Kazanda üçtərəfli görüş keçirilə bilər? .....                     "Eh, ay ana, heç sənin sözünü unudaram?!" .....                     Dövlət qurumu 2 tenderə yekun vurdu .....                     Dövlət Agentliyi auditor seçdi .....                     ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri... .....                     Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü .....                     "İran sonda Zəngəzur məsələsində .....                     Azərbaycanda pensiyaçıların sayı niyə gün-gündən azalır? .....                     Dövlət qurumundan “Hermano” şirkətinə .....                     Əliyevin yeni təklifi: .....                     "Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır" .....                     Blinken Ukraynanin yeni XİN rəhbəri ilə danışdı .....                     “İnternet provayderləri əhalini aldadır, müqavilə şərtlərinə əməl etmirlər” .....                     Moskva Afrikada Parisə daha bir zərbə endirib .....                     Əliyevin İtaliya proqramı: .....                     Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər .....                     “ƏVVƏLKİ KİMİ VƏHŞİ KARUSELLƏR OLMADI...” .....                     Təqaüddə olan hakim pensiyasından narazı olduğu üçün məhkəməyə üz tutdu .....                     Maaş və pensiya artımı ilə bağlı .....                     İranla Ermənistan arasında 3 milyardlıq əməkdaşlıq .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat olub .....                     Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda .....                     "Zabrat bələdiyyəsinə deyə bilərsənmi, bizə pulsuz qəbir yeri versin?" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Kərə yağının qiyməti “kəllə çarxa” qalxdı .....                     “Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik” .....                     İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? .....                     Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə .....                     Bazarda Çindən gətirilən sintetik məktəb formaları dolaşır .....                     Azər Qasımlı ölkədən qaçıb? .....                     Gömrük Komitəsi ləğv olunur? .....                     Rusiyada törədilən qətl .....                     Həbsdəki separatçıların BAKI MÜHAKİMƏSİ... .....                     “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib .....                     Bu, işçilər üçün heç də YAXŞI HAL DEYİL... .....                     Polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb .....                     Radikal müxalifətin növbəti absurdu .....                     Başqalarının savaşında nə işimiz var?! .....                     Prezidentin xüsusi nümayəndəsi Şuşada toyda .....                     Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb .....                 

Ermənistana münasibətdə İranla Qərbin sinxron siyasəti - İNCƏLƏMƏ
Tarix: 27-07-2024, 16:07 | Çap et
Ermənistana münasibətdə İranla Qərbin sinxron siyasəti
Neçə gündür ki, yerli və əcnəbi ekspertlər Tehranla İrəvan arasında gizli hərbi sövdələşmə haqda şərhlər verirlər. Söhbət redaksiyası Londonda yerləşən “Iran International”da dərc olunan məqalədə yazılan hərbi sövdələşmədən gedir.
Ekspertlərin az bir qismi, məqalədəki faktların, yəni İranın Ermənistana 500 milyon dollar dəyərində pilotsuz uçuş aparatları (PUA) və zenit-raket kompleksi (ZRK) satmağı planlaşdırmasının saxta olduğunu, çox hissəsi isə əksinə həqiqəti əks etdirdiyini bildirirlər.

Düşünürəm ki, İranla Ermənistan arasında yeni gizli hərbi anlaşma mümkündür. Hətta o da mümkündür ki, onun həcmi 500 milyon dəyərindədir. Ancaq bunun qısa bir zaman kəsiyində, yəni uzağı bir ilə reallşdırılacağı da ağılabatan deyil və açığı, burada mənim diqqətimi daha çox çəkən və ekspertlərdən demək olar ki, heç birinin toxunmadığı bir məqam var.

Bu, sözügedən məqalənin Böyük Britaniya baş nazirinin Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli format çərçivəsində görüşlərinin təşkilinə Paşinyanın razılıq verməməsindən dərhal sonra meydana çıxmasıdır. Özü də Birləşmiş Ştatların Ermənistanla “Eagle Partner 2024” proqramı çərçivəsində birgə hərbi təlimlərinin başa çatdığı gün.

Xatırladım ki, “Iran International” davamlı şəkildə insayder informasiyası ilə təmin olunur və əgər orada İranın Ermənistana 500 milyon dollar dəyərində “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohajer” PUA-ları, eləcə də “Xordad 3”, “Məcid”, “Xordad 15” və “Arman” ZRK-ları satmağı planlaşdırdığı, bu halda sözügedən ölkələr arasında gizli anlaşmanın olduğu bildirilirsə, əminəm ki, açıqlananlar sadəcə jurnalist araşdırmasına, yaxud da fantaziyasına söykənmir. Bu informasiyanı əldə edən və yaylımasında maraqlı olan ciddi qurumlar var.

Həmin qurumların məqsədinin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin dediyi kimi, “regionda dostluğa çan atan” ölkəsinin gözdən salınması olduğunu düşünmürəm. Söhbət əgər İranın gözdən salınmasından gedirsə, özünün nataraz açıqlamaları ilə burada Mehdi Sübhani hər kəsi kölgədə qoyur. Onun “Azadlıq” radiosunun hay redaksiyasına verdiyi müsahibədən elə də çox vaxt keçməyib. Bu həmin Sübhanidir ki, sözügedən müsahibədə Qarabağdan gedən hayların oranı “öz xoşlarına tərk etmədiklərindən”, o üzdən də “geri qaytarılmalı” olduqlarından dəm vurduğu halda, əsl etnik təmizləməyə uğrayan azərbaycanlılardan bir kəlmə də danışmır. Həm də nəinki danışmır, başqa bir açıqlamasında Ermənistanda demoqrafik mənzərənin dəyişməsinə yol verməyəcəklərini deməkdən, Qərbi Azərbaycanlıların öz yurd yerlərinə dönmələrini istəmədiklərini sərgiləməkdən də çəkinmir.

Buradan da görünür ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Güney Qafqazdakı proseslərə yanaşmada ölkəsinin İranla eyni mövqeni bölüşdükləri haqda sözləri heç də əsassız deyil. “Iran International”da gedən yazı göstərir və məncə, bu yazıyla həm də göstərilir ki, təkcə Fransa yox, Birləşmiş Ştatlar da regionda İranla sinxron hərəkət edir.

Heç inandırcı deyil ki, özünün yüksək rütbəli hərbçilərindən birinin maaşını artıq Pentaqona deyil, Dövlət departamentinə verdirməklə “mülki şəxs” statusu ilə uzun müddətə Ermənistanın Müdafiə nazriliyinə yerləşdirən rəsmi Vaşinqton sevimli haylarla sözdə düşmən farslar arasındakı gizli hərbi sövdələşmədən xəbərsizdir. Elə İranın Ermənistandakı səfirinin məhz Birləşmiş Ştatların maliyyələşdirdiyi “Azadlıq” radiosunda Azərbaycan əleyhinə “Freedom House”casına danışmasının özü də molla rejimi ilə Bayden administrasiyasının bizim regionda maraqlarının üst-üstə düşdüyünün və ortaq hədəflərinin olduğunun təsdiqi deyilmi?

Beləliklə, yenə qayıdıram “Iran International”da gedən yazının nədən Böyük Britaniya baş nazirinin Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli format çərçivəsində görüşlərinin təşkilinə Paşinyanın razılıq verməməsindən dərhal sonra meydana çıxmasının üzərinə. Mən öncə də bildirmişdim, indi də bu fikirdəyəm ki, həmin görüşün alınmamasında Blinkenin rolu Makronunkundan da, Lavrovunkundan da daha böyük olub. Londonda da bunu gözəl bilir və İranla Ermənistan arasındakı gizli hərbi sövdələşmənin detallarını sızdırmaqla son günlərini yaşayan Bayden administrasiyasının mahiyyətini açıb göstərirlər.

Azərbaycana gəldikdə, mən fikirləşmirəm ki, rəsmi Bakı Ermənistanın Müdafiə nazirliyinin, yaxud da Sübhani kimi birisinin belə sövdələşmənin olmadığı haqda dediklərinə inanaraq bu yöndə hər hansı araşdırma aparmır. Araşdırma da aparılır, hər şey tam dəqiqləşdirildikdən sonra cavab addımlar da atılacaq.

Sahib Alıyev, siyasi ekspert
AzVision.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kazanda üçtərəfli görüş keçirilə bilər? - AKTUAL
Bu gün, 08:01
"Eh, ay ana, heç sənin sözünü unudaram?!"
Bu gün, 07:59
Dövlət qurumu 2 tenderə yekun vurdu – QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 00:05
Dövlət Agentliyi auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 00:02
ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri... - Rusiya ilə bağlı ola bilməz...
Dünən, 14:12
Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü - FOTO
Dünən, 14:08
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq..."
Dünən, 14:02
Azərbaycanda pensiyaçıların sayı niyə gün-gündən azalır? - AÇIQLAMA
Dünən, 14:00
Dövlət qurumundan “Hermano” şirkətinə 7 milyonluq SİFARİŞ
Dünən, 13:56
Əliyevin yeni təklifi: - Putin və Zelenski Bakıda görüşə bilər
Dünən, 13:24
"Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır"
Dünən, 13:21
Blinken Ukraynanin yeni XİN rəhbəri ilə danışdı
Dünən, 12:59
“İnternet provayderləri əhalini aldadır, müqavilə şərtlərinə əməl etmirlər” - Vətəndaş rəsmən QARƏT OLUNUR
Dünən, 12:53
Moskva Afrikada Parisə daha bir zərbə endirib - KİV
Dünən, 12:41
Əliyevin İtaliya proqramı: - Qovluqlarda olanlar
Dünən, 12:33
Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər
Dünən, 12:31
“ƏVVƏLKİ KİMİ VƏHŞİ KARUSELLƏR OLMADI...” – “ATƏT müşahidəçiləri deyir ki, sanki Norveçdir...”
Dünən, 12:25
Təqaüddə olan hakim pensiyasından narazı olduğu üçün məhkəməyə üz tutdu - TƏFƏRRÜAT
Dünən, 12:20
Maaş və pensiya artımı ilə bağlı - AÇIQLAMA
Dünən, 12:14
İranla Ermənistan arasında 3 milyardlıq əməkdaşlıq
Dünən, 12:02
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat olub - ƏMR
Dünən, 12:00
Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda - İNCƏLƏMƏ
Dünən, 11:57
"Zabrat bələdiyyəsinə deyə bilərsənmi, bizə pulsuz qəbir yeri versin?"
Dünən, 11:44
Bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Dünən, 11:41
Kərə yağının qiyməti “kəllə çarxa” qalxdı - YENİ BAHALAŞMA BUMU...
Dünən, 11:39
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik” - Tünzalənin bacısı
Dünən, 11:21
İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? — Özündən AÇIQLAMA
Dünən, 11:16
Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə NÖQTƏ QOYACAQ
Dünən, 11:15
Bazarda Çindən gətirilən sintetik məktəb formaları dolaşır - Ucuz, amma təhlükəli...
Dünən, 11:11
Azər Qasımlı ölkədən qaçıb? - İLGİNC
Dünən, 11:06
Gömrük Komitəsi ləğv olunur? - "...müstəqil qurum kimi fəaliyyəti yersizdir"
Dünən, 10:59
Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq
Dünən, 10:55
Həbsdəki separatçıların BAKI MÜHAKİMƏSİ... - RƏYLƏR
Dünən, 10:52
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib - FOTO
Dünən, 10:47
Bu, işçilər üçün heç də YAXŞI HAL DEYİL... - Ekspert danışır...
Dünən, 10:45
Polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb - QƏRAR
Dünən, 10:42
Radikal müxalifətin növbəti absurdu - xalq kimi boykot edib?
Dünən, 10:40
Başqalarının savaşında nə işimiz var?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:36
Prezidentin xüsusi nümayəndəsi Şuşada toyda - VİDEO
Dünən, 10:26
Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb
Dünən, 10:23
"Deyirdilər ki, Konfederasiya var ki, gedək?.." - Novella Cəfəroğlu
Dünən, 10:21
"Kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin..." - Hər yerin ÖZ QOÇUSU VAR...
Dünən, 10:18
Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - YEYİNTİ İFŞASI...
Dünən, 10:09
Pezeşkian BRICS sammitində iştirak edəcək
Dünən, 10:02
Bakı və Roma: Strateji tərəfdaşlıqla müttəfiqliyin təfərrrüatları - ARAŞDIRMA
Dünən, 10:00
Nazirlik `Asfalt Raqib`lə bacarmır, yoxsa şərikdir? - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Dünən, 09:56
“Bakı Texnika Sənaye”nin hüquqi varisliyi ilə yeni şirkət yaradıldı
Dünən, 09:42
Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ
Dünən, 09:41
"Səhiyyə biznesi"nin fəsadları ... - Və yaxud səhiyyəni biznesə çevirənlər...
Dünən, 09:38
“Sabunçu Sənaye İstehsal”ın 1,1 milyon manatlıq səhmləri dövriyyədən çıxarılıb - SƏBƏB
Dünən, 09:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru