Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında vasitəçi ola bilərmi? - AKTUAL
Tarix: 10-09-2024, 14:02 | Çap et
Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycan tərəfinə verə bilər, Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq. Bunu türkiyəli analitik Engin Özer RİA Novosti-yə bildirib. Bir müddət əvvəl Respublika Prezidenti İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakı mümkündür. "Variant o ola bilər ki, Türkiyə İstanbul danışıqlarında razılaşdırılmış bütün məqamları Azərbaycan tərəfinə ötürsün və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etsin, Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq", agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq aləmdə çox güclü mövqeyə malik olacaq. "Ona görə də Moskva bu hədiyyəni NATO üzvü olan ölkəyə vermək istəməyəcək, yəqin ki, Rusiya administrasiyası bu cür nüfuz qazanmaq üçün Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək", Özer deyib. Ötən həftə Şərq İqtisadi Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin, Ukraynanın danışıqlar aparmaq istəyi varsa, Rusiya Federasiyasının imtina etmədiyini, lakin İstanbulda qeydə alınan razılaşmalar əsasında danışıqlar aparılacağını söyləyib. Noyabrın sonunda Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyasının Ali Radadakı fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü David Araxamia deyib ki, Ukraynada hərbi əməliyyatlar 2022-ci ilin yazında sonlana bilərdi,. Onun sözlərinə görə Ukrayna hakimiyyəti ölkənin neytrallığına razı olmayıb. İstanbulda Rusiya tərəfi ilə danışıqlardan sonra Britaniyanın o zamankı baş naziri Boris Conson Kiyevi Rusiya Federasiyası ilə heç bir şey imzalamamağa və sadəcə mübarizə aparmağa çağırıb. Azərbaycan mümkün vasitəçiliyini Sputnik Azərbaycan-a şərh edən politoloq Elşən Manafov qeyd edib ki, Azərbaycan Prezidenti vasitəçilik imkanlarının olduğunu qeyd edib: "Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə müsbət münasibətlərə malikdir və bu münasibətlər praqmatikliyi ilə seçilir. Bu da Azərbaycanın vasitəçilik etməsi üçün kifayət qədər imkanları olduğunu göstərir. Baxmayaraq ki, Rusiya vasitəçilik məqsədilə Braziliya, Hindistan və Çinin vasitəçilik edə biləcəyini deyib. Bu da ondan irəli gəlir ki, həmin ölkələr Rusiyanın dünya nizamı ilə bağlı baxışlarını bölüşürlər". Elşən Manafovun fikrincə, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə etibarlı tərəfdaş statusunu qazanmış ölkədir: "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmur, eyni zamanda münaqişənin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının tərəfdarıdır. Azərbaycan böyük vasitəçilik imkanlarına malikdir".
Politoloq xatırladıb ki, vaxtilə Kiyev rejimi danışıqlardan Britaniyanın müdaxiləsi ilə çəkildi: "Güman edirəm ki, Kiyev rejiminin Qərbdən asılılığı aradan qalxmazsa, müstəqil siyasi iradə nümyiş etdirə bilmədiklərinə görə danışıqların davam etdirilməsi çətin olacaq. Faktiki olaraq Ukraynanın enerji sektoru çöküb. Ukraynanın Rusiya ərazilərinə hücumu da bundan irəli gəlirdi". Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi. Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kremlin bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri qəbul edilərsə, Ukraynadakı vəziyyət dinc istiqamətə keçə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
|