ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq .....                     Zəngəzur uğrunda SAVAŞ... .....                     “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI .....                     ABŞ çətiri altında əzələ nümayişi? .....                     "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar" .....                     Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... .....                     `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... .....                     “Azsığorta”nın rəhbərliyində təyinat olub .....                     Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər .....                     Təhlükə var: İran ordusunu çağırmalıyıq .....                     Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... .....                     200 min dollara Bakıda kimi öldürmək istəyiblər? .....                     Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək .....                     ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır .....                     İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur .....                     Şəhid anası icra hakimiyyətindən narazıdır .....                     “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                 

Bizə dost olmayan dövlətlər: Bakı belə siyahı hazırlasa... - İLGİNC
Tarix: 11-09-2024, 08:55 | Çap et
Bizə dost olmayan dövlətlər: Bakı  belə siyahı hazırlasa...
Azərbaycanın öz qanuni ərazilərini işğaldan azad etdiyi bu savaşda onun yanında və qarşısında olan dövlətlər oldu. Məsələn, Türkiyə və Pakistan bu savaşda birmənalı olaraq Azərbaycanı dəstəklədi.

Fransa, Yunanıstan və bəzi digər Avropa ölkələrinin mövqeləri isə Ermənistana dəstək vermək oldu. Niderland, Belçika kimi ölkələr, hətta cırtdan Lüksemburq da bizə dost ölkə olmadığını çıxardığı qərəzli qətnamələrlə sübut edib.

Azərbaycan öz qanuni torpaqları üzərində mübarizə və mücadilə aparsa da, buna bitərəf qalan ölkələr də var. Təəssüf ki, bu ölkələr arasında keçmiş sovet məkanına aid olan respublikalar da var.

Prezident İlham Əliyev də 44 günlük savaş haqda çıxışlarının birində bizə dost ölkələr deyə bir fikir işlətdi və bəzilərinin adını da açıqladı. Sitat: “Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir”. Əlbəttə ki, bu ölkə adlarını Prezident təsadüfən açıqlamır və qeyd edilməlidir ki, bunlar Azərbaycana dost ölkələrin yalnız bir qismidir.

ABŞ-dan sonra Rusiya da hələ 3 il əvvəl rəsmi şəkildə ölkəsinə dost olmayan dövlətləri siyahılaşdırmağa qərar verdi.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) İdarə Heyəti iki gün əvvəl İranın “Zəngəzur dəhlizi” ilə bağlı isterik davranışlarını pisləyən bəyanat yayıb.

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib bir milyon müsəlmanı ev-eşiyindən didərgin salanda quzu kimi susan bu "islam" dövləti indi riyakarcasına Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli olan yolun açılışını Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir, “ərazi bütövlü”yünün onlar üçün “qırmızı xətt” olduğunu söyləyir, özündən böyüklərə hədə-qorxu gəlməkdən belə çəkinmir, müsəlmanlar arasında maneəsiz gediş-gəlişə imkan verməməyə çalışır. Təəssüf ki, İranın bu riya ilə dolu fitnəkar siyasəti türk soydaşımızın prezidentliyi dövründə də davam etdirilir".

ƏHD Partiyası sonda Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan dövlət elan etməyə çağırıb.

Bəs siyasət adamları nə düşünür, əgər belə bir siyahı rəsmiləşdirsək, bizə dost olmayan ölkələrin sıralamasını necə təsəvvür etmək olar?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan torpaqlarının bir hissəsi 30 ilə yaxın işğal altında qaldı və həmin dövrdə bizə dost olan və dost olmayan ölkələri özümüz üçün müəyyənləşdirdik: “Ən çətin zamanlarda yanımızda qardaş Türkiyə başda olmaqla, bir neçə dövlət oldu. Amma eyni zamanda işğalçıya güldən ağır söz deməyən, işğalçını açıq və gizli müdafiə eləyən, dəstək verən dövlətləri də gördük. Fransa başda olmaqla, bir sıra Avropa dövlətləri, bəzi qonşu ölkələr işğalçıya dəstək verdilər. Həmin dövlətlər bu addımları ilə Azərbaycana dost olmadıqlarını ortaya qoydular. Ona görə də Azərbaycan Prezidenti heç də təsadüfi deyil ki, 44 günlük savaşdan sonra bizə dost olan ölkələrin adlarını çəkdi və onları təmsil eləyən şirkətlərin Qarabağın yenidən qurulmasına cəlb ediləcəyi ilə bağlı mövqeyini bildirdi. Bizə dost olan ölkələrin siyahısı artmaqdadır. Təbii ki, Azərbaycan gücləndikcə, Avropanın enerji təhlükəsizliyinin bir parçasına çevrilən ölkəmizə dost olmaq istəyən dövlətlərin sayı artacaq. Amma biz heç vaxt yaddan çıxarmamalıyıq ki, dünən də, bu gün də ermənilərə dəstək verən ölkələr var. Fransa və İran bu gün də Ermənistana dəstək verir. Amma biz çalışmalıyıq düşməni də özümüzə dost edək ki, Azərbaycan da bir qədər də güclü olsun, regionda nüfuzumuz daha da artsın”.

Azad Vətən Partiyasının sədri Akif Nağı da bildirdi ki, istənilən ölkə belə bir siyahı tərtib etmək hüququna malikdir. Lakin indi dünyada beynəlxalq münasibətlərin fəlsəfəsi dəyişib. Lütfi Zadənin qeyri-səlist məntiq nəzəriyyəsi ortalığa çıxır, yəni ağla qaranın arasında çoxlu çalarlar var: “Ona görə də dost olmayan ölkələrlə də münasibətlər qırılmır ki, hansısa mərhələdə müəyyən iqtisadi əlaqələr zərurəti yarana bilir. Bu gün Ukrayna ilə Rusiya düşmən vəziyyətindədir. Amma Ukraynanın ərazisindən Rusiya nefti nəql olunur. Təbiidir ki, tam dost olan, tam düşmən olan ölkələr var ki, onlarla münasibətlərdə xüsusi həssaslıq lazımdır. Türkiyə bizim birmənalı olaraq ən yaxın dostumuzdur. Pakistanla, Türk Dövlətləri Təşkilatındakı ölkələrlə, İtaliya və digər ölkələrlə dostuq. Azərbaycanın ən yaxın müttəfiqləri Türk Dövlətləri Təşkilatında olan ölkələrdir. Azərbaycana qarşı Fransa açıq-aşkar düşmənçilik edir. Azərbaycan isə heç kimlə düşmənçilik mövqeyində olmaq istəmir. Azərbaycana düşmən mövqedə olan ölkələr kimi Fransa və Ermənistan qabarıq görünürlər. İranı düşmən ölkə sırasına daxil etmək düzgün olmazdı. Çünki orada ən azından 30 milyon soydaşımız yaşayır, Azərbaycan amili yüksəlir. Azərbaycana dost olmayan dövlətlər sırasında Kanada və Hollandiya kimi ölkələrin adını qeyd etmək olar. Azərbaycan bütün dövlətlərlə münasibətləri normal saxlamağa çalışır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, dost olmayan və dost olan ölkələr ifadəsi nisbi ifadələrdir, dəyişə bilir: “Ölkələrin daimi düşmənləri olmur, daimi maraqları olur. Bu gün dost olmayan ölkə kimi gördüyümüz bir zaman gələr ki, dost ölkələr sırasında yer ala bilər. Bu gün dost olan dövlət sabah maraq toqquşması nəticəsində əks mövqedə qərarlaşa bilər. Ona görə də bu gün konkret ad çəkmək istəmirəm. Türk-İslam dünyasını isə ayırmaq lazımdır. Yəni onlar bizim dostlarımızdır. Türk dövlətləri ilə dostluğumuz təkcə maraqlara söykənmir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15
Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07
“Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57
ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45
"Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43
Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37
`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28
“Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11
Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10
ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08
İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06
Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru