“Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI .....                     ABŞ çətiri altında əzələ nümayişi? .....                     "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar" .....                     Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... .....                     `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... .....                     “Azsığorta”nın rəhbərliyində təyinat olub .....                     Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər .....                     Təhlükə var: İran ordusunu çağırmalıyıq .....                     Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... .....                     200 min dollara Bakıda kimi öldürmək istəyiblər? .....                     Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək .....                     ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır .....                     İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur .....                     Şəhid anası icra hakimiyyətindən narazıdır .....                     “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                 

“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” - Amerikadakı daşnaklar: “Onları parçalasaq”...
Tarix: 11-09-2024, 12:17 | Çap et
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?”
Daşnaklara məxsus olan və ABŞ-dan yayımlanan ingilisdilli “armenianweekly” saytında Harut Sassounian “Armenia should exploit rifts between Azerbaijan and Turkey” (Ermənistan Azərbaycanla Türkiyə arasında yaranan çatlardan istifadə etməlidir) adlı məqalə ilə çıxış edib.

Türkiyə-Azərbaycan münasibətlərini incələyən yazar bəzi incə mətləblərə toxunub. Bu barədə biz də dəfələrlə yazmışıq. Yazmışıq ki, Ermənistan və onların havadarları Türkiyə-Azərbaycan münasibətlərində mövcud olan qarşılıqlı inamı və etibarı sarsıtmaq üçün min oyundan çıxırlar. Bu məqalədə isə daşnak yazar bu barədə açıq mətnlə, özü də birmənalı şəkildə danışır.

Məqaləni demək olar ki, olduğu kimi təqdim edirik. Nəzərə almaq lazımdır ki, yazı bir daşnak tərəfindən qələmə alınıb. Əminəm ki, düşmən tərəfin düşüncə və planları barədə məlumatlı olmaqda həmişə fayda var:

Erməni müəllif yazır ki, “düşmənlərinə” qarşı durmaq və ya onları zəiflətmək üçün ölkələrin arsenalında müxtəlif vasitələr olmalıdır. Onlardan ən bariz olanı hərbi gücün tətbiq olunmasıdır. Lakin Ermənistan ordusu zəif olduğuna görə bu vasitəni uğurla həyata keçirə bilmir.

Digər mümkün vasitə isə “düşmən” ölkənin daxilində qarışıqlıq yaratmaq üçün etnik azlıqları qızışdırmaqla “düşmən” dövlətlərdə mövcud olan sabitliyini pozmaqdır.

Üçüncü vasitə, “düşmən” xalqla onun müttəfiqləri arasında nifaq salmaqdır. Ermənistan özlərini “bir millət, iki dövlət” adlandıran iki “düşmən” qonşu olan Azərbaycan və Türkiyə ilə əhatə olunub. Ona görə də Ermənistan bu iki ölkə arasında narazılıq yarananda ortaya çıxan fikir ayrılıqlarını daha da dərinləşməsinə çalışmalıdır.

Son 30 ildə Ermənistan iki “düşmən” dövlət arasında 3 dəfə yaranmış ziddiyyətin şahidi olub.

İlk fürsət 1995-ci ilin martında Türkiyədəki bəzi qruplaşmaların dəstəklədiyi Azərbaycan ordusunun müəyyən bölmələrinin Azərbaycan prezidenti Heydər Əliyevə qarşı dövlət çevrilişi etməyə cəhd edəndə yarandı. Onlar 1993-cü ildə Heydər Əliyev tərəfindən devrilmiş Əbülfəz Elçibəyin yenidən hakimiyyətə qayıtmasını istəyirdilər.

Əsas köməkçiləri çevriliş cəhdində əli olan Türkiyənin baş naziri Tansu Çillər idi. Çevrilişin qarşısı Türkiyə prezidenti Süleyman Dəmirəl tərəfindən alındı. O, sui-qəsddən xəbər tutdu və Heydər Əliyevi xəbərdar etdi. Vikipediyada yazılıb ki, hərbi çevrilişə cəhd “Türkiyə ilə Azərbaycan arasında diplomatik böhrana səbəb oldu”.

Ermənistan hökuməti Azərbaycanda dövlət çevrilişinə cəhddən və bunun nəticəsində Azərbaycanda hökm sürən xaosdan istifadə edərək iki “düşmən”i ölkəni bir-birindən daha da uzaqlaşdırmaq üçün hərəkətə keçməliydi. Əlimizə belə bir fürsət düşmüşdü. Ancaq Ermənistan bu ixtilafı geniş şəkildə qabardaraq ictimailəşdirməklə ziddiyyətləri daha da dərinləşdirə bilmədi.

Azərbaycan və Türkiyə arasında ikinci böhran 2009-cu ildə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını, o cümlədən rəsmi diplomatik münasibətlərin qurulmasını, Ermənistan-Türkiyə sərhədinin açılmasını və “erməni soyqırım”ı ilə bağlı araşdırmalar üçün birgə tarixi komissiyanın yaradılmasını nəzərdə tutan Sürix protokollarının imzalanması zamanı baş verdi. Bu protokollar ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə ortaya çıxdı.

Türkiyə Ermənistanla münasibətləri normallaşdırsaydı “artsax münaqişəsi”ndə Azərbaycanın Ermənistana təzyiq imkanları zəifləyəcəkdi. Bundan ehtiyatlanan Azərbaycan protokollara qarşı çıxdı.

Türkiyə bir neçə ziddiyyətli maraqların ortasında qaldı:

1) Türkiyə öz şəxsi maraqlarını güdmək istəyirdi, bu da “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması ilə bağlı uzun müddətdir davam edən erməni tələblərini aradan qaldırmaq üçün Ermənistanla antaqonist münasibətlərini yumşaltmaq idi;

2) Türkiyə bu protokolları ratifikasiya etmək üçün ABŞ, Rusiya və Fransa tərəfindən təzyiqlərə məruz qalırdı;

3) Türkiyənin kiçik tərəfdaşı olan Azərbaycan əvvəlcə Türkiyəyə diplomatik təzyiq göstərdi və daha sonra qazın ixracını dayandıracağı və ya qiymətinin artırılması ilə hədələdi. Bu, istənilən effekti vermədikdə, Azərbaycan Bakıda Türkiyə tərəfindən maliyyələşdirilən bir neçə məscidi bağladı və Türkiyə bayraqlarını endirdi. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması “Azərbaycanın milli maraqlarına birbaşa ziddir və Azərbaycan ilə Türkiyə arasında dərin tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır”.

Ermənistan bir daha bu münaqişədə sadəcə seyrçi rolunu oynadı. Nəhayət, Türkiyə azərbaycanlıların təzyiqlərinə boyun əydi və protokolları ratifikasiya etməkdən imtina etdi.

Ankara ilə Bakı arasında üçüncü mübahisə hal-hazırda baş verməkdədir. Ərdoğan iyulun 28-də belə bir bəyanat verdi: “Necə ki, Qarabağa, Liviyaya girdiyimiz kimi, İsrailə də elə girərik. Bizə heç nə mane olmur. Sadəcə bu addımı atmaq üçün güclü olmalıyıq”.

Daşnak müəllif yazır ki, Azərbaycan rəsmiləri Ərdoğanın bu bəyanatına kəskin etiraz etdilər.

Erməni müəllif həyasızcasına iddia edir ki, Azərbaycan 2020-ci il müharibəsində türk hərbçiləri və komandirləri, eləcə də Türkiyənin ermənilərə qarşı döyüşmək üçün Suriyadan Azərbaycana gətirdiyi minlərlə cihadçı muzdlular tərəfindən dəstəklənib.

Erməni yazır ki, Azərilərin təkziblərinə baxmayaraq, Ərdoğan türk ordusunun “artsax münaqişəsi”ndə iştirakı ilə bağlı bəyanatını təkrarlamaqda davam edib. O, avqustun 1-də deyib: “Azərbaycanın Qarabağında azərbaycanlı qardaşlarımızla birlikdə düşmən qüvvələrini tamamilə məhv etdik”...

Müəllif ona sevinir ki, Ermənistanın baş naziri avqustun 31-də keçirdiyi mətbuat konfransında müxbirin sualını cavablandırarkən Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan bu məqama belə reaksiya verib: “44 günlük müharibə zamanı bir çox yerlərdə hərbçilərimiz, kəşfiyyatçılarımız türk bayraqları, türk əsgərləri, Türkiyə Xüsusi Eskadronu və türk yüksək rütbəli zabitləri görüb. Unutmayaq ki, 44 günlük müharibədən əvvəl Azərbaycanla Türkiyə arasında irimiqyaslı hərbi təlimlər keçirilirdi. Və bütün müharibə zamanı Türkiyəyə məxsus F-16 təyyarələri sözün həqiqi mənasında havada olub, Türkiyəyə məxsus dronlar isə türk personalı tərəfindən idarə olunub”.

Gördüyünüz kimi, Nikol Paşinyan da bu fürsətdən yararlanmağa çalışır. Ancaq bu bəyanatın üstündən xeyli vaxt keçsə də Türkiyə-Azərbaycan münasibətlərində hər hansı kənaraçıxma nəzərə çarpmadı...

Məqalənin sonunda daşnak müəllif Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq üçün Ermənistanın görməli oldu işləri bir daha vurğulayır. Yazır ki, müasir müharibələr təkcə silahla aparılmır. Millətlər həm də psixoloji müharibədən istifadə edir, dezinformasiya yayır, düşmən ölkələrdə daxili qarışıqlıqları qızışdırır, böl və qalib gəl taktikasına əl atırlar. Müəllif yazır ki, Ermənistan bütün bu vasitələrdən düşmənlərini (yəni Türkiyə və Azərbaycanı) sarsıtmaq və milli maraqlarını müdafiə etmək üçün istifadə etməlidir.

Əgər Ermənistanın bu cür əməliyyatları həyat keçirmək üçün təcrübəsi yoxdursa, düşməni daxildən zəiflətmək üçün Ermənistanın silaha xərclədiyi milyonların kiçik bir hissəsi müqabilində işə götürə biləcəyi konsaltinq firmaları var. Onlar bu işi ustalıqla həyata keçirə bilərlər...

Mən çox istərdim ki, daşnak yazarın etiraf dolu bu məqaləsinə Türkiyə mediası da xüsusi diqqət ayırsın. Türkiyədə də hər kəs bilməlidir ki, düşmən öz işindədir. Və bizim birliyimizi parçalamaq üçün ağla gələn və gəlməyən bütün vasitələrdən istifadə edirlər. Türkiyə və Azərbaycan olaraq biz düşmənin məkrli planlarından vaxtında xəbər tutmalı və o planların baş tutmasına imkan verməməliyik.

Xalq arasında yaxşı bir məsəl var: “Ətlə dırnağın arasına girən iylənib çıxar”. Görünür, ermənilərin bu məsəldən hələ xəbəri tutmayıblar...

Elbəyi Həsənli, Sürix
Musavat.Com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57
ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45
"Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43
Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37
`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28
“Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11
Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10
ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08
İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06
Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru