“Rusiya Azərbaycana yalvarır ki, kömək eləsin” .....                     3 övladı olan ailələrə hər uşağa görə .....                     Rusları öldürəcək erməni silahı: Paşinyanı yıxacaq .....                     Ermənistanda demoqrafik əyri: .....                     Qətlə yetirilən Narinin yerini deyən azərbaycanlı .....                     Əhalinin əmanətləri niyə azalıb? .....                     "Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm" .....                     “Doğrudur, İran Azərbaycan dövlətinin varlığını da həzm edə bilmir... Fəqət...” .....                     Azərbaycanda maaşlarla bağlı ŞOK yenilik: .....                     Ramiz Mehdiyevin qızının hansı dövlət qurumlarını məhkəməyə verdiyi məlum oldu .....                     BÜDCƏ OĞRULARI... .....                     Paşinyan və Mirzoyanın açıqladığı rəqəmlər niyə fərqlidir? .....                     Access Bank “Müddətli əmanət” faizlərini yüksəldib .....                     Azərbaycanda un yenə ucuzlaşdı .....                     Dövlət Reklam Agentliyi auditor seçdi .....                     "Bu cavabın qarşısında mən nə etməliyəm?" .....                     HHQ-də növbəti buraxılış mərasimi keçirilib .....                     “Kafe işlətmək pornofilmə bənzəyir” .....                     NİZAMİDƏ SEÇKİ MƏZHƏKƏSİ .....                     Paşinyanın sensasion “nə hərb, nə sülh” planı: .....                     Tehran-Moskva ixtilafı və ya "qırmızı xətt"in qaranlıq tərəfləri haqda .....                     “İstədikləri vaxtda yolu bağlayıb-açırlar” .....                     “Geyimdəyişmə otaqlarında xanımların kamerada görüntülənməsinə qətiyyən imkan vermək olmaz” .....                     “Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı .....                     Əlil hərbçi kömək istəyir... .....                     Ermənilərin “Vardanyan planı”nı ifşa olundu .....                     Növbəti aylarda hansı ərzaq məhsullarının qiyməti artacaq? .....                     “Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi... .....                     İran Cənubi Qafqaz siyasətini dəyişir? .....                     “Veysəloğlu Şirkətlər Qrupu”nda yeni təyinat olub .....                     “Ziraat Bank Azərbaycan”da daha bir təyinat olub .....                     Separatçıların qaçırılma planı: Hələ qatarın arxasınca çox boylanacaqlar .....                     Xüsusi təyinatlılarımız "Sonsuz qardaşlıq - III" təlimində iştirak edir .....                     Bu rayonlarda 10 nəfərdən çox işçisi olan market yoxdur .....                     Emin Ağalarov Bakıya milyard dollarlıq investisiya gətirir .....                     “Heç bir qüvvə İranla Ermənistanı ayıra bilməz” .....                     "Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşəm" .....                     Ermənistan Hava Hücumundan Müdafiə vasitələrinin demək olar hamısını Ukraynaya verib .....                     Zəngəzur dəhlizi üçün hərbi qarşıdurma? .....                     AzTV-də sədr müavini idi... İNDİ İSƏ... .....                 

Avropa Parlamenti silkələnir: Bakının mövqeyi dəyişməyib - GƏLİŞMƏ
Tarix: 5-08-2024, 10:43 | Çap et
Avropa Parlamenti silkələnir: Bakının mövqeyi dəyişməyib
Elçin Alıoğlu - TREND


Avropa Parlamentinə seçkilər başa çatandan dərhal sonra Almaniyadakı radikal sağçı "Almaniya üçün alternativ" (Alternative für Deutschland, AfD) Partiyası sözügedən qurumda az yer qazanmış digər Avropa ifrat sağçı və radikal millətçi partiyalarla yeni qrup yaradacığını bəyan etdi.

"Suveren Millətlərin Avropası" (Europe of Sovereign Nations, ESN) adlı qrupa Fransadan "Rekonkista" (Reconquête), Polşadan "Konfederasiya", Bolqarıstandan "İntibah" (Vzrajdane), İspaniyadan "Bayramın sonu" (Se Acabó La Fiesta), Çexiyadan "Azadlıq və Birbaşa Demokratiya" (Svoboda a přímá demokracie, SPD), Slovakiyadan "Respublika Hərəkatı" (Hnutie Republika, HP), Macarıstandan "Bizim Vətənimiz" (Mi Hazánk Mozgalom, MHM) və Litvadan "Xalq və Ədalət İttifaqı" (Tautos ir teisingumo sąjunga, TTS) partiyalarının qatılacaqları deyilirdi.

Avropa İttifaqı ölkələrində ən məşhur ultrasağçı partiyalardan biri kimi tanınan AfD etnomillətçilik, islamofobiya və türkofobiya, tarixi revizionizm, iqlimin antropogen səbəblərdən dəyişməsinin inkar edilməsi mövqelərindən çıxış edir.

Avropa Parlamentinin yeni heyətinin iyulun 16-da keçirilmiş ilk iclasında qrup artıq vardı, amma heyəti bir qədər fərqli idi.

Hazırda "Suveren Millətlər Avropası" (ESN) qrupu 25 nəfər üzvlə Avropa Parlamentində ən kiçik qrup sayılır. Qrupda AfD-nin 14, Polşanın "Yeni Ümid" (Nowa Nadzieja, NN) Partiyasının və Bolqarıstanın "İntibah"ının hər birinin 3, Çexiyanın "Azadlıq və Birbaşa Demokratiya"sının, Fransanın "Rekonkista"sının, Macarıstanın "Bizim Vətənimiz"in, Litvanın "Xalq və Ədalət İttifaqı"nın, Slovakiyanın "Respublika Hərəkatı"nın hər birinin 1 deputatı var.

Avropa Parlamentinin reqlamentinə və qaydalarına görə, qrup artıq rəsmi fraksiya sayılır. Beləliklə, qrup "qoşulmamışlar" sırasına daxil edilməkdən qurtulub. Avropa Parlamentinin reqlamentinə görə, "qoşulmamışlar" sırasında olan deputatların nüfuzu və hətta çıxışlarına ayrılan müddət daha az olur.

ESN qrupu rəsmi bəyanat yayaraq Avropa İttifaqı ölkələrinə miqrasiyanın məhdudlaşdırılmasını, "Yaşıl sövdələşmə"yə yenidən baxılmasını, sosial müavinətlərin artırılmasına, Ukraynaya hərbi yardımların göstərilməsinə və s. qarşı çıxdığını bildirib.

Əsas məqamsa budur ki, ESN Avropa inteqrasiyası layihəsini idefiks, zərərli məsələ sayır. Xatırladaq ki, Avropa inteqrasiyası strategiyası çərçivəsində Aİ ölkələri "qoca qitə"də real siyasi və iqtisadi ittifaqın yaradılması üçün hüquqları ilə səlahiyyətlərinin bir qismini Avropa İttifaqı strukturlarına həvalə edirlər.

AfD-nin banilərindən biri Rene Aust və Polşanın "Konfederasiya" Partiyasının tanınmış funksionerlərindən olan Stanislav Tışkanın həmsədr olduqları ESN əlahiddə fəaliyyət göstərmək niyyətində deyil.

Qrup Avropa Parlamentində yeni yaradılmış "Vətənpərvərlər Avropa Uğrunda" (84 deputat) və "Avropalı Mühafizəkarlar" (78 deputat) fraksiyaları ilə strateji müttəfiqliyə başlamaq fikrindədir.

Beləliklə, yeni formalaşan koalisiya Avropa Parlamentində liberallar və demokratlarla ciddi rəqabət apara bilər.

Koalisiyadakı mühafizəkarlar, radikallar, millətçilər və ultrasağçılar aşkar antiqloboalizm, evroskeptisizm mövqelərindədir. Lakin onlar sıralarına ifrata varan sağçıları qəbul etməyəcəklər. Məsələn, Rumıniyanın "SOS Romania" Partiyasından olan deputatlar koalisiyaya qatılmaq istəsələr də, partiyanın şovinist mövqe tutması səbəbindən onlara rədd cavabı verilib. Polyak deputat Qjeqoj Braun ölkə parlamentində xanukal menoranı söndürəndən və iudaizmi "satanist təriqət" adlandırdığı, slovak deputat Milan Mazurek Xolokost barədə aşağılayıcı ifadələr söylədiyinə görə koalisiyaya qəbul edilməyiblər.

720 deputatdan ibarət Avropa Parlametində böyüklyünə görə 3-cü fraksiya olan "Vətənpərvərlər Avropa Uğrunda"nın ideya müəllifi və təşəbbüskarı Macarıstanın baş naziri Viktor Orbandır.

Avropa Parlamentində sağçılarla mühafizəkarların koalisiyası təbii ki, qurumda qüvvələr nisbətini öz xeyrinə dəyişə bilməyəcək. Sağçılar və millətçilər postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda Avropanın siyasətinə dəyişikliklərə və əlavələrə nail ola bilərlər.

İtaliyanın baş naziri Corci Meloninin və Polşanın sabiq baş naziri, "Hüquq və Ədalət" Partiyasının sədri Yaroslav Kaçinskinin bölgəmizdəki proseslərə münasibətlərini, xüsusilə də Azərbaycanla əlaqələri və strateji tərəfdaşlığı inkişaf etdirməyə çağırışlarını nəzərə alsaq, dəyişiliklərin ehtimalı artır.

Rəsmi Bakı daha intensiv əlaqələrə tərəfdar olan, Avropa Parlamentinin hazırda Azərbaycana qarşı tutduğu qərəzli mövqeyi destruktiv və məntiqsiz sayan siyasətçilər arasında Çexiyanın sabiq baş naziri Andrey Babiş (ANO Partiyasının sədri) və Avstriyadakı Azadlıq Partiyasının sədri Herbert Kikl də var.

Viktor Orbanın sədr olduğu "Fides" partiyasının lider mövqe tutduğu "Vətənpərvərlər Avropa Uğrunda" qrupuna Marin Le Penin "Milli Vəhdət" (Fransa), Matteo Salvininin "Liqa" (İtaliya), habelə Belçikanın "Flamand marağı" (Vlaams Belan), Hollandiyanın "Azadlıq" (Partij voor de Vrijheid, PVV), İspaniyanın "Səs" (Vox), Portuqaliyanın "Yetər!" (Chega!) və Danimarkanın Xalq Partiyası (Dansk Folkeparti, DF) da qoşulublar.

Həmin partiyalar arasında "Fides", PVV və "Liqa" hazırda ölkələrindəki hakimiyyət koalisiyalarına rəhbərlik edirlər.

"Suveren Millətlər Avropası” və "Vətənpərvərlər Avropa Uğrunda" qruplarının koalisiyası yeni strategiyanın tətbiqinə can atacağını bildirib.

Struktur ilk əvvəl Avropa İttifaqının qurumlarının bir sıra səlahiyyətlərini əllərindən alaraq Aİ ölkələrinə qaytarmaq fikrindədir: koalisiyanın fikrincə, Avropa İttifaqının təşkilatlarında ifrat bürokratiya və qeyri-demokratik mühit hökm sürür.

Koalisiya həmçinin, ölkələrinin adət-ənənələrini, yunan-Roma və yəhudi-xristian identikliyini mühafizə etdiyini bildirib.

Sağçılar "Yaşıl Sövdələşmə"ni də qəbul etmir və bildirirlər ki, bu qərar Avropada iqtisadi inkişaf ləngidir, aqrar bazarla kiçik fermerləri boğur, böyük beynəlxalq kənd təsərrüfatı şirkətlərinin maraqlarını qoruyur.

2020-ci ildə qəbul edilmiş "Yaşıl Sövdələşmə" 2050-c ildə Avropada "iqlim baxımından neytral status"un bərqərar olmasını, 1990-cı illə müqayisədə 2030-cu ildə atmosferə zəhərli tullantıların miqdarının 55 faiz azaldılmasını nəzərdə tutur.

Amma bütün bunlara rəğmən Avropa Parlamentində və ümumiyyətlə, Avropa İttifaqında xarici siyasət müstəvisində şüarçılıqdan, “Kollektiv Qərbin maraqları” tezisindən usanma prosesi, alternativ və ən əsası, konstruktiv siyasət axtarışları sürətlənib.

Avropa Parlamentində qərarların qəbulunda, xüsusilə də strateji məsələlərlə bağlı mövqelərdə yaxın zamanlarda köklü dəyişikliklər gözləmək sadəlövhlükdən başqa heç nə deyil. Libertarianlıq, qlobalizm və inkişaf etməkdə olan dövlətlərə resurs mənbəyi kimi baxışların pərdələndiyi demokratlıqla liberallıq bəyanatları hələ uzun müddət davam edəcək.

Strasburqdakı qurumun Cənubi Qafqazdakı geosiyasi reallıqları qəbul etməsi, regiondakı proseslərə sırf beynəlxalq hüquq və ədalət prizmasından yanaşması da sadəcə, xəyaldır.

Avropa Parlamentində və Avropa İttifaqında sağçılarla solçular tərəfdaşlığa başlamağa çalışsalar da, indiki saxta liberalizmə obyektiv müxalifət formalaşdıra biləcək radikal mərkəzin təşəkkül tapmasından, həmçinin liberalizmlə yanaşı, marksizm və millətçilikdən, islamofobiya və qlobalizmdən kənar 4-cü siyasi nəzəriyyənin bərqərar olmağa başlamasından danışmaq hələ çox tezdir.

Cənubi Qafqazdakı proseslərə yanaşma məhz bu baxımdan Avropa Parlamentində yaranan yeni qüvvələrin fəaliyyətinin dəyərləndirilməsinə lakmus kağızı rolunu oynayacaq.

Əgər “yenilər” də “köhnələr” kimi yalnız danışmaqla məşğul olaraq söz oyununu əməldən üstün tutacaqlarsa, Cənubi Qafqazda dayanıqlı sülhün və stabilliyin bərqərar olmasında, təhlükəsiz mühitin formalaşmasında bazis rolunu oynayacaq, Azərbaycanla Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi ilə bağlı prosesdə Ermənistanın destruktiv mövqeyini, rəsmi İrəvanın beynəlxalq hüququn obyekti statusunu asanlıqla subyekt yerinə qurban verərək əvəzində Qərbin himayəsini qazanmaq cəhdlərini görməyəcəksə, onda Strasburqla Brüsseldə baş verənlər və bundan sonra baş verəcəklər bizim üçün zərrə qədər əhəmiyyət kəsb etməyəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya Azərbaycana yalvarır ki, kömək eləsin” - NƏ BAŞ VERİR?
Bu gün, 19:10
3 övladı olan ailələrə hər uşağa görə ən azı 100 manat məbləğində sosial müavinət VERİLSİN
Bu gün, 19:02
Rusları öldürəcək erməni silahı: Paşinyanı yıxacaq - NƏ BAŞ VERİR?
Bu gün, 19:00
Ermənistanda demoqrafik əyri: - Problem getdikcə dərinləşir
Bu gün, 18:56
Qətlə yetirilən Narinin yerini deyən azərbaycanlı GÖRÜN KİMDİR
Bu gün, 18:10
Əhalinin əmanətləri niyə azalıb? - "Bu tendensiya bir neçə ay davam etsə..."
Bu gün, 18:07
"Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm" - Nəbi Xəzrinin oğlu
Bu gün, 18:04
“Doğrudur, İran Azərbaycan dövlətinin varlığını da həzm edə bilmir... Fəqət...” - REAKSİYA
Bu gün, 17:59
Azərbaycanda maaşlarla bağlı ŞOK yenilik: - Aylıq əməkhaqqı ləğv edilir, BU TARİXDƏN...
Bu gün, 17:53
Ramiz Mehdiyevin qızının hansı dövlət qurumlarını məhkəməyə verdiyi məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 17:47
BÜDCƏ OĞRULARI... - İTTİHAM VAR...
Bu gün, 17:45
Paşinyan və Mirzoyanın açıqladığı rəqəmlər niyə fərqlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:34
Access Bank “Müddətli əmanət” faizlərini yüksəldib
Bu gün, 17:27
Azərbaycanda un yenə ucuzlaşdı - YENİ QİYMƏTLƏR
Bu gün, 17:24
Dövlət Reklam Agentliyi auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 17:22
"Bu cavabın qarşısında mən nə etməliyəm?" - GİLEY
Bu gün, 17:20
HHQ-də növbəti buraxılış mərasimi keçirilib
Bu gün, 17:12
“Kafe işlətmək pornofilmə bənzəyir” - Taleh Yüzbəyov
Bu gün, 17:08
NİZAMİDƏ SEÇKİ MƏZHƏKƏSİ - 24 saylı dairədə baş verən saxtakarlıqlar…
Bu gün, 17:07
Paşinyanın sensasion “nə hərb, nə sülh” planı: - İrəvanda Ermənistanın tezliklə yox olacağını düşünürlər
Bu gün, 17:02
Tehran-Moskva ixtilafı və ya "qırmızı xətt"in qaranlıq tərəfləri haqda - Bahəddin Həzi yazır...
Bu gün, 16:59
“İstədikləri vaxtda yolu bağlayıb-açırlar” - AXI NİYƏ?
Bu gün, 16:48
“Geyimdəyişmə otaqlarında xanımların kamerada görüntülənməsinə qətiyyən imkan vermək olmaz” - ETİRAZ
Bu gün, 16:46
“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı - Diqqət!
Bu gün, 16:31
Əlil hərbçi kömək istəyir... - “AtaBank”ın əməkdaşı ilə əlbir olub…
Bu gün, 16:20
Ermənilərin “Vardanyan planı”nı ifşa olundu - DETALLAR
Bu gün, 16:10
Növbəti aylarda hansı ərzaq məhsullarının qiyməti artacaq?
Bu gün, 16:02
“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi... - QALMAQAL
Bu gün, 16:00
İran Cənubi Qafqaz siyasətini dəyişir? - “Amwaj.Media”
Bu gün, 15:58
“Veysəloğlu Şirkətlər Qrupu”nda yeni təyinat olub - ƏMR
Bu gün, 15:52
“Ziraat Bank Azərbaycan”da daha bir təyinat olub - FOTO
Bu gün, 15:50
Separatçıların qaçırılma planı: Hələ qatarın arxasınca çox boylanacaqlar -ŞƏRH
Bu gün, 15:45
Xüsusi təyinatlılarımız "Sonsuz qardaşlıq - III" təlimində iştirak edir
Bu gün, 15:40
Bu rayonlarda 10 nəfərdən çox işçisi olan market yoxdur
Bu gün, 15:39
Emin Ağalarov Bakıya milyard dollarlıq investisiya gətirir - AÇIQLAMA
Bu gün, 15:37
“Heç bir qüvvə İranla Ermənistanı ayıra bilməz” - Qriqoryandan Sübhaniyə
Bu gün, 15:34
"Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşəm" - Məhkəmə
Bu gün, 15:32
Ermənistan Hava Hücumundan Müdafiə vasitələrinin demək olar hamısını Ukraynaya verib - KİV
Bu gün, 15:31
Zəngəzur dəhlizi üçün hərbi qarşıdurma? - AKTUAL
Bu gün, 15:09
AzTV-də sədr müavini idi... İNDİ İSƏ... - TƏYİNAT
Bu gün, 15:06
İrəvan kommunikasiyaların açılmasında üçüncü tərəflərin nəzarətini istisna edir - Mirzoyan
Bu gün, 15:03
Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:02
İran nədən Zəngəzur dəhlizinə qarşıdır... - Tehran Kremli belə göz önünə alır...
Bu gün, 15:00
İranda güney azərbaycanlı fəalın məhkəmədə ana dilində çıxışını hakim farscaya tərcümə etdirib
Bu gün, 14:28
Yollara çəkilmiş xüsusi zolaqlar... - Ekspert deyir problem var, AYNA deyir hər şey yaxşıdır
Bu gün, 14:00
Niderland şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 13:56
Müsavat Partiyasında iclas: - Novella Cəfəroğlunun məsələsi də müzakirə ediləcək
Bu gün, 13:18
AzTV Haqqın.az-ı vurdu: “Peşəkar reketçilik…” - "...həmin seriala diqqətlə baxsınlar"
Bu gün, 13:14
“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək
Bu gün, 13:08
Azərbaycanda cəmi 2 rayonda yeni iş yeri açılmayıb - SİYAHI
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru