BLİNKEN BUNLARI BİLİRMİ? .....                     Ermənistan əhalisi hara qeyb olur? .....                     Azərbaycanda tələbələr universitetdən niyə qovulurlar? .....                     Naxçıvanda yeddi rayonun baş həkimləri niyə işdən azad olunublar? .....                     MİDA-nın xalis mənfəəti azalıb .....                     Bakı küçələrində TƏHLÜKƏ .....                     Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb? .....                     İtalyan dilindən magistratura pilləsinə .....                     Bəlkə bu da "etnik təmizləmə"dir? .....                     Atasının büstünü qızıl suyuna saldırmışdı... .....                     Azərbaycandan xarici ölkələrə 20 min baş ətlik diri at satılıb .....                     Birdən-birə 64 məktəb direktorunun işdən çıxarılması... .....                     Göygölün yollarına səpilən pullar .....                     Ticarət mərkəzində insident törədən .....                     Paytaxtda məşhur məktəbin direktoru işdən çıxdı .....                     Azərbaycanda məsləhət və audit şirkəti .....                     Rabitəbankın Müşahidə Şurasında .....                     Ermənistan Baş Prokurorluğu Serj Sarkisyan barədəki hökmdən apellyasiya şikayəti verəcək .....                     Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır .....                     Erməni məktəbləri fransız dilini dərindən öyrənəcək .....                     Polisdən ƏMƏLİYYAT: .....                     "Toyda tək olsaydım indi fatihə oxuyurdunuz" .....                     “İmam təyin olunmağım barədə vəhy gəldi, məscidə onu deməyə getmişdim” .....                     Restoranda döyülən Türkan: .....                     `Bakı Kart`dakı problemlərin DAHA BİR NƏDƏNİ... .....                     Vüqar Səfərli narazıdır: .....                     Pezeşkianın 50 günü: İran prezidenti bu müddətdə nəyə nail olub? .....                     Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub .....                     "Kontakt Home"dan daha bir şikayət .....                     İrəvanda Baqrat şousu: .....                     Salyan rayonuna yeni icra başçısı təyin edilib .....                     Prezident Sevindik Hətəmovu Salyan rayonunun icra başçısı vəzifəsindən azad edib .....                     Hacıqabulun icra başçısı vəzifəsindən azad edilib .....                     Vaşinqtondan Azərbaycan və Ermənistana təklif: .....                     “Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir” .....                     Zalujnı Ukraynanın Kursk əməliyyatına qarşı çıxıb .....                     Ekspertdən Tahir Kərimlinin təklifinə reaksiya: .....                     MN-də struktur dəyişikliyi .....                     Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj... .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib .....                 

Paşinyan erməni separatçılara savaş açır: - Silahlı qiyam planını pozmaq üçün onları ölkədən çıxarırlar
Tarix: 11-09-2024, 18:08 | Çap et
Paşinyan erməni separatçılara savaş açır:
Ermənistanın sürüşkən və xaotik xarici siyasətinin ilkin nəticələri artıq ölkədaxili proseslərə birbaşa təsir göstərməyə başlayıb. Belə ki, Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətinin idarəçilik dönəmində ciddi şəkildə parçalanmasıyla diqqəti çəkir. Hər halda, onilliklər boyu möbvud olmuş ümumerməni siyasi-ideoloji mərkəzləşmə artıq arxa plana keçmək üzrədir. Hətta yalnız Ermənistanda deyil, xarici ölkələrdə erməni diasporlarını da vahid mərkəzdə birləşdirən bu siyasi-ideoloji xətt demək olar ki, iflasa uğramış kimi görünür. Və bu, o deməkdir ki, yaxın gələcəkdə ənənəvi “erməni problemi”nin tamamilə sıradan çıxarılması reallaşa bilər.

Onu da qeyd etmək lazımdır ki, indi Ermənistanın ictimai-siyasi məkanı Cənubi Qafqazda geopolitik maraqları olan dövlətlər arasında bölüşdürülüb. Belə ki, Ermənistan cəmiyyəti ümumerməni narrativlərindən uzaqlaşma prosesinə məruz qalaraq, rusiyaçılara, irançılara, avropaçılara və hətta amerikaçılara bölünüb. Ona görə də, xarici ölkələrin xüsusi xidmət servisləri tərəfindən idarə olunan erməni siyasi düşərgələri bağlı olduqları dövlətlərin maraqlarından çıxış edirlər. Və Ermənistanın maraqlarına, hətta gələcək taleyinə belə, xarici himayədarlarının drektivləri üzərindən baxırlar.

Bütün bunları nəzərə aldıqda, Ermənistan cəmiyyətində ümumi problemlərə münasibətdə çoxsaylı fərqli yanaşma tərzinin olması qətiyyən təəccüblü deyil. Böyük ehtimalla bundan sonra erməni siyasi-ictimai məkanının deqradasiya prosesinin daha intensiv xarakter alması da qaçılmaz olacaq. Hər halda, erməni siyasi-ictimai qruplaşmalar arasında ortaq mövqenin tapılması indi olduqca qəliz məsələdir. Hətta Paşinyan hakimiyyətinə müxalif mövqedə olan Qarabağ klanı daxilində belə, ciddi ziddiyyətlərin olduğu bildirilir. Keçmiş prezidentlər və hərbi cinayətkarlar Robert Köçəryanla Serj Sarkisyanın tərəfdarları da hazırda müttəfiqdən daha çox siyasi rəqib durumuna keçiblər.

Yəqin ki, Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, erməni siyasi-ictimai qruplaşmaları arasında qarşıdurma ən yüksək həddə çatmış olacaq. Son müşahidələr bu qruplaşmaların elə indidən həmin seçkilərə hazırlıq prosesinə start verdiklərini göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti poternsial rəqiblərini küncə sıxışdırmaq istiqamətində planlı fəaliyyətə başlayıb. Və əsasən də rəqib müxalif düşərgənin sosial bazası hədəfə alınıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti könüllü şəkildə Ermənistana mühacirət etmiş ermənilərin davranışlarından ciddi narahatlıq keçirir. Belə ki, erməni kilsəsi və Qarabağ klanı Qarabağdan köçən ermənilərdən hakimiyyət uğrunda mübarizədə alət kimi istifadə etməyə cəhd göstərir. Ona görə də, erməni separatçıların qondarma qurumunun Ermənistandakı ənənəvi strukturlarını fəallaşdırmağa başlayıblar. Və onların vasitəsilə Ermənistanda ölkədaxili gərginliyi artırmaq məqsədi güdürlər.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Qarabağ klanının siyasi düşərgəsinə yönələn gəlmə erməniləri təhlükəli sosial kontingent hesab edir. Baş nazir Nikol Paşinyanın yaxın ətrafı gəlmə ermənilərin xarici ölkələrə mühacirət etməsində maraqlı olduğunu da qətiyyən gizlətmir. Hətta bunun üçün əlavə imkanların açılmasına yönəlik addımlar da atır.

Hər halda bəzi məlumatlarda Paşinyan hakimiyyətinin Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə yönəlik cəhdlərinin gəlmə ermənilərin Qərb ölkələrinə gedişini asanlaşdırmaq məqsədi güddüyü də bildirilir. Bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanı gəlmə ermənilərdən mümkün qədər tez bir zamanda təmizləmək niyyətindədir. Və bu niyyətin reallaşdırılması üçün gəlmə ermənilərə müxtəlif yollarla təzyiqlərin göstərildiyi də iddia olunur.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti gəlmə ermənilərin sosial problemlərinin həllinə həvəs göstərmir. Eyni zamanda, onların separatçı liderlərinin siyasi fəaliyyətlə məşğul ola biləcəkləri qurumların ləğv edilməsinə cəhd göstərir. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə açıq mətnlə xəbərdarlıq etməklə, prosesin artıq başlandığına eyham vurub. Erməni spiker bildirib ki, separatçı qurumun özünü buraxmasından sonra “Ermənistan-artsax” qondarma parlamentlərarası komissiya da artıq fəaliyyət göstərə bilməz. Onun fikrincə, bu qurumda təmsil olunan separatçıların siyasi-hüquqi statusu mövcud deyil. Və bu səbəbdən də belə bir komissiyanın mövcudluğu hüquqi baxımdan absurddur.

Digər tərəfdən, Alen Simonyan erməni separatçıların İrəvandakı “daimi nümayəndəliyi”nin də bağlanmasının qaçılmaz olduğuna eyham vurub. Onun fikrincə, mövcud olmayan “dövlət”in “daimi nümayəndiliyi” də ola bilməz. Erməni spiker hesab edir ki, separatçılar orada toplaşıb, Paşinyan hakimiyyətinin əleyhinə siyasi fəaliyyətlə məşğuldur. Bunun yolverilməz olduğunu bildirən erməni spiker həmin bunadan daha faydalı fəaliyyət üçün istifadə etməyin vaxtı çatıb. Və bu, o deməkdir ki, gəlmə ermənilərin siyasi fəaliyyət mərkəzləri hazırda Paşinyan hakimiyyətinin maraqlarına qətiyyən cavab vermir.

Məsələ ondadır ki, rəsmi İrəvan gəlmə ermənilərin Qarabağ klanına dəstək verməsinin növbəti parlament seçkiləri ərəfəsində ciddi problemə çevriləcəyini artıq anlayır. Çünki gəlmə ermənilərin əksəriyyəti vaxtilə Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş şəxslərdir. Üstəlik, bu kontingentin əlində külli miqdarda odlu silah mövcuddur. Paşinyan hakimiyyəti dəfələrlə çağırışlar etsə də, həmin silahlar hüquq-mühafizə qurumlarına təhvil verilməyib. Və seçki ərəfəsində erməni müxalifətinin xarici kəşfiyyatın təsiri altında olan bu silahlı qruplaşmadan Paşinyan hakimiyyətinə qarşı istifadə edə biləcəyi də qətiyyən istisna deyil.

Göründüyü kimi, Ermənistanda olduqca qəliz ictimai-siyasi situasiya yaranmağa başlayıb. Xarici kəşfiyyatın və erməni müxalifətinin Ermənistanda vətəndaş müharibəsinə qədər inkişaf edə biləcək silahlı toqquşmalar törətməsi üçün münbit şərait mövcuddur. Ona görə də, Paşinyan hakimiyyəti seçki dövrünə qədər bu problemi həll etmək məcburiyyətindədir. Əks halda, xarici kəşfiyyatın da dəstəklədiyi silahlı müxalifət qruplaşmalarına müqavimət göstərmək qətiyyən asan olmayacaq. Və bu, hətta Ermənistanda dövlət çevrilişi ilə də nəticələnə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BLİNKEN BUNLARI BİLİRMİ? - GƏLİŞMƏ
Bu gün, 19:02
Ermənistan əhalisi hara qeyb olur? - ARAŞDIRMA
Bu gün, 19:00
Azərbaycanda tələbələr universitetdən niyə qovulurlar? - AKTUAL
Bu gün, 18:56
Naxçıvanda yeddi rayonun baş həkimləri niyə işdən azad olunublar? - AÇIQLAMA
Bu gün, 18:06
MİDA-nın xalis mənfəəti azalıb - HESABAT
Bu gün, 18:04
Bakı küçələrində TƏHLÜKƏ – AYNA vətəndaşların həyatını riskə atır
Bu gün, 18:01
Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 17:56
İtalyan dilindən magistratura pilləsinə niyə qəbul olmayıb?
Bu gün, 17:50
Bəlkə bu da "etnik təmizləmə"dir? - replika
Bu gün, 17:47
Atasının büstünü qızıl suyuna saldırmışdı... - İndi də Salyanda...
Bu gün, 17:40
Azərbaycandan xarici ölkələrə 20 min baş ətlik diri at satılıb - SİYAHI
Bu gün, 17:36
Birdən-birə 64 məktəb direktorunun işdən çıxarılması... - REAKSİYA
Bu gün, 17:14
Göygölün yollarına səpilən pullar - Yerli rəhbərlik hər il yol təmir etdirir?
Bu gün, 17:12
Ticarət mərkəzində insident törədən azərbaycanlılara HÖKM OXUNDU
Bu gün, 17:09
Paytaxtda məşhur məktəbin direktoru işdən çıxdı - DOSYE
Bu gün, 17:07
Azərbaycanda məsləhət və audit şirkəti - LƏĞV OLUNUR
Bu gün, 17:06
Rabitəbankın Müşahidə Şurasında - YENİ TƏYİNAT OLUB
Bu gün, 17:05
Ermənistan Baş Prokurorluğu Serj Sarkisyan barədəki hökmdən apellyasiya şikayəti verəcək - Ermənistan KİV
Bu gün, 17:02
Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır - Gürcüstanın Baş naziri
Bu gün, 16:50
Erməni məktəbləri fransız dilini dərindən öyrənəcək
Bu gün, 16:49
Polisdən ƏMƏLİYYAT: - 24 kilo heroin ələ keçirildi
Bu gün, 16:48
"Toyda tək olsaydım indi fatihə oxuyurdunuz"
Bu gün, 16:43
“İmam təyin olunmağım barədə vəhy gəldi, məscidə onu deməyə getmişdim” - “Məşədi Dadaş” məscidinin imamına sui-qəsddə təqsirləndirilən şəxs
Bu gün, 16:42
Restoranda döyülən Türkan: - “Köməyimə o gəldi”
Bu gün, 16:39
`Bakı Kart`dakı problemlərin DAHA BİR NƏDƏNİ... - "...düşmən kəsilmisiz xalqa?"
Bu gün, 16:38
Vüqar Səfərli narazıdır: - Ali Məhkəməyə üz tutdu
Bu gün, 16:33
Pezeşkianın 50 günü: İran prezidenti bu müddətdə nəyə nail olub? - “Al Jazeera”
Bu gün, 16:31
Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - SƏRƏNCAM
Bu gün, 16:28
"Kontakt Home"dan daha bir şikayət - "Yiyəsizlik hökm sürür..."
Bu gün, 16:27
İrəvanda Baqrat şousu: - Keşiş Paşinyanı devirə biləcəkmi?
Bu gün, 16:25
Salyan rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Prezident Sevindik Hətəmovu Salyan rayonunun icra başçısı vəzifəsindən azad edib - SƏRƏNCAM
Bu gün, 16:21
Hacıqabulun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 16:20
Vaşinqtondan Azərbaycan və Ermənistana təklif: - Sülh sazişi...
Bu gün, 16:17
“Onlara məhz tuman məsələsi, Elzanın şeirləri önəmlidir” - Fazil Mustafadan sərt REAKSİYA
Bu gün, 16:12
Zalujnı Ukraynanın Kursk əməliyyatına qarşı çıxıb - "Politico"
Bu gün, 16:09
Ekspertdən Tahir Kərimlinin təklifinə reaksiya: - Hazırda təşkili müşküldür
Bu gün, 16:07
MN-də struktur dəyişikliyi - Anar Eyvazov idarə rəisi oldu
Bu gün, 16:04
Vaşinqtonun yeni cəhdi və Bakıdan mesaj... - “Məcburi vasitəçilik ola bilməz”
Bu gün, 16:02
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib - HP TƏFTİŞ ETMİŞDİ...
Bu gün, 15:58
Əli Həsənovun qohumlarından müsadirə olunan obyekt 9-cu dəfə hərraca çıxarılır - FOTOLAR
Bu gün, 15:56
Dövlət Sərhəd Xidməti bu şirkətdən qalxan, qılınc, xəncər alır - SİYAHI
Bu gün, 15:52
Binəqədinin icra başçısı da COB29-a BELƏ DƏSTƏK OLUR... - AY MAŞALLAH...
Bu gün, 15:51
Gürcüstan Ermənistanla Azərbaycana qarşı birləşir? - ŞƏRH
Bu gün, 15:49
Roza Zərgərlinin könlündən belə kişi keçir – Özü DANIŞDI
Bu gün, 15:47
ABŞ-nin mayasını batıran Ermənistan... – İrəvan Rusiyaya qayıtmaq yolunda
Bu gün, 15:44
İrəvan Bakıdakı teatrda öz rolunu oynayacaq - Zakaryan BELƏ DEYİR...
Bu gün, 15:42
“Çöllükdə silahı başımıza dirəyib dedilər, ya güllələyəcəklər, ya da...” - Çeçenistanda saxlanılan azərbaycanlılar danışdı
Bu gün, 15:40
Ermənistanın ermənisiz qalacağı gün – Qarabağdan sonra bu yanlışı da etsələr...
Bu gün, 15:33
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin olunub - ƏMR
Bu gün, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru