Azərbaycanda eyni adama məxsus iki şirkət bağlandı .....                     Dövlət Turizm Agentliyinin 44 evin bərpasına 2,2 milyon manat xərcləyəcək .....                     Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub .....                     İlqar Məmmədovun istefası uğursuz “liderlərə” örnək olacaq? .....                     Paşinyan israr edir ki, sülh sazişi tez imzalansın .....                     Plana düşən evlər nə vaxt söküləcək ? .....                     "Bütün bunlar Azərbaycan dövləti tərəfindən izlənilir" .....                     İnternetin sürətindən narazı olanların nəzərinə: .....                     10 nəfərin ölümünə səbəb olan Tağı İbrahimovdan .....                     "BakıKart" tətbiqindəki pullar geri qaytarılacaq? .....                     Maya Sandunun prezident seçkilərində namizədliyi qeydə alınıb .....                     Güney Qafqazda SÜLH: Bu durum ABŞ-ni niyə QANE ETMİR? .....                     Novella Cəfəroğlu partiya qurmaq .....                     Naxçıvanda YEYİNTİ... .....                     Azərbaycanın BƏƏ və Özbəkistana yatırdığı investisiyalar 6 dəfədən çox artıb .....                     Pezeşkian niyə ilk İraqa səfər etdiyini açıqladı .....                     “Xalq Bank”da yeni təyinat .....                     "Heç vaxt məsuliyyətdən qaçmamışam, sədr ola bilərəm" .....                     Mirmahmud Mirəlioğludan istefası ilə bağlı SON DƏQİQƏ açıqlaması: .....                     "Ermənistan ilə Rusiya arasındakı bugünkü siyasi dialoq "soyuq müharibə" görüntüsü verir" .....                     "Cəsur döyüşçü" icra hakimiyyətini məhkəməyə verdi .....                     4 narkokuryerdən 16 kiloqram marixuana aşkarlanıb .....                     Şvabe ermənis əskisi kimi çıxış edirsə... .....                     “Pensiyamın qanunsuz olaraq kəsilməsinə dözə bilmirəm” .....                     Dövlətin vəsaitini mənimsəyən Rauf Qurbanov vəzifədən azad olunacaq…. .....                     “Azərpoçt”un İdarə Heyətinə təyinat .....                     “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir .....                     Publik hüquqi şəxsə çevrilən universitetlər ÖZƏL OLACAQ? .....                     “Bakcell” dən “iPhone 16” qazanmaq şansı! .....                     ”Dövlət vətəndaşların rahatlığını pozduğu üçün cərimə ödəsin” .....                     Əməkdar artistin vəziyyəti ağırlaşdı, .....                     Tanınmış aktyor ŞƏRTLƏRİ AÇIQLADI: .....                     Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb .....                     İrana yeni sanksiyalar tətbiq olunacaq .....                     MSK-da Natiq Cəfərlinin şikayəti araşdırılıb .....                     ABŞ Azərbaycana düşmən mövqeyindədir .....                     Ermənistan və Çin müdafiə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər .....                     "Viləş Palace" nağdsız ödənişlərdən imtina edir .....                     “Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, .....                     Ətin bahalaşması hökumətin də diqqətini çəkdi: .....                 

Rusiyanın əsas məqsədi Zəngəzur dəhlizini öz nəzarətinə götürməkdir
Tarix: 23-08-2024, 12:42 | Çap et
Rusiyanın əsas məqsədi
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamaları regionda kommunikasiya xətlərinin açılması mövzusunda yeni müzakirələrə səbəb olub. Onun bəyanatları fonunda Rusiya və Ermənistan arasında davam edən proseslərin, eləcə də, beynəlxalq aktorların mövqelərinin necə inkişaf edəcəyinə dair mühüm suallar ortaya çıxır.
Qeyd edək ki, M.Zaxarova üç ölkə liderinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatının 9-cu bəndinin icrası ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında aparılan müzakirələrin diqqəti cəlb edən detallarını açıqlayıb.
Zaxarovanın verdiyi məlumatdan aydın olub ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əvvəl razılaşıb. Lakin sonradan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında maneəsiz əlaqəni təmin etmək öhdəliyi ilə bağlı əlavə şərt irəli sürüb. Bu isə Zəngəzurdan keçən dəmir yolunun blokdan açılmasını əngəlləyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanı 10 noyabr Bəyanatında kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etməkdə ittiham etməsi də Zaxarovanın açıqladığı məxfi məqamla bağlı imiş. Zaxarova bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli İşçi qrupun 12 raund apardığı müzakirələrdən sonra tərəflər 9-cu bəndin praktiki icrasına yaxın olublar. İrəvanın avtomobil yolunun açılması üçün konkret tarixlər göstərməməsinə baxmayaraq, rəsmi Bakı erməni tərəfinin dəmir yolu əlaqəsinin açılmasını avtomobil yolu ilə əlaqələndirməmək istəyi ilə razılaşıb. Lakin belə görünür ki, iki ölkənin suverenliyinə xələl gətirməmək üçün müvafiq tərəflərin tam yurisdiksiyası altında həyata keçirilməli olan gömrük prosedurlarına qədər hər şey artıq razılaşdırılıb. Zaxarova qeyd edir ki, son anda Ermənistan tərəfi əvvəlcədən razılaşdırılmış mövqelərdən kənara çıxıb. İrəvan Rusiya sərhədçilərinin yalnız Ermənistan tərəfində deyil, həm də Azərbaycan tərəfində nəzarəti həyata keçirməsinə dair şərt irəli sürüb.
Üçtərəfli bəyanatda belə bir müddəa olmadığına görə Bakı İrəvanın şərtindən imtina edib və danışıqlar dalana dirənib. Lavrov İrəvanın məhz bu mövqeyini “sabotaj” adlandırıb.
Sonradan İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq İşçi qrupda iştirakını dondurub.
Ekspertlərin fikrincə, Rusiya Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması prosesində mühüm tərəf kimi iştirak edir və bu rolu itirmək istəmir. 44 günlük müharibədən sonra Moskvanın əldə etdiyi bu strateji üstünlük regionda Rusiyanın maraqlarını qorumaq baxımından çox əhəmiyyətlidir. Moskva Ermənistanın prosesdən çıxması və ya qərar qəbulunda tərəddüd etməsinə qarşı sərt mövqe tutmaqdadır. Zaxarovanın açıqlamaları fonunda bu məsələnin Putin-Paşinyan danışıqlarının gündəmində əsas yer tutacağı ehtimal olunur.
Hətta kommunikasiya xətlərinin açılması məsələsinin sülh müqaviləsindən əvvəl həyata keçirilməsi də ehtimal olunur. Güman ki, bu prosesin həyata keçirilməsi Moskvanın təsir gücündən və Putinin Ermənistana qarşı hansı addımlar atacağından asılı olacaq. M.Zaxarovanın açıqlamaları bu ehtimalın ciddi olduğunu və regiondakı güc balansının bu prosesdən necə təsirlənəcəyini göstərir.

Siyasi şərhçi Azər Rəşidoğlunun “Sherg.az”a açıqlamasına görə, Azərbaycanın hazırda tutduğu mövqe Rusiyanı müəyyən mənada qane edir. ABŞ də bu mövqe ilə razıdır. Rəşidoğlunun fikrincə, bölgədəki neft-qaz resursları, Xəzər hövzəsi, bizim ölkənin Mərkəzi Asiyaya keçid dəhlizi olması baxımından Azərbaycan ABŞ ilə əməkdaşlıq edir, beynəlxalq siyasət sahəsində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi ABŞ-nin yanındadır, antiterror əməliyyatlarında fəal iştirak edir:

“Odur ki, balans siyasəti narazılıq yaratmamalı idi. Lakin Zaxarovanın bəyanatından görünür ki, Rusiya hələ də Azərbaycanı özünün "arxa bağçası" hesab edir və Cənubi Qafqaza kənardan müdaxilə etmək cəhdlərini xoşlamır, onunla razılaşdırılmamış addımlara badalaq atmağa çalışır. Yəni Rusiya Birləşmiş Ştatlara anlatmaq istəyir ki, "Cənubi Qafqaz mənim patronajlığıma daxildir və bu ərazinin problemlərinə görə mən cavabdehəm”. Əslində, Rusiya Ermənistan sərhədlərinə nəzarət edir. Ermənistan-İran sərhədini də məhz Rusiya qoşunları qoruyur. 1992-ci ildən bəri Ermənistanın həm Türkiyə, həm də İranla olan sərhədlərini Rusiya ilə müqaviləyə əsasən rus hərbçiləri qoruyur. Kremlin digər məqsədi gələcəkdə açılacaq Zəngəzur dəhlizini indidən öz nəzarətinə götürməkdir. 10 noyabr 2020-ci ildə imzalanan Bəyannamədə də göstərilib ki, Laçın dəhlizi açılanda onun təhlükəsizliyinə Rusiyanın sərhəd qoşunları nəzarət edəcək. Üstəlik, bu sənədin altında Ermənistanın Baş naziri Nikol Paşinyanın imzası var. Ona görə də bu qoşunlarının oradakı fəaliyyətinin qarşısını almaq üçün Ermənistanın heç bir hüquqi əsası yoxdur. Rusiya isə gələcəkdə ola biləcək istənilən proseslərdə bu cür mövqe ortaya qoyur”.

Zəngəzur dəhlizinin həssas məsələ olduğunu xatırladan siyasi şərhçi bu ərazinin İranla həmsərhəd olmasına xüsusi diqqət çəkib:
“Rusiya orada gedən proseslərə nəzarət edə biləcək. Ermənistan isə Qərb qoşunlarını hansısa formada sərhədə gətirmək istəyir. Təbii ki, Kreml buna imkan vermək istəmir. Azərbaycan öz sərhədlərini özü qoruyur. Bizim nə Rusiyanın, nə də ki Qərbin bu müstəvidə yardımına ehtiyacımız var. Paşinyan ölkəsini beynəlxalq güclərin poliqonuna çevirir. Bu artıq ermənilərin problemidir. Bakı ilə heç kəs şantaj dilində danışa bilməz”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda eyni adama məxsus iki şirkət bağlandı
Bu gün, 00:05
Dövlət Turizm Agentliyinin 44 evin bərpasına 2,2 milyon manat xərcləyəcək
Bu gün, 00:02
Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub - FOTO
Dünən, 19:18
İlqar Məmmədovun istefası uğursuz “liderlərə” örnək olacaq? - GƏLİŞMƏ
Dünən, 19:02
Paşinyan israr edir ki, sülh sazişi tez imzalansın - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Plana düşən evlər nə vaxt söküləcək ? - AÇIQLAMA
Dünən, 18:09
"Bütün bunlar Azərbaycan dövləti tərəfindən izlənilir" - deputat
Dünən, 18:05
İnternetin sürətindən narazı olanların nəzərinə: - 3 gün vaxtınız qalıb, cərimələnəcəksiz
Dünən, 18:01
10 nəfərin ölümünə səbəb olan Tağı İbrahimovdan 1 milyon təzminat TƏLƏB OLUNDU
Dünən, 17:59
"BakıKart" tətbiqindəki pullar geri qaytarılacaq? - RƏSMİ CAVAB
Dünən, 17:56
Maya Sandunun prezident seçkilərində namizədliyi qeydə alınıb
Dünən, 17:53
Güney Qafqazda SÜLH: Bu durum ABŞ-ni niyə QANE ETMİR? - Qarabağın işğal altında qalması onlara da sərf edirmiş...
Dünən, 17:52
Novella Cəfəroğlu partiya qurmaq İSTƏYİR
Dünən, 17:48
Naxçıvanda YEYİNTİ... - RƏSMİ
Dünən, 17:43
Azərbaycanın BƏƏ və Özbəkistana yatırdığı investisiyalar 6 dəfədən çox artıb
Dünən, 17:40
Pezeşkian niyə ilk İraqa səfər etdiyini açıqladı
Dünən, 17:38
“Xalq Bank”da yeni təyinat - FOTO
Dünən, 17:36
"Heç vaxt məsuliyyətdən qaçmamışam, sədr ola bilərəm" - Natiq Cəfərli
Dünən, 17:34
Mirmahmud Mirəlioğludan istefası ilə bağlı SON DƏQİQƏ açıqlaması: - “Ad çəkə bilmərəm, çünki...”
Dünən, 17:30
"Ermənistan ilə Rusiya arasındakı bugünkü siyasi dialoq "soyuq müharibə" görüntüsü verir"
Dünən, 17:28
"Cəsur döyüşçü" icra hakimiyyətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 17:24
4 narkokuryerdən 16 kiloqram marixuana aşkarlanıb - VİDEO
Dünən, 17:20
Şvabe ermənis əskisi kimi çıxış edirsə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:18
“Pensiyamın qanunsuz olaraq kəsilməsinə dözə bilmirəm” - ETİRAZ VAR...
Dünən, 17:16
Dövlətin vəsaitini mənimsəyən Rauf Qurbanov vəzifədən azad olunacaq…. - TƏFƏRRÜAT
Dünən, 17:11
“Azərpoçt”un İdarə Heyətinə təyinat - DOSYE
Dünən, 17:08
“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir - VİDEO
Dünən, 17:05
Publik hüquqi şəxsə çevrilən universitetlər ÖZƏL OLACAQ? - AÇIQLAMA
Dünən, 17:03
“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!
Dünən, 17:02
”Dövlət vətəndaşların rahatlığını pozduğu üçün cərimə ödəsin” - Nura Suri
Dünən, 17:00
Əməkdar artistin vəziyyəti ağırlaşdı, nəfəs ala bilmir
Dünən, 16:58
Tanınmış aktyor ŞƏRTLƏRİ AÇIQLADI: - “Büdcə cibə yox, seriala sərf olunsa...”
Dünən, 16:57
Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb
Dünən, 16:55
İrana yeni sanksiyalar tətbiq olunacaq - KİV
Dünən, 16:22
MSK-da Natiq Cəfərlinin şikayəti araşdırılıb
Dünən, 16:18
ABŞ Azərbaycana düşmən mövqeyindədir - FAKT BUDUR!
Dünən, 16:14
Ermənistan və Çin müdafiə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Dünən, 16:12
"Viləş Palace" nağdsız ödənişlərdən imtina edir - "Hacı Mazan"ın qardaşı oğlu yenə cərimələndi
Dünən, 16:10
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”
Dünən, 16:05
Ətin bahalaşması hökumətin də diqqətini çəkdi: - Qərar veriləcək?
Dünən, 16:02
"Formula 1" üzrə Azərbaycan Qran-Prisinə saxta bilet satan şəxs saxlanılıb
Dünən, 16:00
Novella Cəfəroğlunun istefasına reaksiyalar: - “İtirən Müsavat oldu”
Dünən, 15:30
Gömrükdə ŞÜBHƏLİ TENDER... - 3 milyonluq tenderi batdı
Dünən, 15:28
Çox da uzun olmayan müddətdə Zəngəzur dəhlizi açılacaq - Başqa cür ola da bilməz...
Dünən, 15:22
İlqar Məmmədov presedenti: reputasiya kreslodan daha vacib olanda - REAL-ın yeni sədri kim olacaq?
Dünən, 15:18
Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb
Dünən, 15:16
Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir
Dünən, 15:13
İstanbul Klinikası lisenziyadan kənar fəaliyyətlə məşğul olub?
Dünən, 15:10
“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur
Dünən, 15:07
Qasımov qardaşlarının yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru