“Anam atamı Şəfiqə xanıma qısqanırdı, yataq səhnəsinə razı olmadı” - “Cəbiş müəllim”in qızı
Tarix: 10-09-2024, 17:10 | Çap et
Musavat.com-un növbəti həmsöhbəti “Bizim Cəbiş müəllim” filmində “Cəbiş müəllim” obrazını yaradan mərhum Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərovadır.
O, aktyorun yeganə övladıdır. Sevil xanımla sənətkarın həm şəxsi həyatından, həm də yaradıcılığından danışmışıq.
“Atam həm ciddi, zabitəli, həm də ürəyi yumşaq adam idi. Heç kimin qəlbinə dəyməzdi. Hamı ilə mülayim rəftar edirdi, ancaq hər şey çərçivə daxilində olmalı idi. Mən evin tək övladı olduğum üçün ərköyün böyümüşdüm. Lakin bu ərköyünlüyün də bir ölçüsü var idi. Evdə də çox sakit və gülərüz idi. Zarafatı sevərdi.
Mənim həyat yoldaşımı oğlu kimi qəbul edirdi. Onu həddindən artıq çox istəyirdi. Yoldaşım da atamın son dəqiqəsinə qədər Süleyman bəyin yanından ayrılmadı. Açığı, onun sön günlərini xatırlamaq mənim üçün ağırdır. 83 yaşında qarlı havada teatra gedərkən yıxılmışdı. Həmin hadisədən bir il sonra zədə aldığı yerdə şiş əmələ gəldi. Daha sonra isə ayaqları tutuldu.
Hər dəfə yuxudan ayılanda deyirdi ki, yuxuda teatrı gördüm, səhnəyə çıxdım vəs. Çox qısa müddətdən sonra isə dünyasını dəyişdi.
Ölümündən bir gün əvvəl, axşam 9-un yarısı məni və yoldaşımı çağırdı. Dedi, mənə nə etmisinizsə, halallıq verin. Sizdən razı gedirəm. Mən kövrəlib ağladım. Sakitləşdirdi, dedi, ağlama, bu dünya bir pəncərədir, hər gələn baxıb gedir. Sonra saata baxıb, əlavə etdi: “6-ya 20 dəqiqə işləmiş”. Bunun nə demək olduğunu soruşdum, cavabı belə oldu: “Sən bilməzsən”. Səhərisi günü elə dediyi saatda və dəqiqədə rəhmətə getdi”.
Sevil xanım deyir ki, atası zəngin və tanınmış tacirin oğlu olub. Ailədə 3 uşaq - iki qardaş, bir bacı imişlər. Onların Qız qalasının yanında 3 mərtəbəli evi olub. Həmin ev indi də durur:
“Balaca olanda atam həmişə əlimdən tutub ora aparardı, deyirdi, uşaqlığı orada keçib. Onların hətta nökərləri də olub. Babamın “Tarqovı” adlanan ərazidə dükanları da var imiş. Lakin 1918-ci ilin mart soyqırımı zamanı ermənilər Bakıya hücum edib evlərini dağıdıblar.
Ermənilər nənəmi təpiklə döyüblər. Təsəvvür edin, digər Bakı əhli ilə birlikdə nənəmi, atamı, əmimi və bibimi Dövlət Akademik Opera və Balet Teatrına salıb, qapılarını bağlayıblar. Orada onları yandırmaq istəyirmişlər. Atam deyirdi ki, ağlamaq, qışqırıq səsindən qulaq tutularmış.
O zaman onun 5 yaşı olub. Amma hər şey yaddaşında qalıb. Sonradan Bakıya daxil olan türk ordusu atamgili ölümdən xilas edib. Sovet hökuməti qurulandan sonra isə babamın bütün mülkini əlindən alıblar və atamgili çölə atıblar. Gəncliyində atam, əmim və bibim çox əziyyət çəkiblər. Süleyman bəy sənədlərini tibb sahəsinə veribmiş. Lakin imkansızlıqdan yarımçıq buraxıb, gedib işləyib. Bir dəfə küçədə gedərkən rəhmətlik aktyorumuz Əliağa Ağayevə rast gəlib. Onlar uşaqlıqdan dost idilər. Pioner düşərgəsində bir yerdə olmuşdular. Atam ona institutu buraxdığını deyib. Əliağa əmi Süleyman bəyə teatrda işləməyi təklif edib. Beləliklə, atamı teatra aparıb, istedadını yoxlayıblar və bəyəniblər. O vaxtdan taleyi teatrla bağlı olub. Bütün müsbət obrazlar ona verilirmiş. Çünki hündürboy və yaraşıqlı kişi idi”.
Sevil xanımla anası ilə atasının tanışlığından da danışdıq:
“Bibimlə anam rəfiqə olublar. Onlar hər dəfə teatra gəlib atamın tamaşasına baxırmışlar. Anam elə o vaxtdan atama vurulubmuş. Bibim bunu bilib və atama deyib ki, onu rəfiqəsi ilə tanış etmək istəyir. Ona deyib ki, sabah tamaşada birinci sırada oturacaqlar və o anama baxsın. Beləliklə, atam da anamı görür və onu çox bəyənir. Onları bibim tanış edir və həmin gündən valideynlərimin sevgi macərası başlayır.
Babam imkanlı kişi imiş, bir neçə zavodu var imiş. Kasıb aktyora qız vermək istəmirmiş. Ancaq nənəm işi elə qurur ki, bu izdivac alınır. O, anamı çağırıb deyir ki, gedib bir neçə günlük rəfiqəsigildə qalsın. Ardınca isə babama yalandan bildirir ki, atam anamı qaçırıb. Əgər biabır olmaq istəmirlərsə, bu evliliyə icazə versin. Babam razılıq verir və toy edirlər. Atam ev alana qədər valideynlərim babamgilin evində qalıblar.
Onlar bir-birlərinə qarşı çox qısqanc idilər. Anam tibb texnikumunu bitirmişdi. Atam onu işləməyə qoymadı. Amma çox mehriban ailə idik. Hətta qastrollara gedəndə də Süleyman bəy bizi özü ilə aparardı.
Bir məsələni də qeyd edim ki, anam çox zabitəli qadın idi, atam ondan bir az çəkinirdi. Atam “Bizim Cəbiş müəllim” filmində sanki özünü oynayıb. Onun kimi sadə, hər şeyə inanan idi”.
Süleyman Ələsgərovun qızı deyir ki, atası “Bizim Cəbiş müəllim” filminə çəkilən zaman 8-ci sinifdə oxuyurmuş. Məktəb səhnələri elə onun oxuduğu təhsil müəssisəsinin yanında çəkilirmiş:
“Hərdən qızlarla dərsdən qaçıb gedib çəkilişə baxırdıq. Çox maraqlı çəkilişlər gedirdi. Atam əslində bu rola çəkilmək istəmirdi. Çünki eşitmişdi ki, həmin obraza Rza Təhmasibi çəkmək istəyirlər. Nəhəng bir aktyora maneə yaratmaq istəmirdi. Rejissor Həsən Seyidbəyli evimizə zəng etdi və dedi ki, həmin rolda onu görmək istəyir. Yalnız ondan sonra atamı razı sala bildi.
Həmin filmdə bir səhnə çəkilməliydi: Şəfiqə xanımla atam yataqda uzanıb söhbət etməli idilər. Atam əvvəlcədən anama dedi ki, belə bir epizod var. Anama atama qadağa qoydu. Dedi: “sən bu səhnəyə çəkilməyəcəksən”. Atam xeyli fikirləşdi və çarəsini tapdı. Səhər çəkilişə gedəndə rejissora deyib ki, bu filmə şagirdlər və tələbələr baxacaq. Müəllimin öz yoldaşı ilə yataqda uzanıb söhbət etməsi görüntüsü mentalitetimizə uyğun deyil. Həsən müəllim onu qucaqlayıb deyir ki, bu, heç onun ağlıma gəlməyibmiş. Beləliklə, həmin yataq səhnəsini dəyişirlər.
Anam yenə də onu qısqanırdı. Deyirdi: “Filmdə Şəfiqə xanım səni qucaqlayır. Bu qucaqlama səhnəsi olmasaydı...” Atam da gülüb dedi ki: “Leyla xanım, ağ eləmə də”.
Sevil xanımın sözlərinə görə, anası rəhmətə gedəndən sonra atası uzun müddət stress keçirib:
“Demək olar ki, depressiyaya düşmüşdü. Teatra az-az gedirdi. Anamın böyük bir portretini çıxartdırıb divarda başının üstündən asmışdı. Həmin portretə baxıb piano çalırdı. 6-7 ay özünə gələ bilmədi. Daha sonra qızım doğulanda ona anamın adını verdi. Ölənə qədər qızımı sevdi və onunla məşğul oldu. Həmişə qızıma Leyla xanım deyirdi. Onun toyunu görməyi arzulayırdı”.
Aktyor yaratdığı obrazları ikinci övladı adlandırırmış:
“Atamın ən çox sevdiyi faciə rolları idi. O vaxt teatra böyük hörmət var idi. O, 83 yaşına kimi səhnəyə çıxdı. Sonuncu dəfə “Mahmud və Məryəm” tamaşasında vəzir obrazını yaratdı.
Atama sevgi məktubları gəlirdi. O da həmin məktubları gətirib anama verirdi. Anam əvvəlcə əsəbiləşirdi, sonra isə öyrəşdi”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
|