Azərbaycanda eyni adama məxsus iki şirkət bağlandı .....                     Dövlət Turizm Agentliyinin 44 evin bərpasına 2,2 milyon manat xərcləyəcək .....                     Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub .....                     İlqar Məmmədovun istefası uğursuz “liderlərə” örnək olacaq? .....                     Paşinyan israr edir ki, sülh sazişi tez imzalansın .....                     Plana düşən evlər nə vaxt söküləcək ? .....                     "Bütün bunlar Azərbaycan dövləti tərəfindən izlənilir" .....                     İnternetin sürətindən narazı olanların nəzərinə: .....                     10 nəfərin ölümünə səbəb olan Tağı İbrahimovdan .....                     "BakıKart" tətbiqindəki pullar geri qaytarılacaq? .....                     Maya Sandunun prezident seçkilərində namizədliyi qeydə alınıb .....                     Güney Qafqazda SÜLH: Bu durum ABŞ-ni niyə QANE ETMİR? .....                     Novella Cəfəroğlu partiya qurmaq .....                     Naxçıvanda YEYİNTİ... .....                     Azərbaycanın BƏƏ və Özbəkistana yatırdığı investisiyalar 6 dəfədən çox artıb .....                     Pezeşkian niyə ilk İraqa səfər etdiyini açıqladı .....                     “Xalq Bank”da yeni təyinat .....                     "Heç vaxt məsuliyyətdən qaçmamışam, sədr ola bilərəm" .....                     Mirmahmud Mirəlioğludan istefası ilə bağlı SON DƏQİQƏ açıqlaması: .....                     "Ermənistan ilə Rusiya arasındakı bugünkü siyasi dialoq "soyuq müharibə" görüntüsü verir" .....                     "Cəsur döyüşçü" icra hakimiyyətini məhkəməyə verdi .....                     4 narkokuryerdən 16 kiloqram marixuana aşkarlanıb .....                     Şvabe ermənis əskisi kimi çıxış edirsə... .....                     “Pensiyamın qanunsuz olaraq kəsilməsinə dözə bilmirəm” .....                     Dövlətin vəsaitini mənimsəyən Rauf Qurbanov vəzifədən azad olunacaq…. .....                     “Azərpoçt”un İdarə Heyətinə təyinat .....                     “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir .....                     Publik hüquqi şəxsə çevrilən universitetlər ÖZƏL OLACAQ? .....                     “Bakcell” dən “iPhone 16” qazanmaq şansı! .....                     ”Dövlət vətəndaşların rahatlığını pozduğu üçün cərimə ödəsin” .....                     Əməkdar artistin vəziyyəti ağırlaşdı, .....                     Tanınmış aktyor ŞƏRTLƏRİ AÇIQLADI: .....                     Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb .....                     İrana yeni sanksiyalar tətbiq olunacaq .....                     MSK-da Natiq Cəfərlinin şikayəti araşdırılıb .....                     ABŞ Azərbaycana düşmən mövqeyindədir .....                     Ermənistan və Çin müdafiə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər .....                     "Viləş Palace" nağdsız ödənişlərdən imtina edir .....                     “Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, .....                     Ətin bahalaşması hökumətin də diqqətini çəkdi: .....                 

Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
Tarix: 22-08-2024, 17:51 | Çap et
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR
Avqustun 22-si Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) doğum günüdür.

Aygün xanımın əziz xatirəsini onun yaxın dostu, prodüseri Sultan Mustafayevlə yad etdik.

S. Mustafayev Musavat.com-a bildirdi ki, onun Aygün xanım haqda danışmağa çox sözü var:

“Bu gün onun ad günüdür. Aygün xanım yanvarın 6-da 48 yaşında vəfat etdi. Aygün Bəyləri 14 ildir tanıyıram. Aygün xanım heç vaxt təntənəli ad günü keçirməzdi. Restoranlarda, bahalı obyektlərdə, bahalı saraylarda ad günü etməyi sevmirdi. Çünki onlar çox kasıb ailədə böyüyüblər. Aygün xanım 13 yaşından qadın toylarında nağara ifa edib. Çox əziyyətli günlərlə bu yerə gəlib çatmışdı. Mən də, yaxşı dostlarımız da Aygün xanıma təklif edirdi ki, bahalı saraylarda doğum günü keçirsin. Amma heç vaxt bunun tərəfdarı olmayıb. Deyirdi ki, nə qədər sadə olsa, o qədər yaxşıdır. O, nəzərə çarpmağı sevməzdi. Açıq deyəcəm, şou-biznesdə belə bir xüsusiyyət var ki, müğənnilər el şənliklərində, dövlət tədbirlərində, məmurların yanında görünməyi sevirlər, bu yolla qabağa getmək istəyirlər. Aygün xanım isə heç vaxt bunların tərəfdarı olmayıb. Arxivə baxdığımızda saysan, 15-20 müsahibəsi olar, ya olmaz. Bu, onun doğulduğu kənd mühitindən irəli gəlir. Böyük, kiçik hörməti bilirdi. Neçə illər bir yerdə işləsək də, özündən böyüyə hörmətsizlik etdiyini görməmişəm. Hansısa bir yasda ondan böyük sənətkar, yaxud sənəti olmayan adam, yaşca böyük bir adam görəndə ayağa qalxardı, hörmət edərdi. O, başqa bir insan idi. Onun tayı-bərabəri yoxdur. Bundan sonra da olmayacaq Azərbaycan musiqisində, mədəniyyətində.

Hazırda İstanbul şəhərində yaşadığıma görə burada bir yaxın dostum ilə ehsan süfrəsi vermişik. Bir vəqfə isə Aygün xanımın adından böyük məbləğdə hədiyyə etmişik. Doğrudur, yaşım az deyil, amma mən Aygün xanımın yanında böyüdüyüm üçün belə şeyləri danışmağı, göstərməyi sevmirəm. O, həmişə mənə deyirdi ki, nəsə edəndə çalış verdiklərini o biri əl görməsin.

Bilirsiniz ki, Aygün xanımın qəbri də hazırdır. Yanvarda ili olacaq. Ona hazırlaşıram. Bacılarına bir təklif irəli sürmüşəm. Aygün xanımın adına, sənətinə layiq bir iş fikirləşirəm. Yeganə adamam ki, Aygün xanım rəhmətə gedəndən sonra efirə çıxmadım, müsahibə vermədim. İstədim ki, həqiqəti olmayan insanlar bir az kənardan danışsınlar, onların fikirlərinə baxım. Gördüm ki, onların fikirlərinin 99 faizi yalandır. Mən gecə-gündüz Aygün xanımın yanında olmuşam, hərtərəfli dəstəkçisi olmuşam, amma ortada o qədər insanlar var ki, mən heç onları görməmişəm. Bir gün bunlara açıqlamalar gətirəcəm. Hər şeyin bir vaxtı var. Mənim Aygün xanım haqqında danışmağa daha çox haqqım var. Baxmayaraq ki, bacıları son 3-4 ayında onun yanında idilər, mənim Aygünə mənəvi dəstəyim hamıdan çox olub”.

“Aygün xanım daha çox hansı hədiyyəni sevərdi?” sualına Sultan Mustafayev belə cavab verdi:

“Aygün xanım daha çox papaq xoşlayardı. Mən həmişə Türkiyədən alış-veriş edəndə Aygün xanıma 10-15 papaq alırdım. Bir də bizim Bakıda sevimli dükanımız var idi. Mağazanın adını xatırlamıram, Kukla Teatrı ilə üzbəüz idi. Ad günlərində, boş vaxtlarımızda ora gedib alış-veriş edərdik. Əslində, Aygün xanım alış-veriş həvəskarı deyildi. Mən ona deyirdim ki, ay Aygün, dur ayağa, gedək görək el şənlikləri üçün maraqlı nə geyim var. Aygün xanım daha çox sənətinə bağlı idi. Gündəm sözünü sevmirdi. Həmişə deyərdi ki, sən mənim yerimə müsahibə ver, mən sənə inanıram.

Əməkdar artistin prodüseri qeyd etdi ki, onun Aygün sevərlərə sözü olacaq:

“Aygünün ürəyində çox sözlər qaldı. İnsanlara çatdırılmayan sözlər, mesajlar qalıb ki, onları vaxtaşırı Aygün sevərlərlə bölüşəcəm. Aygün xanım rəhmətə gedəndən sonra çox insanlar onun haqqında yalan danışdılar. Mən bununla bağlı böyük bir mətbuat konfransı keçirəcəm. Hamısını yazmışam, qeyd etmişəm, açıqlamalar gətirəcəm. Çünki icazəsiz mahnılar oxundu bizim xəbərimiz olmadan. Aygün xanımın bütün musiqi müəllifləri məndədir. O səlahiyyəti mənə vermişdi.

Mən Aygündən sonra Bakıya gələ bilmirəm. Qəlbim çox pis olur, evində otura bilmirəm, qəbri üstə gedirəm. Dostlarım, ailəm narahat olur. Psixoloji olaraq mənə çox çətindir. Sonuncu dəfə Aygünün 40 mərasimində Bakıda olmuşam. Çox güman ki, ilinə doğru Bakıya gələcəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda eyni adama məxsus iki şirkət bağlandı
Bu gün, 00:05
Dövlət Turizm Agentliyinin 44 evin bərpasına 2,2 milyon manat xərcləyəcək
Bu gün, 00:02
Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub - FOTO
Dünən, 19:18
İlqar Məmmədovun istefası uğursuz “liderlərə” örnək olacaq? - GƏLİŞMƏ
Dünən, 19:02
Paşinyan israr edir ki, sülh sazişi tez imzalansın - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Plana düşən evlər nə vaxt söküləcək ? - AÇIQLAMA
Dünən, 18:09
"Bütün bunlar Azərbaycan dövləti tərəfindən izlənilir" - deputat
Dünən, 18:05
İnternetin sürətindən narazı olanların nəzərinə: - 3 gün vaxtınız qalıb, cərimələnəcəksiz
Dünən, 18:01
10 nəfərin ölümünə səbəb olan Tağı İbrahimovdan 1 milyon təzminat TƏLƏB OLUNDU
Dünən, 17:59
"BakıKart" tətbiqindəki pullar geri qaytarılacaq? - RƏSMİ CAVAB
Dünən, 17:56
Maya Sandunun prezident seçkilərində namizədliyi qeydə alınıb
Dünən, 17:53
Güney Qafqazda SÜLH: Bu durum ABŞ-ni niyə QANE ETMİR? - Qarabağın işğal altında qalması onlara da sərf edirmiş...
Dünən, 17:52
Novella Cəfəroğlu partiya qurmaq İSTƏYİR
Dünən, 17:48
Naxçıvanda YEYİNTİ... - RƏSMİ
Dünən, 17:43
Azərbaycanın BƏƏ və Özbəkistana yatırdığı investisiyalar 6 dəfədən çox artıb
Dünən, 17:40
Pezeşkian niyə ilk İraqa səfər etdiyini açıqladı
Dünən, 17:38
“Xalq Bank”da yeni təyinat - FOTO
Dünən, 17:36
"Heç vaxt məsuliyyətdən qaçmamışam, sədr ola bilərəm" - Natiq Cəfərli
Dünən, 17:34
Mirmahmud Mirəlioğludan istefası ilə bağlı SON DƏQİQƏ açıqlaması: - “Ad çəkə bilmərəm, çünki...”
Dünən, 17:30
"Ermənistan ilə Rusiya arasındakı bugünkü siyasi dialoq "soyuq müharibə" görüntüsü verir"
Dünən, 17:28
"Cəsur döyüşçü" icra hakimiyyətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 17:24
4 narkokuryerdən 16 kiloqram marixuana aşkarlanıb - VİDEO
Dünən, 17:20
Şvabe ermənis əskisi kimi çıxış edirsə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:18
“Pensiyamın qanunsuz olaraq kəsilməsinə dözə bilmirəm” - ETİRAZ VAR...
Dünən, 17:16
Dövlətin vəsaitini mənimsəyən Rauf Qurbanov vəzifədən azad olunacaq…. - TƏFƏRRÜAT
Dünən, 17:11
“Azərpoçt”un İdarə Heyətinə təyinat - DOSYE
Dünən, 17:08
“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir - VİDEO
Dünən, 17:05
Publik hüquqi şəxsə çevrilən universitetlər ÖZƏL OLACAQ? - AÇIQLAMA
Dünən, 17:03
“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!
Dünən, 17:02
”Dövlət vətəndaşların rahatlığını pozduğu üçün cərimə ödəsin” - Nura Suri
Dünən, 17:00
Əməkdar artistin vəziyyəti ağırlaşdı, nəfəs ala bilmir
Dünən, 16:58
Tanınmış aktyor ŞƏRTLƏRİ AÇIQLADI: - “Büdcə cibə yox, seriala sərf olunsa...”
Dünən, 16:57
Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb
Dünən, 16:55
İrana yeni sanksiyalar tətbiq olunacaq - KİV
Dünən, 16:22
MSK-da Natiq Cəfərlinin şikayəti araşdırılıb
Dünən, 16:18
ABŞ Azərbaycana düşmən mövqeyindədir - FAKT BUDUR!
Dünən, 16:14
Ermənistan və Çin müdafiə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Dünən, 16:12
"Viləş Palace" nağdsız ödənişlərdən imtina edir - "Hacı Mazan"ın qardaşı oğlu yenə cərimələndi
Dünən, 16:10
“Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır”
Dünən, 16:05
Ətin bahalaşması hökumətin də diqqətini çəkdi: - Qərar veriləcək?
Dünən, 16:02
"Formula 1" üzrə Azərbaycan Qran-Prisinə saxta bilet satan şəxs saxlanılıb
Dünən, 16:00
Novella Cəfəroğlunun istefasına reaksiyalar: - “İtirən Müsavat oldu”
Dünən, 15:30
Gömrükdə ŞÜBHƏLİ TENDER... - 3 milyonluq tenderi batdı
Dünən, 15:28
Çox da uzun olmayan müddətdə Zəngəzur dəhlizi açılacaq - Başqa cür ola da bilməz...
Dünən, 15:22
İlqar Məmmədov presedenti: reputasiya kreslodan daha vacib olanda - REAL-ın yeni sədri kim olacaq?
Dünən, 15:18
Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb
Dünən, 15:16
Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir
Dünən, 15:13
İstanbul Klinikası lisenziyadan kənar fəaliyyətlə məşğul olub?
Dünən, 15:10
“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur
Dünən, 15:07
Qasımov qardaşlarının yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...
Dünən, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru