"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” .....                     Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb .....                     “Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” .....                     İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL .....                     Samir Şərifov getməsə, o da tərpənməyəcək... .....                     AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. .....                     BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR .....                     Paşinyan Bakıya gələrmi heç... .....                     Böyük nəslin davamçısı... .....                     Bülbüloğlunun sələfi KİM OLACAQ? .....                     Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşir .....                     Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... .....                     SEPAH-ın işğal planı: İran farsizm imperiya qurmağa cəhd edir .....                     Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi .....                     Paşinyan düsturu: Kremli söy və Rusiyadan milyardlar qazan! .....                     Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı .....                     Gəncədə 2 milyon manatlıq ŞÜBHƏLİ alış-veriş .....                     Daha bunun nəyi DOST oldu ki... .....                     Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib .....                     Ana Təbiətin NANKOR ÖVLADLARI... .....                     Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... .....                     Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib .....                     Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır .....                     İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... .....                     “Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” .....                     "Anam bu işin peşəkarı və bilicisidir" .....                     Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? .....                     Camaat borclanmaqda davam edir .....                     Dövlət Turizm Agentliyinin tenderi .....                     Dövlət qurumu 4,4 milyon manatlıq tibbi cihaz və avadanlıq aldı .....                     Dünyada yeni müharibə modeli .....                     Sosioloq od püskürdü: .....                     Xankəndinin azad edilməsi barədə "ANTİTERROR" filmi .....                     “Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat .....                     “Quska”nı müayinə edəcək professordan açıqlama .....                     Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən .....                     “Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?” .....                     Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb .....                     Baş prokuror onu 6 dəfə qəbul edib .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib .....                 

Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:54 | Çap et
Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir?
Azərbaycan geridə qalan 1 ili respublika tarixinin 104 ilində dövlət suverenliyini tam bərqərar etmiş ölkə kimi yaşadı. Prezident İlham Əliyev də bu tarixi günü əbədiləşdirmək üçün Dövlət Suverenliyi Günü təsis edib, səfər qrafikinə işğaldan azad edilmiş ərazilərə səfər etməklə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin 1 sutkadan az çəkmiş anti-terror əməliyyatı nəticəsində 1989-cu ildən ölkə ərazisinin 3.3 min kvadrat kilometrlik ərazisində mövcud olmuş qondarma-separatçı rejim ləğv edildi. Azərbaycanın dövlət bayrağı Xankəndi şəhərində ucaldıldı.

Əməliyyat nəticəsində 406 kvadrat km. ərazi düşməndən təmizlənib, 310 separatçı məhv edilib, 614-ü yaralanıb. Müdafiə Nazirliyi bildirir ki, dəqiq zərbələr nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edilib. Həmçinin 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah müsadirə edilərək götürülüb.

Əməliyyat zamanı Azərbaycan ordusunun 205 hərbi qulluqçusu həlak olub.

Azərbaycan 19-20 sentyabr anti-terror tədbirlərinə 44 günlük müharibədən dərhal sonra hazırlıq görməyə başlayıb. Ağır döyüş əməliyyatından çıxmış ordu hissələri işğaldan azad edilmiş bölgələrdə yenidən komplektləşdirilib, arsenalı silah-sursat, döyüş texnikası, artilleriya sistemləri, yüksək texnoloji imkanlarla malik silah sistemləri ilə zənginləşdirilib, infrastruktur yaradılıb. Habelə keçirilən qısamüddətli əməliyyatlarla separatçı rejimin mövcud olduğu əraziləri, logistika xətlərini nəzarətdə saxlayan strateji yüksəkliklər nəzarətə götürülüb.

Siyasi-diplomatik müstəvidə də ardıcıl fəaliyyət sərgilənib, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərqərar olunacağı məsələsi qəti şəkildə qoyulub. Qərb ölkələrindən, beynəlxalq təşkilatlardan, erməni lobbisinin istiqamətləndirdiyi bütün xarici qüvvələrdən gələn təzyiqlər neytrallaşdırılıb. Bu kontekstdə 2021-ci il 15 iyununda imzalanmış Türkiyə ilə strateji müttəfiqliyə dair Şuşa Bəyannaməsi, 2022-ci il 22 fevralında Rusiya ilə imza atılan Qarşılıqlı fəaliyyət və Müttəfiqlik haqqında birgə Bəyannamə xüsusi əhəmiyyətə malikdir. Azərbaycan regionun iki əsas ölkəsi ilə münasibətlərini yeni müstəviyə qaldırdıqdan sonra Qarabağdakı separatçı rejimi neytrallaşdırmaq fəaliyyətini yeni mərhələyə keçirdi.

Anti-terror əməliyyatına qədər 10 ay müddətində Laçın dəhlizinin nəzarət altına alınması, Ermənistan və onun müttəfiqləri ilə separatçı rejim arasında fiziki əlaqələrin kəsilməsi kənar qüvvələrin bölgədə real təxribat imkanlarının qarşısını aldı və Azərbaycanın hərbi-siyasi rəhbərliyinin işini asanlaşdırdı. Nəticədə anti-terror əməliyyatı zamanı ancaq separatçı silahlı dəstələr, onların yerləşdiyi hərbi hədəflər vuruldu, mülki əhali, həmçinin bölgədə mövcud olan Rusiya sülhməramlı qüvvələri, bir insidenti nəzərə almasaq, ciddi zərər çəkmədi. Qeyd edək ki, əməliyyat zamanı sülhməramlıların 5 zabiti həlak olub və hüquq mühafizə orqanları fakt üzrə cinayət işi qaldırıb, daha sonra dövlətlərarası müzakirələrlə razılaşma əldə olunub.

Qarabağda yaşayan erməni əhalinin bölgədən kütləvi şəkildə köçməsi Azərbaycan cəmiyyəti üçün gözlənilməz olsa da, əslində maraqlı tərəflərin planlaşdırdığı əməliyyat idi. Fransa başda olmaqla bəzi Avropa ölkələri Ermənistan siyasi rəhbərliyi ilə bu barədə ötən ilin yayında məsləhətləşmələrə başlamışdılar. O zaman erməni mediası yazırdı ki, Baş nazir Nikol Paşinyan hökumətə tapşırıb ki, İrəvanda və əyalət şəhərlərində dövlətin balansında qalan boş mənzillərin siyahısını tutsun, onları yaşayış üçün hazırlasın.

Ermənilərin Qarabağdan köçürülməsi Ermənistana iki məqsəd üçün lazım idi:

Azərbaycanı etnik təmizləmədə ittiham edib, zamanla Qarabağa nəzarəti yenidən geri almaq;

Rusiyanın bölgədəki hərbi-siyasi imkanlarını məhdudlaşdırmaq üçün Moskvanın Paşinyan hökumətinə təzyiq aləti kimi istifadə etdiyi separatçı ermənilər kartını onun əlindən almaq.

Ötən 1 il ərazində Ermənistanın, Fransanın, Avropa strukturlarının, ABŞ-nin bəzi dairələrinin müxtəlif beynəlxalq müstəvilərdə Azərbaycana qarşı apardığı kampaniyanın ana xətti “etnik təmizləmə” ittihamı olub. Amma Bakının anti-terror əməliyyatı zamanı zərgər dəqiqliyi ilə işləməsi, nəticədə mülki əhalinin zərər çəkməməsi, habelə, əməliyyatların Azərbaycanın BMT tərəfindən qəbul edilmiş suveren ərazilərində aparılması erməni lobbisinin təsirli tədbirlər görməsinə mane olub. Bu sıraya Azərbaycan diplomatiyasının beynəlxalq müstəvidə apardığı effektiv fəaliyyətin uğurlarını da yazmaq olar.

Uğurların sırasında Ermənistanı müttəfiqləri ilə birgə Qarabağ uğurunda diplomatik-siyasi fəaliyyətdən çəkindirən 2022-ci ilin 12-14 sentyabrında keçirilmiş hərbi əməliyyatları da qeyd etmək yerinə düşər. Azərbaycan ordusunun Kəlbəcər-Laçın istiqamətində şərti sərhəddə keçirdiyi əməliyyatın nəticələri Nikol Paşinyan hökumətini “ayıltdı”. Məhz bundan sonra rəsmi İrəvan, Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, 29.7 min kv.km Ermənistan ərazilərinin qeydinə qalmağa başladı. Ümumiyyətlə, Paşinyan komandası anladı ki, mövcud ölkənin fiziki xəritəsi həddindən artıq kövrək və dayanıqsızdır. Çünki 70 il ərzində keçmiş SSRİ-nin himayəsi ilə Ermənistanın ərazisi Azərbaycanın tarixi torpaqları hesabına 9 min kvadrat kilometdən 29.7 min kvadrat kilometrə çatdırılıb və bunun heç bir hüquqi, siyasi əsası yoxdur.

Anti-terror əməliyyatı ilə bağlı tez-tez verilən suallardan biri Rusiyanın neytrallığı ilə bağlıdır. Paşinyan hökuməti və onun müttəfiqləri isə bunu sual yox, ittiham şəkilində səsləndirirlər. Ki, Rusiya 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, erməniləri güdaza verib.

Rusiyanın neytrallığı faktdır, amma bu, öz-özünə baş verməyib, onun səbəbi 44 günlük müharibədən sonra Azərbaycan-Rusiya münasibətlərində baş verən ciddi dəyişikliklərlə bağlıdır. Qeyd olunduğu kimi, 22 fevralda tərəflər rəsmən müttəfiq kimi üzərlərinə öhdəliklər götürüblər ki, Azərbaycan ərazisində separatçı rejimin müdafiə olunması, qorunub-saxlanılması onlara birbaşa ziddi idi.

İkinci amil müharibənin nəticəsi olaraq separatçı rejimin faktiki olaraq mövcudluq imkanlarını itirməsi, perspektivinin sual altına düşməsi idi. Azərbaycanın tam mühasirəsində olan qondarma rejim uzun müddət yaşaya bilməzdi.

Üçüncü amil Rusiyanın Ukrayna kampaniyasında məğlubiyyətlə üzləşərək, bölgədəki təsir imkanlarının zəifləməsidir.

Bu sırada çoxlu sayda başqa amilləri də qeyd etmək olar, amma əsas məsələ kimi Azərbaycan siyasi rəhbərliyinin yerli və beynəlxalq şəraiti doğru dəyərləndirərək, fürsətdən səmərəli istifadə etməsini vurğulamaq vacibdir.

Bundan sonra proseslər rəvan gedəcəyini söyləmək çətindir. Azərbaycan-Ermənistan sülh danışıqları ətrafında cərəyan edən proseslər belə nəticə çıxarmağa imkan verir. Azərbaycan dövlət suverenliyini tam bərqərar etsə də Ermənistanla sülh müqaviləsinin imzalanmaması, regionun beynəlxalq qüvvələrin toqquşduğu məkan olaraq qalması yeni risklər yaradır. Xüsusilə, Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərbin Azərbaycana qarşı təzyiqləri qarşıdakı mərhələdə arta bilər. Bu kontekstdə Qarabağ erməniləri kartından istifadə olunması istisna deyil. Münaqişənin həlli üzrə 4 ildir fəaliyyətsiz qalan Minsk Qrupunun hələ də buraxılmaması, “etnik təmizləmə” ittihamlarının qüvvədə saxlanılması hansısa “əlverişli beynəlxalq şəraitdə” Azərbaycana qarşı dəyənəyə çevrilə bilər.

Azərbaycan rəhbərliyi, çox güman, təhlükələri görür və onu dəf etmək üçün əsas strateji müttəfiqi Türkiyə ilə birlikdə məsləhətləşmələr aparır. Rəsmi Bakı Ermənistanla sülh müqaviləsi imzalamağa yaxındır, İrəvanın bəzi şərtləri yerinə yetirməsi bölgədə yeni eskalasiya təhlükəsini aradan qaldıra, digər problemlərin sürətli həlli üçün zəmin yarada bilər. Bu gedişata mane olan əsas amil strateji qərarların İrəvanda qəbul edilməməsidir. Qeyd olunduğu kimi, böyük qüvvələrin maraq toqquşmaları prosesin tərəflərin arzu etdiyi istiqamətdə getməsinə mane olur. Bu sırada ABŞ Konqresinin müzakirəsinə çıxarılan son qanun layihəsini və Rusiyadan verilən son bəyanatları xüsusi ilə qeyd etmək olar.

Təcrübə göstərir ki, kiçik ölkələrin ən böyük silahı daxili müqavimət gücünün səfərbər olunmasıdır. Bu formula 44 günlük müharibədə zəfərə, 3 il sonra dövlət suverenliyinin tam bərqərar olunmasına gətirib çıxardı. Qarşıdakı ziddiyyətli, gərgin dövrdə daxili birliyə daha çox ehtiyac var...

PRESSKLUB.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Turanı Şoyqu və Pezeşkianla vururlar: Guya ikisi də türkdür” - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:28
“Paşinyan bunu etməsə, Ermənistan dalanda qalacaq” - deputat
Bu gün, 09:26
İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!
Bu gün, 09:21
Samir Şərifov getməsə, o da tərpənməyəcək... - GİZLİ OLİQARX...
Bu gün, 09:19
AXCP daxilində nələr və NİYƏ BAŞ VERİR?.. - ŞƏRH
Bu gün, 09:02
BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...
Bu gün, 09:01
Paşinyan Bakıya gələrmi heç... - GÖZLƏNTİ
Bu gün, 08:54
Böyük nəslin davamçısı... - Dilarə Kazımova
Bu gün, 08:53
Bülbüloğlunun sələfi KİM OLACAQ? - Elə adlar var ki...
Bu gün, 08:50
Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşir - Görünəni odur ki...
Bu gün, 08:48
Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... - İTTİHAM VAR...
Bu gün, 08:41
SEPAH-ın işğal planı: İran farsizm imperiya qurmağa cəhd edir - NƏ ETMƏLİ?
Bu gün, 08:31
Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 08:28
Paşinyan düsturu: Kremli söy və Rusiyadan milyardlar qazan! - ÇƏMİNİ TAPIB...
Bu gün, 08:27
Şoyqunun Zəngəzurla bağlı Tehrana səfərinin GİZLİNLƏRİ ortaya çıxdı - İLGİNC
Bu gün, 08:26
Gəncədə 2 milyon manatlıq ŞÜBHƏLİ alış-veriş – Pullar nəyə xərcləndi?
Bu gün, 08:24
Daha bunun nəyi DOST oldu ki... - GİLEY
Bu gün, 08:21
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 08:17
Ana Təbiətin NANKOR ÖVLADLARI... - ETSN nəinki susur... hətta HİMAYƏ EDİR!
Bu gün, 08:15
Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!
Bu gün, 08:11
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib - FOTO
Bu gün, 08:03
Mənəviyyatımız və milli kimliyimiz eroziyaya uğrayır - Nə etməliyik?
Bu gün, 08:01
İsrailin "ən yaxşı müdafiə hücumdur" DƏST-XƏTTİ... - NƏ BAŞ VERİR?
Bu gün, 07:58
“Paşinyanın KTMT ilə bağlı sözləri sağlam düşüncəyə ziddir” – Zaxarova
Bu gün, 07:04
"Anam bu işin peşəkarı və bilicisidir"
Bu gün, 07:00
Tam suverenliyin bir ili: qarşıdakı çətinlik nədir? - İNCƏLƏMƏ
Bu gün, 06:54
Camaat borclanmaqda davam edir – Faktlara diqqət
Bu gün, 06:51
Dövlət Turizm Agentliyinin tenderi - LƏĞV OLUNDU
Bu gün, 00:05
Dövlət qurumu 4,4 milyon manatlıq tibbi cihaz və avadanlıq aldı
Bu gün, 00:02
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən "peycer əməliyyatı"
Dünən, 19:00
Sosioloq od püskürdü: - Artıq məktəblər "zon", məktəblilər isə "vorzokon" olublar
Dünən, 18:56
Xankəndinin azad edilməsi barədə "ANTİTERROR" filmi - VİDEO
Dünən, 18:12
“Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat - FOTO
Dünən, 18:10
“Quska”nı müayinə edəcək professordan açıqlama – “Heç bir təmənna güdmədən…”
Dünən, 18:09
Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatı
Dünən, 18:07
“Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?” - ETİRAZ
Dünən, 17:49
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb - DETALLAR
Dünən, 17:47
Baş prokuror onu 6 dəfə qəbul edib - Rəsmi açıqlama
Dünən, 17:46
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib
Dünən, 17:41
Pakistan Prezidenti Rusiya baş nazirinin müavininə şikayətləndi
Dünən, 17:39
Həyəcan təbili: Bahalaşmanın növbəti dalğası gəlir? - BELƏ HARA GEDİRİK?..
Dünən, 17:28
İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Dünən, 17:23
Aİ Ermənistanın sanksiyalara riayət etdiyini bildirsə də, Rusiyaya mal axınının kəskin artımına göz yumur
Dünən, 17:21
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var - SİYAHI
Dünən, 17:14
Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib - FOTO
Dünən, 17:09
"Ermənistana hələ də gözün üstə qaşın var deyən yoxdur... - Əksinə, bütün sahələrdə ermənilərə dəstək verirlər"
Dünən, 17:05
İsrail kiberhücumu: Moskvada da telefon partladı - FOTO
Dünən, 17:01
Gəncədə yolların təmir olunması 10 milyon manata başa gələcək
Dünən, 16:58
“AzerGold”un rəhbərliyinə YENİ SİMA GƏTİRİLİR - Zakir İbrahimov üçün ƏCƏL ZƏNGİ...
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru