Rusları öldürəcək erməni silahı: Paşinyanı yıxacaq - NƏ BAŞ VERİR?
Tarix: 9-09-2024, 19:00 | Çap et
“Ermənistanın Ukraynanı silah və sursatla təchiz etməyə başlaması ilə bağlı son xəbərlər beynəlxalq aləmdə səs-küyə səbəb olub və İrəvanla Moskva arasında münasibətləri daha da gərginləşdirib”.
Bunu Rusiya İqtisadiyyat Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti, hərbi politoloq Aleksandr Plexanov deyib.
“Ukrayna ordusunda çatışmazlıq yaşandığına görə İrəvan Amerika Birləşmiş Ştatlarından Kiyevə silah və sursat tədarük etməyə başlamaq əmri alıb.
Düşünürəm ki, Vaşinqton və Brüssel daha bir dövləti Rusiyadan qoparıb Moskvaya qarşı düşmənçilik etməyə müvəffəq olduqlarına görə çox xoşbəxtdirlər”, - o deyib.
Xatırladaq ki, bu qərar ABŞ-nin təzyiqi ilə qıbul edilib və bunu avqustun 28-də Ermənistan hökuməti ilə Avropa Komissiyası arasında imzalanmış müqavilə də təsdiqləyir. Bu razılaşmaya əsasən, Ermənistan Gürcüstan və Avropa limanları vasitəsilə Ukraynaya tank sursatları, hava hücumundan müdafiə raketləri və 152 millimetrlik artilleriya qurğularını ötürməyi, əvəzində isə NATO tipli silahlar almağı öhdəsinə götürür.
İrəvanın belə bir addımı ölkənin geosiyasi prioritetlərindəki tektonik dəyişiklikləri əks etdirir. Qərbin məqsədi Ermənistanı Rusiyadan qoparıb NATO və Aİ-nin təsir orbitinə çəkməkdir. Bu addım daha dərin tendensiyanın, yəni Ermənistanın Rusiyadan asılılığını azaltmaq və Qərblə əlaqələri gücləndirmək istəyinin təzahürüdür, lakin bu hərəkətlərin nəticələri çox ciddi ola bilər.
Tarixən Ermənistan həm iqtisadi, həm də hərbi baxımdan Rusiya ilə sıx bağlı olub. Lakin Qarabağdakı məğlubiyyətdən sonra bu münasibətlər korlanmağa başladı. Rusiyanı münaqişə zamanı fəaliyyətsizlikdə ittiham edən Ermənistan rəhbərliyi strateji prioritetlərinə yenidən baxmaq qərarına gəlib. Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əsas müttəfiq kimi İrəvanın ümidlərini doğrultmadı və bu, onun Qərblə yaxınlaşmasına səbəb oldu.
2023-cü ildən başlayaraq Ermənistan bu təşkilatdan formal olaraq çıxmasa da, KTMT-dəki iştirakını dondurub. Bunun müqabilində Ermənistan hökuməti ABŞ və Aİ ilə fəal şəkildə əlaqələri inkişaf etdirməyə başlayıb. 2024-cü ilin aprelin 5- də Baş nazir Nikol Paşinyan Brüsselə səfərində Avropa İttifaqı və ABŞ-nin maliyyə dəstəyi barədə razılığa gəlib.
Brüssel və Vaşinqton Ermənistana müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar vəd ediblər. Lakin Azərbaycanla davamlı sülh olmadığından, Ermənistan üçün əsas mövzu olan əməkdaşlıq sahələri arasında təhlükəsizlik qeyd olunmayıb. Necə deyərlər, dostluq dostluqdur, təhlükəsizlik isə şəxsi məsələdir.
Düzdür, bunun müqabilində İrəvana NATO tipli artilleriya təchizatı vəd edilmişdi. Xüsusilə, Fransanın “SEZAR” haubitsalarının Ermənistana təhvil verilməsi və bir çox başqa məsələləri müzakirə olunmuşdu. Ukraynaya silah tədarükü ilə bağlı xəbərlər Ermənistanın xarici siyasət kursunda baş verən dəyişikliklər kontekstində əhəmiyyətlidir. 28 avqust 2024-cü il tarixli müqaviləyə əsasən, İrəvan Gürcüstan və Avropa limanları vasitəsilə Ukraynaya tank sursatları, hava hücumundan müdafiə raketləri və 152 mm-lik artilleriya mərmiləri verməyi öhdəsinə götürür.
Bunun müqabilində Ermənistan NATO tipli silahlar alır ki, bu da Qərbin İrəvanın siyasətinə artan təsirini nümayiş etdirir. Lakin bu addım Rusiya ilə münasibətlərin pisləşməsi ilə bağlı narahatlıq yaradır. Narazılığın ilk əlamətləri artıq özünü göstərir. Rusiya konyak kimi erməni mallarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb və gələcək iqtisadi tədbirlərlə hədələyir. Bu hərəkətlər daha böyük cavabın başlanğıcı ola bilər.
Digər tərəfdən, Ermənistan üçün Ukraynaya silah tədarükü İrəvanı həmişə regionda strateji tərəfdaş hesab edən Rusiya ilə münasibətlərdə ciddi sınaq ola bilər. Ermənistanın indiki halda Moskvanın uzun sürən münaqişə apardığı Ukrayna ilə hərbi əməkdaşlığı xəyanət kimi qəbul edilir.
Ermənistan təkcə Rusiyanın iqtisadi dəstəyini itirmək deyil, həm də qonşu Azərbaycanın əsas rəqib olaraq qaldığı regionda təhlükəsizlik təhdidlərinə məruz qalmaq riski ilə üzləşir. Ermənistanın riskli strategiyası
İki kürsüdə əyləşməyə çalışan Ermənistan Avrasiya İqtisadi Birliyində iştirakını davam etdirir və hələ də KTMT ilə əlaqələrini kəsməyib. Lakin belə ikili siyasət son dərəcə dayanıqsız ola bilər. Rusiya dəfələrlə xəbərdarlıq edib ki, onun səbri hədsiz deyil və Ermənistan iqtisadiyyatını daha da sarsıdacaq yeni sanksiyalarla üzləşə bilər.
Qərbdə də öz növbəsində Ermənistana inamsızlıqla yanaşılır. Aİ və ABŞ onların dəstəyinə baxmayaraq, Ermənistana hərbi müdafiə zəmanəti verməyə hazır deyil. Qərb müttəfiqləri Azərbaycanla münaqişənin gərginləşməsi riskini və Rusiya ilə gələcək fəsadları nəzərə alaraq, İrəvanın təhlükəsizliyini təmin etmək üçün öhdəliklər götürməkdən yayınırlar.
Rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov sözügedən mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Ermənistanın Ukraynaya yeni silah tədarük mənbəyinə çevriləcəyini düşünmədiyini bildirib. O qeyd edib ki, Ermənistanın bunun üçün kifayət qədər silahı yoxdur:
"Xüsusən Azərbaycan buna nail olmaq üçün çox çalışıb. Ermənistanın vəzifəsi indi Qərb tərəfdaşları vasitəsilə öz ordusunu Fransa və Hindistan silahları ilə silahlandırmaqdır. Bu görünür. Bu fonda o, bəzi silah qalıqlarını Ukraynaya köçürəcək. Ancaq bu, vəziyyəti dəyişməyəcək, çünki silahların hamısı köhnəlib.
Bu silahlar Ukraynaya yalnız ona görə lazımdır ki, hərbçilər bu silahlarla döyüşməyə öyrəşiblər. Amma Ermənistanla məsələ birmənalı deyil. Düşünürəm ki, ilk silahlar faktiki olaraq Ukraynaya gələn kimi rus əsgərlərini öldürmək üçün istifadə olunacaq və bunlar Rusiya rəhbərliyinin Ermənistandan gələn təhdidlərin qarşısını almaq üçün kəskin tədbirlər görməkdə sonuncu qırmızı xətt olacaq”.
Politoloq hesab edir ki, ölkə olaraq Ermənistan heç nəyi təmsil və ya təhdid etmir. Ermənistandan sadəcə olaraq Qərb tərəfdaşları öz məqsədləri üçün istifadə edirlər:
"Yəni hər şey bitəndə, Rusiya qalib gələndə Ermənistan sadəcə olaraq tərk ediləcək. Çılğın erməni siyasətçiləri bunu başa düşmürlər. Yaxud sadəcə olaraq, indi pul qazanırlar ki, sonradan dövlətçiliyin tam itirilməsi təhlükəsi yarananda qaçıb xalqı və ölkəni tərk etsinlər. Yəni Moskva yenə dözməkdə davam edir, çünki biz uzun müddət erməni xalqının bizə qardaş olduğuna inanırdıq. Hələlik ancaq rəsmi açıqlamalar verir, deyirik ki, bunu etmə, əks halda nəsə edəcəyik. Hələ Rusiya tərəfdən ciddi addımlar atılmayıb. Düşünürəm ki, Rusiya olanları izləyir.
