıxıb.

Sentyabrın 14-də, Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun son günü Rusiya Dövlət Ermitajında Polad Bülbüloğluna Ermitaj Mükafatının təqdimat mərasimi olub. Forumun Təşkilat Komitəsinin sədri, Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova mükafatı təqdim edib.

Ermitaj muzeyinin Georgi zalında baş tutan mərasimdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, mədəniyyət xadimləri, diplomatlar iştirak ediblər.

Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy vurğulayıb ki, Polad Bülbüloğlu mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edib. “O, dahi musiqiçi, dahi müğənnidir. Sevindirici haldır ki, Polad doğma torpağı Şuşadan deputat seçilib. Bu torpaq onun atasına və özünə möhtəşəm səslər bəxş edib. Qoy, bu səslər uzun illər Azərbaycanın inkişafına xidmət etsin”, - deyə Mixail Şvıdkoy bildirib.

Sonra Başqırdıstana gedən Polad Bülbüloğluna burada bu respublikanın xalq artisti adı verilib. Mükafatı ona Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin yaxın günlərdə seçkilərin nəticələrini təsdiq edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, qərar elan olunduqdan dərhal sonra 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan Bülbüloğlu səfir postundan geri çağırılacaq. Bu isə həm də Bülbüloğlunun sələfinin kimliyini də müəyyənləşdirməlidir.

Aydındır ki, Rusiya səfiri postuna göndəriləcək şəxs iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, səfir postuna namizədlər haqqında müzakirə aparıldığı deyilir.

Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır. Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adı hallanıb. Başqa bir mənbə isə deyib ki, Bakı COP29 üçün qonaqları qəbul etməyə fəal şəkildə hazırlaşır və böyük ehtimalla Azərbaycanın Rusiyaya yeni səfirinin təyin edilməsində tələskənlik etməyə də bilər.

Ekspertlərə görə, Moskvaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Nəzərə almaq lazımdır ki, erməni lobbisinin də güclü olduğu ölkələrdən biri Rusiyadır və Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır.

Məlumat üçün deyək ki, səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir, çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər.

Azərbaycanla Rusiya arasında münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycanın Rusiyaya göndərəcəyi səfir Moskva ilə heç bir problem yaşanmadan razılaşdırılacaq. Bir müddət öncə Şuşada keçirilən Beynəlxalq Media Forumda Rusiya ilə əlaqələrin indiki vəziyyəti və gələcək perspektivi barədə də suala cavabında Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir: “Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq. Siz tamamilə haqlısınız, son vaxtlar Zirvə görüşlərinin intensivliyi artıb və buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir. Ancaq onu da deməliyəm ki, indi əsasən gündəlik çox geniş olsa da, - siz, əlbəttə, gündəliyə hamıdan daha yaxşı bələdsiniz, - düşünürəm ki, yenə də ön plana çoxtərəfli əməkdaşlıq məsələləri çıxır. Çünki prinsip etibarilə, ikitərəfli əməkdaşlıqda artıq hər şey nizamlanıb.

Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Ancaq çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə gəldikdə, bu sahədə əlbəttə ki, həm tərəfdaşların, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çoxdur. Bu, ilk növbədə, geosiyasi vəziyyət və həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Lakin bir çox başqa mövzular da var. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir".

Siyasi analitiklər də hesab edirlər ki, Azərbaycanın Qarabağda suverenliyini tam bərpasından və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Polad Bülbüloğlu hələ səfir vəzifəsindən rəsmən geri çağırılmadığı üçün onun yerinə təyin olunacaq səfirə aqreman alınması proseduru hər halda başlanmayıb. Bu prosedur yəqin ki, Polad Bülbüloğlu səfir vəzifəsindən azad ediləndən sonra başlanacaq: “Rusiya kimi strateji ölkəyə səfir təyinatında müəyyən xüsusi prinsiplər əsas götürülür. Azərbaycan və Rusiya arasında münasibətləri və 200 ildən artıq əlaqələri nəzərə alsaq, təbii ki, Rusiyaya göndəriləcək şəxs bir çox məsələlərlə bağlı xüsusi keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin səfir Rusiyanı çox yaxşı bilməlidir, Rusiya cəmiyyətində, xüsusən də elitada ona qarşı müsbət münasibət olmalıdır. Həmin şəxs Rusiya siyasi mədəni və iqtisadi elitası ilə çox effektiv əlaqələr qurmağı, Rusiya mediası ilə işləməyi, Rusiyadakı azərbaycanlılarla sıx əlaqələr qurmağı bacarmalıdır. Təbii ki, eyni zamanda ölkəmizin Prezidentinə çox yaxın və sadiq şəxs olmalıdır. Şübhəsiz ki, səfir peşəkar diplomat olmalıdır, Rusiya mühitini və cəmiyyətini çox yaxşı tanımalıdır və özü də orada tanınmalıdır, qəbul edilməlidir, iki ölkə arasında bütün sahələrdə inkişafa töhfə verə biləcək addımları atmaq keyfiyyətlərinə malik bir şəxs olmalıdır. Yəqin ki, bu kriteriyalara uyğun gələn diplomatlardan biri səfir təyin olunacaq. Həmin şəxsin kim olacağını isə dəqiq söyləmək çətindir. Rusiya səfiri postunun uzun müddət boş saxlanmayacağını isə əminliklə söyləmək olar”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəbnəm Tovuzlu Vəfanın adamını qaçırtdırıb? - ŞOK İDDİA
Bu gün, 11:14
Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?.. - AXI NİYƏ?
Bu gün, 11:08
Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Bu gün, 10:56
"Köçəryan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Erməni siyasətçi
Bu gün, 10:55
"Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" - deputat
Bu gün, 10:42
Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? - DETALLAR
Bu gün, 10:38
Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 10:22
Zakir Həsənovdan Ordumuza TƏBRİK - MƏTN
Bu gün, 10:14
COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir
Bu gün, 10:13
Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:08
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... - “Hraparak”
Bu gün, 10:06
`Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... - BU rəsmən BÜDCƏ QARƏTİDİR...
Bu gün, 09:54
"Onun yanında kim qalmaq istəyər?" - Əli Kərimlinin keçmiş müavini
Bu gün, 09:43
"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:28
“Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” - deputat
Bu gün, 09:26
İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!
Bu gün, 09:21
Samir Şərifov getməsə, o da tərpənməyəcək... - GİZLİ OLİQARX...
Bu gün, 09:19
AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. - ŞƏRH
Bu gün, 09:02
BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...
Bu gün, 09:01
Paşinyan Bakıya gələrmi heç... - GÖZLƏNTİ
Bu gün, 08:54
Böyük nəslin davamçısı... - Dilarə Kazımova
Bu gün, 08:53
Bülbüloğlunun sələfi KİM OLACAQ? - Elə adlar var ki...
Bu gün, 08:50
Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşir - Görünəni odur ki...
Bu gün, 08:48
Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... - İTTİHAM VAR...
Bu gün, 08:41
SEPAH-ın işğal planı: İran farsizm imperiya qurmağa cəhd edir - NƏ ETMƏLİ?
Bu gün, 08:31
Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 08:28
Paşinyan düsturu: Kremli söy və Rusiyadan milyardlar qazan! - ÇƏMİNİ TAPIB...
Bu gün, 08:27
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı - İLGİNC
Bu gün, 08:26
Gəncədə 2 milyon manatlıq ŞÜBHƏLİ alış-veriş – Pullar nəyə xərcləndi?
Bu gün, 08:24
Daha bunun nəyi DOST oldu ki... - GİLEY
Bu gün, 08:21
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 08:17
Ana Təbiətin NANKOR ÖVLADLARI... - ETSN nəinki susur... hətta HİMAYƏ EDİR!
Bu gün, 08:15
Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!
Bu gün, 08:11
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib - FOTO
Bu gün, 08:03
Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır - Nə etməliyik?
Bu gün, 08:01
İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... - NƏ BAŞ VERİR?
Bu gün, 07:58
“Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” – Zaxarova
Bu gün, 07:04
"Anam bu işin peşəkarı və bilicisidir"
Bu gün, 07:00
Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? - İNCƏLƏMƏ
Bu gün, 06:54
Camaat borclanmaqda davam edir – Faktlara diqqət
Bu gün, 06:51
Dövlət Turizm Agentliyinin tenderi - LƏĞV OLUNDU
Bu gün, 00:05
Dövlət qurumu 4,4 milyon manatlıq tibbi cihaz və avadanlıq aldı
Bu gün, 00:02
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən "peycer əməliyyatı"
Dünən, 19:00
Sosioloq od püskürdü: - Artıq məktəblər "zon", məktəblilər isə "vorzokon" olublar
Dünən, 18:56
Xankəndinin azad edilməsi barədə "ANTİTERROR" filmi - VİDEO
Dünən, 18:12
“Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat - FOTO
Dünən, 18:10
“Quska”nı müayinə edəcək professordan açıqlama – “Heç bir təmənna güdmədən…”
Dünən, 18:09
Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatı
Dünən, 18:07
“Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?” - ETİRAZ
Dünən, 17:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru