Ukraynanın Odessa şəhərinin mərkəzində, Meriya binasının qarşısında qoyulan lövhəyə Gəncə şəhərinin də adı əlavə edilib.
Bizim.Media xəbər verir ki, sözügedən lövhədə Odessadan Gəncəyə qədər olan məsafə öz əksini tapıb.
Qeyd edək ki, Gəncə və Odessa qardaşlaşmış şəhərlərdir. Bununla bağlı Niyyətlər haqqında protokol 2019-cu il dekabrın 17-də Ukrayna Prezidenti V.Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı imzalanıb.