Cəbrayılda inşa olunan yaşayış kompleksi üçün 1,3 milyon manat xərclənəcək .....                     Səfərbərlik Xidməti 3 milyon manatlıq avtomobil aldı .....                     Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa? .....                     “Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? .....                     “AzInTelecom” işçiləri üçün 90 min manatlıq yemək alır .....                     "ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq" .....                     Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik .....                     19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib .....                     110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK .....                     Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq .....                     “Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... .....                     Azərbaycan bütün ssenarilərə hazırdır: .....                     Vardanyan Paşinyana: "İstənilən suala cavab verməyə hazıram" .....                     ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma .....                     "Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik" .....                     “Naxçıvanda hər bir ailəyə daxil olan vəsaitin həcmi araşdırılır...” .....                     Naxçıvan Ali Məhkəməsi .....                     Paşinyan Rusiyanı şantaj edir .....                     AMB 24 sığorta agenti ilə bağlı qərar verib .....                     Erməni keşiş köhnə ampluasında: .....                     “CityCar” bazarın nəbzini niyə tuta bilmir? .....                     Prezident İlham Əliyev bir qrup neft sənayesi işçisini təltif edib .....                     “Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? .....                     Region ölkələrində nə qədər məhkum var? .....                     Kredit maaş kartından birbaşa tutula bilərmi? .....                     "Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" .....                     Suverenliyin bərpası üçün .....                     “Natiqdən bir gün mütləq xəbər çıxacaq” .....                     "Azərbaycan Dəmir Yolları"nın tenderi .....                     Azərbaycanda torpaqlardan istifadə ilə bağlı .....                     Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi .....                     Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş .....                     Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? .....                     Rusiyada azərbaycanlı iş adamı .....                     Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı .....                     “Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR .....                     Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır .....                     Nazir xanım idarə rəisini təqaüdə göndərdi .....                     Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü .....                     BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək .....                 

ƏNƏNƏVİ ERMƏNİ XƏSTƏLİYİ... - Sağalan deyillər...
Tarix: 19-08-2024, 00:19 | Çap et
ƏNƏNƏVİ ERMƏNİ XƏSTƏLİYİ...
“Ruben Vardanyanın Xankəndidəki iş otağından tapılmış “Naxçıvan atlası” bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik”.

Azərbaycan Kartoqrafları İctimai Birliyinin sədri Müqabil Bayramov mətbuata açıqlamasında belə deyib.

O bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib.

Atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub:

“Atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Bu xəritələr Azərbaycana qarşı ərazi iddialarıdır. Atlasda ilk xəritə guya yunan mütəfəkkiri Ptolomeyin II əsrdə yazdığı "Coğrafiya" əsəri əsasında tərtib olunub və orada "Böyük Ermənistan"dakı yer adları erməni toponimləri ilə verilib.

Ancaq elmi ictimaiyyətə çoxdan məlumdur ki, Ptolomeyin "Coğrafiya" əsəri günümüzə gəlib çatmayıb, əsərin orijinalı IV əsrdə itib və yalnız 1000 il sonra versiyalarından biri tapılıb, iki dəfə də həmin versiya bir-birinə tam uyğun gəlməyən formada latın dilinə tərcümə olunub”.

Müqabil Bayramov onu da deyib ki, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib:

“Bu atlas Azərbaycana qarşı ərazi iddialarının guya tarixi legitimliyini saxtakarlıqlarla əsaslandırmaq üçün ucuz təbliğat materialıdır.

Kartoqrafiya ciddi sahədir, onu siyasi oyunbazlığın alətinə çevirmək olmaz. Düşündürücüdür, Vardanyan Naxçıvanla niyə bu qədər maraqlanıb?! Görünür, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı onun çox arzusunu ürəyində qoyub”.

Qeyd edək ki, saxta atlasın tərtib olunması və separatçı rejimin ləğvindən sonra tapılması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etməsindən xəbər verir.

Lakin ermənilərin bu iddiası yalnız Qarabağ bölgəsi ilə kifayətlənməyib.

Onlar daima Naxçıvana qarşı da işğalçılıq və etnik təmizləmə siyasətini həyata keçirmək arzusu ilə yaşayıb. Hələ Sovet dövründə Şərur-Dərələyəz mahalının torpaqları və yaşayış məntəqələrinin qanunsuz olaraq Ermənistan SSR-ə pay verilməsi də bu məqsədə xidmət edib.

İşğal dövründə isə erməni şovinistləri Qarabağın ilhaqını başa çatdırdıqdan sonra Naxçıvan MR-nın ərazisini də işğal edəcəklərinə dair planlarını gizlətmirdilər.

“Miatsum” ideologiyasına görə, guya Qarabağdan sonra Gürcüstandan Samsxe-Cavaxetiya, növbəti mərhələdə isə Naxçıvan işğala məruz qalmalı idi. Ancaq 44 günlük müharibədə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğraması bu xülyaların pul olması ilə nəticələndi.

Buna baxmayaraq, ermənilər Naxçıvana olan iddiasından əl çəkmək istəmir.

Hətta Ermənistanda “Naxçıvan-Girdman-Şirvan erməniləri” adlı qondarma ictimai qurum da fəaliyyət göstərir. Yəni ermənilər Azərbaycana qarşı təxribatçı əməllərini davam etdirir.

Ermənişünas alim Qafar Çaxmaqlı “Cebheinfo.az”-a açıqlamasında Naxçıvana ərazi iddiası ilə bağlı Ermənistanda tədbir də keçirldiyini deyib.

Onun sözlərinə görə, ermənilər Qarabağa və Naxçıvana olan ərazi iddialarından əl çəkmək istəmir:

“Çünki “Böyük Ermənistan”ın xəritəsinə həmişə Qarabağ və Naxçıvan da daxil edilib. Bundan başqa, Gürcüstanda “Samsxe-Cavaxetiya” adlandırdıqları Ahıska torpaqlarına da ermənilər iddia edir. Hətta ermənilər Türkiyənin 6 vilayətini “Qərbi Ermənistan” adlandırırlar və öz idddialarını əsaslandırmaq üçün belə saxta yolla tərtib olunmuş xəritələrdən istifadə edirlər.

Ruben Vardanyanın otağından tapılmış həmin atlas da 2012-ci ildə hazırlanıb. Bu xəritə guya tarixi faktların təsdiqi kimi təqdim olunur. Onlar həmin xəritədə “Armeniya” deyilən coğrafi terminə istinad edirlər. Halbuki “Armeniya” ifadəsinin ermənilərə hər hansı aididyyəti yoxdur. Ərəblər bu əraziyə “Ərməniyyə” deyiblər, türklər “ərmən” deyib. Həm də bu coğrafi torpaqlara Naxçıvan daxil deyil.

Naxçıvan “Armeniya”nın şimalında yerləşir. Hazırkı Ermənistan Respublikasının ərazisi də oraya daxil deyildi. Qədim yunan mənbələri əsasında ermənilər saxta xəritələr tərtib etməklə öz iddialarını sübuta yetirmək istəyirlər. Bu, Azərbaycana qarşı birbaşa ərazi iddiasıdır.

Lakin Ermənistan cəmiyyətində separatçılığın tüğyan dövrlərdən bəri davam edən bu cür planların səmərə vermədiyini anlamağa başlayıblar. Ona görə də şovinist düşüncədən dövlət səviyyəsində imtina etmək niyyəti hiss olunur.

Artıq Ermənistanda “Erməni tarixi” adlı dərs kitablarının adları dəyişdirilib. Dərsliklərin üz qabığına “Ermənistan tarixi” yazılsa da, içərisi dəyişdirilməyib. Guya ermənilərin tarixi torpaqları var, “Böyük Ermənistan” deyilən ərazilər olub. Onlar anlamalıdır ki, Ermənistan adlı dövlət heç vaxt mövcud olmayıb.

Ayrı-ayrı imperiyaların tərkibində knyazlıqlar, bəylərbəyliklər olsa da, erməni dövləti olmayıb. 1918-ci ildə Ermənistanın Azərbaycan torpaqları hesabına yaradılması da bütün dünyada qəbul olunub. Ermənilər 1918-1920-ci illərdə Naxçıvana da ərazi iddiası irəli sürüblər.

Lakin 1921-ci ildə imzalanmış Qars müqaviləsi bu niyyətin üstündən xətt çəkib. Həmin sənəddə açıq şəkildə yazılıb ki, Naxçıvan başqa bir dövlətin tərkibinə yalnız Türkiyənin razılığı ilə daxil ola bilər.

Yəni Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Hətta erməni siyasi xadimlərinin bir çoxu Naxçıvanın, Zəngəzurun Azərbaycan torpaqları olduğunu etiraf ediblər. Hətta 1920-ci illərdə Anastas Mikoyan Vladimir Leninə raport göndərərək Zəngəzurun və Qarabağın Azərbaycan SSR-in tərkibində qalmasının vacidliyini qeyd edib.

Mikoyan bildirib ki, bu ərazilərin Ermənistana birləşdirilməsi Bakıdan məhrum olmasına səbəb olacaq. Yəni Bakının imkanlarından istifadə etməsi mümkün olmayacaq. Şaumyanın Orjanikidzeyə məktubunda da açıq şəkildə qeyd edilir ki, Zəngəzur və Naxçıvan Azərbaycan torpaqlarıdır.

Yəni Naxçıvan da, Zəngəzur da, Qarabağ da Azərbaycanın tarixi ərazilərdir. Hər hansı saxta xəritə bu tarixi həqiqəti dəyişdirə bilməz. Ermənistanda Elmlər Akademiyasının nəzdində Kartoqrafiya İnstitutu var. Onların işi saxta xəritələr nəşr etməkdir. Son zamanlar sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri gündəmə gəldikdən sonra bu cür təxribatçı xəritələr tərtib etməklə ictimaiyyəti Nikol Paşinyana qarşı qaldırmaq istəyirlər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəbrayılda inşa olunan yaşayış kompleksi üçün 1,3 milyon manat xərclənəcək
Bu gün, 00:05
Səfərbərlik Xidməti 3 milyon manatlıq avtomobil aldı - QALİB
Bu gün, 00:02
Bakını qurd basıb: Xəzərdən gələn bəla, yoxsa? - NƏ ETMƏLİ?
Dünən, 19:02
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
“AzInTelecom” işçiləri üçün 90 min manatlıq yemək alır - TENDER
Dünən, 18:56
"ABŞ və Qərbin siyasi-hərbi dəstəyini alan Paşinyanı devirmək Rusiya üçün asan olmayacaq" - ŞƏRH
Dünən, 18:15
Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik - İşin pərdəarxasında kimlər dayanır?
Dünən, 18:12
19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib
Dünən, 18:08
110 illiyi qeyd olunan Aşıq Nabata NAXÇIVANDA BİGANƏLİK – FOTOFAKT + VİDEO
Dünən, 18:04
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq - TƏFƏRRÜAT
Dünən, 17:59
“Pezeşkian məcburən Ermənistanla bağlı belə sözlər deyir... Bu, onun öz mövqeyi deyil...”
Dünən, 17:58
Azərbaycan bütün ssenarilərə hazırdır: - “İstənilən an…”
Dünən, 17:51
Vardanyan Paşinyana: "İstənilən suala cavab verməyə hazıram" - KİV
Dünən, 17:44
ABŞ-ın Zəngəzur planı: Nəzarətlə bağlı fərqli yanaşma – İran və Rusiya kənarda qalır
Dünən, 17:42
"Biz doğma yurdumuza qayıtmaq üçün düz 30 il gözləmişik" - ARANI KİM QARIŞDIRIR?
Dünən, 17:41
“Naxçıvanda hər bir ailəyə daxil olan vəsaitin həcmi araşdırılır...” - NƏ BAŞ VERİR?
Dünən, 17:33
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
Dünən, 17:29
Paşinyan Rusiyanı şantaj edir – Ermənistan bölgədə sülh istəmir
Dünən, 17:28
AMB 24 sığorta agenti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 17:27
Erməni keşiş köhnə ampluasında: - "Sonun başlanğıcıdır"
Dünən, 17:23
“CityCar” bazarın nəbzini niyə tuta bilmir? - Qiymətləri yenə AZALTDI
Dünən, 16:50
Prezident İlham Əliyev bir qrup neft sənayesi işçisini təltif edib - SİYAHI
Dünən, 16:48
“Ölü” quruma bitməyən ümid: İrəvan Minsk Qrupundan niyə imtina etmir? - İNCƏLƏMƏ
Dünən, 16:28
Region ölkələrində nə qədər məhkum var? – Tam siyahı
Dünən, 16:25
Kredit maaş kartından birbaşa tutula bilərmi?
Dünən, 16:18
"Sənət əhli niyə kimdənsə qorxmalı, rüşvət verməlidir?" - FOTO
Dünən, 16:16
Suverenliyin bərpası üçün SON ADDIM
Dünən, 14:02
“Natiqdən bir gün mütləq xəbər çıxacaq” - Milli qəhrəmanımızın anası
Dünən, 14:00
"Azərbaycan Dəmir Yolları"nın tenderi - LƏĞV OLUNDU
Dünən, 13:56
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb
Dünən, 13:18
Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi - Ermənistan KİV
Dünən, 13:14
Kursk əməliyyatı: “ayı” ilə yuvasında döyüş - Zelenski üçün hansı riskləri var?
Dünən, 13:12
Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - SİYAHI
Dünən, 13:09
Rusiyada azərbaycanlı iş adamı HƏBS EDİLDİ
Dünən, 13:01
Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
Dünən, 12:55
“Atlant”ın sahibi Tahir Qədəşov HƏBSƏ GEDİR - GÖRÜNƏNİ BUDUR...
Dünən, 12:53
Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır - AXI NİYƏ?
Dünən, 12:46
Nazir xanım idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?
Dünən, 12:45
Təqsirləndirilən şəxslə vəkili arasında mübahisə düşdü - QHT sədrinin məhkəmə işi
Dünən, 12:44
BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...
Dünən, 12:41
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - Reyhan Müslümovanın yarım qalan həyatı
Dünən, 12:39
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
Dünən, 12:35
Mülayim şərq küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:34
Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı rəsmi sənədi TƏKZİB EDİR
Dünən, 12:29
Avropada yeni komanda: frau Ursula və onun “əsgərlər”i - ARAŞDIRMA
Dünən, 12:22
“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...
Dünən, 12:10
“Rabitəbank” müştəriləri bankın xidmətlərindən narazıdır - FOTO
Dünən, 12:00
Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq - Diqqət!
Dünən, 11:51
Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər - Zaxarova
Dünən, 11:48
Şərurda fermerlərin GÖZÜ YOLDA QALIB... - Subsidiyalar NİYƏ VERİLMİR?
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru