Qarabağın tam azad edildiyi gün: .....                     İntensiv sülh bəyanatları və İrəvanın dirənişi .....                     "MİDA"nın 2,3 milyon manatlıq tenderinin qalibi .....                     Agentlik 11 texnika üçün bu şirkətə .....                     Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi .....                     Mərkəzi Bank 4 şirkətə ödəniş sistemləri ilə bağlı lisenziya verdi .....                     İcbari Sığorta Bürosunun rəhbərliyinə .....                     Keçmiş vəkil məhkəmə zalında həbs olunub .....                     "Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi .....                     Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb .....                     Alyans kvant texnologiyasına üstünlük verib .....                     Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi .....                     “Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? .....                     “Dedi ki, xahiş edəcəm sənə qrant versinlər” .....                     2 ildə 2 milyondan çox pul mənimsəyib .....                     Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub .....                     İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır .....                     Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb .....                     Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir .....                     Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır .....                     Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat .....                     İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi .....                     Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir .....                     İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb .....                     Dövlət qurumu 3,6 milyonluq tikinti tenderinin qalibini açıqladı .....                     Meksika Prezidenti Ukraynaya səfərdən imtina etdi .....                     "Tehran Qərbin tapşırıqlarını icra edir" .....                     "1-ci sinfə gedənlərin sayı xeyli azalıb, gələcəkdə..." .....                     “Telegram” böyük siyasətin alətinə necə çevrildi? .....                     Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? .....                     “KTMT əleyhinə bəyanat siyasi oyunbazlıqdan başqa bir şey deyil” .....                     Novella Cəfəroğlu bu partiyanın fəxri üzvü seçildi .....                     Şəhid qardaşı işdən çıxarıldı: “Mənə möhlət vermirlər” .....                     Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib .....                     “Qızlarımızın ailə qurması çətinləşir, cinsi azlıqların sayı durmadan artır...” .....                     Dövlət Vergi xidmətinin həbsdə olan sabiq vəzifəli şəxslərinin şikayətləri .....                     Ermənistan İstisuda ordumuza hücum edəcək? .....                     "Vurmasaydım, məni öldürəcəkdilər" .....                     İrəvanda qızğın hazırlıq: .....                     Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib .....                 

Turan elinin “türkmən deposu” - ölkəmiz haqda bilmədiyimiz ilginc faktlar
Tarix: 17-09-2024, 10:16 | Çap et
Turan elinin “türkmən deposu”
Türkiyənin tanınmış tarix professoru Tufan Gündüzün bir televiziya proqramında bir neçə il əvvəl söylədiklərinin sosial mediada sürətlə yayıldığı barədə xəbər vermişik. Xüsusilə sosial medianın Azərbaycan seqmentində tirajlanan bu açıqlama özündə maraqlı məzmunu ifadə edir.

Belə ki, professor Tufan Gündüz tarixi məxəzlərə istinad edərək, bildirir ki, Süleyman şah başda olmaqla, Osmanlı dövlətinin qurucusu olan ailə əslində Azərbaycanın Muğan bölgəsindən köç edib. Anadolunun fəthindən əvvəl bütün türkmən topluluqları məhz Azərbaycandan hərəkətə başlayıblar. Öncə İraq, Suriya, daha sonra isə Anadolu fəth olunub.

Professor Azərbaycanı türkmən deposu adlandırır və bütün bu açıqlamalarını tarixdən arqumentlərlə gücləndirir.

Tufan Gündüz 11 may 1964-cü ildə Kayserinin Tomarza şəhərində dünyaya gəlib. O, ali təhsilini Qazi Universitetində alıb, 1987-ci ildə universitetin tarix müəllimliyi fakültəsini bitirib. Tufan Gündüz 1996-cı ildə “Bozulus Türkmənləri 1540-1640" adlı doktorluq dissertasiyasını tamamlayaq müdafiə edib. 2006-cı ildə dosent, 2011-ci ildə professor adı alan Tufan Gündüz hazırda Türkiyə Hərbi Akademiyasının dekanıdır.

Tufan Gündüz türkmənlər haqqında bir çox akademik araşdırmalar aparıb. Bundan başqa, professorun Osmanlı və Səfəvilər haqqında bir neçə kitabı çap edilib.

Qeyd edək ki, uzun müddət belə bir fikir mövcud olub ki, osmanlıların əcdadı Orta Asiya kökənlidir.

Tarixçi araşdırmaçı Əkbər Nəcəf “Yeni Müsavat”a bildirdi ki, erkən orta əsrlərdən etibarən türklərin yayılma arealı böyük nisbətdə şərqdən qərbə və cənuba istiqamətli olub. Tarixçi coğrafi amillərə diqqət çəkdi: “Hun, Oqur, Sabir, Xəzər, sonrakı dövrlərdə Səlcuqlu-oğuz, Qıpçaq, hətta Moğol dövründə meydana gələn köç hərəkətləri əsasən şərqdən, yəni indiki Monqolustan və Orta Asiya üzərindən qərbə doğru, yəni Xorasan-Azərbaycan-Anadolu-Suriya istiqamətində meydana gəlib. Buna görə də türklərin Azərbayana kütləvi olaraq gəlib yerləşməsi əsasən skiflər dövründən başlayaraq orta əsrlərin ortasına qədər davam edib və bu köçlər intensiv xarakter kəsb edib. Bu bir tarixi reallıqdır. Bəzi tarixçilər ta qədim zamandan türklərin Azərbaycanda yaşadığını iddia etsələr də, həmin dövrlər mənim tədqiqat sahəm olmadığı üçün bir fikir deyə bilmərəm. Bu istiqamətdə başlıca üç böyük köç olub. Birinci mərhələ bu gün tarixşünaslıqda adına Skif deyilən, işquzların köçüdür. E.ə. VIII-VI əsrləri əhatə edən bu mərhələdə işquzlar Qafqaz üzərindən Azərbaycana, buradan da Anadolu və indiki Şimali İrana edilən köçlərdir. Bunu həm mənbələr, həm də arxeoloji materiallar təsdiq edir. İşquz köçləri indiki Azərbaycanın coğrafi-siyasi formasiyasını müəyyən edib və Azərbaycanın tarixi-strateji əhəmiyyətini formalaşdırıb. Bu anlayış o zamandan üzü bəri də mahiyyətini itirməyib. İkinci köç mərhələsini Hunlar təşkil edir. Bu 150-ci ildən başlayıb VI əsrə qədər davam edən bir prosesdir. Bu dövrdə çox sayda Hun tayfası həm Qafqazdan, həm də Xorasan tərəfindən gəlib Azərbaycana yerləşib, buradan da Anadoluya, hətta Suriyaya qədər uzanan hücumlar təşkil ediblər. Bu tayfalar arasında Hun, Sabir, Quşan, Oqur, Qutiqur, Bitioqur, Şaraoqur, Utiqur, Xəzər, Bolqar kimi böyük tayfalar yer alırdı. Onlar gəlib bütün Qafqaz boyunca, əsasən də Azərbaycan və Dağıstanda məskunlaşdılar. Hətta burada Sabir xaqanlığı adlı böyük bir dövlət yaratdılar. Sabirlərin davamçıları da Xəzər xaqanlığı oldu. Xəzərlər də Azərbaycan uğrunda yüz il Ərəb xilafəti ilə mübarizə apardılar. Üçüncü köç mərhələsini isə Oğuzlar təşkil edir. Oğuzlar Orta Asiyadan Xorasana, oradan da Azərbaycana gəlib məskunlaşdılar. Böyük Səlcuqlu dövlətinin də özəyini məhz həmin oğuzlar təşkil edirdi. Səlcuqlu dövlətinin paytaxtının Rey və Həmədan kimi Azərbaycan ətrafında olması da əsas oğuz kütləsinin bu bölgədə olmasından xəbər verir. Böyük Səlcuqlu dövlətinin sultanı Toğrul bəy Azərbaycanın idarəsini qardaşı oğlu Yaqutiyə tapşırdı. Yaquti ailəsi tam 60 il Azərbaycanı idarə etdi və Oğuz-Səlcuqlu mədəniyyətinin əsasını qoydu. Yaquti Azərbaycandan Anadolu istiqamətində aparılan bütün fəth fəaliyyətlərini də təşkilatlandıran əmirdir. Hətta 1071-ci ildə meydana gələn Malazgird döyüşünün təşkilatçılığı Azərbaycanda aparılıb, Səlcuqların ana qərargahı da Xoyda yerləşirdi. Yaquti o qədər böyük bir əmirdir ki, Bizans imperatorları belə onun adına məktublar yazıblar. Anadoluda Türk fəthləri məhz bu dövrdə gerçəkləşib".

Araşdırmaçı vurğuladı ki, Anadoluda yaranan Türkiyə Səlcuqlu dövlətinin əsas hərbi gücünü Yabqulu oğuzları təşkil edirdi: “Həmin Yabqulu oğuzları Azərbaycandan Anadoluya gediblər. Anadoluda məskunlaşan oğuzların 24 boyunun tamamı əvvəl Azərbaycanda yerləşib, daha sonra mərhələli şəkildə Anadoluya hərəkət edib. Moğolların ortaya çıxdığı dövrdə Oğuz köçünün davamı olaraq Azərbaycana yenə Orta Asiya və Xorasandan türklər gəlib yerləşdilər. XIII əsrin Xarəzmşah tarixçisi Nəsəvi bunu diqqətə alaraq Azərbaycandakı mənzərəni müşahidə edərək bu bölgəni "Türkmən dənizi" adlandırıb. Həmin köçlər arasında Osmanlıların soyu Qayı tayfası da yer alırdı. Qayılar əvvəl Türkmənistanın Mahan, oradan da Azərbaycanın Muğan bölgəsinə, buradan da Şərqi Anadoluya hərəkət etdilər. Həmin vaxt qayıların 70 min çadırlıq əhaliyə sahib olduğu bildirilir. Qayıların hamısı Anadoluya köç etməyiblər. XIX əsrdə indiki Türkmənistan bölgəsində qayıların bəzi qolları vardı. Azərbaycanın da bəzi yerlərində kiçik qayı obası mövcud idi. Sadəcə qayılar deyil, bu gün Anadolunun tamamına yayılan oğuz tayfaları Səlcuqlar və moğol hücumları ərəfəsində Azərbaycandan köç ediblər. XVI əsrə aid Osmanlı ərazi sənədlərində həmin oğuz tayfalarının Anadolunun harasında yerləşdikləri bölgə-bölgə qeyd edilib. Həmin sənədlərdən Anadoluda ən çox qayı, əfşar, qınıq, eymür, qarkın, bayandır, salur, çepni, iğdır, bayat tayfalarının məskunlaşdığı aydın olur ki, bunların tamamı Azərbaycandan Anadoluya köç ediblər. Yəni Anadolunun türkləşməsində Azərbaycan açar rolunu icra edib. Bu reallıq Türkiyə tarixçiliyində Ə.Zəki Vəlidi Toğan, Mükrimin Xəlil Yınanc, Faruk Sümər, Xəlil İnalcıq kimi böyük tarixçilərin əsərlərində də geniş şərh edilib".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın tam azad edildiyi gün: - antiterror əməliyyatının ildönümüdür
Bu gün, 07:14
İntensiv sülh bəyanatları və İrəvanın dirənişi - COP29-dək saziş imzalanacaq?
Bu gün, 07:09
"MİDA"nın 2,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 00:05
Agentlik 11 texnika üçün bu şirkətə - 2,4 MİLYON MANAT ÖDƏYƏCƏK
Bu gün, 00:02
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi
Dünən, 18:13
Mərkəzi Bank 4 şirkətə ödəniş sistemləri ilə bağlı lisenziya verdi
Dünən, 18:09
İcbari Sığorta Bürosunun rəhbərliyinə TƏYİNAT OLUB
Dünən, 18:03
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
Dünən, 17:58
"Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi
Dünən, 17:56
Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb
Dünən, 17:52
Alyans kvant texnologiyasına üstünlük verib - GƏLİŞMƏ
Dünən, 16:51
Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi - FOTO
Dünən, 16:49
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
Dünən, 16:47
“Dedi ki, xahiş edəcəm sənə qrant versinlər” - modeli döyən biznesmenin MƏHKƏMƏSİ
Dünən, 16:43
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
Dünən, 16:39
Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub
Dünən, 16:35
İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!
Dünən, 16:33
Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb - VİDEO
Dünən, 16:30
Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir
Dünən, 16:25
Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır - FAKT BUDUR!
Dünən, 16:01
Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR
Dünən, 16:00
İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi - FOTO
Dünən, 15:58
Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama
Dünən, 15:56
İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
Dünən, 15:54
Dövlət qurumu 3,6 milyonluq tikinti tenderinin qalibini açıqladı
Dünən, 15:44
Meksika Prezidenti Ukraynaya səfərdən imtina etdi
Dünən, 15:42
"Tehran Qərbin tapşırıqlarını icra edir" - Cümşüd Nuriyev
Dünən, 15:37
"1-ci sinfə gedənlərin sayı xeyli azalıb, gələcəkdə..."
Dünən, 15:36
“Telegram” böyük siyasətin alətinə necə çevrildi? - “Anarxist cənnəti”
Dünən, 14:00
Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH
Dünən, 13:56
“KTMT əleyhinə bəyanat siyasi oyunbazlıqdan başqa bir şey deyil”
Dünən, 13:53
Novella Cəfəroğlu bu partiyanın fəxri üzvü seçildi
Dünən, 13:37
Şəhid qardaşı işdən çıxarıldı: “Mənə möhlət vermirlər” - MÜRACİƏT
Dünən, 13:34
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib
Dünən, 13:29
“Qızlarımızın ailə qurması çətinləşir, cinsi azlıqların sayı durmadan artır...” - Tahir Kərimli
Dünən, 13:27
Dövlət Vergi xidmətinin həbsdə olan sabiq vəzifəli şəxslərinin şikayətləri qismən təmin edilib
Dünən, 13:24
Ermənistan İstisuda ordumuza hücum edəcək? - Paşinyandan sensasiyalı açıqlama
Dünən, 13:11
"Vurmasaydım, məni öldürəcəkdilər" - Borc üstündə düşən mübahisə qanla bitdi
Dünən, 13:06
İrəvanda qızğın hazırlıq: - “Naxçıvana yol açılarkən, Paşinyan...”
Dünən, 13:04
Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib - KİV
Dünən, 13:01
Qərb it kimi Azərbaycana dartınır - Markov
Dünən, 13:00
Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR
Dünən, 12:49
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
Dünən, 12:41
Bakıdakı "Formula 1"də qəzaya düşən sürücünün atası infarkt keçirtdi
Dünən, 12:39
KTMT Baş katibi: - Ermənistanla dialoqa hazırıq
Dünən, 12:38
Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?
Dünən, 12:35
"Bütün toyu Nadir dayanmadan mənə qulluq edirdi" - Faiq
Dünən, 12:33
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib - Diqqət!
Dünən, 12:31
Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Dünən, 12:25
Qərbin Azərbaycanda itirdiyi “5-ci kolon” - Bakıya qəzəbin səbəbi
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru