Dünyada yeni müharibə modeli .....                     Sosioloq od püskürdü: .....                     Xankəndinin azad edilməsi barədə "ANTİTERROR" filmi .....                     “Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat .....                     “Quska”nı müayinə edəcək professordan açıqlama .....                     Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən .....                     “Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?” .....                     Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb .....                     Baş prokuror onu 6 dəfə qəbul edib .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib .....                     Pakistan Prezidenti Rusiya baş nazirinin müavininə şikayətləndi .....                     Həyəcan təbili: Bahalaşmanın növbəti dalğası gəlir? .....                     İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Aİ Ermənistanın sanksiyalara riayət etdiyini bildirsə də, .....                     Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var .....                     Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib .....                     "Ermənistana hələ də gözün üstə qaşın var deyən yoxdur... .....                     İsrail kiberhücumu: Moskvada da telefon partladı .....                     Gəncədə yolların təmir olunması 10 milyon manata başa gələcək .....                     “AzerGold”un rəhbərliyinə YENİ SİMA GƏTİRİLİR .....                     Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alimin ev dustaqlığı ilə bağlı vəsatəti təmin edilməyib .....                     Müsavat fəalının qətlində təqsirləndirilən direktor müavininin məhkəməsində ittiham aktı elan olunub .....                     Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək .....                     Azərbaycan Mərkəzi Bankı "İrşad” BOKT-a lisenziya verib .....                     Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb .....                     İlham Əliyevin puça çıxartdığı antiAzərbaycan PLANI... .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi italiyalı həmkarı ilə görüşüb .....                     "ABŞ və Qərb dövlətləri Ermənistana göstərilən hərbi dəstəyə göz yumur" .....                     Dollar ucuzlaşacaq? .....                     Gənc oğlan əri ölən qadının evinə getdi, bıçaqlansa da əl çəkmədi: .....                     Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI... .....                     “Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur? .....                     Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı .....                     Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur .....                     NAXÇIVAN YEYİNTİSİ: Sınaq dövründə 84 min manat mənimsədi .....                     ABŞ-dəki erməni diasporu Trampın qələbəsindən qorxur .....                     Ermənistanın İctimai Radiosunda Bakı vaxtı quruldu .....                     AŞPA-da çevriliş necə baş verib: şok faktlar .....                     Şirkət müştəriləri günlərlə susuz qoyur .....                     Yazıçı Elzaya görə təəssüfləndi, .....                 

İntensiv sülh bəyanatları və İrəvanın dirənişi - COP29-dək saziş imzalanacaq?
Tarix: Bu gün, 07:09 | Çap et
İntensiv sülh bəyanatları və İrəvanın dirənişi
Təxminən bir aya yaxındır ki, Ermənistan rəsmiləri tərəfindən Azərbaycanla sülh sazişinin imzalanması barədə müsbət açıqlamalar verilir. Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, sonra isə Baş naziri Nikol Paşinyan sülh sazişini imzalamağa hazır olduqlarını bəyan ediblər. Paşinyan açıqlamasında bildirib ki, sülh sazişi mətninin razılaşdırılan 80 faizi əsasında sazişi imzalamağı təsdiqləyir.

Qərbdən də saziş noyabrda Bakıda keçiriləcək COP29 tədbirinədək sazişin imzalanmasına çağırışlar edilir. ABŞ dövlət katibi və Fransanın xarici işlər naziri bu günlərdə bəyan ediblər ki, Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları dəstəkləyir və sülh sazişinin imzalanmasına səsləyirlər.

Məsələ burasındadır ki, Azərbaycan tərəfindən də, Ermənistan tərəfindən də, beynəlxalq qüvvələr tərəfindən də regionda sülhdə maraqlı olunduğu vurğulanır, amma saziş imzalanmır. Ekspertlər bunu bir neçə amillə izah edirlər. Analitiklərin qənaətincə, Azərbaycanın Ermənistandan tələbləri var ki, onlar yerinə yetirilmədən sazişin imzalanması mümkünsüz görünür. Amma razılaşdırılan məsələlər üzərindən ilkin çərçivə sazişinin imzalanması da mümkün hesab edilir. Ekspertlər qeyd edirlər ki, rəsmi İrəvanın istədiyi yarımçıq sülh sazişi, yaxud çərçivə sazişi adlandırılan sənədin imzalanmasıdır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-nın mövzu barədə suallarını cavablandırarkən deyib ki, sülh sazişi imzalanmasa da, bu ilin axırınadək çərçivə sazişi imzalana bilər:

- Çünki tərəflərin bəyanatları göstərir ki, sülh sazişinin mətninin 80 faizi razılaşdırılıb. Deməli, bu məsələdə artıq konsensus var. Yəni ki, sazişin böyük hissəsi razılaşdırılıb, sadəcə rəsmi İrəvan bircə addım atmalıdır. Ermənistan Konstitusiyasının preambula hissəsindəki bəndi – Azərbaycana qarşı ərazi iddiası ilə bağlı bəndi çıxarmalıdırlar ki, saziş imzalansın.

- Sülhü istədiyini bəyan edən rəsmi İrəvan Ermənistan Konstitusiyada dəyişikliyi niyə ləngidir?

-Ermənistan Müstəqillik Aktında “Qarabağın Ermənistana birləşdirilməsi” və bunun Ermənistan Konstitusiyasına salınması üçün referendum keçirilməmişdi. Həmin vaxt ermənilər “miatsum” deyə qışqırırdılar, əhval-ruhiyyə işğal üzərində idi. Referendum keçirmədən, Ermənistan Parlamentində adi səs çoxluğu ilə bu maddəni qəbul etdilər. Hesab edirəm ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən həmin bəndi yenidən parlamentdə səs çoxluğu ilə ləğv edə bilərlər. Necə ki, bunu referendumsuz qəbul ediblər, eləcə də referendumsuz ləğv edə bilərlər. Sabah referendum keçirib ərazi iddiasını ortadan qaldırsalar belə, gələcəkdə ermənilərin fikri yenə dəyişə bilər. Bu günlərdə Ermənistanda bir sorğu keçirilib və qəribə nəticə ortaya çıxıb. Sorğunun nəticəsinə əsasən, ermənilərin çoxu konstitusiya dəyişikliyinə qarşıdır. Baxmayaraq ki, erməni xalqının böyük hissəsi Paşinyanı dəstəkləyirlər.

Bilirsiniz, bizim tələbimiz o deyil ki, Ermənistanda konstitusiya islahatları aparılsın, qanunlarının hamısını dəyişsinlər və s. Bunun bizə aidiyyəti yoxdur. Azərbaycana lazım olan odur ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan bənd çıxarılsın. Dediyim kimi, bunun üçün də xüsusi komissiya yaratmağa, referendum keçirməyə ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, Paşinyanın partiyasının Ermənistan Parlamentində səs çoxluğuna malikdir. Bu çoxluqdan istifadə edib Ermənistan Konstitusiyasındakı həmin maddəni çıxara bilərlər.

- Bəs sülh bəyanatı verən Paşinyan hakimiyyəti bu addımı niyə atmır?

- Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistandan iki tələbi var ki, bu tələblər gündəmdədir. Sülh sazişinin imzalanması üçün Ermənistan iki addım atmalıdır: Ermənistan Konstitusiyasındakı ərazi iddiası ilə bağlı bəndin çıxarılması və Minsk Qrupundan de-yure imtina – onsuz da de fakto həmsədrlik institutu fəaliyyət göstərmir. Paşinyan avqustun son günü geniş mətbuat konfransı keçirdi və onun bəyanatlarından belə hiss olundu ki, rəsmi İrəvan Bakının iki şərtindən birini, Minsk Qrupundan imtinanı qəbul edir. Amma digər tələblə bağlı Paşinyan hələlik ləng addımlar atır. Əgər paşinyan anlayırsa ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadan Ermənistan inkişaf etməyəcək, bu prosesi sürətləndirməlidir. Ola bilsin ki, Paşinyan referendum keçirməyə qorxur. Çünki dediyim kimi, sorğular göstərir ki, ermənilər konstitusiya islahatına qarşıdırlar. Paşinyan da hakimiyyəti itirməkdən qorxduğu üçün bu addımı ləngidir. Hər halda bu dəyişikliyi parlamentdə səs çoxluğu ilə də etməyin mümkünlüyünü Paşinyan bilməmiş deyil.

- Dediniz ki, çərçivə sazişi imzalana bilər. Bir növ, yarımçıq saziş olan bu sənəd effekt verəcəkmi?

- Təbii ki, Azərbaycan konseptual, bütün məsələlərin həlli edilməsundə maraqlıdır. Söhbət Zəngəzur dəhlizinin açılmasından, sərhədlərin delimitasiya-demarkasiyasından, ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, münasibətlərin normallaşmasından gedir. Amma fundamental sülh sazişi alınmırsa, çərçivə sazişinin imzalanması mümkündür. Düşünürəm ki, beynəlxalq qüvvələr, xüsusilə, ABŞ-ın timsalında Qərb də bunu istəyir. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında bildirdi ki, Vaşinqton Bakı ilə İrəvan arasında əldə olunan razılıqları dəstəkləyir. Hesab edirəm ki, COP29-dək sülh sazişi imzalanmasa da, çərçivə sazişinin imzalanması mümkündür. Razılaşdırılmamış 20 faiz məsələlər sonrakı mərhələdə müzakirə oluna bilər. Məncə, çərçivə sazişindən çəkinmək lazım deyil. Onsuz da razılaşdırılmamış məsələlər qalırsa, sonrakı mərhələdə müzakirə ediləcəksə, bunda nə problem yarana bilər ki?! Çərçivə sazişindən sonra Azərbaycanı istəmədiyi, maraqlara zidd addıma məcbur etmək mümkün deyil. Hesab edirəm ki, çərçivə sazişindən sonra yerdə qalan məsələlərin həlli üçün aparılan danışıqlar daha müsbət nəticələr verə bilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən "peycer əməliyyatı"
Bu gün, 19:00
Sosioloq od püskürdü: - Artıq məktəblər "zon", məktəblilər isə "vorzokon" olublar
Bu gün, 18:56
Xankəndinin azad edilməsi barədə "ANTİTERROR" filmi - VİDEO
Bu gün, 18:12
“Azərbaycan Sənaye Sığorta” ASC-də yeni təyinat - FOTO
Bu gün, 18:10
“Quska”nı müayinə edəcək professordan açıqlama – “Heç bir təmənna güdmədən…”
Bu gün, 18:09
Erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edən antiterror əməliyyatı
Bu gün, 18:07
“Nə qədər eyni adamı çəkmək olar, başqa aktrisa yoxdur?” - ETİRAZ
Bu gün, 17:49
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb - DETALLAR
Bu gün, 17:47
Baş prokuror onu 6 dəfə qəbul edib - Rəsmi açıqlama
Bu gün, 17:46
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Sarıcalı kəndində keçirilib
Bu gün, 17:41
Pakistan Prezidenti Rusiya baş nazirinin müavininə şikayətləndi
Bu gün, 17:39
Həyəcan təbili: Bahalaşmanın növbəti dalğası gəlir? - BELƏ HARA GEDİRİK?..
Bu gün, 17:28
İcra başçısı Sarıcalı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bu gün, 17:23
Aİ Ermənistanın sanksiyalara riayət etdiyini bildirsə də, Rusiyaya mal axınının kəskin artımına göz yumur
Bu gün, 17:21
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var - SİYAHI
Bu gün, 17:14
Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib - FOTO
Bu gün, 17:09
"Ermənistana hələ də gözün üstə qaşın var deyən yoxdur... - Əksinə, bütün sahələrdə ermənilərə dəstək verirlər"
Bu gün, 17:05
İsrail kiberhücumu: Moskvada da telefon partladı - FOTO
Bu gün, 17:01
Gəncədə yolların təmir olunması 10 milyon manata başa gələcək
Bu gün, 16:58
“AzerGold”un rəhbərliyinə YENİ SİMA GƏTİRİLİR - Zakir İbrahimov üçün ƏCƏL ZƏNGİ...
Bu gün, 16:57
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alimin ev dustaqlığı ilə bağlı vəsatəti təmin edilməyib
Bu gün, 16:49
Müsavat fəalının qətlində təqsirləndirilən direktor müavininin məhkəməsində ittiham aktı elan olunub - TƏFSİLAT
Bu gün, 16:35
Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 16:33
Azərbaycan Mərkəzi Bankı "İrşad” BOKT-a lisenziya verib
Bu gün, 16:28
Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO
Bu gün, 16:27
İlham Əliyevin puça çıxartdığı antiAzərbaycan PLANI... - Və yaxud Azərbaycanın YENİ QURTULUŞ DASTANI
Bu gün, 16:25
Azərbaycan Ordusunun Baş Qərargah rəisi italiyalı həmkarı ilə görüşüb
Bu gün, 16:18
"ABŞ və Qərb dövlətləri Ermənistana göstərilən hərbi dəstəyə göz yumur" - NƏ ETMƏLİ?
Bu gün, 16:16
Dollar ucuzlaşacaq? - AÇIQLAMA
Bu gün, 16:10
Gənc oğlan əri ölən qadının evinə getdi, bıçaqlansa da əl çəkmədi: - "Yalvardım"...
Bu gün, 16:06
Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI... - BU NƏDİ BELƏ?!
Bu gün, 16:00
“Aztelekom” 100 Mbit sürəti verə bilməyəcək: Bəs bizi niyə soyur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:42
Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi
Bu gün, 15:41
Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur - "...əskik pul ödədiyiniz üçün adınız gecikməyə düşür"
Bu gün, 15:38
NAXÇIVAN YEYİNTİSİ: Sınaq dövründə 84 min manat mənimsədi - Hesablama Palatası baş mühasibi İFŞA ETDİ
Bu gün, 15:29
ABŞ-dəki erməni diasporu Trampın qələbəsindən qorxur
Bu gün, 15:27
Ermənistanın İctimai Radiosunda Bakı vaxtı quruldu - FOTOFAKT
Bu gün, 15:21
AŞPA-da çevriliş necə baş verib: şok faktlar – Seyidov detalları açıqladı
Bu gün, 15:15
Şirkət müştəriləri günlərlə susuz qoyur - “Sirab”ın su sifarişlərindən ŞİKAYƏTLƏR
Bu gün, 15:12
Yazıçı Elzaya görə təəssüfləndi, professor isə müdafiə etdi
Bu gün, 15:06
Azərbaycanda MTK-nın yarım milyon manatdan çox vergi borcu var
Bu gün, 15:00
"Bu maşını məni aldadıb satıblar, kim alar bunu?"
Bu gün, 14:57
“Onun hər asqırışına reaksiya verməyin mənası yoxdur” - Zatulindən Paşinyana SƏRT SÖZLƏR
Bu gün, 14:51
Benzini bahalaşdırmaq tıxanan yolları açmır - replika
Bu gün, 14:49
Paşinyan tam razılaşdırılmamış sülh sənədinin imzalanmasına niyə İSRAR EDİR?
Bu gün, 14:47
Tələbə təqaüdləri 200 manata QALDIRILIR? - AÇIQLAMA
Bu gün, 14:35
Naxçıvanda müəllimlər üçün YENİ PUL TƏLƏSİ... - "...gedin vergiyə 70 manat verib, asan imza alın"
Bu gün, 14:33
Hüseyn Abdullayev istintaq təcridxanasında müayinə olunacaq
Bu gün, 14:21
Sürücü və sərnişinlərin həyatı təhlükədə: - Saxta "zaptçast"lar bazarı bürüyüb
Bu gün, 14:02
Əvvəl molla rejimi özünü dəyişməlidir - ŞƏRH
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru