Ermənistanın Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına sentyabrın 16-da başlanacaq - KİV
Tarix: 11-09-2024, 17:00 |
Çap et
Ermənistanın keçmiş ədliyyə naziri, qərbyönümlü “Respublika” partiyasının qurucularından biri Artak Zeynalyanın rəhbərlik etdiyi təşəbbüs qrupu Ermənistanın Avropa İttifaqına daxil olması məsələsi ilə bağlı sentyabrın 16-dan imza toplamağa başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.