Din təhsil ocaqlarında tədris olunmalıdırmı? .....                     "Bəzi məktəb direktorları haqda gələn şikayətlər ört-basdır edilir, .....                     "Məktəb direktorları, direktor müavinləri və müəllimlər psixoloji və narkoloji testdən keçirilməlidir" .....                     “Qarabağ nümayəndəliyinin binasını SOCAR-a verəcəklər” .....                     İrəvan separatçıları geri istəyir: .....                     Azərbaycanda ət bu halda ucuzlaşa bilər .....                     “İşin içində bir neçə vəzifəli şəxsin adı keçir” .....                     Paşinyan erməni separatçılara savaş açır: .....                     Bu dünyada ancaq quşlar pulsuz oxuya bilər .....                     İqtisadiyyatın qaranlıq gələcəyi: .....                     Putinin Türkiyə səfəri zamanı NATO-nun HHM sistemləri söndürülə bilər? .....                     "Dövlətin yanındayam, istefa məktubunu yazdıqdan sonra İsa Qəmbərlə danışmışam, dedi ki..." .....                     Ermənistan gec də olsa... .....                     Bel yırtığı əməliyyatı zamanı əlavə 1000 manat tələbi... .....                     Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb .....                     "Novella Cəfəroğlunun partiyadan istefa səbəbi ictimaiyyətə məlumdur" .....                     Zaxarova İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına .....                     Yer farsların ayağı altından qaçır: İran paytaxtını dəyişir .....                     Paşinyandan Bakıya təklif: .....                     “Bank of Baku”nun Müşahidə Şurasına təyinatlar olub .....                     “HÜRRİYYƏT”İN BAŞ REDAKTORU TƏHDİD OLUNUR .....                     "Ağzınızı tikirəm, ağzınızı sökürəm" .....                     “Bəzilərinin həcisi var, mənimsə mollam?” .....                     Ermənistandakı revanşistlərin yalan kampaniyası: .....                     Rusiya dəhlizin açılması məsələsini hərbi yolla həll edə bilər .....                     Nazirlik inşaat şirkətindən məişət cihazları alır .....                     Naxçıvanda məmur şikayətçini kabinetində ƏZİŞDİRDİ... .....                     Kreml Paşinyanı devirmək üçün çox çalışdı, alınmadı... .....                     Ermənistanın Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına sentyabrın 16-da başlanacaq .....                     Naxçıvan MR Perinatal Mərkəzinin sabiq baş həkiminin etirafları .....                     Yeni Günəşlidə binaların istilik avadanlıqları oğurlanıb .....                     Ağdaşdakı Bayraq meydanı niyə bayraqsız qalıb? .....                     Kollec bizə həqiqətənmi lazımdır? .....                     Şamaxı və Ağsu Həkim Məsləhət Komissiyası yataq xəstəsini feldşerə yoxlatdırıb .....                     "Təhsil strategiyamız düzgün qurulmalıdır" .....                     Dəhlizlə bağlı son variant: .....                     78 saylı Lənkəran kənd seçki dairəsinin əksər seçki məntəqələrində qanun pozuntusu qeydə alınıb .....                     Azərbaycanda üzüm ucuzlaşdı .....                     Azərbaycanda maaş sistemi dəyişir: .....                     Universitet 117,3 minlik xidməti avtomobili bu şirkətdən aldı .....                 

Paşinyan İrəvan merini yola salmağa çalışır - Baqratla əlaqə?
Tarix: 17-08-2024, 12:29 | Çap et
Paşinyan İrəvan merini yola salmağa çalışır
Ermənistanda dərinləşən siyasi böhran və “Vətən uğrunda Tavuş” hərəkatının aksiyaları ilə bağlı fikir bildirməyən İrəvan meri Tiqran Avinyanın susqunluğu hakimiyyəti ciddi şəkildə narahat edib. Hakim partiya merin dostları və qohumlarına qarşı cinayət işi açmaqla onun ətrafındakı dairəni daraltmağa çalışır.

Komanda daxilində komanda

Bir müddət əvvəl İrəvan bələdiyyəsi tərəfindən keçirilən inzibati iclasda Avinyan Ərəbkir rayonunun rəhbəri Aram Azatyan və Kanaker-Zeytun rayonunun rəhbəri Artak Hovakimyanı tərifləyib. Bir gün sonra isə təhlükəsizlik qüvvələri Azatyanı həbs edib. Sonradan məhkəmə 30 milyon dram girov qarşılığında onu ev dustaqlığına buraxıb. Bu isə sübut edir ki, İrəvan bələdiyyəsində çalışan hakim partiyanın üzvləri komanda daxilində komanda yaradırlar. Elə bu səbəbdən də Ərəbkir rayon rəhbərinin iki müavini Qeqam Karapetyan və Davit Balasanyan da bir ay müddətinə həbs ediliblər. Onların həbsi də partiyanın konkret hərəkətə keçməsindən xəbər verir. “Vətəndaş müqaviləsi”ndə heç kəsin sərbəst fikri olmamalı və hamı Nikol Paşinyana pərəstiş etməlidir.

Avinyanın müəmmalı torpaq satışı

Hadisələrin analizi göstərir ki, Paşinyanın səbir kasasının daşma səbəblərindən biri də Avinyanın keçmiş respublikaçı, millət vəkili Samvel Aleksanyanın kürəkəninə 70 milyon dram qarşılığında torpaq satması olub. Davit Davtyan “Arm Construct” şirkətinin rəhbəri Aleksanyanın qızı ilə evlidir və merin qərarı ilə şəhərin bahalı rayonlarından sayılan Komitas prospektində böyük torpaq sahəsinə sahib olub. Əslində bu məsələdə də mer müəyyən fırıldağa əl atıb. Sənədlərdən məlum olub ki, torpaq ərazi dəyərləndirməsi zamanı üçüncü zonanın bazar dəyəri qiymətinə satılıb. Əslində isə Komitas prospektində torpağın qiyməti bundan qat-qat bahadır. Bir ay əvvəl Ərəbkirdə 16 mərtəbəli bina tikməyə çalışan Davtyanın icazəsi hakim partiya tərəfindən ləğv edildiyi halda, Avinyanın ona torpaq satması merin Paşinyanın qərarlarına hörmətsizlik etməsi kimi qəbul edilib.

Toxunulmazlığın ləğvi

Hakim partiya kuluarlarında gəzən söhbətə görə, Avinyan bir il mer postunda oturduqdan sonra Paşinyan Ağsaqqallar Şurası vasitəsilə ona etimadsızlıq prosesi təşkil edəcək. Belə ki, şuranın müxalifət fraksiyaları sentyabrda İrəvan merinə etimadsızlıqla bağlı müzakirələrə başlamağa hazırlaşırlar.

Paşinyan boşaldılacaq mer postuna Armen Pambuxçyanı namizəd kimi görür. Çünki Tiqrandan fərqli olaraq, Armen idarəolunandır və hakimiyyətin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirir.

Ermənistan qanunlarına əsasən, bələdiyyə sədri seçilən şəxs bir il müddətinə toxunulmaz olur. Avinyan üçün toxunulmazlıq da 10 oktyabr tarixində başa çatır.

Saxta sorğular

Yuxarıda da qeyd edildiyi kimi, Avinyanın toxunulmazlıq müddəti başa çatan kimi “Vətəndaş müqaviləsi” konkret hərəkətə keçəcək. Bunun üçün isə alt bazanı hazırlamaq tapşırığına uyğun olaraq, keçirilən sorğularda İrəvan merinin çox zəif səs toplaması, kütlə tərəfindən tənqid edilməsi, istefaya səslənməsi görüntüsü yaradılır. Məlum olub ki, paytaxt sakinləri beş ballıq şkala ilə ölçülən sorğuda merin fəaliyyətini 2.6 balla dəyərləndiriblər. Respondentlərin 32.6 faizi hesab edir ki, Avinyan dərhal istefa verməlidir. 17.3 faizi isə hesab edir ki, mer istefa versə, daha yaxşı olar.

Avinyan tənqid hədəfində

İrəvan merini gözdən salmaq üçün Paşinyan təkcə öz partiyadaşlarından istifadə etmir. Belə ki, keçmiş deputat Sona Aqekyan da Avinyanı tənqid edənlər sırasına qoşulub. O qeyd edib ki, İrəvan xaos içindədir. Çünki mer öz səlahiyyətlərindən düzgün istifadə edə bilmir. Aqekyan qeyd edib ki, hazırda İrəvanda qeyri-məhdud tikinti icazələri qeydə alınır, bitki örtüyü ilə örtülmüş ərazilər yoxa çıxır. Bu tip çıxışlar tək Sona Aqekyanla məhdudlaşmır. Bir sıra deputatlar, ictimai xadimlər də İrəvan merini, onun atdığı addımları tənqid edirlər.

Baqratla əlaqə

Nikol Paşinyanı qəzəbləndirən əsas səbəblərdən biri T.Avinyanın Baqrat Qalstanyanla əlaqəsidir. Siyasi kulislərdə gəzən söhbətlərə görə, Avinyan erməni keşişlə gizli şəkildə bir neçə dəfə qısamüddətli görüş keçirib, onu dəstəklədiyini, hakimiyyətdən bezdiyini dilə gətirib. Eyni zamanda “Vətən naminə Tavuş” hərəkatının keçirdiyi aksiyalar zamanı da Tiqranın ağzına su alıb susması, heç bir fikir bildirməməsi baş nazirin diqqətindən yayınmayıb. Payız aylarında Baqratın yenidən aktivləşəcəyini, müxtəlif aksiyalar keçirəcəyini bəyan etməsi hakim partiyanın indidən hərəkətə keçməsinə səbəb olub.

Göründüyü kimi, Paşinyan yolunda əngəl ola biləcək hər kəsi əzərək keçməyi adətə çevirib. Vaxtilə təriflədiyi, adam saydığı, meydanlardakı etiraz aksiyalarında çiyin-çiyinə dayandığı Tiqranı da yolundan kənara atmaq artıq onun hədəfidir. Avinyanın Baqratla görüşdüyü barədə yayılan xəbərlər kölgəsindən də qorxan Nikol üçün həlledici səbəb olub.

"Kaspi" qəzeti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Din təhsil ocaqlarında tədris olunmalıdırmı? - AÇIQLAMA
Bu gün, 00:05
"Bəzi məktəb direktorları haqda gələn şikayətlər ört-basdır edilir, kiminsə himayəsində vəzifədə qalır"
Bu gün, 00:02
"Məktəb direktorları, direktor müavinləri və müəllimlər psixoloji və narkoloji testdən keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 19:02
“Qarabağ nümayəndəliyinin binasını SOCAR-a verəcəklər”
Dünən, 19:00
İrəvan separatçıları geri istəyir: - “Müzakirə predmenti ola bilməz”
Dünən, 18:56
Azərbaycanda ət bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Dünən, 18:15
“İşin içində bir neçə vəzifəli şəxsin adı keçir” - TƏFƏRRÜAT
Dünən, 18:10
Paşinyan erməni separatçılara savaş açır: - Silahlı qiyam planını pozmaq üçün onları ölkədən çıxarırlar
Dünən, 18:08
Bu dünyada ancaq quşlar pulsuz oxuya bilər - Qulu Məhərrəmli
Dünən, 18:07
İqtisadiyyatın qaranlıq gələcəyi: - Neft qiymətləri aşağı düşür, hasilat və gəlirlər azalır...
Dünən, 18:04
Putinin Türkiyə səfəri zamanı NATO-nun HHM sistemləri söndürülə bilər? – İDDİA
Dünən, 18:00
"Dövlətin yanındayam, istefa məktubunu yazdıqdan sonra İsa Qəmbərlə danışmışam, dedi ki..." - Novella Cəfəroğlu
Dünən, 17:56
Ermənistan gec də olsa... AĞILLANIR...
Dünən, 17:53
Bel yırtığı əməliyyatı zamanı əlavə 1000 manat tələbi... - TƏBİB və İTS-dən iddialara YETƏRSİZ CAVAB
Dünən, 17:52
Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb
Dünən, 17:49
"Novella Cəfəroğlunun partiyadan istefa səbəbi ictimaiyyətə məlumdur" - REAKSİYA
Dünən, 17:47
Zaxarova İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına münasibət bildirib
Dünən, 17:45
Yer farsların ayağı altından qaçır: İran paytaxtını dəyişir - Azərbaycanlılar nə qazanacaq?
Dünən, 17:43
Paşinyandan Bakıya təklif: - 16 maddədən ibarət sülh sazişi
Dünən, 17:40
“Bank of Baku”nun Müşahidə Şurasına təyinatlar olub - SİYAHI
Dünən, 17:38
“HÜRRİYYƏT”İN BAŞ REDAKTORU TƏHDİD OLUNUR – Vüqar Məmmədovun “qulağına lezva çəkmək istəyən” kimdir?
Dünən, 17:35
"Ağzınızı tikirəm, ağzınızı sökürəm" - Elza Seyidcahan
Dünən, 17:30
“Bəzilərinin həcisi var, mənimsə mollam?” - Ofeliya Şabanovadan qalmaqallı AÇIQLAMA
Dünən, 17:27
Ermənistandakı revanşistlərin yalan kampaniyası: - Bəzi qüvvələr hələ də ağıllanmayıb
Dünən, 17:22
Rusiya dəhlizin açılması məsələsini hərbi yolla həll edə bilər - Erməni ekspert
Dünən, 17:16
Nazirlik inşaat şirkətindən məişət cihazları alır - 3 milyonluq sövdələşmə
Dünən, 17:10
Naxçıvanda məmur şikayətçini kabinetində ƏZİŞDİRDİ... - Vasif Talıbovun ÖLƏNLƏRİNƏ RƏHMƏT...
Dünən, 17:06
Kreml Paşinyanı devirmək üçün çox çalışdı, alınmadı... - AMMA...
Dünən, 17:03
Ermənistanın Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına sentyabrın 16-da başlanacaq - KİV
Dünən, 17:00
Naxçıvan MR Perinatal Mərkəzinin sabiq baş həkiminin etirafları - İLGİNC FAKT
Dünən, 16:59
Yeni Günəşlidə binaların istilik avadanlıqları oğurlanıb - Sakinlərdən pul toplamaq tələb olunur
Dünən, 16:52
Ağdaşdakı Bayraq meydanı niyə bayraqsız qalıb? - VİDEO
Dünən, 16:49
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin?
Dünən, 16:47
Şamaxı və Ağsu Həkim Məsləhət Komissiyası yataq xəstəsini feldşerə yoxlatdırıb - Hələ də on ilin yataq xəstəsinin sənədi TSEK-ə göndərilməyib
Dünən, 16:27
"Təhsil strategiyamız düzgün qurulmalıdır" - ÇAĞIRIŞ
Dünən, 16:24
Dəhlizlə bağlı son variant: - “Qırmızı xətti keçib Zəngəzura girə bilərlər”
Dünən, 16:18
78 saylı Lənkəran kənd seçki dairəsinin əksər seçki məntəqələrində qanun pozuntusu qeydə alınıb
Dünən, 16:17
Azərbaycanda üzüm ucuzlaşdı
Dünən, 16:12
Azərbaycanda maaş sistemi dəyişir: - Əvvəlcə aylıq, sonra həftəlik və günlük
Dünən, 16:11
Universitet 117,3 minlik xidməti avtomobili bu şirkətdən aldı
Dünən, 16:10
Nə taxılın, nə də çörəyin qiymətinin bahalaşacağı gözlənilmir - AÇIQLAMA
Dünən, 16:07
“Hacıbaba Bağırov şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim”
Dünən, 16:04
Azərbaycanda hər gün 8,7 milyon manatlıq benzin və dizel satılır
Dünən, 16:01
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi – Səbəbini açıqladı
Dünən, 15:59
Paşinyan Okampoya qarşı – Qarabağ separatçıları İrəvana maraqlı deyil
Dünən, 15:58
“Zəngəzur dəhlizi Güney Azərbaycanın müstəqilliyinə yol açacaq”
Dünən, 15:55
“İrəvan Bakıya dəhliz verəcək, əvəzində heç nə almayacaq”
Dünən, 15:31
BDU-nun 3 milyonluq tenderi ləğv edildi
Dünən, 15:28
Nizaməddin Quliyevin işində adı hallanan bağça müdiri məhkəməyə VERİLDİ
Dünən, 15:27
“Putinin adını hallandırmayın” - Moskva
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru