Cəbrayılda inşa olunan yaşayış kompleksi üçün 1,3 milyon manat xərclənəcək .....                     Səfərbərlik Xidməti 3 milyon manatlıq avtomobil aldı .....                     Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa? .....                     “Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? .....                     “AzInTelecom” işçiləri üçün 90 min manatlıq yemək alır .....                     "ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq" .....                     Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik .....                     19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib .....                     110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK .....                     Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq .....                     “Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... .....                     Azərbaycan bütün ssenarilərə hazırdır: .....                     Vardanyan Paşinyana: "İstənilən suala cavab verməyə hazıram" .....                     ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma .....                     "Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik" .....                     “Naxçıvanda hər bir ailəyə daxil olan vəsaitin həcmi araşdırılır...” .....                     Naxçıvan Ali Məhkəməsi .....                     Paşinyan Rusiyanı şantaj edir .....                     AMB 24 sığorta agenti ilə bağlı qərar verib .....                     Erməni keşiş köhnə ampluasında: .....                     “CityCar” bazarın nəbzini niyə tuta bilmir? .....                     Prezident İlham Əliyev bir qrup neft sənayesi işçisini təltif edib .....                     “Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? .....                     Region ölkələrində nə qədər məhkum var? .....                     Kredit maaş kartından birbaşa tutula bilərmi? .....                     "Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" .....                     Suverenliyin bərpası üçün .....                     “Natiqdən bir gün mütləq xəbər çıxacaq” .....                     "Azərbaycan Dəmir Yolları"nın tenderi .....                     Azərbaycanda torpaqlardan istifadə ilə bağlı .....                     Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi .....                     Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş .....                     Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? .....                     Rusiyada azərbaycanlı iş adamı .....                     Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı .....                     “Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR .....                     Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır .....                     Nazir xanım idarə rəisini təqaüdə göndərdi .....                     Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü .....                     BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək .....                 

Tehran-Moskva ixtilafı və ya "qırmızı xətt"in qaranlıq tərəfləri haqda - Bahəddin Həzi yazır...
Tarix: 9-09-2024, 16:59 | Çap et
Tehran-Moskva ixtilafı və ya "qırmızı xətt"in qaranlıq tərəfləri haqda
Məsud Pezeşkianın prezident seçilməsi nikbin proqnozları hələ ki doğrultmur; İranın "Zəngəzur dəhlizi" əleyhinə ritorikası səngiməyib. Əksinə daha da sərtləşib.
Əvvəla, bu, bir daha onu göstərdi ki, İranda prezident postunun funksionallığı sırf texniki xarakter daşıyır. "İslahatçılar"-"mühafizəkarlar" bölgüsü də mahiyyətcə şərti səciyyəlidir. Ölkəni, əlbəttə ki, hələ də və yenə də Ali Dini Rəhbər idarə edir; siyasəti o formalaşdırır, prezident, sadəcə, texniki icraçıdır. Bir ölkədə ki silahlı qüvvələrin səs tonu siyasi qüvvələrin səsini "batırır", orda hansısa sivil siyasi prosesdən danışmağa dəyməz.

İkincisi, konkret olaraq, "Zəngəzur dəhlizi" layihəsi ətrafında gedən proseslər göstərir ki, İranla Qərb arasında "düşmənçilik" də, İranın Rusiya ilə "dostluğu" da, Azərbaycana və Türkiyəyə münasibətdə "mehriban qonşuluq" ədəbiyyatı da, yumşaq desək, sürüşkən xassəlidir.

Bir müddət əvvələ qədər Tehran "Zəngəzur dəhlizi" proyektinə görə konkret olaraq Azərbaycanı ittiham edirdi; özünün "qırmızı xətləri" ilə bağlı Azərbaycana və Türkiyəyə sərt mesajlar verir, təhdid sovururdu. Halbuki bu nəqliyyat dəhlizi ilə bağlı sənədlərdə təkcə Azərbaycanın deyil, Ermənistanın və Rusiyanın da imzaları var. Türkiyənin isə, ümumiyyətlə, bu haqda heç bir sənəddə imzası yoxdur. O halda niyə tək Azərbaycanın hədəf seçilməsi, yumşaq desək, sual doğururdu. Hələ Türkiyəni demirəm. Bəli, Ankara bu nəqliyyat dəhlizində maraqlıdır və öz səbəbləri, öz maraqları var. Çinin və ya bir sıra başqa dövlətlərin də bu dəhlizdə maraqlı olduğu kimi. O halda İranın zaman-zaman Türkiyəyə də "sarı kart" göstərmək cəhdi daha bir müəmmadır. Çinə niyə etiraz etmir, məsələn?! Pekin Azərbaycanla birgə bəyannamədə bu layihəni dəstəkləyib. Amma İranın Çinə səsi çıxmır.

Əlbəttə, İran "Orta dəhliz"i bir növ "türk dəhlizi" kimi görür və onu qıcıqlandıran Türkiyə-Cənubi Qafqaz və Mərkəzi Asiya xəttinin güclənməsi, türk birliyinin ideyadan reallığa çevrilməyə doğru getməsidir. Bu birlik reallaşdıqca, onun İran coğrafiyasındakı türk toplumu üçün də cazibə mərkəzi olacağından Tehran narahat olur. "Zəngəzur dəhlizi"nə qarşı bu qədər sərt çıxışları da burdan irəli gəlir. Hərçənd Tehran bu irrasional qorxulardan xilas olub, rasional tərəfdaşlığa üstünlük versə, bu işdən çox böyük fayda götürə bilər. O cümlədən, Ermənistan özü də. Ancaq hələ də hər ikisi bu məsələdə praqmatik yanaşma göstərmirlər.

Bu yaxınlarda Azərbaycan maraqlı bir gediş etdi: "Zəngəzur dəhlizi" məsələsini Ermənistanla sülh müqaviləsindən çıxarıb, sonraya saxladı. İndi sadə məntiqə görə, İranın Azərbaycana bu haqda deyəcək bir sözü yoxdur. "Qırmızı xətt" "ədəbiyyat"ı Ermənistana və Rusiyaya yönəlməlidir, elə deyilmi?! İlk növbədə isə Ermənistana. Çünki əsas öhdəlik Ermənistanın üzərindədir; mübahisə predmeti yolların Ermənistan ərazisindən keçən hissəsinə aiddir. Ermənistan hökuməti özü də bu dəhlizdən imtina etmir, sadəcə, onun kimin nəzarəti altında olması ilə bağlı tərəddüdü var. Yaxud bu sual-tezis ətrafında "rəqs edir". Amma bir yandan da, dəhlizin Rusiya sərhədçilərinin nəzarətində olması ilə bağlı rəsmən öhdəlik götürüb. Deməli, İran öz qəzəbini ən çox hansı ölkəyə yönəltməlidir?! Ermənistana. Amma Azərbaycanın diplomatik manevrindən sonra Tehran Rusiyanı hədəfə alıb. Halbuki Rusiya istəyən tərəfdir, öz ərazisindən keçid vermək istəyən tərəf isə Ermənistandır. İran isə Ermənistanı bərk-bərk qucaqlayıb, əksinə Rusiyanın üstünə gedir.

Əlbəttə, dəhlizə Rusiyanın nəzarət etməsi, əslində, başqa aktorların da marağında deyil. O cümlədən, Azərbaycanın və Türkiyənin. Ancaq hər bir halda ortada rəsmi sənədlər var; 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar var. O sənədlərdən bəziləri imzalananda Rusiya-Ukrayna müharibəsi də yox idi, Azərbaycan da öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməmişdi, Qarabağda hələ rus qoşunu vardı. Yəni həmin vaxt Azərbaycan Rusiyanın bu məsələdə maraqlarına, istəklərinə blok qoya bilməzdi. Həm də bu, Ermənistan ərazisinə aid məsələ idi; nəqliyyat dəhlizində Rusiyanın nəzarəti haqda müddəaya, təbii ki, Ermənistan etiraz etməli idi, Azərbaycan yox. Odur ki, Rusiyanın "Zəngəzur dəhlizi"nə nəzarəti tək İranı qıcıqlandırmır. Amma Ermənistan Azərbaycanın və Rusiyanın qarşısında öhdəlik götürüb. İran öhdəlik götürəni qoyub bir kənara, bu təklifi irəli sürənlərin üstünə hücum çəkir. Bu, təbii ki, adekvat olmayan bir yanaşmadır.

Bununla da bitmir; "Zəngəzur dəhlizi" layihəsində maraqlı olan əsas aktorlardan biri də ABŞ-dır (hələ Avropa İttifaqını bir yana qoyaq). İran özünü elə aparır, sanki ABŞ-ın bu layihəyə verdiyi dəstəkdən xəbəri yoxdur. Məhz ABŞ və Avropa İttifaqı İrana sanksiya qoyub. Tehranın "Böyük Şeytan" elan etdiyi ABŞ bölgəyə yerləşir; öz hərbi-siyasi gücü, qoşunu, silahı, eləcə də, iqtisadi proyektləri ilə Ermənistana daxil olub, möhkəmlənir. Ermənistanla birlikdə hərbi təlimlər keçirir, sərmayələr yatırır, strateji obyektlərini və məntəqələrini nəzarətə götürür (o cümlədən, İranla sərhəd bölgəsi olan Qərbi Zəngəzurda), amma rəsmi Tehranın tükü də tərpənmir. Öz düşməninin - Amerikanın Ermənistana yerləşməsini səssizcə müşahidə edir, heç nə demir, öz müttəfiqinə, öz qonşularına isə bir-birindən kəskin hədələr göndərir. Ən anlaşılmaz davranış, paradoks bu olsa gərək! Belə çıxır ki, İran "dost" dediyi ilə, əslində, dost deyil, "düşmən" dediyi ilə də, əslinfə, heç düşmən deyil. Ermənistanda - Zəngəzurda çox qəribə geopolitik simbioz - İran-Amerika gizli ittifaqının konturları görünür, sanki. Başqa cür izah etmək çətindir.

Azərbaycanın mövqeyinə qayıtsaq, rəsmi Bakı bu problematikaya dair çox doğru xətt seçib. Bu xəttdə iki ağıllı manevr özünü göstərir: birincisi, İranla imzaladığı memorandumdur. Həmin sənədə görə nəqliyyat dəhlizinin bir qolunun İran ərazisindən keçməsi nəzərdə tutulur (buna şərti olaraq, "Araz dəhlizi" deyənlər də var). Bu manevr İranın Azərbaycana qarşı mövqeyini əsaslı olaraq neytrallaşdırır. İkinci maraqlı manevr isə, dediyimiz kimi, "Zəngəzur dəhlizi" məsələsini Ermənistanla sülh sazişi layihəsindən çıxarmağıdır. Bununla Azərbaycan həm Ermənistanın özünün sülhdən qaçışına bir əngəl qoydu, eyni zamanda yenə İranın rəsmi Bakıya qarşı ittihamlarını neytrallaşdırdı. Ən əsası isə, bununla "Zəngəzur dəhlizi" ətrafındakı ziddiyyətləri, qarşıdurmanı Tehran-Bakı, Tehran-Ankara xətlərindən Tehran-Moskva, Tehran-Pekin, Tehran-Vaşinqton diplomatik platformalarına keçirmiş oldu. Bakı bu addımı ilə faktik olaraq "Orta dəhliz" proyektinin reallaşmasında maraqlı olan böyük dövlətlərə mesaj verdi: Uzaq Şərqdən "uzaq" Qərbə yol istəyən böyük güclər, qoy, özləri İrəvanı və Tehranı yola gətirməyin yolunu tapsınlar. Rəsmi Bakının bu addımından sonra Rusiya prezidenti Bakıya gəldi; gündəmində "Zəngəzur dəhlizi" də vardı. Və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun: "Ermənistan Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq nəqliyyat dəhlizi layihəsini sabotaj edir" deyə verdiyi sərt bəyanat da yaddaşlardadır.

Bundan sonra nələr olacaq? Əlbəttə, zamanla görəcəyik. Ancaq bir şey aydındır ki, Rusiya ilə Ermənistan, Rusiya ilə İran arasında, eləcə də, Rusiya ilə Qərb arasında bu məsələyə dair mövqe toqquşmaları sərtləşəcək. Nəticə Rusiya-Ukrayna trekində hadisələrin inkişafından asılı olaraq. Həmin bölgədə hər hansı formada sülh və ya ən azı atəşkəs sazişi əldə olunarsa, Moskvanın da, Vaşinqtonun da, Brüsselin də nəzərləri Ermənistan üzərinə daha çox cəmləşəcək.

Beləliklə deyə bilərik ki, Cənubi Qafqaz daha ciddi geopolitik dəyişikliklər ərəfəsini yaşayır. Bu baxımdan, bu payız Gürcüstandakı parlament seçkiləri və postseçki dövrü bölgədə Rusiya-Qərb qarşıdurmasının ilkin, ən qızğın və həlledici mərhələsi olacaq. Bu, məlum səbəblərdən Azərbaycanı və Türkiyəni, eləcə də, Gürcüstan müsəlmanlarının müəyyən hissəsini öz təsiri altına salmış İranı da yaxından ilgiləndirən seçkilər olacaq. İki il sonra isə Ermənistanda seçkilər var; Cənubi Qafqaz üstündə geosiyasi savaşda daha bir cəbhə açılacaq. Bu haqda, əlbəttə, sonrakı yazılarımızda ətraflı təhlillər verməyə çalışacağıq.

Bahəddin Həzi, Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəbrayılda inşa olunan yaşayış kompleksi üçün 1,3 milyon manat xərclənəcək
Bu gün, 00:05
Səfərbərlik Xidməti 3 milyon manatlıq avtomobil aldı - QALİB
Bu gün, 00:02
Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa? - NƏ ETMƏLİ?
Dünən, 19:02
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
“AzInTelecom” işçiləri üçün 90 min manatlıq yemək alır - TENDER
Dünən, 18:56
"ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq" - ŞƏRH
Dünən, 18:15
Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik - İşin pərdəarxasında kimlər dayanır?
Dünən, 18:12
19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib
Dünən, 18:08
110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK – FOTOFAKT + VİDEO
Dünən, 18:04
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq - TƏFƏRRÜAT
Dünən, 17:59
“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... Bu, onun öz mövqeyi deyil...”
Dünən, 17:58
Azərbaycan bütün ssenarilərə hazırdır: - “İstənilən an…”
Dünən, 17:51
Vardanyan Paşinyana: "İstənilən suala cavab verməyə hazıram" - KİV
Dünən, 17:44
ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır
Dünən, 17:42
"Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik" - ARANI KİM QARIŞDIRIR?
Dünən, 17:41
“Naxçıvanda hər bir ailəyə daxil olan vəsaitin həcmi araşdırılır...” - NƏ BAŞ VERİR?
Dünən, 17:33
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
Dünən, 17:29
Paşinyan Rusiyanı şantaj edir – Ermənistan bölgədə sülh istəmir
Dünən, 17:28
AMB 24 sığorta agenti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 17:27
Erməni keşiş köhnə ampluasında: - "Sonun başlanğıcıdır"
Dünən, 17:23
“CityCar” bazarın nəbzini niyə tuta bilmir? - Qiymətləri yenə AZALTDI
Dünən, 16:50
Prezident İlham Əliyev bir qrup neft sənayesi işçisini təltif edib - SİYAHI
Dünən, 16:48
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? - İNCƏLƏMƏ
Dünən, 16:28
Region ölkələrində nə qədər məhkum var? – Tam siyahı
Dünən, 16:25
Kredit maaş kartından birbaşa tutula bilərmi?
Dünən, 16:18
"Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" - FOTO
Dünən, 16:16
Suverenliyin bərpası üçün SON ADDIM
Dünən, 14:02
“Natiqdən bir gün mütləq xəbər çıxacaq” - Milli qəhrəmanımızın anası
Dünən, 14:00
"Azərbaycan Dəmir Yolları"nın tenderi - LƏĞV OLUNDU
Dünən, 13:56
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
Dünən, 13:18
Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi - Ermənistan KİV
Dünən, 13:14
Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş - Zelenski üçün hansı riskləri var?
Dünən, 13:12
Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - SİYAHI
Dünən, 13:09
Rusiyada azərbaycanlı iş adamı HƏBS EDİLDİ
Dünən, 13:01
Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
Dünən, 12:55
“Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR - GÖRÜNƏNİ BUDUR...
Dünən, 12:53
Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır - AXI NİYƏ?
Dünən, 12:46
Nazir xanım idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?
Dünən, 12:45
Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü - QHT sədrinin məhkəmə işi
Dünən, 12:44
BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...
Dünən, 12:41
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - Reyhan Müslümovanın yarım qalan həyatı
Dünən, 12:39
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
Dünən, 12:35
Mülayim şərq küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:34
Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı rəsmi sənədi TƏKZİB EDİR
Dünən, 12:29
Avropada yeni komanda: frau Ursula və onun “əsgərlər”i - ARAŞDIRMA
Dünən, 12:22
“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...
Dünən, 12:10
“Rabitəbank” müştəriləri bankın xidmətlərindən narazıdır - FOTO
Dünən, 12:00
Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq - Diqqət!
Dünən, 11:51
Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər - Zaxarova
Dünən, 11:48
Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB... - Subsidiyalar NİYƏ VERİLMİR?
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru