Cəbrayılın bu kəndi 4,1 milyon manata günəş panelləri ilə .....                     Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı .....                     Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq .....                     Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? .....                     Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar .....                     Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir .....                     Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək .....                     Hücumun ikinci hissəsi başladı .....                     Pezeşkiandan Azərbaycanla bağlı açıqlama .....                     Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir? .....                     Niderland şirkəti Azərbaycan bazarından gedir .....                     Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar .....                     Tıxacda qalan Bakı: .....                     Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı .....                     Müəllimlərə yeni status verilir? .....                     Prokuror sabiq deputat Nazim Bəydəmirliyə .....                     Fransa İrəvana niyə qucaq acdı? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı .....                     Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək .....                     Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib .....                     Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib .....                     Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? .....                     Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi .....                     Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir .....                     Rusiyanın `ƏT GÜCÜ`... .....                     ABŞ Dövlət Departamentindən .....                     AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... .....                     Xaricdən toyuq əti Azərbaycana 3, .....                     Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb .....                     Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı .....                     Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək .....                     Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” .....                     Rektorun Fransa sevgisi: .....                     Hacı Şahinin övladı da məktəbə başladı .....                     Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı .....                     Tokayevdən Şoltsa xəbərdarlıq: .....                     Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu .....                     "Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" .....                     Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu .....                 

İranın Zəngəzur isterikası: Tehran Moskvaya qarşı - NƏ BAŞ VERİR?
Tarix: 8-09-2024, 08:05 | Çap et
İranın Zəngəzur isterikası: Tehran Moskvaya qarşı
İran diplomatiyası və müxtəlif daxili qüvvələrə bağlı media artıq günlərdir Rusiyanın Zəngəzur dəhlizini açmaq cəhdlərini hədəfə götürüb. İrəvandakı səfir bəyanat verir, yeni xarici işlər naziri Abbas Araqçı X platformasında yazır, media Rusiyanı qınayan məqalələr dərc edir. Nə baş verir, İran nədən bu qədər narahatdır?

Xatırladaq ki, xarici işlər naziri Sergey Lavrovun Bakıda İrəvanı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair üçtərəfli sazişi sabotaj etməkdə ittiham etməsi, daha sonra isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “dəhliz Moskva üçün prioritet olaraq qalır” bəyanatı Tehranda ciddi etirazlara səbəb olub.

Bəzi məlumatlara görə, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb və orada Kremlin mövqeyinə etiraz notası təqdim edilib. Bundan sonra İran İnqilabı Keşikçiləri Korpusunun rəsmi mediası “Tasnim” agentliyi çox sərt tonda məqalə dərc edərək, Rusiyanı Zəngəzur dəhlizini açmaq cəhdləri səbəbindən regionda yeni təhlükəli münaqişənin başlaya biləcəyi barədə xəbərdarlıq edib.

İranın xarici işlər naziri Abbas Araqçı X platformasındakı mikrobloqunda açıq şəkildə bildirib ki, regionda sərhədlərin yenidən cızılması cəhdləri İran üçün qəbuledilməzdir:

“Qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması, istər şimalda, istər cənubda, istər şərqdə, istərsə də qərbdə, tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xətdir”.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani isə bu gün jurnalistlərə açıqlamasında kəskin ifadələrə yol verib:

“Bəzilərinin Ermənistanla, o cümlədən qondarma “dəhliz”lə bağlı müxtəlif adlar altında bəslədiyi arzu və istəklər reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir. Biz Ermənistanın ərazi bütövlüyünü, milli suverenliyini və müstəqilliyini təbliğ edirik. Ermənistan bizim səmimi qonşumuzdur və biz bütün sahələrdə əməkdaşlıq etmək və əməkdaşlığı dərinləşdirmək əzmindəyik. İran Sünik vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirən yola başqa ölkələrin nümayəndələri tərəfindən nəzarət edilməsinə qarşıdır. Biz bunun tərəfdarıyıq ki, baş verən hər şey Ermənistanın suverenliyi altında olmalıdır. İstənilən nəzarəti Ermənistan Respublikası həyata keçirməlidir və biz başqa ölkələrdən bura gəlib hansısa təhlükəsizlik və nəzarət yaratmağa çalışan insanları dəstəkləmirik”.

Səfir Zəngəzur dəhlizinin özəl beynəlxalq şirkətin nəzarətinə verilməsi barədə təkliflərə də münasibət bildirib. “Özəl şirkət haqqında eşitmişəm, amma məndə olan məlumata görə, söhbət təhlükəsizliyin təmin olunmasından deyil, onun yükünü daşıyan zaman yolda kommersiya şirkətinin nümayəndəsinin ola biləcəyindən gedir”, - o, qeyd edib.

M.Sübhanı deyib ki, Ermənistan, İran və Hindistanın iştirakı ilə nəqliyyat marşrutu üç ölkənin xalqlarının maraqlarına cavab verir: “Artıq Ermənistan, Hindistan və İran arasında yükdaşımalar aparılır. Hindistan tərəfi Bəndərabbas və Çabahar limanları vasitəsilə Ermənistan istiqamətində yük daşımaları həyata keçirir. Hindistan bu marşrutla çox maraqlanır”.

İran parlamentinin üzvü Əhməd Naderi də Rusiya rəsmilərinin son açıqlamalarından narahatlığını bildirib. O, X mikrobloqunda yazıb:

“Daha əvvəl İranın milli maraqlarına zidd hərəkətlər etdikdə ruslara proporsional cavab verilməməsi onların ikiqat təkəbbür göstərməsinə səbəb olub. Onlar başa düşməlidirlər ki, strateji əməkdaşlıq maraqlardan əl çəkmək və çaqqalları fidyə almaq demək deyil”.

Deputat regionda sərhədlərin yenidən cızılması cəhdlərinə qətiyyətli reaksiya verilməsinin vacibliyini vurğulayıb.

İranın İqtisadi Koordinasiya üzrə Ali Şurasının katibi Möhsün Rezai də Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə qarşı çıxıb:

“Rusiya rəsmilərinin Zəngəzur dəhlizi və üç İran adası ilə bağlı davranışı heç bir halda məqbul deyil və İranla strateji münasibətlərə ziddir”. Rezayi vurğulayıb ki, Rusiya dəhlizdəki marağından İranın zərərinə istifadə etməməlidir.

İran parlamentinin üzvü Əli Motaheri X mikrobloqunda Zəngəzur dəhlizindən yazaraq qeyd edib ki, Rusiya İranın maraqlarına məhəl qoymadan bu məsələyə maraq göstərir:

“Rusiya heç vaxt İranın maraqları barədə düşünməyib. Bu dəhliz İranın Ermənistan ərazisindən keçməklə Avropaya gedən yolunu məhdudlaşdırır”.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin keçmiş sədri Heşmətullah Fəlahətpişə X sosial şəbəkəsində Rusiyanın Zəngəzur dəhlizini açmaq istəyinin İrana təzyiq göstərmək üçün “önləyici addım” olduğunu bildirib. Fəlahətpişənin sözlərinə görə, bu, Pezeşkiyan hökumətinin Vaşinqtonla kommunikasiya kanalları açmasına mane olmaq məqsədi daşıyır. İranlı siyasətçinin sözlərinə görə, İranın Rusiya və Çinyönümlü siyasətinin uğursuzluğa düçar olmasına baxmayaraq, son prezident seçkilərinin əsas mesajı Qərblə münasibətlərin deeskalasiyası və şərq güclərindən asılılıqdan uzaqlaşdırılması çağırışı olub.

İran mediasına gəldikdə, “İran İnternational” nəşrində dərc olunan məqalədə bildirilir ki, İranın siyasi dairələri Rusiyanın “Zəngəzur dəhlizi” mövzusuna qayıtmasını yeni seçilmiş prezident Məsud Pezeşkiyanın Qərblə razılığa gəlmək kursunu pozmaq məqsədi daşıdığını güman edirlər. “Tehranın Moskvanın Ukraynaya qarşı təcavüzünü dəstəkləməsinə baxmayaraq, Rusiyanın İranla 20 illik hərtərəfli əməkdaşlıq sazişini imzalanmasını uzun müddət gecikdirməsi İslam respublikasını getdikcə daha çox məyus edir. Moskvanın bu qətiyyətsizliyi xüsusən İranın təklif etdiyi əhəmiyyətli yardımı nəzərə alsaq, Tehranı möhkəm qıcıqlandırdı”, - qəzet yazır.

İslahatçılara yaxın gündəlik “Arman-e Emrooz” qəzeti də cümə axşamı "Rusiyanın İrana qarşı geosiyasi çevrilişi" başlıqlı redaksiya məqaləsində Xarici İşlər Nazirliyinin Rusiyanın dəhliz yaratmaq israrına verdiyi yumşaq cavabı tənqid edib: “Xarici İşlər Nazirliyinin reaksiyası, Rusiyanın mövqeyinin vurduğu düzəlməz zərərə baxmayaraq, kifayət qədər qətiyyətli və təmkinli olmadı. İslam Respublikası hələ də Rusiyanı “dost və strateji müttəfiq” hesab edir. Baxmayaraq ki, Moskva İrana qarşı müharibədə Səddam Hüseynin tərəfində olub, BMT Təhlükəsizlik Şurası İrana qarşı qətnamələr qəbul edərkən ABŞ-ın yanında olub, Avropa sanksiyalarını dəstəkləyib və Azərbaycanın Zəngəzura tələbini dəstəkləyir”.

İranlı jurnalist Məryəm Salari də iddia edir ki, Moskvanın Tehranın Zəngəzur dəhlizinə etirazını rədd etməsi Məsud Pezeşkiyanın prezident seçilməsi və onun ABŞ sanksiyalarının ləğvi üçün Qərblə danışıqlara önəm verməsi kontekstində qiymətləndirilməlidir.

Rəsmi Tehranın bu məsələdə mövqeyi 4 ildir dəyişməz olaraq qalır. Amma ilk dəfədir ki, İran rəsmiləri açıq şəkildə Rusiyaya qarşı çıxır və onu ölkənin təhlükəsizlik maraqlarına qarşı addımlar atmaqda ittiham edirlər.

İran əvvəldən də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin yekunu olaraq imzalanmış 10 noyabr bəyanatında Naxçıvanla əlaqənin təmin olunmasına dair öhdəliyin yerinə yetirilməsini öz təhlükəsizliyinə təhdid hesab edib. İranın ali siyasi rəhbərliyi hesab edir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında açılması İran və Ermənistan arasında dövlət sərhədinin itirilməsinə səbəb olacaq.

Moskva israrla bəyan edir ki, dəhliz atəşkəs razılaşmasında nəzərdə tutulduğu qaydada açılmalıdır və onun təhlükəsziliyinə Rusiya FTX nəzarət etməlidir. Lavrov Ermənistanın İranla üst-üstə düşən mövqeyini “sabotaj” adlandırır. Bu da, yuxarıda qeyd etdiyimiz kimi Tehranı qıcıqlandırır.

Azərbaycan Zəngəzur dəhlizi variantına etiraz etmir, amma xüsusi fəallıq da nümayiş etdirmir. Çünki rəsmi Bakı Naxçıvana İrandan getməklə bağlı Tehranla memorandum imzalayıb, Araz çayı üzərindən körpü inşa edir. Buna görə də, Zəngəzur mövzusunda topu Ermənistanın meydançasına ötürür. Bu yaxınlarda isə dəhliz mövzusunun ümumiyyətlə sülh danışıqları layihəsindən çıxardığı açıqlandı.

İrəvan isə hesab edir ki, 10 noyabr bəyanatında yer alan müddəalar Ermənistanın suverenliyini pozur, dəhliz ancaq üçüncü ölkələrin iştirakı olmadan Ermənistanın nəzarəti altında açılmalıdır.

İran Ermənistanın mövqeyini dəstəkləməkdən daha irəli gedərək onun adından bəyanatlar səsləndirir. Ötən ay İranın ali dini lideri Əli Xamneyi Tehranda Baş nazir Nikol Paşinyana bildirdi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın maraqlarına (?) ziddir. Paşinyan hökumətinin isə İrana aydın, qətiyyətli bir cavabı yoxdur, belə demək mümkündürsə, subyektivliyini itirib və öz maraqlarını qorumaq üçün əzmkarlıq nümayiş etdirmədən gözləmə mövqeyinə keçib.

İranın Rusiyanın mövqeyindən bu qədər narahat olması bəzi ehtimallara da yol açır. Xüsusən, son həftələrdə Zəngəzur istiqamətindən Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması hansısa gizli planların icrasına hazırlıq məqsədi daşıya bilər. Mümkündür ki, Tehranda Rusiyanın məxfi planlarına dair hansısa məlumatlar var, yaradılan hay-küy ona mane olmaq məqsədi daşıyır.

Zəngəzur dəhlizinin açılmasının İran-Ermənistan dövlət sərhədini pozacağı barədə iddialar isə absurddur. Qeyd edək ki, dəhlizin konkret marşrutu hələ müəyyənləşməyib, mütəxəssislər ən azı 3-4 variantın olduğunu qeyd edirlər.

PRESSKLUB.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəbrayılın bu kəndi 4,1 milyon manata günəş panelləri ilə - TƏMİN OLUNACAQ
Bu gün, 00:10
Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı
Bu gün, 00:05
Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq
Bu gün, 00:02
Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? - GÖZLƏNTİ
Dünən, 19:02
Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar - ŞƏRH
Dünən, 19:00
Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir - AKTUAL
Dünən, 18:56
Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək
Dünən, 18:24
Hücumun ikinci hissəsi başladı - Ukrayna ordusu Kurskda irəliləyir
Dünən, 18:11
Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
Dünən, 18:01
Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir?
Dünən, 17:58
Niderland şirkəti Azərbaycan bazarından gedir
Dünən, 17:52
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar - VİDEO
Dünən, 17:47
Tıxacda qalan Bakı: - Problemdən çıxış yolu görünmür?
Dünən, 17:36
Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
Dünən, 17:33
Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
Dünən, 17:31
Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Dünən, 17:29
Fransa İrəvana niyə qucaq acdı? - Detallar açıqlandı
Dünən, 17:22
Vəzifəli şəxs vəfat etdi
Dünən, 17:18
Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı - “Vəkil bizdən 5 min avro aldı, özü isə...”
Dünən, 17:11
Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək
Dünən, 17:06
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib - FOTO
Dünən, 17:00
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib - FOTO, VİDEO
Dünən, 16:51
Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? -RƏY
Dünən, 16:48
Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi
Dünən, 16:47
Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir
Dünən, 16:43
Rusiyanın `ƏT GÜCÜ`... ARTIRILIR...
Dünən, 16:38
ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Dünən, 16:35
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:20
Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
Dünən, 16:16
Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb
Dünən, 16:14
Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər
Dünən, 16:13
Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTO
Dünən, 16:10
Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...
Dünən, 16:02
Rektorun Fransa sevgisi: - Vazeh Əsgərov 1 milyonluq noutbuk alır
Dünən, 15:58
Hacı Şahinin övladı da məktəbə başladı
Dünən, 15:56
Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR
Dünən, 15:51
Tokayevdən Şoltsa xəbərdarlıq: - "Rusiya yenilməzdir!"
Dünən, 15:48
Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu - BU NƏDİ BELƏ?!
Dünən, 15:47
"Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" - Ohanyan
Dünən, 15:39
Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu
Dünən, 15:38
Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib - DOSYE
Dünən, 15:36
Qobu məktəbində təhsil bazarı: - Direktorun dərs saatı bazarı və şagird aylığı
Dünən, 15:32
Bakıda həbsxanada ÖLÜM
Dünən, 15:25
Şübhəli narahatlıq... - AXI NİYƏ?
Dünən, 15:24
Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA
Dünən, 15:22
Sərxan Kərəmoğlu Xalq artistinə “ənkə” dedi
Dünən, 15:15
Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO
Dünən, 15:11
Böyükağa Şükürovun müəmmalı ölümü yenidən araşdırılacaq - DETALLAR
Dünən, 15:09
Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur
Dünən, 15:06
Revanşist Andranik Tevanyan Donetskə getdi
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru