"Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" .....                     Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? .....                     Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq .....                     Zakir Həsənovdan Ordumuza TƏBRİK .....                     COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir .....                     Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir .....                     Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... .....                     `Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... .....                     "Onun yanında kim qalmaq istəyər?" .....                     "Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” .....                     Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb .....                     “Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” .....                     İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL .....                     Samir Şərifov getməsə, o da tərpənməyəcək... .....                     AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. .....                     BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR .....                     Paşinyan Bakıya gələrmi heç... .....                     Böyük nəslin davamçısı... .....                     Bülbüloğlunun sələfi KİM OLACAQ? .....                     Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşir .....                     Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... .....                     SEPAH-ın işğal planı: İran farsizm imperiya qurmağa cəhd edir .....                     Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi .....                     Paşinyan düsturu: Kremli söy və Rusiyadan milyardlar qazan! .....                     Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı .....                     Gəncədə 2 milyon manatlıq ŞÜBHƏLİ alış-veriş .....                     Daha bunun nəyi DOST oldu ki... .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... .....                     Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib .....                     Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır .....                     İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... .....                     “Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” .....                     "Anam bu işin peşəkarı və bilicisidir" .....                     Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? .....                     Camaat borclanmaqda davam edir .....                     Dövlət Turizm Agentliyinin tenderi .....                     Dövlət qurumu 4,4 milyon manatlıq tibbi cihaz və avadanlıq aldı .....                     Dünyada yeni müharibə modeli .....                 

Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı - İLGİNC
Tarix: Bu gün, 08:26 | Çap et
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu gözlənilmədən Tehrana səfər edib. Sergey Şoyqu orada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, bir neçə gün əvvəl Sankt-Peterburqda görüşdüyü Əli Əkbər Əhmədianla yenidən danışıqlar aparıb.

“Mehr” agentliyinin məlumatına görə, Şoyqu Əhmədianla görüşdə Rusiya prezidenti Vladimir Putinin mesajını İran tərəfinə çatdırıb. Şoyqu ilə danışıqlar zamanı İran İslam Respublikasının dəhlizlər və kommunikasiya marşrutları (o cümlədən Zəngəzur dəhlizi) ilə bağlı siyasəti müzakirə edilib. Səfər zamanı iki tərəf arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan mətbuatı iddia edir ki, Şoyqu iranlı həmkarı ilə görüşdə İranın Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.

Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış edir və bunu özünün “qırmızı xətti” adlandırır.

Ekspertlər bu gözlənilməz səfəri nə ilə əlaqələndirirlər? Rusiya Zəngəzur məsələsində İranın mövqeyi ilə razılaşmağa məcburdur, yoxsa...

VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dedi ki, Rusiya və İran arasında təmasların artması bu dövlətlərin suveren hüququdur: “Lakin bölgədə həssas geosiyasi durumu nəzərə alaraq bu gedişat bütün region dövlətləri, o cümlədən Azərbaycan tərəfindən diqqətlə izlənilir. Bildiyiniz kimi, kənar qüvvələrin regionda ikili standartlardan çıxış etməsi, o cümlədən region dövlətlərinin özlərinin bir sıra hallarda qeyri-praqmatik və cari reallıqlarla uzlaşmayan addımları fonunda bəzən situasiya suallar yaradır. Belə sual yaradan məqamlardan biri Zəngəzur dəhlizi məsələsində şimal və cənub qonşularımızın tutduqları mövqedir. Azərbaycan, Rusiya və Ermənistan arasında Ermənistanın kapitulyasiyasını ehtiva edən 10 noyabr bəyanatının 9-cu maddəsinə əsasən, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yolun açılmasını öhdəsinə götürür, eyni zamanda tərəflər razılığa gəlir ki, həmin ərazinin təhlükəsizliyinə görə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları nəzarət edəcək. Lakin sonrakı dövrdə Ermənistanın bu razılaşmadan dolayısı ilə imtina etməsi fonunda Rusiyanın hələ də susqun qalması, o cümlədən İranın bu proses qarşısında əsas əngəl kimi çıxış edərək özünün "qırmızı xətlərindən" bəhs etməsi prosesi mürəkkəbləşdirən əsas məqamlar kimi çıxış etməkdədir. Lakin məsələ burasındadır ki, Ermənistanın “ərköyünlüyü” qarşısında Rusiyanın susqunluğu, habelə regionda üçüncü dövlətləri görmək istəməyən İranın Ermənistanın İranla sərhəd boyu bölgələrində Qərb ölkələrinin tədricən hərbi mövcudiyyətinin formalaşmasına göz yumması fonunda, o cümlədən İran və Rusiya rəsmilərinin Zəngəzur dəhlizinə dair fikirlərinin haçalanmış şəkildə göründüyü bir zamanda Tehran və Moskva arasında təmaslar təbii ki, maraq doğurur. Qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir zamanda, təbii ki, Tehran və Moskva arasında fikir ayrılığının daha da artacağı ağlabatan görünmür. Lakin istənilən halda, Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə müşahidə olunan dilemma nə region dövlətlərinin, nə də bölgədə müəyyən imkanlara sahib qonşuların, o cümlədən İran və Rusiyanın faydasına deyil.

Təbii ki, Azərbaycan üçün bu kimi təmasların nəticələri maraqlıdır, amma o da reallıqdır ki, hərbi-siyasi cəhətdən tam şəkildə müstəqil olan, o cümlədən iqtisadi suverenliyini əldə etmiş Azərbaycan üçün kifayət qədər ciddi alternativlər mövcuddur və bölgədə əsas iradə sahibi kimi Azərbaycanın fikrini almadan hər hansı layihənin, o cümlədən də Azərbaycan dövlətinin milli maraqları ziddinə hansısa addımın realizəsi mümkün deyil. Heç şübhəsiz ki, bu, Rusiya və İran tərəfi üçün də aydın olan mənzərədir".

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı bildirdi ki, İran Zəngəzur dəhlizinin açılmaması üçün bütün gücü ilə Azərbaycanı hədəfə alıb: “İranın isterik davranışına görə ƏHD İdarə Heyətinin çox kəskin və yerində verilmiş bəyanatı oldu. Açıq şəkildə İranın dost olmayan ölkələrin siyahısına salınmasını təklif etdik. Həm də İranın belə vəziyyətə düşməsinin, daha da aqressivləşməsinin səbəbkarı Rusiyadır. Rusiya Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə Ermənistana öz beynəlxalq öhdəliklərini xatırlatması İranda əsl vahimə yaradıb. Buna görə Rusiyaya diş qıcayıb hökküldəyən İran rəsmilərini kənardan müşahidə etdikcə nifrətin və qərəzin insanları necə rəzil etdiyinin bir daha şahidi olursan. Ermənistan Azərbaycan torpaqlarını işğal edib bir milyon müsəlmanı ev-eşiyindən didərgin salanda quzu kimi susan bu "islam" dövləti indi riyakarcasına Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli olan yolun açılışını Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir, “ərazi bütövlü”yünün onlar üçün “qırmızı xətt” olduğunu söyləyir. Təəssüf ki, İranın bu riyakarlıqla dolu fitnəkar siyasəti türk soydaşımızın prezidentliyi dövründə də davam etdirilir. İran rəsmilərinin təhqirlərlə dolu hədyanlarına Rusiya, Türkiyə və Azərbaycan xarici işlər nazirlikləri sərt cavab verməli, İranı təxribatçı, regional inkişafa ziyan vuran, islama və insanlığa zidd fəaliyyətinə son qoymağa çağırmalıdırlar. Bütün bunların aradan qaldırılması üçün Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana səfər edib. Bu gün dəhlizin açılmasını ən çox Rusiya istəyir. Hamı da çox yaxşı bilir ki, bu gün həm də Rusiyanın Azərbaycana ehtiyacı var. İran Rusiya ilə hər zaman çox yaxın münasibətdə olub. Regionda birgə əməkdaşlıq həyata keçiriblər. Konkret olaraq indi Vladimir Putin bilmək istəyir ki, Amerikanın diktəsi ilə idarə olunan Paşinyana İranın bu sevgisinin arxasında nə durur? Bütün bu suallara aydınlıq gətirmək üçün Şoyqu İrana səfər edib".

Siyasi analitik Asif Nərimanlı Rusiyanın İrana 2 vacib təklif etdiyi düşünür: “Şoyqunun İrana səfəri onun 6 avqustdan sonra ikinci gedişi - Bakının da daxil olduğu Moskva-Tehran xəttindəki diplomatik trafikdə isə 4-cü hadisədir. Avqustun 6-də Şoyqunun Tehran səfəri, xüsusilə İran-İsrail qarşıdurması fonunda diqqət çəkirdi. Lakin onun Tehrandan Bakıya uçması diqqəti Cənubi Qafqaza - Zəngəzur dəhlizinə yönəltdi. Və ardınca - avqustun 18-də Putinin Bakı səfərində bütün kartlar açıldı.

Rusiyanın İrana təqdim edə biləcəyi iki mümkün təklif ola bilər.

Birincisi, dəhlizin Tehranın maraqlarına zidd olmadığı ətraflı şəkildə izah olunur və İran marşrutunun da alternativ yol kimi istifadə edilməsinin detalları təqdim edilir, yəni uzlaşma təklifi irəli sürülür;

İkincisi, İranın da Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsi, yaxud başqa formada iştirakına dair təkliflər ola bilər.

İkinci ehtimal daha zəifdir, çünki Rusiyanın hazırda İranla əməkdaşlığa ehtiyacı olsa da, bölgədə mövqelərini paylaşmaqda maraqlı deyil, eyni zamanda Tehranın hansısa formada iştirakı Ankaranın da iştirakına zəmin yaradacaq. Rusiya daha çox İranla uzlaşmaq və dəhlizin məhz özünün iştirakı ilə açılmasına nail olmaq istəyir. Şoyqunun uzlaşma ilə Moskvaya qayıtdığını demək o qədər də asan deyil. İran mediasının təbliğatı da bunu “bağırır”. Maraqlıdır ki, tərəflər Şoyqunun səfəri ilə bağlı məlumatı öz ictimai rəyinə hesablanmış formada təqdim edir:

- İran mediası “Moskva Tehranın mövqeyini dəstəklədi” formasında yazır;

- Rusiya mediası, əksinə, “Tehran Moskvanın siyasəti ilə razılaşdı formasında göstərir.

Bu “təqdimat” da Moskva-Tehran xəttində Zəngəzur dəhlizi ilə bağlı uzlaşmanın olmadığı versiyasını gücləndirir".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Biz unikal bir əməliyyatın həyata keçirilməsinə nail olmuş bir dövlət olduğumuzu sübut etdik" - deputat
Bu gün, 10:42
Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi niyə ləğv olundu? - DETALLAR
Bu gün, 10:38
Sabah Paşinyanı öldürsələr, bu, qeyri-adi hal olmayacaq - İLGİNC GƏLİŞMƏ...
Bu gün, 10:22
Zakir Həsənovdan Ordumuza TƏBRİK - MƏTN
Bu gün, 10:14
COP29-la əlaqədar mülki aviasiya sahəsində əməkdaşlıq genişləndirilir
Bu gün, 10:13
Vüqar Səfərlinin oğlu yenidən əmlaklarının geri qaytarılmasını istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:08
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... - “Hraparak”
Bu gün, 10:06
`Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI... - BU rəsmən BÜDCƏ QARƏTİDİR...
Bu gün, 09:54
"Onun yanında kim qalmaq istəyər?" - Əli Kərimlinin keçmiş müavini
Bu gün, 09:43
"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:28
“Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” - deputat
Bu gün, 09:26
İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!
Bu gün, 09:21
Samir Şərifov getməsə, o da tərpənməyəcək... - GİZLİ OLİQARX...
Bu gün, 09:19
AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. - ŞƏRH
Bu gün, 09:02
BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...
Bu gün, 09:01
Paşinyan Bakıya gələrmi heç... - GÖZLƏNTİ
Bu gün, 08:54
Böyük nəslin davamçısı... - Dilarə Kazımova
Bu gün, 08:53
Bülbüloğlunun sələfi KİM OLACAQ? - Elə adlar var ki...
Bu gün, 08:50
Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşir - Görünəni odur ki...
Bu gün, 08:48
Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... - İTTİHAM VAR...
Bu gün, 08:41
SEPAH-ın işğal planı: İran farsizm imperiya qurmağa cəhd edir - NƏ ETMƏLİ?
Bu gün, 08:31
Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 08:28
Paşinyan düsturu: Kremli söy və Rusiyadan milyardlar qazan! - ÇƏMİNİ TAPIB...
Bu gün, 08:27
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı - İLGİNC
Bu gün, 08:26
Gəncədə 2 milyon manatlıq ŞÜBHƏLİ alış-veriş – Pullar nəyə xərcləndi?
Bu gün, 08:24
Daha bunun nəyi DOST oldu ki... - GİLEY
Bu gün, 08:21
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 08:17
Ana Təbiətin NANKOR ÖVLADLARI... - ETSN nəinki susur... hətta HİMAYƏ EDİR!
Bu gün, 08:15
Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!
Bu gün, 08:11
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib - FOTO
Bu gün, 08:03
Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır - Nə etməliyik?
Bu gün, 08:01
İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... - NƏ BAŞ VERİR?
Bu gün, 07:58
“Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” – Zaxarova
Bu gün, 07:04
"Anam bu işin peşəkarı və bilicisidir"
Bu gün, 07:00
Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? - İNCƏLƏMƏ
Bu gün, 06:54
Camaat borclanmaqda davam edir – Faktlara diqqət
Bu gün, 06:51
Dövlət Turizm Agentliyinin tenderi - LƏĞV OLUNDU
Bu gün, 00:05
Dövlət qurumu 4,4 milyon manatlıq tibbi cihaz və avadanlıq aldı
Bu gün, 00:02
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən "peycer əməliyyatı"
Dünən, 19:00
Sosioloq od püskürdü: - Artıq məktəblər "zon", məktəblilər isə "vorzokon" olublar
Dünən, 18:56
Xankəndinin azad edilməsi barədə "ANTİTERROR" filmi - VİDEO
Dünən, 18:12
“Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat - FOTO
Dünən, 18:10
“Quska”nı müayinə edəcək professordan açıqlama – “Heç bir təmənna güdmədən…”
Dünən, 18:09
Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatı
Dünən, 18:07
“Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?” - ETİRAZ
Dünən, 17:49
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb - DETALLAR
Dünən, 17:47
Baş prokuror onu 6 dəfə qəbul edib - Rəsmi açıqlama
Dünən, 17:46
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib
Dünən, 17:41
Pakistan Prezidenti Rusiya baş nazirinin müavininə şikayətləndi
Dünən, 17:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru