Bitməyən tıxac dərdimiz – Partiya sədrindən təklif
Tarix: 11-09-2024, 11:48 |
Çap et
“Tıxaclar beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı daha da kəskinləşib.
Təbii ki, bu tədbirlər hər zaman olacaq, hətta çoxalacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.
Partiya sədri bildirib ki, Bakıya xarici turistlərin gəlişi, tərbirlərin keçirilməsi müsbət haldır:
“Bunlar iş yerləri deməkdir, mağazaların, ictimai-iaşə obyektlərinin, xidmət sahəsinin inkişafı deməkdir. Yüz minlərlə insanlar da xidmət və turizm sahəsindən evlərinə çörək aparır. Bəs tıxaclarla nə edək?
Yeganə yollardan biri ictimai nəqliyyatla bağlı rahatlığın daha tez təmin edilməsidir ki, vətəndaşlar avtomobildən düşüb avtobuslara minsinlər.
Bununla bağlı müəyyən işlər aparılır. İkincisi, metro tikintisinin sürətləndirilməsidir. Bu isə böyük vəsait tələb edir.
Zənnimcə, Neft Fondundan bu məqsədlə vəsait ayrılması özünü doğrulda bilər. Onsuz da tıxaclarda yüz minlərlə faydalı iş saatları itirilir ki, bu da sosial həyat və iqtisadi inkişaf üçün ciddi siqnaldır”.