İran “Çamran-1” peykini orbitə çıxartdı
Tarix: 14-09-2024, 13:47 |
Çap et
İran əsas funksiyası orbital manevr texnologiyasını sınaqdan keçirmək olan “Çamran-1” tədqiqat peykini orbitə çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
“Bu gün səhər saatlarında “Çamran-1” tədqiqat peyki “Qaem-100” daşıyıcı aparatı vasitəsilə kosmosa buraxılıb və 550 kilometr yüksəklikdə uğurla orbitə çıxarılıb”, - məlumatda deyilib.