Barışın bir addımlığında - Əvvəl çərçivə sazişi, sonra yekun sülh
Tarix: 11-09-2024, 11:33 | Çap et
Rəsmi İrəvandan yenidən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün real şansın olduğu barədə bəyanatloar səsləndirilir. Sentyabrın 9-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettel ilə birgə keçirdiyi brifinqdə deyib ki, “Ermənistan və Azərbaycanın tezliklə sülh sazişi imzalamaq üçün real şansları var”. Mirzoyanın sözlərinə görə, sülh müqaviləsi layihəsinin 16 maddəsindən 13-ü tam razılaşdırılıb: “16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb. Baş nazir Nikol Paşinyan 17 maddədən danışıb, görünür, o, preambulanı da nəzərdə tuturdu”.
"Biz inanırıq ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitliyə qapı açmaq üçün real imkan var", - Mirzoyan qeyd edib.
“Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır”. Bu sözləri isə dünən Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” forumunun açılışında deyib. Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin 80 faizi razılaşdırılıb.
“Biz təklif edirik ki, razılaşdırılanları imzalayaq, fundamental sənədimiz olsun. Sonra qalan məsələlər üzrə müzakirələr davam etdirilsin”, - Baş nazir vurğulayıb. Paşinyan sülh müqaviləsinin razılaşdırılmış mətnini tezliklə imzalamağa hazır olduğunu təsdiqləyib.
Ermənistan tərəfindən verilən bəyanatlarla bağlı AYNA-nın suallarını cavablandıran ləğv edilmiş siyasi ekspert Sülhəddin Əkbər deyib ki, sülh sazişinin imzalanması, regionda sülh və sabitliyin əldə olunmasında mürəkkəb vəziyyətm mövcuddur:
- Təməl səbəb də odur ki, Azərbaycana qarşı aparılan vəkalət müharibəsi, beynəlxalq birlik tərəfindən münaqişə kimi qəbul olunan Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq münaqişədir. Burada təkcə söhbət Ermənistan və Azərbaycanın maraqlarından getmir. İkincisi, bu beynəlxalq münaqişənin həlli dünyada gedən geopolitik savaşın, qarşıdurmanın həlledici mərhələsi ilə üst-üstə düşdü. Ona görə də mürəkkəb vəziyyət yaranıb. İndi bütün tərəflər – həm münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan, həm də regionda marağı olan beynəlxalq güclər istəyirlər ki, öz maraqları təmin olunsun. Bu gün tərəflərin yanaşmalarında fərqlər ortaya çıxır. Xüsusilə, məlumdur ki, sülh sazişi mətninin üzərində aparılan iş xeyli irəliləyib. Beynəlxalq güclərdə, yəni regionda marağı olan qüvvələrdə belə bir narahatlıq var ki, birdən saziş imzalanar, onların da maraqları təmin olunmamış qalar. Təbii ki, sülhdə maraqlı olan tərəflər istəyirlər ki, proses sürətlə getsin. Maraqlı olmayanlar isə əksinə, çalışırlar ki, proses tormozlansın. Ona görə də, yenə deyirəm, mürəkkəb durum yaranıb.
- Sülhdə maraqlı olan tərəflər hansılardır, əksinə, prosesin tormozlanmasını istəyən qüvvələr hansılardır?
- Ən azı üzdə görünür ki, Ermənistan tərəfi sülh sazişinin mümkün qədər tezliklə imzalanmasını, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir. Ermənistanın arxasında dayanan Qərb, yəni ki, ABŞ və Avropa Birliyi bunu dəstəkləyir. Əsas maraq isə geosiyasi planda Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, İranın regiona girişinin qarşısının alınmasıdır. Həmçinin Türkiyə sülh sazişinin imzalanmasında, Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ona görə Ankara da prosesin sürətlə getməsini istəyir.
Təbii ki, Azərbaycan da sülh sazişinin imzalanmasında maraqlıdır. Amma Azərbaycanın tələbləri var ki, onlar reallaşmamış qalır. Bu tələblər də məlumdur və qarşı tərəfə təqdim edilib. Düzdür, bu tələblər arasında arxa plana keçirilənləri də var. Amma bir əsas tələb var ki, bu da Ermənistan Konstitusiyasında və digər hüquqi normativ aktlarında Azərbaycana qarşı ərazi iddialarının ləğvidir. Çünki Ermənistan qanunlarında Azərbaycana qarşı ərazi iddiaları var və bunlar gələcəkdə iddiaları qaldırmağa səbəb olacaq məsələlərdir. Ona görə də Azərbaycan Ermənistan Konstitusiyasında bu maddələrin ləğv edilməsinin, buna uyğun da qanunvericiliklərində dəyişikliklərin edilməsi tələbində israrlıdır. Bu da prosedur baxımından zaman tələb edən məsələdir. Ermənistan rəsmi açıqlayıb ki, 2027-ci ilədək konstitusiya islahatlarını aparmaq niyyətində deyil.
- Ermənistan Konstitusiyasında dəyişiklik olmadan sülh sazişi olmadan, ilkin çərçivə sazişinin imzalanması barədə fikirlər səsləndirilir. Prosesin sürətli getməsi naminə çərçivə sazişini imzalamaq mümkündürmü?
- Tərəflər prosesi sürətləndirərsə, Türkiyə və Avropa İttifaqı burada zəmanət verərsə, o zaman ilkin çərçivə sazişi imzalana bilər. Söhbət yekun sülh müqaviləsindən getmir. Azərbaycanın tələbləri qüvvədə qalmaq şərti ilə ilkin anlaşma sənədi imzalana bilər. Ondan sonra yerdə qalan problemli məsələlərlə bağlı intensiv danışıqlar aparıla bilər. Yenə də ikitərəfli qaydada və ABŞ, Avropa Birliyi və Türkiyənin dəstəyi olmaq şərti ilə. Nəzərə almaq lazımdır ki, Qərbin vasitəçiliyi ilə atılan istənilən pozitiv addıma Rusiya və İran qarşı çıxacaq. Məsələ burasındadır ki, bölgədəki sülh və sabitlik Moskva və Tehranın geopolitik maraqlarına ziddir. Çünki sülh əldə olunandan sonra regiondaxili inteqrasiya başlayacaq. Ermənistanın Avropa və NATO-ya, Azərbaycanın isə türk dünyasına inteqrasiyası sıxlaşacaq. Bunu isə nə Rusiya, nə də İran istəyir. Bu dövlətlər istəyər ki, Türkiyə, Avropa Birliyi və NATO regionda güclənsin, türk dövlətləri Qərblə yaxınşalsın? Əlbəttə, istəmirlər. Ona görə də çalışacaqlar ki, sülh əldə olunmasın, əldə olunacaqsa da, müəyyən problemlər həllini tapmasın. Bununla Rusiya və İranın məsələyə sonradan müdaxilə imkanı qalır. Moskva və Tehranın da istəyi budur. İlkin çərçivə sazişi ona görə imzalanmalıdır ki, qarşı duran böyük güclərin bir tərəfi regionda sülh və sabitlikdə maraqlı olacaq. Əks halda, region böyük güclərin toqquşma meydanı olacaq. Bölgənin qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün Türkiyə, Avropa Birliyi ilə həmrəylik nümayiş etdirməli, Rusiya və İran destruktiv müdaxiləsinə qarşı cəbhə almaq olar.
- ABŞ-ın, Avropa Birliyi Azərbaycana dəstək verəcəkmi ki, regionda proseslər Rusiya və İranın diktəsi ilə inkişaf etməsin?
- Qərb Azərbaycanın maraqlarına yox, öz maraqlarına dəstək verəcək. Hər bir dövlət öz milli maraqlarını qoruyur və bundan çıxış edir. Niyə Amerika gəlib Azərbaycanın milli maraqlarını qorumalıdır? Yaxud biz niyə Qərbin maraqlarını qorumalıyıq? Söhbət ondan gedir ki, Qərbin maraqlarının bizim maraqlarımızla üst-üstə düşməsindən gedir. Qərbin marağı odur ki, Rusiya regiondan çıxsın, İran regiona girməsin. Bunun üçün də Ermənistanla Azərbaycan arasında sülh olmalıdır, inteqrasiya sürətlənməlidir. Sülh olmayınca Rusiya bölgədən əl çəkməyəcək. Bu, bizim də maraqlarımıza uyğundur. Axı biz regionda sülh və sabitliyin, inteqrasiyanın olmasında maraqlıyıq. Söhbət ondan getmir ki, Qərb sülhə Azərbaycanın milli maraqlarının təmin olunması üçün dəstək verəcək. Yox, öz maraqları bunu təmin edirsə, dəstək də bunun üçün olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
|