Dövlət Reklam Agentliyi auditor seçdi - QALİB, MƏBLƏĞ
Tarix: 9-09-2024, 17:22 |
Çap et
Dövlət Reklam Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi tenderə yekun vurub.
FED.az xəbər verir ki, sorğunun qalibi "RSM Azerbaijan" MMC-dir.
Qalib şirkətə 60 min manat ödəniləcək.
Xatırladaq ki, sözü gedən tenderdə aşağıdakılar nəzərdə tutulur.
1. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin konsolidasiya olunmuş maliyyə hesabatları (10 təşkilat üzrə).
2. Agentliyin Aparatının fərdi maliyyə hesabatları.
3. Bakı Şəhəri Reklam İdarəsinin fərdi maliyyə hesabatları.
4. Sumqayıt Regional Reklam İdarəsinin fərdi maliyyə hesabatları.
5. Gəncə Regional Reklam İdarəsinin fərdi maliyyə hesabatları.
6. Şəki Regional Reklam İdarəsinin fərdi maliyyə hesabatları.
7. Bərdə Regional Reklam İdarəsinin fərdi maliyyə hesabatları.
8. Quba Regional Reklam İdarəsinin fərdi maliyyə hesabatları.
9. Şirvan Regional Reklam İdarəsinin fərdi maliyyə hesabatları.
10. Lənkəran Regional Reklam İdarəsinin fərdi maliyyə hesabatları.
11. “İnnova” İnnovativ Reklamçılıq Şirkəti” MMC-nin fərdi maliyyə hesabatları.