Ermənistandan mühacirəti, iqtisadi fəaliyyəti və bu ölkənin Avrasiya İqtisadi Birliyində iştirakını əngəlləmək mümkün addımlardır. Düşünürəm ki, hətta Ermənistan dövlətinin Avrasiya İqtisadi Birliyində iştirakını əngəlləmək qadağası belə kifayət edəcək ki, əhali Rusiya Federasiyası ilə çəkişmənin nə qədər pis olduğunu hiss etsin. Məsələn, əgər Rusiya Metsamor AES-i bağlasa, ölkədə enerji böhranı başlayacaq. Çünki Ermənistan bir zamanlar bunu yaşayıb, Ermənistanda beləliklə böhran yaranacaq və düşünürəm ki, əhali küçələrə çıxıb Paşinyanı yıxacaq".
Yevgeniy Mixaylov vurğulayıb ki, İrəvan ölkənin ayağa qalxması üçün hər şeyi edir. Onun sözlərinə görə, Rusiya hələlik izləməyə davam edəcək, amma silahla bağlı vəziyyət ciddidir:
"Yenə də deyirəm, Ermənistanın Ukraynaya silah göndərməsi heç nəyi dəyişməyəcək. Ermənistan kiçik dövlətdir. Onun çox az silahı var.
Ümumiyyətlə, ukraynalıların S-300 tipi və daha ciddi silahlara ehtiyacları var. Bu qədər silah isəErmənistanda yoxdur. O, bu addımla yalnız Qərbə sadiqliyini vurğulayacaq. Lakin bununla Rusiyanın tamamilə özünə qarşı çevirəcək".
Beləlikə, Ermənistan çətin seçim qarşısındadır: Rusiya ilə münasibətləri qurban verərək Qərblə yaxınlaşmağa davam etsin, ya da qəfil hərəkətlərdən qaçaraq tarazlığı qorumağa çalışsın? Çünki Qərb müttəfiqləri çətin geosiyasi vəziyyətdə Ermənistanı ölkə üçün zəruri təhlükəsizlik təminatları ilə təmin etməyə hazır deyil. Hazırda İrəvan hər iki tərəfin iqtisadi səmərəsindən istifadə edərək vaxt udmağa çalışır. Bununla belə, bu cür uzunmüddətli strategiya qeyri-müəyyən olaraq qalır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İlhamə Quliyeva üçün ağlamağa dəyməz" - Elza Seyidcahan
Bu gün, 00:36 |
|
|
|
• Aydan Leyla Əliyeva ilə bir arada - FOTO
Bu gün, 00:31 |
|
|
|
• Moldovada inanılmaz: Sandu türkə uduzur - İlkin nəticə
Bu gün, 00:27 |
|
|
|
• Bizdə mülkiyyət hüququna təminat yoxdur... - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• Tarixə gömülən “erməni soyqırımı”? - Nəhayət...
Bu gün, 00:19 |
|
|
|
• Həftədə 5 gün işləyək, yoxsa 4 gün? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Bu gündən bəzi yollar yeddi gün bağlı olacaq - 30-dan çox marşrutun hərəkət istiqaməti dəyişdirilir
Bu gün, 00:11 |
|
|
|
• Elza Seyidcahanla təkcə salam-sağolumuz qalıb
Bu gün, 00:08 |
|
|
|
• Putini müharibəyə sürükləyəcək addım - NƏ BAŞ VERİR?
Dünən, 21:20 |
|
|
|
• Türk dünyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün geniş potensial var - GƏLİŞMƏ
Dünən, 21:18 |
|
|
|
• "Zibillikdə banka axtaran oğlana anlata bilməyəcəksən ki, problemi var"
Dünən, 19:44 |
|
|
|
• MN-nin generalı vəzifəsindən azad olundu – Yerinə təyinat
Dünən, 19:42 |
|
|
|
• Səudiyyə şahzadəsi Ermənistana gəlir
Dünən, 19:25 |
|
|
|
• "AMEA rəhbəri illər öncə ləğv olunmuş bir işi yenidən təsdiqlətməyə çalışır" - ETİRAZ
Dünən, 19:23 |
|
|
|
• 2000 nəfərlik elə kənd var ki, adi aptek yoxdur - AKTUAL
Dünən, 14:36 |
|
|
|
• İranda regionu silkələyəcək aktivlik: dünya narahatdır – Bakı və İrəvan…
Dünən, 14:28 |
|
|
|
• "Kaş, əvvəlki vaxtım ola, öləm bunun dərdindən..." - VİDEO
Dünən, 13:45 |
|
|
|
• Vardanyan Ermənistanın müstəqilliyinə təhlükədir - "Euronews"
Dünən, 13:34 |
|
|
|
• Rusiyadan Azərbaycana YENİ KÖÇ... NƏ QƏDƏR REALDIR?
Dünən, 13:27 |
|
|
|
• "Hər halda Trampın prezidentliyi dövründə Qarabağı azad etdik..." - deputat
Dünən, 13:23 |
|
|
|
• Qarabağdan gedən ermənilər bu ölkəni də qarışdırdılar
Dünən, 13:19 |
|
|
|
• Lerikdə polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib - TƏFƏRRÜAT
Dünən, 13:15 |
|
|
|
• Tramp “erməni oyunu”na düşüb - KİV
Dünən, 11:57 |
|
|
|
• Trampın anti-Ukrayna mövqeyi və ya Putin sevgisinin tarixcəsi
Dünən, 11:53 |
|
|
|
• “Onların Azərbaycanı gözü götürmür” - GÖRÜNƏNİ BUDUR
Dünən, 09:41 |
|
|
|
• Siyasi arenada Azərbaycana "uduzan" Qərb... - virtual aləmdə yeni təzyiq metodları sınayır
Dünən, 09:27 |
|
|
|
• "ABŞ prosesə müdaxilə etmək məcburiyyətində olacaq" - Oqtay Qasımov
Dünən, 09:17 |
|
|
|
• Öz gözündə tiri görməyən Rusiya... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:14 |
|
|
|
• Qonşu ölkə Bakının 30 illik variantına əl atdı - Qafqazda tarixi qərar
Dünən, 09:10 |
|
|
|
• 2025-ci ildə manatın devalvasiyası gözlənilirmi? - AKTUAL
Dünən, 01:15 |
|
|
|
• “İran bu addımı atsa, İsraili dayandırmaq mümkün olmayacaq” - Ağ Ev
Dünən, 01:06 |
|
|
|
• BRICS-ə tam üzvlüyün verilməsi məsələsinə 2025-ci ildə baxılacaq - Lavrov
Dünən, 01:03 |
|
|
|
• "Bu aralar qara buludlar ətrafımı bürüyüb"
Dünən, 00:59 |
|
|
|
• Lavrov Azərbaycanla bağlı kimə qəzəbləndi... - Rusiyalı nazir elə sərt açıqlama verdi ki...
Dünən, 00:55 |
|
|
|
• İran Ermənistanın mövqeyini tam dəstəkləyir - FAKT BUDUR!
Dünən, 00:51 |
|
|
|
• "Belə davam etsə... Bakının bu ərazilərində sürüşmə qaçılmaz olacaq"
Dünən, 00:48 |
|
|
|
• Paşinyan güzəştə getməsə... - İNCƏLƏMƏ
Dünən, 00:45 |
|
|
|
• Parisə rəsmi etiraz və xəbərdarlıq edilməlidir - ÇAĞIRIŞ
Dünən, 00:43 |
|
|
|
• Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyiblər
Dünən, 00:38 |
|
|
|
• Ətin qiyməti niyə artır? – Səbəb açıqlandı
Dünən, 00:15 |
|
|
|
• Yorulmusunuz? Biz də yorulmuşuq. Azacıq səbr edək: bir-iki gün qalıb - Süni intellektdən TƏBİİ İNCƏLƏMƏ
Dünən, 00:13 |
|
|
|
• Məhkəmənin sabiq başçıya etdiyi “yaxşılıq” nə ilə bağlıdır? – Alimpaşanın həbs müddəti və əmlakları...
Dünən, 00:08 |
|
|
|
• "Ölkədə internet qiymətlərinin hamı üçün eyni olması absurddur" - ETİRAZ
2-11-2024, 19:02 |
|
|
|
• İqtisadi göstəricilər ürəkaçan deyil... - Valyuta ehtiyatları əriyir, inflyasiya proqnozları artır
2-11-2024, 19:00 |
|
|
|
• Fransa sülh prosesini pozur - FAKT BUDUR!
2-11-2024, 15:12 |
|
|
|
• Ali məktəblər distant təhsilə hazırdırmı – İnternet kəsildi, planşet yoxdur, işıq sönüb…
2-11-2024, 15:05 |
|
|
|
• “Deluxe Residence” 5 nəfərlə məhkəmə çəkişməsində – məşhur firma nə istəyir?
2-11-2024, 15:00 |
|
|
|
• “LEVEL LEASİNG” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
2-11-2024, 14:58 |
|
|
|
• Erməni bloqerdən ETİRAF: - “Mina terrorunun günahkarları İrəvandadır”
2-11-2024, 14:00 |
|
|
|
• “Azərbaycan istəsəydi, Ermənistanın bütün ərazisini nəzarətə götürə bilərdi” - Azad İsazadə
2-11-2024, 13:28 |
|
|
|
|