Rusiya qoşunları Ermənistandan çıxmazsa... - ŞƏRH
Tarix: 11-09-2024, 09:22 | Çap et
Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli mövqe Rusiya və İran arasında gərginliyə səbəb olub. İran hesab edir ki, Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı addımları regiondakı vəziyyəti mənfiyə doğru dəyişə bilər. İranın yeni xarici işlər naziri Abbas Araqçi ötənlərdə bildirib ki, qonşuların ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması Tehran üçün "qırmızı xətt"dir. İranın Ermənistandakı səfiri Mehdi Sübhani bənzər bəyanatla çıxış edib. İran əvvəllər də Zəngəzur dəhlizinə qarşı olduğunu dəfələrlə vurğulayıb. İranın Zəngəzur dəhlizi əleyhinə yanaşması Rusiya tərəfindən dəhlizin reallaşması ilə bağlı verilən pozitiv bəyanatlar fonunda gündəmə gəlir. Rusiya tərəfi dəhlizin açılmasında maraqlı olduğunu vurğulasa da, yola nəzarətin Moskvanın əlində olmasını tələb edir və bununla bağlı 10 noyabr üçtərəfli sazişində konkret müddəanın varlığını əsas gətirir. İrəvan hökuməti isə dəhlizdə rusların mühafizəsini qətiyyən qəbul etməyəcəyini vurğulayır və alternativlər təklif edir. Ermənistan Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq mühafizə şirkətləri tərəfindən həyata keçirilə biləcəyini istisna etmir. "Turan" İnformasiya Agentliyinin rəhbəri, siyasi şərhçi Mehman Əliyev "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi və kommunikasiyalarla bağlı məsələ 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda əskini tapıb. Ekspert vurğulayıb ki, üçtərəfli sazişin imzalanmasından 4 il ötsə də, İrəvan üzərinə götürdüyü öhdəliyi icra etmir:
"Əslində, Rusiyadan başqa bütün tərəflər razıdırlar ki, sözügedən 42 km. ərazinin nəzarəti Moskvanın əlində olmasın. Məlumdur ki, Ermənistanla İranın sərhədini rus hərbçiləri qoruyur. Ərazinin böyük hissəsi, yəni bütün yol rusların nəzarətində olan bölgədir. Vəziyyət dəyişməzsə, açılacaq yola Rusiya tam nəzarət edəcək. Ermənistanın burada hansısa təsir imkanları olmayacaq. Reallıqda Rusiyanın nəzarətini nə Bakı, nə Türkiyə, nə İrəvan, nə də Qərb və İran istəyir. Daha konkret dəhlizdən yükləri keçəcək ölkələr yolda Rusiyanın olmasını qəbul etmirlər. Bunu problem kimi görürlər. Ona görə də Ermənistanda məsələ elə qoyulur ki, Rusiya sərhədçiləri həm Zəngəzurdan, həm də ümumiyyətlə Ermənistanın bütün sərhədlərindən çəkilsinlər. Bu məsələ hazırda müzakirə predmetidir. Rusiya qoşunları Ermənistandan çıxmayanadək Zəngəzur dəhlizi ilə bağlı İrəvan-Moskva və Tehran arasında ziddiyyətlər olacaq".
Analitik xatırladıb ki, Azərbaycan 1994-cü ildə sonra xarici ölkələrlə neft kontraktları bağladığı zaman İrandan çox sərt bəyanatlar gəlirdi. Tehran rəsmiləri Qərb ölkələrinin Xəzər dənizinə gəlişinə imkan verməyəcəklərini, qarşı çıxacaqlarını vurğulayırdılar: "Amma heç nə baş vermədi və Qərb dövlətləri ilə neft-qaz layihələri icra olundu. Yəni demək istəyirəm ki, İranın Zəngəzur dəhlizində beynəlxalq mühafizəyə, özəl şirkətlərin nəzarətinə qarşı çıxması sadəcə siyasi blefdir, mənasız ritorikadır. Ermənistan öz ərazisinə hansısa dövlətin nümayəndələrini, beynəlxalq qurumları dəvət edə bilər. Qərb Ermənistanda yeni ayaq açmır ki, Tehran buna etirazını bildirsin. Ermənistanda ABŞ səfirliyinin ştatı heç bir Qafqaz ölkəsində yoxdur. Bunun özü Rusiyanın hərbi bazası kimi bir şeydir. İran bunu görmür ki? Əlbəttə görür".
M.Əliyev vurğulayıb ki, Rusiya da dəhlizin açılmasında maraqlıdır, bəlkə hamıdan çox istəklidir: "O baxımdan düşünürəm ki, əgər rus sərhədçilərinin bölgədən çıxma tələbi sərtləşərsə, Moskva buna razılıq vermək məcburiyyətində qalacaq. Çünki hazırda Rusiyaya Zəngəzur dəhlizinə nəzarətdən daha çox dəhlizin özü lazımdır. Rusiya mallarının bu yolla başqa ölkələrə çıxarılması, Ukrayna ilə müharibədən sonra ölkə ərazisinin Qərblə Çin arasında ticarət və nəqliyyat körpüsünə çevrilməsi Kreml üçün həyati əhəmiyyət kəsb edir. İndiki məqamda Rusiya bütün vasitələrlə çalışır ki, rus qoşunlarını və bölgəyə nəzarətini saxlasın. Lakin çıxılmaz duruma düşəndə bu şərtlər Moskva üçün əhəmiyyətli olmayacaq. 5-10 əsgərə görə iqtisadi dividendlərdən vaz keçmək ağılsızlıq olar". Siyasi şərhçiyə görə, Zəngəzur dəhlizi böyükhəcmli yüklərin daşınmasına hesablanıb: "Yəni Şərqlə Qərb arasında böyük nəqliyyat-ticarət yolundan söhbət gedir. Çin və Avropa üçün bu yolun əhəmiyyəti böyükdür, çünki əsasən dəniz yolları ilə həyata keçirilən digər marşrutlardan 14 gün daha qısadır. Bu da həm zaman, həm də maliyyə baxımından böyük avantaj sayılır. Ancaq reallıq odur ki, hazırda Rusiya-Ukrayna müharibəsindən dolayı Rusiya ilə Qərb ölkələri arasında əlaqə yoxdur, yollar bağlıdır. Müharibə davam etdiyi müddətcə dəhlizin tezliklə işə düşməsinə ehtiyac duyulmur. Əgər buna zərurət olsaydı, Rusiya və Ermənstana böyük təzyiqlər edilərdi. Hələlik bu cür təzyiqlərin şahidi olmuruq. Ancaq müharibədən sonra bu dəhliz xüsusi önəmə sahib olacaq. Bu da yaxın gələcək deməkdir. Hazırda müzakirə predmeti olan məsələ dəhlizi və onun yerləşdiyi bölgəni Rusiyanın nəzarətindən çıxartmaqdır. Ermənistan hökuməti də bununla məşğuldur. Fikir verirsizsə, son günlər yola beynəlxalq nəzarət mexanizmindən danışırlar. Hansısa özəl şirkətin dəhlizə nəzarət məsələsinin müzakirə olunduğunu deyirlər. Düzdür, erməni tərəfi əvvəllər bu cür təkliflərə qəti qarşı çıxırdılar, amma indi vəziyyət dəyişib deyə, onlar da düşüncələrini dəyişməyə məcbur qalıblar. Əslində, dəhlizə Rusiyanın, Ermənistanın, yəni bir neçə ölkənin nəzarət etməsi həmin yolla yük daşımaları həyata keçirənlər üçün sərfəli deyil. Uzun yoxlama proseduru vaxt itkisidir. Nəqliyyat dəhlizlərində sürətli hərəkətlilik əsas tələblərdəndir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
|