Qarabağın tam azad edildiyi gün: .....                     İntensiv sülh bəyanatları və İrəvanın dirənişi .....                     "MİDA"nın 2,3 milyon manatlıq tenderinin qalibi .....                     Agentlik 11 texnika üçün bu şirkətə .....                     Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi .....                     Mərkəzi Bank 4 şirkətə ödəniş sistemləri ilə bağlı lisenziya verdi .....                     İcbari Sığorta Bürosunun rəhbərliyinə .....                     Keçmiş vəkil məhkəmə zalında həbs olunub .....                     "Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi .....                     Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb .....                     Alyans kvant texnologiyasına üstünlük verib .....                     Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi .....                     “Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? .....                     “Dedi ki, xahiş edəcəm sənə qrant versinlər” .....                     2 ildə 2 milyondan çox pul mənimsəyib .....                     Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub .....                     İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır .....                     Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb .....                     Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir .....                     Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır .....                     Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat .....                     İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi .....                     Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir .....                     İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb .....                     Dövlət qurumu 3,6 milyonluq tikinti tenderinin qalibini açıqladı .....                     Meksika Prezidenti Ukraynaya səfərdən imtina etdi .....                     "Tehran Qərbin tapşırıqlarını icra edir" .....                     "1-ci sinfə gedənlərin sayı xeyli azalıb, gələcəkdə..." .....                     “Telegram” böyük siyasətin alətinə necə çevrildi? .....                     Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? .....                     “KTMT əleyhinə bəyanat siyasi oyunbazlıqdan başqa bir şey deyil” .....                     Novella Cəfəroğlu bu partiyanın fəxri üzvü seçildi .....                     Şəhid qardaşı işdən çıxarıldı: “Mənə möhlət vermirlər” .....                     Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib .....                     “Qızlarımızın ailə qurması çətinləşir, cinsi azlıqların sayı durmadan artır...” .....                     Dövlət Vergi xidmətinin həbsdə olan sabiq vəzifəli şəxslərinin şikayətləri .....                     Ermənistan İstisuda ordumuza hücum edəcək? .....                     "Vurmasaydım, məni öldürəcəkdilər" .....                     İrəvanda qızğın hazırlıq: .....                     Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib .....                 

Sülh müqaviləsi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ - Ermənistan bunu etməsə...
Tarix: 17-09-2024, 08:37 | Çap et
Sülh müqaviləsi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ
Azərbaycan Ermənistanla əsas şərt icra olunmayanadək sülh müqaviləsini bağlamayacaq. Rəsmi Bakının bununla bağlı konkret bir tələbi var. Ermənistan kontitusiyasına dəyişiklik etməlidir. Bu barədə Musavat.com-a diplomatik mənbələrdən məlumat daxil olub.

Bildiyiniz kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Rəsmi Bakı Paşinyan hökumətinin referenduma getməsi, bu iddiaların konstitusiyadan çıxarılması məsələsində israrlıdır. Mötəbər mənbə məlumat verir ki, bu tələb reallaşmayacağı halda sülh müqaviləsi əldə olunmayacaq.

Əslində bunun reallaşması da mümkündür. Belə ki, Paşinyan iqtidarı artıq müqavimət göstərmək iqtidarında deyil və havadarları vasitəsilə prosesi uzatmaq istəyir. Amma burada ən çox itirən də elə Ermənistanın özüdür.

Azərbaycanla Ermənistan arasında bu problemi tərəflərin özünün həll etməsi daha məqbul sayılır. Rəsmi Bakı da bunu istəyir. Sadəcə, Ermənistan “qucaqdan qucağa” atılır.

Sülh müqaviləsini tərəflərin üçüncü tərəf olmadan imzalaması da mümkün görünür. Əslində buna yaxın bir təcrübə də yaxın keçmişdə yaşanıb. Belə ki, ötən il dekabrın 7-də Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə bəyanat imzalayıblar.

Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın baş siyasi qurumları tərəfindən verilib. Tərəflər əsirlərin dəyişdirilməsinə razılaşmışdılar.

Bunun əsasında 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçi azad edilmişdi.

Birgə bəyanat aşağıdakı 3 məsələni əhatə edirdi:

Hərbçilər azad olunur

“Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir”, bəyanatda deyilirdi.

Qarşılıqlı xoş niyyət

Azərbaycan və Ermənistan bir-birinin namizədliklərini müxtəlif təmsilçilik üzrə dəstəkləyiblər.

Bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürür və Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.

Xoş niyyətin təzahürü olaraq, Azərbaycan da, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Sülhə hazırlıq

“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür”, - bəyanatda deyilir.

“İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”, - birgə bəyanatda bildirilir.

Azərbaycan və Ermənistan qarşılıqlı etimad yaratmaq öhdəliyi götürdüklərini də bəyan ediblər: “Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər”.

Tərəflər beynəlxalq ictimaiyyəti “iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə” çağırıblar.

Əldə olunan bu razılıq Avropa İttifaqı daxil əksər beynəlxalq qurumlar tərəfindən dəstəklənmiş, alqış almışdı.

Göründüyü kimi, üçüncü tərəf olmadan da Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, erməni tərəfin yaratdığı maneələrin aradan qaldırılması mümkündür. Qalır bu yolda əsas maneə olan Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması...

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına və sülh sazişinin imzalanmasına nail olunması üçün İrəvan üzərinə götürdüyü öhdəlikləri, həmçinin beynəlxalq hüquq normalarından irəli gələn vəzifələrini yerinə yetirməlidir: “7 dekabr 2023-cü ildə ilk dəfə Azərbaycan və Ermənistanın qəbul etdiyi birgə bəyanatın məzmununda da iki ölkə arasında münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyəti bir daha təsdiq edilir. Lakin Ermənistan imzaladığı bu bəyanatın şərtlərindən də müxtəlif bəyanatlarla yayınmaqda, prosesi ləngitməkdədir. Bu azmış kimi, haqsız və əsassız olaraq Azərbaycana qarşı ittihamlar irəli sürməkdədir. Bakının BMT Nizamnaməsinə və hər iki dövlət arasında imzalanan sənədlərə əsaslanan tələblərini yanlış olaraq şərt kimi təqdim edən İrəvan özü ağılasığmaz şərt irəli sürür. Məncə, Paşinyan hökuməti bəhanələr və uydurma tələblər irəli sürməkdənsə, cəmiyyəti sülhə hazırlamalı, doğru-düzgün izahat işi aparmalıdır. Azərbaycanın haqlı tələbləri istiqamətində ortaya çıxan əngəllərin aradan qaldırılmasına çalışılmalıdır. Əgər bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilirsə, bu, konstitusiya və qanunlarında da ziddiyyət yaratmamalıdır. Əgər Ermənistan Azərbaycanla konstitusiyasına dəyişik və düzəlişlər etmədən sülh sazişi bağlayacaqsa, bunun konstitusiyadan üstün hüququ olmadığından müqavilənin də əhəmiyyəti qalmır. Konstitusiya dəyişikliyini sülh müqaviləsindən sonraya saxlamaqdansa, sülh müqaviləsini imzalamamaq daha uyğundur. Odur ki, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsinin, bəyan olunduğu kimi, 17 maddədən 13 maddə razılaşdırılması o deməkdir ki, heç nə razılaşdırılmayıb. Çünki konstitusiya düzəlişi olmadan razılaşdırılan 13 maddə də əsas bazanı ehtiva edə bilməz. Məncə, Azərbaycan Ermənistanın manipulyasına imkan verməməli, təzyiqlərini artırmalıdır ki, proses tezliklə yekunlaşsın. Bu gün Bakı çox üstün mövqedədir. Həmin üstünlüyündən istifadə etməlidir. Dünyada və regionda sürətli proseslər baş verir, İrəvan isə öz vaxtını gözləyir”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Paşinyanla sülh müqaviləsinin imzalanmasını mümkün sayır: “Həm Ermənistanın baş naziri Paşinyan "İrəvan dialoqu" forumunda, həm də Azərbaycan Prezidenti İlham Əliyev “Çernobbio Forumu”nda sülh sazişi mətninin 80% razılaşdırıldığını bəyan ediblər. Paşinyan əlavə olaraq təklif edib ki, razılaşdırılan mətn, yəni sənədin preambula hissəsi və 13 bəndi əsasında ilkin çərçivə sülh sazişi imzalana bilər. Ermənistan rəsmiləri dərhal sülh sazişini imzalamağa hazır olduqlarını bəyan ediblər. Hətta maraqlıdır ki, Fransa da sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir. Lakin Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bu yaxınlarda açıqlama verərək bildirib ki, sülh sazişi bütöv sənəddir. Sitat: “Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var.” Bu, o deməkdir ki, Azərbaycan tam razılaşdırılmamış digər 3 bənd üzrə də razılığa gələndən sonra sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Sülh üçün əsas şərtlərdən biri isə Ermənistanın öz konstitusiyasında Azərbaycana olan ərazi iddialarını ortadan qaldırmasıdır. Çünki Ermənistan Konstitusiyasının 1-ci maddəsində əks olunan “Azadlıq haqqında Bəyannamə”nin preambulasında və 11-ci maddəsində Azərbaycana və Türkiyəyə ərazi iddiaları yer alır. Belə ki, Bəyannamənin preambula hissəsində 1 dekabr 1989-cu ildə qəbul edilən “Ermənistan SSR ilə Dağlıq Qarabağ Milli Şurasının birləşməsi haqqında” Ermənistan SSR Ali Şurasının qərarına istinad yer alır. Bu isə, müasir Ermənistanın Azərbaycana ərazi iddiası anlamına gəlir və imzalancaq sülh müqaviləsinin gələcəyini, davamlı sülhü təhdid edir. Bəyannamənin 11-ci maddəsində isə Qərbi Ermənistan termini yer alır və beləliklə, Türkiyəyə tarixi-siyasi ərazi iddiasının gələcək nəsillərə ötürülməsi üçün hüquqi bazis yaradılır. Bu ərazi iddiaları tarixi-siyasi və hüquqi kontekstdə tamamilə əsassız olsa da, məsələn, Ermənistanla DQMV-nin birləmə qərarı həm SSRİ (maddə 78 və 86), həm də Azərbaycan SSR (maddə 70 və 83) konstitusiyalarına əsasən qeyri-qanuni idisə də, Ermənistan bu qeyri-qanuni, qeyri-hüquqi iddianı öz Ana Qanununda yaşatmaqda uzun illər boyu maraqlı olub.

Bunun əksinə olaraq indi Ermənistan tərəfi bəyan edir ki, konstitusiyadakı tarixi qeydlər gələcək sülhü təhdid etməyəcək və imzalanacaq sülh müqaviləsinin bütün daxili sənədlərin üstündə yer alacağına (yəni konstitusiyadan üstün olacağına) dair maddənin burada yer alması vurğulanır. Lakin hüquq iyerarxiyasını bilən bütün ekspertlərə məlumdur ki, beynəlxalq sazişlər ölkəiçi qanunlardan üstün sayılsa da, Ana Qanundan, yəni konstitusiyadan aşağı qüvvəyə malikdir və haçansa bu ikisi arasında mübahisə yaranarsa, konstitusiya maddələri üstün sayılır. Odur ki, Ermənistan Konstitusiyasını dəyişməzsə, bu, gələcəkdə yeni revanşizmə açıq qapı buraxılması kimi dəyərləndirilə bilər.

Tələbimizə qarşı arqument olaraq Ermənistan tərəfindən bir sıra iddialar irəli sürülür ki, guya Azərbaycan Konstitusiyasında da Ermənistana ərazi iddiaları var. Halbuki belə bir şey yoxdur. Konstitusiyamızın preambulasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına istinad var. Konstitusiya Aktında isə 1991-ci ildə müstəqil elan edilən Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi elan edilir. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsində də Ermənistanla bağlı hər hansı müddəa yoxdur. Odur ki, Ermənistan tərəfindən səslənən bu cür iddialar saxta və əsassızdır.

Bununla yanaşı, Ermənistan cəmiyyətində konstitusiya dəyişikliyinə dair ciddi müzakirələrin getdiyi və bu istiqamətdə Paşinyanın müvafiq addım atmağa hazır göründüyü qeyd oluna bilər. O, “Ermənistana yeni konstitusiya lazımdır” deməklə bu istiqamətdə ictimai mövqeyini açıq ortaya qoyur və real Ermənistanla tarixi “Böyük Ermənistanı” bir-birindən ayırmağın zamanı gəldiyini vurğulayır. Beləcə, erməni cəmiyyətini bir növ, tərbiyələndirir, maarifləndirir, revanşist hisslərdən arındırmağa çalışır. Odur ki, Paşinyanla dialoq mümkün görünür. 7 dekabr 2023-cü ildə iki ölkənin əsir mübadiləsinə getdiyini heç bir kənar vasitəçi olmadan birgə bəyan etməsi, bu ilin 19 aprelində 4 kəndimizin bir güllə atılmadan geri qaytarılmasına dair razılaşmanın əldə olunması, 30 avqustda isə delimitasiya komissiyalarının birgə fəaliyyəti haqda əsasnamənin razılaşdırılması - bütün bunlar Azərbaycan və Ermənistanın kənar təsirlərdən uzaq, birgə danışıqlar yolu ilə konstruktiv həll yolu tapa bildiyinin göstəricisidir. Xarici təsirlərlə tələm-tələsik sülh müqaviləsinin imzalanmasına ehtiyac yoxdur. Məhz bu cür konstruktiv danışıqlarla gələcək sülhün möhkəm təməllərinin atılacağına ümid bəsləmək olar. Ölkəmizdə də qarşıdakı dövrdə referendum və konstitusiya dəyişikliyinin olacağı gözlənilir. Burada Azərbaycan Respublikası ADR ilə yanaşı, həm də Azərbaycan SSR-in varisi elan oluna bilər ki, bənzər şəkildə Ermənistan da özünü Ermənistan SSR-in varisi elan etməklə, 1991-ci ildə imzalanan Almatı Bəyannaməsini istinadgahlardan biri olaraq göstərməklə qonşularına hər hansı tarixi iddialarından imtina etmiş ola bilər".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın tam azad edildiyi gün: - antiterror əməliyyatının ildönümüdür
Bu gün, 07:14
İntensiv sülh bəyanatları və İrəvanın dirənişi - COP29-dək saziş imzalanacaq?
Bu gün, 07:09
"MİDA"nın 2,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 00:05
Agentlik 11 texnika üçün bu şirkətə - 2,4 MİLYON MANAT ÖDƏYƏCƏK
Bu gün, 00:02
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi
Dünən, 18:13
Mərkəzi Bank 4 şirkətə ödəniş sistemləri ilə bağlı lisenziya verdi
Dünən, 18:09
İcbari Sığorta Bürosunun rəhbərliyinə TƏYİNAT OLUB
Dünən, 18:03
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
Dünən, 17:58
"Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi
Dünən, 17:56
Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb
Dünən, 17:52
Alyans kvant texnologiyasına üstünlük verib - GƏLİŞMƏ
Dünən, 16:51
Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi - FOTO
Dünən, 16:49
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
Dünən, 16:47
“Dedi ki, xahiş edəcəm sənə qrant versinlər” - modeli döyən biznesmenin MƏHKƏMƏSİ
Dünən, 16:43
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
Dünən, 16:39
Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub
Dünən, 16:35
İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!
Dünən, 16:33
Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb - VİDEO
Dünən, 16:30
Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir
Dünən, 16:25
Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır - FAKT BUDUR!
Dünən, 16:01
Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR
Dünən, 16:00
İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi - FOTO
Dünən, 15:58
Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama
Dünən, 15:56
İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
Dünən, 15:54
Dövlət qurumu 3,6 milyonluq tikinti tenderinin qalibini açıqladı
Dünən, 15:44
Meksika Prezidenti Ukraynaya səfərdən imtina etdi
Dünən, 15:42
"Tehran Qərbin tapşırıqlarını icra edir" - Cümşüd Nuriyev
Dünən, 15:37
"1-ci sinfə gedənlərin sayı xeyli azalıb, gələcəkdə..."
Dünən, 15:36
“Telegram” böyük siyasətin alətinə necə çevrildi? - “Anarxist cənnəti”
Dünən, 14:00
Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH
Dünən, 13:56
“KTMT əleyhinə bəyanat siyasi oyunbazlıqdan başqa bir şey deyil”
Dünən, 13:53
Novella Cəfəroğlu bu partiyanın fəxri üzvü seçildi
Dünən, 13:37
Şəhid qardaşı işdən çıxarıldı: “Mənə möhlət vermirlər” - MÜRACİƏT
Dünən, 13:34
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib
Dünən, 13:29
“Qızlarımızın ailə qurması çətinləşir, cinsi azlıqların sayı durmadan artır...” - Tahir Kərimli
Dünən, 13:27
Dövlət Vergi xidmətinin həbsdə olan sabiq vəzifəli şəxslərinin şikayətləri qismən təmin edilib
Dünən, 13:24
Ermənistan İstisuda ordumuza hücum edəcək? - Paşinyandan sensasiyalı açıqlama
Dünən, 13:11
"Vurmasaydım, məni öldürəcəkdilər" - Borc üstündə düşən mübahisə qanla bitdi
Dünən, 13:06
İrəvanda qızğın hazırlıq: - “Naxçıvana yol açılarkən, Paşinyan...”
Dünən, 13:04
Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib - KİV
Dünən, 13:01
Qərb it kimi Azərbaycana dartınır - Markov
Dünən, 13:00
Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR
Dünən, 12:49
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
Dünən, 12:41
Bakıdakı "Formula 1"də qəzaya düşən sürücünün atası infarkt keçirtdi
Dünən, 12:39
KTMT Baş katibi: - Ermənistanla dialoqa hazırıq
Dünən, 12:38
Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?
Dünən, 12:35
"Bütün toyu Nadir dayanmadan mənə qulluq edirdi" - Faiq
Dünən, 12:33
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib - Diqqət!
Dünən, 12:31
Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Dünən, 12:25
Qərbin Azərbaycanda itirdiyi “5-ci kolon” - Bakıya qəzəbin səbəbi
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru