Din təhsil ocaqlarında tədris olunmalıdırmı? .....                     "Bəzi məktəb direktorları haqda gələn şikayətlər ört-basdır edilir, .....                     "Məktəb direktorları, direktor müavinləri və müəllimlər psixoloji və narkoloji testdən keçirilməlidir" .....                     “Qarabağ nümayəndəliyinin binasını SOCAR-a verəcəklər” .....                     İrəvan separatçıları geri istəyir: .....                     Azərbaycanda ət bu halda ucuzlaşa bilər .....                     “İşin içində bir neçə vəzifəli şəxsin adı keçir” .....                     Paşinyan erməni separatçılara savaş açır: .....                     Bu dünyada ancaq quşlar pulsuz oxuya bilər .....                     İqtisadiyyatın qaranlıq gələcəyi: .....                     Putinin Türkiyə səfəri zamanı NATO-nun HHM sistemləri söndürülə bilər? .....                     "Dövlətin yanındayam, istefa məktubunu yazdıqdan sonra İsa Qəmbərlə danışmışam, dedi ki..." .....                     Ermənistan gec də olsa... .....                     Bel yırtığı əməliyyatı zamanı əlavə 1000 manat tələbi... .....                     Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb .....                     "Novella Cəfəroğlunun partiyadan istefa səbəbi ictimaiyyətə məlumdur" .....                     Zaxarova İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına .....                     Yer farsların ayağı altından qaçır: İran paytaxtını dəyişir .....                     Paşinyandan Bakıya təklif: .....                     “Bank of Baku”nun Müşahidə Şurasına təyinatlar olub .....                     “HÜRRİYYƏT”İN BAŞ REDAKTORU TƏHDİD OLUNUR .....                     "Ağzınızı tikirəm, ağzınızı sökürəm" .....                     “Bəzilərinin həcisi var, mənimsə mollam?” .....                     Ermənistandakı revanşistlərin yalan kampaniyası: .....                     Rusiya dəhlizin açılması məsələsini hərbi yolla həll edə bilər .....                     Nazirlik inşaat şirkətindən məişət cihazları alır .....                     Naxçıvanda məmur şikayətçini kabinetində ƏZİŞDİRDİ... .....                     Kreml Paşinyanı devirmək üçün çox çalışdı, alınmadı... .....                     Ermənistanın Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına sentyabrın 16-da başlanacaq .....                     Naxçıvan MR Perinatal Mərkəzinin sabiq baş həkiminin etirafları .....                     Yeni Günəşlidə binaların istilik avadanlıqları oğurlanıb .....                     Ağdaşdakı Bayraq meydanı niyə bayraqsız qalıb? .....                     Kollec bizə həqiqətənmi lazımdır? .....                     Şamaxı və Ağsu Həkim Məsləhət Komissiyası yataq xəstəsini feldşerə yoxlatdırıb .....                     "Təhsil strategiyamız düzgün qurulmalıdır" .....                     Dəhlizlə bağlı son variant: .....                     78 saylı Lənkəran kənd seçki dairəsinin əksər seçki məntəqələrində qanun pozuntusu qeydə alınıb .....                     Azərbaycanda üzüm ucuzlaşdı .....                     Azərbaycanda maaş sistemi dəyişir: .....                     Universitet 117,3 minlik xidməti avtomobili bu şirkətdən aldı .....                 

Məktəblərdə cəza dövrü yenidən başlayır - Görünəni odur ki...
Tarix: 17-08-2024, 09:28 | Çap et
Məktəblərdə cəza dövrü yenidən başlayır
"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" ilə bağlı layihədə məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər haqqında müddəalar qeyd edilib.

Artıq bunun tətbiqinə 2 ildir ki, başlanılıb.

Belə ki, şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla, inzibati tədbirlərə müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanılması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq və qırmızı xəbərdarlıq kimi qaydalar daxildir. Hər yarımilin sonunda yaşıl kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnamə və fəxri fərman ilə təltif olunur. 3 yaşıl kart olarsa, şagirdə tərifnamə verilir.

Şagird cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu alarsa, onun tərifnamə alması üçün yaşıl kartlarının sayı ən azı 5 olmalıdır. Şagirdə qırmızı xəbərdarlıq məktubu verilibsə ən azı 8 yaşıl kartı olmalıdır. 5 yaşıl kart olarsa, şagirdə təşəkkürnamə verilir.

Şagirdə cari yarımil ərzində narıncı xəbərdarlıq məktubu verilibsə, onun təşəkkürnamə alması üçün yaşıl kartların sayı ən azı 8 olmalıdır.

Şagirdin cari yarımildə qırmızı xəbərdarlıq məktubu varsa, ona təşəkkürnamə verilə bilməz. 8 yaşıl kart olarsa, şagirdə fəxri fərman verilir. Şagirdə cari yarımil ərzində narıncı və ya qırmızı xəbərdarlıq məktubu verilibsə, ona fəxri fərman verilə bilməz.

Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir. Şagird yaşıl kart aldıqdan sonra sarı xəbərdarlıq məktubu alarsa, 1 yaşıl kartı, narıncı və qırmızı xəbərdarlıq məktubu aldıqda isə 2 yaşıl kartı ləğv olunur.

Bəs bu cür cəzalandırma üsulu normaldırmı, yoxsa qaydalara yenidən baxılmalıdır?

Təhsil eksperti Elşən Qafarov "Cümhuriyət"-ə açıqlamasında bildirib ki, bu kartların Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur:

"Bu, artıq 2 ildir tətbiq olunur. Ötən il məktəblərdə baş verən neqativ hallar məhz həmin qaydaların tətbiq olunduğu ölkəmizdə baş verdi. Bunun Azərbaycan reallığı ilə heç bir əlaqəsi yoxdur. Hansısa xarici ölkələrdən tərcümə olunmuş, uyğun olmayan formada götürülmüş qaydalardır. Bu, yerli mühitə uyğun olaraq tətbiq olunmalıdır. İstənilən halda idarəetmədə rəğbətləndirmə, cəza üsulu var. Həmin rəğbətləndirmə halları ilə bağlı təkliflərimiz olub.

Şagirdlərin rəğbətləndirilməsi üçün regional təhsil idarələri səviyyəsində şagirdlərə təşəkkür məktubları, tərifnamə verilməlidir. Cəza sisteminə qaldıqda isə, cəza sistemi ilə bağlı şagird qaydaları məktəblərin özünün fərdi nizamnaməsində əksini tapmalıdır".

Onun sözlərinə görə, məktəblərin hər birinə uyğun nizamnamə hazırlanmalıdır:

"2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda və 2011-ci ildə qəbul edilmiş orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnamələrinə görə məktəbdaxili nizam-intizam qaydaları məktəb tərəfindən müəyyənləşdirilə bilər. Məktəblərin hər birinə uyğun nizamnamə hazırlanmalıdır ki, məktəblər yerləşdiyi əraziyə uyğun olaraq əlavə dəyişiklik edə bilsin. Nə qədər ki, məktəblərinin özünün fərdi nizamnaməsi qəbul edilməyib, bu qaydaların effekti də olmayacaq. Sizə bir nümunə danışım.

Qazaxıstanda Elm və Təhsil, Maarif Nazirliyi var. Nazirliyin Məktəbəqədər Təhsil Şöbəsinin müdiri könüllü şəkildə ərizə yazaraq gedib bağça müdiri işləyir. Biz onunla bağçada görüş keçirib, bunun səbəbini soruşduq. O dedi ki, nəzəri cəhətdən tapşırıqlar verirdik və görürdük ki, nələrsə qaydasında deyil. Mən də nazirdən xahiş etdim, məni bağçaların birinə müdir olaraq göndərsinlər ki, görüm, niyə bizim tapşırıqlarımızı yerinə yetirə bilmirlər, hansı problemlər var. Bu, böyük təcrübədir".

Ekspertin fikrincə, bu cür nümunələr ölkəmizdə də reallaşdırılmalıdır:

"Bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ayrı-ayrı struktur bölmələrində nəzəri biliklərlə yanaşı, praktiki bilikləri də olanlar çalışmalıdır. Nə qədər ki, bu agentlikdə ümumtəhsil məktəblərindən çıxmış kadrlar işləməyəcək, daim belə olacaq. Hansısa qaydalar hazırlanacaq və onlar da reallıqla üst-üstə düşməyəcək".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Din təhsil ocaqlarında tədris olunmalıdırmı? - AÇIQLAMA
Bu gün, 00:05
"Bəzi məktəb direktorları haqda gələn şikayətlər ört-basdır edilir, kiminsə himayəsində vəzifədə qalır"
Bu gün, 00:02
"Məktəb direktorları, direktor müavinləri və müəllimlər psixoloji və narkoloji testdən keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 19:02
“Qarabağ nümayəndəliyinin binasını SOCAR-a verəcəklər”
Dünən, 19:00
İrəvan separatçıları geri istəyir: - “Müzakirə predmenti ola bilməz”
Dünən, 18:56
Azərbaycanda ət bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Dünən, 18:15
“İşin içində bir neçə vəzifəli şəxsin adı keçir” - TƏFƏRRÜAT
Dünən, 18:10
Paşinyan erməni separatçılara savaş açır: - Silahlı qiyam planını pozmaq üçün onları ölkədən çıxarırlar
Dünən, 18:08
Bu dünyada ancaq quşlar pulsuz oxuya bilər - Qulu Məhərrəmli
Dünən, 18:07
İqtisadiyyatın qaranlıq gələcəyi: - Neft qiymətləri aşağı düşür, hasilat və gəlirlər azalır...
Dünən, 18:04
Putinin Türkiyə səfəri zamanı NATO-nun HHM sistemləri söndürülə bilər? – İDDİA
Dünən, 18:00
"Dövlətin yanındayam, istefa məktubunu yazdıqdan sonra İsa Qəmbərlə danışmışam, dedi ki..." - Novella Cəfəroğlu
Dünən, 17:56
Ermənistan gec də olsa... AĞILLANIR...
Dünən, 17:53
Bel yırtığı əməliyyatı zamanı əlavə 1000 manat tələbi... - TƏBİB və İTS-dən iddialara YETƏRSİZ CAVAB
Dünən, 17:52
Rusiya Paşinyanı ölkələrin sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb
Dünən, 17:49
"Novella Cəfəroğlunun partiyadan istefa səbəbi ictimaiyyətə məlumdur" - REAKSİYA
Dünən, 17:47
Zaxarova İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına münasibət bildirib
Dünən, 17:45
Yer farsların ayağı altından qaçır: İran paytaxtını dəyişir - Azərbaycanlılar nə qazanacaq?
Dünən, 17:43
Paşinyandan Bakıya təklif: - 16 maddədən ibarət sülh sazişi
Dünən, 17:40
“Bank of Baku”nun Müşahidə Şurasına təyinatlar olub - SİYAHI
Dünən, 17:38
“HÜRRİYYƏT”İN BAŞ REDAKTORU TƏHDİD OLUNUR – Vüqar Məmmədovun “qulağına lezva çəkmək istəyən” kimdir?
Dünən, 17:35
"Ağzınızı tikirəm, ağzınızı sökürəm" - Elza Seyidcahan
Dünən, 17:30
“Bəzilərinin həcisi var, mənimsə mollam?” - Ofeliya Şabanovadan qalmaqallı AÇIQLAMA
Dünən, 17:27
Ermənistandakı revanşistlərin yalan kampaniyası: - Bəzi qüvvələr hələ də ağıllanmayıb
Dünən, 17:22
Rusiya dəhlizin açılması məsələsini hərbi yolla həll edə bilər - Erməni ekspert
Dünən, 17:16
Nazirlik inşaat şirkətindən məişət cihazları alır - 3 milyonluq sövdələşmə
Dünən, 17:10
Naxçıvanda məmur şikayətçini kabinetində ƏZİŞDİRDİ... - Vasif Talıbovun ÖLƏNLƏRİNƏ RƏHMƏT...
Dünən, 17:06
Kreml Paşinyanı devirmək üçün çox çalışdı, alınmadı... - AMMA...
Dünən, 17:03
Ermənistanın Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına sentyabrın 16-da başlanacaq - KİV
Dünən, 17:00
Naxçıvan MR Perinatal Mərkəzinin sabiq baş həkiminin etirafları - İLGİNC FAKT
Dünən, 16:59
Yeni Günəşlidə binaların istilik avadanlıqları oğurlanıb - Sakinlərdən pul toplamaq tələb olunur
Dünən, 16:52
Ağdaşdakı Bayraq meydanı niyə bayraqsız qalıb? - VİDEO
Dünən, 16:49
Kollec bizə həqiqətənmi lazımdır? -Təhsil müəssisələri, yoxsa, tramplin?
Dünən, 16:47
Şamaxı və Ağsu Həkim Məsləhət Komissiyası yataq xəstəsini feldşerə yoxlatdırıb - Hələ də on ilin yataq xəstəsinin sənədi TSEK-ə göndərilməyib
Dünən, 16:27
"Təhsil strategiyamız düzgün qurulmalıdır" - ÇAĞIRIŞ
Dünən, 16:24
Dəhlizlə bağlı son variant: - “Qırmızı xətti keçib Zəngəzura girə bilərlər”
Dünən, 16:18
78 saylı Lənkəran kənd seçki dairəsinin əksər seçki məntəqələrində qanun pozuntusu qeydə alınıb
Dünən, 16:17
Azərbaycanda üzüm ucuzlaşdı
Dünən, 16:12
Azərbaycanda maaş sistemi dəyişir: - Əvvəlcə aylıq, sonra həftəlik və günlük
Dünən, 16:11
Universitet 117,3 minlik xidməti avtomobili bu şirkətdən aldı
Dünən, 16:10
Nə taxılın, nə də çörəyin qiymətinin bahalaşacağı gözlənilmir - AÇIQLAMA
Dünən, 16:07
“Hacıbaba Bağırov şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim”
Dünən, 16:04
Azərbaycanda hər gün 8,7 milyon manatlıq benzin və dizel satılır
Dünən, 16:01
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi – Səbəbini açıqladı
Dünən, 15:59
Paşinyan Okampoya qarşı – Qarabağ separatçıları İrəvana maraqlı deyil
Dünən, 15:58
“Zəngəzur dəhlizi Güney Azərbaycanın müstəqilliyinə yol açacaq”
Dünən, 15:55
“İrəvan Bakıya dəhliz verəcək, əvəzində heç nə almayacaq”
Dünən, 15:31
BDU-nun 3 milyonluq tenderi ləğv edildi
Dünən, 15:28
Nizaməddin Quliyevin işində adı hallanan bağça müdiri məhkəməyə VERİLDİ
Dünən, 15:27
“Putinin adını hallandırmayın” - Moskva
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru