Cəbrayılın bu kəndi 4,1 milyon manata günəş panelləri ilə - TƏMİN OLUNACAQ
Tarix: 17-09-2024, 00:10 |
Çap et
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz edilməsi ilə bağlı açıq tenderə yekun vurub.
Dia-az.İnfo xəbər verir ki, təchizat işləri "Helind Enerji" MMC-yə həvalə edilib.
Qalib şirkətə bun üçün 4 milyon 60 min 28 manat ödəniləcək.