İsrail dirəşir, ABŞ düşünür, ərəblər ehtiyat edir - “Yaxın Şərq NATO-su”
Tarix: 5-08-2024, 14:02 | Çap et
ABŞ və İsrail İrandan gələn təhlükəyə qarşı NATO-ya bənzər ittifaq yaratmalıdır. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresindəki çıxışında deyib.
Çıxışı zamanı o, bütövlükdə Yaxın Şərqə yönəlik baxışını açıqlayıb. Yəhudi dövlətinin Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, "bu, qismən insanların İkinci Dünya müharibəsindən sonra şahid olduqlarına əsaslanır".
“Müharibədən sonra ABŞ SSRİ-dən artan təhlükəyə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik alyansı (NATO) yaratdı. Eyni şəkildə, Amerika və İsrail bu gün İrandan gələn təhdidlərə qarşı durmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər”, - deyə Netanyahu bildirib.
Qeyd edib ki, regionda yəhudi dövləti ilə münasibətləri normallaşdıran istənilən ölkəni bu alyansa dəvət etmək lazımdır.
Maraqlı təklifdir, əlbəttə. Bəs belə bir hərbi ittifaqın yaradılması nə dərəcədə realdır? Və nə dərəcədə təsirli ola bilər? Yaxın Şərqi təşkil edən ölkələr arasındakı vəziyyətə və münasibətlərə ayıq nəzər salsaq, indi hansı dövlətlər bu alyansa üzv ola bilər?
AYNA-nın suallarını tanınmış israilli ekspertlər cavablandırıblar.
Hərbi ekspert David Gendelman:
“Reallıqda Netanyahunun dediyi hərbi ittifaq artıq qismən mövcuddur. Son illərdə ABŞ-ın himayəsi ilə Yaxın Şərqdə raket hücumu əleyhinə koalisiya yaradılıb və heç də əbəs deyil ki, İordaniya və digər ərəb ölkələri - bəziləri açıq, bəziləri isə gizli şəkildə - aprelin 13-də İranın İsrailə raket və dron hücumunun dəf edilməsinə kömək edib. Bu, müvafiq siyasət qərarları nəticəsində CENTCOM damı altında ilkin əməliyyat və texniki koordinasiya işlərinin nəticəsi idi.
Amma buradan, təbii ki, NATO kimi tamhüquqlu hərbi alyansa getmək üçün hələ uzun yol var ki, bu da müdafiə xarakterli olmaqla yanaşı, lazım gələrsə, hücum hərəkətlərini də nəzərdə tutur. BƏƏ, Bəhreyn, İordaniya və Səudiyyə Ərəbistanı İranın sabitliyi pozan addımlarından qorxur və buna görə də bu koalisiyada müxtəlif səviyyələrdə iştirak edirlər. Lakin ABŞ hələ də İrana açıq şəkildə hərbi güclə müqavimət göstərmək istəməsə, onlar da İsrailin əvəzinə “şabalıdları oddan çıxarmaycaqlar”. Onlar dəstək ola bilər, amma bu hərəkata rəhbərlik edə bilməzlər”.
İranşünas tədqiqatçı və jurnalist Mixail Borodkin:
“Obyektiv nöqteyi-nəzərdən götürsək, Yaxın Şərqdə təhlükəsizlik sahəsində ümumi maraqları olan bir sıra ölkələr var. İsrail, İordaniya və Ərəbistan yarımadasının ərəb dövlətləri İran rejimi və onun satellitləri, eləcə də sünni ekstremist qrupları tərəfindən təhdid edilir. Bu yaxınlarda belə hadisələrin adətən nadir olduğu Omanda terror aktı baş verdi. Yəni təhlükə çox yüksəkdir. Və obyektiv nöqteyi-nəzərdən yaxın hərbi ittifaq bu ölkələr üçün faydalı ola bilər.
Nəzəri cəhətdən belə bir ittifaq effektiv ola bilər. Bu, İrana və digər kənar oyunçulara Yaxın Şərq dövlətlərinin artıq onların daxili işlərinə müdaxiləyə dözmək istəmədiklərini, həmçinin onların əsl düşməninin və müttəfiqinin kim olduğunu başa düşdüyünü göstərəcək. Effektiv kəşfiyyat mübadiləsini qurmaq, döyüş effektivliyini artırmaq üçün birgə təlimlər keçirmək, terrorla mübarizə əməliyyatları keçirmək, regionun müdafiəsi üçün strateji planlar hazırlamaq və s.
Artıq mötədil ölkələrin hərbi ittifaqını yaratmaq cəhdləri olub - Səudiyyə Ərəbistanı bir vaxtlar husilərə qarşı müharibə üçün blok yaratmışdı. Müharibənin uğurları, yumşaq desək, təvazökar və mübahisəli olsa da, İran körfəzinin ərəb dövlətlərinin hərbi qüvvələrinin tarixdə ilk dəfə birləşməsi faktının özü çox diqqətəlayiqdir.
Bununla belə, ərəblərin və İsrailin iştirakı ilə “Yaxın Şərq NATO-su”nun yaradılmasının bir çox maneələri var. Yeni alyansa ABŞ-ın möhkəm zəmanəti lazımdır, o cümlədən orada Amerikanın iştirakı olmadan ərəb dövlətləri bu ittifaqda iştirak etməyə razı olmayacaq. Reputasiya riski çox böyükdür, çünki onların çoxu hələ də İsraillə münasibətləri normallaşdırmayıb.
Və ərəb ölkələri təhlükəsizlik məsələlərində ABŞ-a inamını tamamilə itirdikdən sonra - ümumilikdə Obamanın siyasəti və xüsusən də İran razılaşması və Baydenin bin Salmanla münaqişəsi səbəbindən (Tramp vəziyyəti bərpa etməyə uğursuz cəhd etdi, lakin Baydenin dövründə hər şey yenidən çökdü) - çətin ki, belə bir ittifaqa razı olsunlar.
Beləliklə, ABŞ-da prezident seçkiləri keçirilməyənə qədər bu alyansdan danışmaq mənasızdır. Hər şey seçkilərdə kimin qalib gələcəyindən və qalibin bu proqramı həyata keçirmək istəməsindən asılı olacaq.
Netanyahu bütün bunları çox gözəl anlayır. Hesab edirəm ki, onun təklifi daha çox belə bir ittifaqın yaradılmasına nail olmaq məqsədi ilə deyil, ərəb ölkələrinə düşmənlərinin İsrail deyil, İran olduğunu bir daha xatırlatmaq məqsədi ilə edilib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rusiya Azərbaycana yalvarır ki, kömək eləsin” - NƏ BAŞ VERİR?
Bu gün, 19:10 |
|
|
|
• 3 övladı olan ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində sosial müavinət VERİLSİN
Bu gün, 19:02 |
|
|
|
• Rusları öldürəcək erməni silahı: Paşinyanı yıxacaq - NƏ BAŞ VERİR?
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda demoqrafik əyri: - Problem getdikcə dərinləşir
Bu gün, 18:56 |
|
|
|
• Qətlə yetirilən Narinin yerini deyən azərbaycanlı GÖRÜN KİMDİR
Bu gün, 18:10 |
|
|
|
• Əhalinin əmanətləri niyə azalıb? - "Bu tendensiya bir neçə ay davam etsə..."
Bu gün, 18:07 |
|
|
|
• "Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm" - Nəbi Xəzrinin oğlu
Bu gün, 18:04 |
|
|
|
• “Doğrudur, İran Azərbaycan dövlətinin varlığını da həzm edə bilmir... Fəqət...” - REAKSİYA
Bu gün, 17:59 |
|
|
|
• Azərbaycanda maaşlarla bağlı ŞOK yenilik: - Aylıq əməkhaqqı ləğv edilir, BU TARİXDƏN...
Bu gün, 17:53 |
|
|
|
• Ramiz Mehdiyevin qızının hansı dövlət qurumlarını məhkəməyə verdiyi məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 17:47 |
|
|
|
• BÜDCƏ OĞRULARI... - İTTİHAM VAR...
Bu gün, 17:45 |
|
|
|
• Paşinyan və Mirzoyanın açıqladığı rəqəmlər niyə fərqlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:34 |
|
|
|
• Access Bank “Müddətli əmanət” faizlərini yüksəldib
Bu gün, 17:27 |
|
|
|
• Azərbaycanda un yenə ucuzlaşdı - YENİ QİYMƏTLƏR
Bu gün, 17:24 |
|
|
|
• Dövlət Reklam Agentliyi auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 17:22 |
|
|
|
• "Bu cavabın qarşısında mən nə etməliyəm?" - GİLEY
Bu gün, 17:20 |
|
|
|
• HHQ-də növbəti buraxılış mərasimi keçirilib
Bu gün, 17:12 |
|
|
|
• “Kafe işlətmək pornofilmə bənzəyir” - Taleh Yüzbəyov
Bu gün, 17:08 |
|
|
|
• NİZAMİDƏ SEÇKİ MƏZHƏKƏSİ - 24 saylı dairədə baş verən saxtakarlıqlar…
Bu gün, 17:07 |
|
|
|
• Paşinyanın sensasion “nə hərb, nə sülh” planı: - İrəvanda Ermənistanın tezliklə yox olacağını düşünürlər
Bu gün, 17:02 |
|
|
|
• Tehran-Moskva ixtilafı və ya "qırmızı xətt"in qaranlıq tərəfləri haqda - Bahəddin Həzi yazır...
Bu gün, 16:59 |
|
|
|
• “İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - AXI NİYƏ?
Bu gün, 16:48 |
|
|
|
• “Geyimdəyişmə otaqlarında xanımların kamerada görüntülənməsinə qətiyyən imkan vermək olmaz” - ETİRAZ
Bu gün, 16:46 |
|
|
|
• “Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı - Diqqət!
Bu gün, 16:31 |
|
|
|
• Əlil hərbçi kömək istəyir... - “AtaBank”ın əməkdaşı ilə əlbir olub…
Bu gün, 16:20 |
|
|
|
• Ermənilərin “Vardanyan planı”nı ifşa olundu - DETALLAR
Bu gün, 16:10 |
|
|
|
• Növbəti aylarda hansı ərzaq məhsullarının qiyməti artacaq?
Bu gün, 16:02 |
|
|
|
• “Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi... - QALMAQAL
Bu gün, 16:00 |
|
|
|
• İran Cənubi Qafqaz siyasətini dəyişir? - “Amwaj.Media”
Bu gün, 15:58 |
|
|
|
• “Veysəloğlu Şirkətlər Qrupu”nda yeni təyinat olub - ƏMR
Bu gün, 15:52 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”da daha bir təyinat olub - FOTO
Bu gün, 15:50 |
|
|
|
• Separatçıların qaçırılma planı: Hələ qatarın arxasınca çox boylanacaqlar -ŞƏRH
Bu gün, 15:45 |
|
|
|
• Xüsusi təyinatlılarımız "Sonsuz qardaşlıq - III" təlimində iştirak edir
Bu gün, 15:40 |
|
|
|
• Bu rayonlarda 10 nəfərdən çox işçisi olan market yoxdur
Bu gün, 15:39 |
|
|
|
• Emin Ağalarov Bakıya milyard dollarlıq investisiya gətirir - AÇIQLAMA
Bu gün, 15:37 |
|
|
|
• “Heç bir qüvvə İranla Ermənistanı ayıra bilməz” - Qriqoryandan Sübhaniyə
Bu gün, 15:34 |
|
|
|
• "Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşəm" - Məhkəmə
Bu gün, 15:32 |
|
|
|
• Ermənistan Hava Hücumundan Müdafiə vasitələrinin demək olar hamısını Ukraynaya verib - KİV
Bu gün, 15:31 |
|
|
|
• Zəngəzur dəhlizi üçün hərbi qarşıdurma? - AKTUAL
Bu gün, 15:09 |
|
|
|
• AzTV-də sədr müavini idi... İNDİ İSƏ... - TƏYİNAT
Bu gün, 15:06 |
|
|
|
• İrəvan kommunikasiyaların açılmasında üçüncü tərəflərin nəzarətini istisna edir - Mirzoyan
Bu gün, 15:03 |
|
|
|
• Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:02 |
|
|
|
• İran nədən Zəngəzur dəhlizinə qarşıdır... - Tehran Kremli belə göz önünə alır...
Bu gün, 15:00 |
|
|
|
• İranda güney azərbaycanlı fəalın məhkəmədə ana dilində çıxışını hakim farscaya tərcümə etdirib
Bu gün, 14:28 |
|
|
|
• Yollara çəkilmiş xüsusi zolaqlar... - Ekspert deyir problem var, AYNA deyir hər şey yaxşıdır
Bu gün, 14:00 |
|
|
|
• Niderland şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 13:56 |
|
|
|
• Müsavat Partiyasında iclas: - Novella Cəfəroğlunun məsələsi də müzakirə ediləcək
Bu gün, 13:18 |
|
|
|
• AzTV Haqqın.az-ı vurdu: “Peşəkar reketçilik…” - "...həmin seriala diqqətlə baxsınlar"
Bu gün, 13:14 |
|
|
|
• “Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək
Bu gün, 13:08 |
|
|
|
• Azərbaycanda cəmi 2 rayonda yeni iş yeri açılmayıb - SİYAHI
Bu gün, 13:04 |
|
|
|
|