Müsavatın seçkidəki 13729 səsi Novella Cəfəroğluna qarşı - QALMAQAL
Tarix: 11-09-2024, 09:05 | Çap et
Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə 25 namizədlə qatılan Müsavat Partiyası Milli Məclisdə təmsilçilik qazana bilməyib. Partiyadan verilən bəyanatda bunun səbəbi kimi “seçkilərin ədalətli və şəffaf keçirilmədiyi” göstərilir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun parlament seçkilərinin şəffaf keçirildiyi ilə bağlı bəyanatı isə üzvü olduğu Müsavat Partiyası tərəfindən etirazla qarşılanıb.
Müsavat Partiyasının üzvləri seçkilərlə bağlı Novella Cəfəroğlunun mövqeyini bölüşmədiyini bildirib. Müsavat Partiyasının üzvləri sosial şəbəkə hesablarında Novella Cəfəroğlunu istefa verməyə çağırıb.
“Hörmətli Novella xanım, sizin mövqeyiniz Müsavat Partiyasına xələl gətirir, istefa verin”- paylaşımların ümumi məğzi bundan ibarətdir. Novella Cəfəroğlu isə bu paylaşıma belə münasibət bildirib: “Müsavat Partiyasının Məclisini toplayıb bu məsələni müzakirəyə çıxarın. Mən də çox məsələlərə aydınlıq gətirə bilərəm. Son sözümü deyib çıxıb gedərəm. Müsavat Partiyası mənim qəlbimdədir, həmişə də elə qalacaq. Sizlər Müsavat Partiyasına nə başucalığı gətirmisiz, onları da araşdıraq. Mən bəyanatda 63 dairədə olan müşahidəçilərin yazdığı və bizə verdiyi məlumatlara istinad edərək seçkinin şəffaf olduğunu bəyan etmişəm”.
Mövzu ilə bağlı Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı Cebheinfo.az-a deyib ki, bu məsələ mütləq müzakirə olunacaq: “Novella xanımın mövqeyi partiyanın mövqeyi ilə daban-dabana ziddir. Novella xanım Müsavat Partiyasının üzvü olduğu üçün mütləq müzakirə olunacaq”.
Azpolitika.info isə Müsavat Partiyasının 1 sentyabr növbədənkənar parlament seçkilərində fəaliyyəti ilə bağlı maraqlı araşdırma aparıb. Bildirilir ki, 1 sentyabr seçkilərində partiya Naxçıvan MR-dəki 6 seçki dairəsinin heç birindən namizəd irəli sürməyib. Beləliklə, 300 minə yaxın seçici ilə - müsavatçıların seçki şüarlarının təbirincə desək, vətəndaşlarla ünsiyyət qurmaq imkanından istifadə etməyib, yaxud sadəcə buna resursları çatmayıb.
Bakı şəhəri üzrə təqribən 1.6 milyon seçicini əhatə edən 30 seçki dairəsindən isə Müsavat cəmi 6 namizəd irəli sürə bilib. “Ölkənin siyasi mərkəzində belə zəif performans göstərmək, şübhəsiz ki, təkcə iqtidarın yaratdığı siyasi maneələrlə bağlı deyil. Bu rəqəm 4 seçki dairəsinin olduğu Sumqayıt şəhərində isə cəmi 1 nəfər təşkil edir. Beləliklə, Müsavat paytaxtdan sonra ölkənin ən böyük iki şəhərindəki 8 dairədən cəmi 3-də namizədlə iştirak edə bilib. Bununla yanaşı, Müsavat Partiyası vaxtilə güclü sosial bazaya malik Qarabağ və Qərb bölgəsində də azsaylı namizədlərlə seçkiyə qatılıb. Belə ki, partiyanın Qazax, Ağstafa, Tovuz seçki dairələri üzrə namizədi olmayıb, Gədəbəy və Şəmkirdən isə cəmi 2 namizədlə prosesdə iştirak edib. Məclis sədri Arif Hacılının doğulduğu Zaqatala rayonunda da (Şimal-Qərb bölgəsindən) partiya yalnız Şəkinin iki dairəsindən namizəd irəli sürüb. Müsavat Zaqatala, Balakən, Qəbələ, Oğuz rayonlarının seçiciləri ilə bu kampaniya dövründə təmas qura bilməyib”, - deyə yazıda bildirilir.
O da qeyd olunur ki, MSK-nın saytında müsavatçı namizədlərin aldıqları ümumi səslər qalib elan olunan bir iqtidar namizədinin səsinə bərabərdir - toplam 13729 səs.
Novella Cəfəroğluna qarşı addımlar onun hüquq müdafiəçisi olan həmkarlarının narazılığına səbəb olub.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Novella Cəfəroğlu hüquq müdafiəçiləri tərəfindən həmişə hörmətlə, ehtiramla qarşılanan, xüsusi yeri olan nüfuzlu şəxsdir, Müsavat Partiyasının üzvüdür: “Hüquq müdafiəçilərinin bir çoxu müxtəlif partiyaların üzvləridir, o cümlədən mən də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiya üzvlüyü vətəndaşın hansısa məsələyə münasibətdə mövqeyini dəyişə bilməz. Yəni vətəndaş harada özünü haqlı bilirsə, öz fikrini deyə və bu fikir partiyanın mövqeyi ilə uyğun olmaya da bilər. Novella Cəfəroğlu seçkilərdə müşahidəçilik həyata keçirmiş "Mənim səsim" seçki koalisiyasının gəldiyi nəticəni açıqlayıb. Orada Novella xanımdan başqa da bir sıra hüquq müdafiəçiləri təmsil olunurdu. Onlar seçkiləri izləyiblər və gəldikləri qənaəti açıqlayıblar. Buna görə də Novella Cəfəroğlunu hədəfə almaq başadüşülən deyil. Bəs fikir müxtəlifliyi harada qaldı? Əgər Novella xanım partiya üzvlüyündən xaric ediləcəksə, itirən daha çox Müsavat Partiyası olacaq. Bu gün bəlkə də heç Novella Cəfəroğlunun partiyaya ehtiyacı yoxdur. Sadəcə, Xalq Cümhuriyyətinə-Müsavat hökumətinə olan sevgisi onu bu gün Müsavat Partiyası ilə bağlayıb. Əslində Novella xanım siyasi fəaliyyətlə məşğul deyil. O, sırf insan hüquqları ilə məşğuldur. Bizim də başımızın tacıdır. Ona qarşı hücumları dayandırmaq lazımdır".
“Mənim səsim” seçki Monitorinq Koalisiyasının üzvü Səidə Qocamanlı isə bildirdi ki, onların seçki hesabatı məhz 1 sentyabr seçki gününə həsr olunub və 500 nəfər müşahidəçinin səhər saat 8.00-dan səsvermə bitənədək apardığı müşahidələr əsasında verilən məlumatlara əsasən hazırlanıb: “Özü də biz o məlumatları yazılı surətdə almışıq. Bu məlumatlar bizə qeyd etdiyim müddətdə olan vəziyyəti göstərdi. Ona görə də bizə heç kimin iradı ola bilməz, biz təmiz işləmişik və hesabatın dəqiqliyinin üzərində qalırıq. Novella Cəfəroğlunun hədəfə alınması və Müsavatdan çıxarılması məsələsinə baxılacağını deyiblər. Novella xanımı da, mənim özümü də partiyadan çıxarmaq istəyirlərsə, çıxarsınlar. Müsavatçılığı qəlbimizdən çıxara bilməyəcəklər. Müsavat sevgisi bizə babalarımızdan qalıb. O sevgi qanla keçib. Müsavatda Novella xanımın yerini tutacaq ikinci adam tapılmayacaq”.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
|