Dövlət qurumu 2 tenderə yekun vurdu .....                     Dövlət Agentliyi auditor seçdi .....                     ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri... .....                     Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü .....                     "İran sonda Zəngəzur məsələsində .....                     Azərbaycanda pensiyaçıların sayı niyə gün-gündən azalır? .....                     Dövlət qurumundan “Hermano” şirkətinə .....                     Əliyevin yeni təklifi: .....                     "Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır" .....                     Blinken Ukraynanin yeni XİN rəhbəri ilə danışdı .....                     “İnternet provayderləri əhalini aldadır, müqavilə şərtlərinə əməl etmirlər” .....                     Moskva Afrikada Parisə daha bir zərbə endirib .....                     Əliyevin İtaliya proqramı: .....                     Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər .....                     “ƏVVƏLKİ KİMİ VƏHŞİ KARUSELLƏR OLMADI...” .....                     Təqaüddə olan hakim pensiyasından narazı olduğu üçün məhkəməyə üz tutdu .....                     Maaş və pensiya artımı ilə bağlı .....                     İranla Ermənistan arasında 3 milyardlıq əməkdaşlıq .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat olub .....                     Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda .....                     "Zabrat bələdiyyəsinə deyə bilərsənmi, bizə pulsuz qəbir yeri versin?" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Kərə yağının qiyməti “kəllə çarxa” qalxdı .....                     “Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik” .....                     İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? .....                     Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə .....                     Bazarda Çindən gətirilən sintetik məktəb formaları dolaşır .....                     Azər Qasımlı ölkədən qaçıb? .....                     Gömrük Komitəsi ləğv olunur? .....                     Rusiyada törədilən qətl .....                     Həbsdəki separatçıların BAKI MÜHAKİMƏSİ... .....                     “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib .....                     Bu, işçilər üçün heç də YAXŞI HAL DEYİL... .....                     Polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb .....                     Radikal müxalifətin növbəti absurdu .....                     Başqalarının savaşında nə işimiz var?! .....                     Prezidentin xüsusi nümayəndəsi Şuşada toyda .....                     Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb .....                     "Deyirdilər ki, Konfederasiya var ki, gedək?.." .....                     "Kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin..." .....                 

Bakı üçün platformanın fərqi yoxdur, İrəvan üçün isə... - Moskva sükutu pozdu:
Tarix: 26-07-2024, 11:49 | Çap et
Bakı üçün platformanın fərqi yoxdur, İrəvan üçün isə...
“Rusiya Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına hər cür töhfə verəcək və bu, Moskvanın imzaladığı sənəddə yazılıb”. Bu sözləri iyulun 24-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN rəsmisi bu dəstəyin həcmi və formalarının bütün tərəflər üçün məqbul olmasının vacib olduğunu da əlavə edib: “Biz tərəflər üçün onlara məqbul sayılan ikitərəfli formatda danışıqlar üçün platformamızı gələcəkdə də təqdim etməyə hazırıq. Biz iki müttəfiqimiz arasında balanslaşdırılmış sazişin bağlanmasını sülhün əsası hesab edirik. Və bu sülhü region ölkələri qurmalıdır, kənardan kimsə yox".

Zaxarova Ermənistanı yardımlar edən Avropa İttifaqının (Aİ) siyasətini tənqid edərək bildirib ki, Aİ bölgədə sülhə yox, müharibəyə xidmət edən addımlar atır.

“Biz dəfələrlə qeyd etmişik ki, Aİ sülh potensialını hətta sözlərində də itirib. Postsovet məkanını hərbi qarşıdurma zonasına çevirmək üçün hər şey edilir. Aİ-nin Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında öz dağıdıcı təsirini Cənubi Qafqazda yaymaq üçün aparılan geosiyasi hesablamalar dayanır. Yaxşı, kollektiv Qərb xəritədə bir qaynar nöqtəli bölgənin az olacağına necə dözə bilər!? Avropa Sülh Fondu isə sülh deyil, müharibə haqqında düşünür. Sual vermək olar: çoxsaylı böyük münaqişələrin yaşandığı bir regionda müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından 10 milyon dollarla nə etmək olar? Amma bütün hallarda öz siyasətini və müdafiəsini necə quracağına qərar vermək suveren ölkənin öz işidir”, - Zaxarova Ermənistana mesaj verməyi də unutmayıb.

Rusiya XİN rəsmisi vurğulayıb ki, Avropanın bu cür yardımının sülhməramlı gündəmə yönəldiyinə dair bir fakt yoxdur: “Lakin bu pulların münaqişələri qızışdırmaq üçün istifadə edilməsinin müşahidə olunduğu bir çox hallar var”.

Zaxarovanın bu açıqlamalarından görünən odur ki, neçə vaxtdır Bakı ilə İrəvan arasındakı sülh prosesindən kənarda qaldığı görünən Moskva yenidən prosesə müdaxilədə, vasitəçilik missiyasında maraqlıdır. İkincisi, XİN rəsmisinin dediklərindən belə anlaşılır ki, Rusiya Ermənistanı öz orbitindən çıxarmaq cəhdlərinə qarşıdır və bu yöndə addımlarını davam etdirəcək.

Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri AYNA-ya müsahibəsində deyib ki, son günlərdə Qərbin aktivliyi müşahidə edilir ki, bununla Moskva razılaşa bilməz:

- Bir tərəfdən Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə Ermənistan ordusuna 10 milyon avro ayırır, digər tərəfdən, Ermənistan vətəndaşlarının Avropaya vizasız gedişinin sadələşdirilməsi barədə müzakirələr qərarı verir. Eyni zamanda, ABŞ-Ermənistan ordusunun Ermənistanda birgə hərbi təlimi baş tutur. Qərb bir növ Ermənistanı təsir dairəsinə salmaq üçün addımlar atır. Rusiya isə bununla təbii ki, razılaşa bilməz. Rusiya anlayır ki, Qərb bu cür cəlbedici addımlarla Ermənistanda müəyyən strateji qərarların verilməsinə çalışır. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın komandası Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun keçirilməsini təklif edirlər. Hətta bəyan edirlər ki, Paşinyan bu məsələyə birmənalı şəkildə “yox” deməyib. Ona görə də Ermənistan əhalisinin 50 min imzasını parlamentə təqdim etməklə yenidən gündəmə gətiriblər. Düşünürəm ki, bu, təsadüfi məsələ deyil, birbaşa Paşinyanla razılaşdırılmış məsələdir. Bunların hamısını Rusiya müşahidə edir və aktivləşmə qərarı verdi. Moskva yenidən dövriyyəyə girməklə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçiliyini bərpa etmək istəyir. Liderlərin, XİN başçılarının görüşü üçün Moskva platformasının təklifi də bundan qaynaqlanır.

- Rəsmi Bakı bu təklifə dərhal reaksiya verdi və bildirildi ki, Azərbaycan təkcə Rusiya platformasında deyil, istənilən platformada görüşlərə, sülh danışıqlarında hazırdır...

- Rəsmi Bakının cavabı diplomatikdir. XİN sözçüsü diplomatik şəkildə bildirdi ki, təkcə Rusiyada danışıqlar Azərbaycan üçün prioritet deyil. Bakı Moskvaya deyir ki, Azərbaycan sülh danışıqlarından, sülh sazişinin imzalanmasında maraqlıdır və bundan yanadır. Sülhə əngəl Azərbaycan deyil və heç vaxt da olmayıb. Ona görə də danışıqların hansı platformada olmasının Bakı üçün fərqi yoxdur. Azərbaycan ümumiyyətlə, ikitərəfli danışıqlarda maraqlıdır və vasitəçisiz razılaşmanın tərəfdarıyıq. Liderlərin görüşü, danışıqları Moskvada da, Brüsseldə də, Vaşinqtonda da, lap elə Tiflisdə də baş tuta bilər. Amma bu, Bakı üçün sadəcə görüş məkanıdır, vasitəçi ilə danışıqlar deyil. Bu baxımdan, Bakının diplomatik cavabı doğrudur.

- Ermənistan Moskvanın platforma təklifinə hansı reaksiya verəcək?

- Ermənistan tərəfinin Böyük Britaniyada görüşdən imtinasından sonra inandırıcı deyil ki, Rusiyada görüşə “hə” desin. Çünki Ermənistan üçün təkcə sülh sazişi və sərhədlərin müəyyənləşdirilməsi məsələsi deyil, eyni zamanda, Zəngəzur dəhlizi məsələsidir. Məlumdur ki, Zəngəzur dəhlizinin açılmasında Rusiya da maraqlıdır və Rusiyanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatda bu, təsbit edilib. Rəsmi İrəvan anlayır ki, Rusiyada görüşdə bu məsələ Moskva tərəfindən gündəmə gətiriləcək. Ona görə də, İrəvanın Moskvanın təklifinə müsbət cavab verəcəyi gözlənilən deyil.

Eyni zamanda, məlumdur ki, Moskva platformasında Ermənistanın qazanacağı heç nə yoxdur. Ermənistanı Qərblə bağlı strateji qərarlar verməyə sövq edən Qərb də İrəvana mesaj verir ki, Moskvaya “yox” deyilsin. Ermənistan indiki vəziyyətdə Rusiya platformasında danışıqlardan yana deyil. İrəvan anlayır ki, Moskvada nə Rusiyanın istəklərinə “hə” deyə biləcək, nə də Azərbaycanın şərtlərini qəbul edəcək.

- Azərbaycanın şərti bəllidir – Ermənistan Konstitusiyasında dəyişiklik. Ermənistan isə buna getmir. O zaman deyə bilərikmi ki, sülh sazişi yaxın perspektivdə imzalanmayacaq?

- Azərbaycanın şərti haqlıdır, qanuna uyğundur. Ermənistan sülh istəyirsə, ana qanununda Azərbaycana qarşı ərazi iddiası maddəsini ləğv etməlidir. Əvvəl Paşinyan konstitusiya dəyişikliyinin vacibliyindən danışırdı. İndi isə fərqli fikirlər səsləndirilir. Hesab edirəm ki, İrəvan yenidən manipulyasiyaya başlayıb və sülh prosesini uzatmaq istəyir.

Əsas məsələ isə odur ki, sülh sazişi olmadan da yaşamaq mümkündür və Azərbaycan rəsmi və ən ali səviyyədə bu barədə bəyanat verib. Azərbaycan ərazilərini işğaldan tam azad edib, suverenliyini bərpa edib və indi bölgədə sülh və əməkdaşlıq təklifi irəli sürür. Sülh və əməkdaşlıqdan isə qazanan həm də Ermənistandır. Bu qazancı Ermənistan istəmirsə, nə deyə bilərik. Amma rəmi Bakı hər zaman dediyi kimi sülhdən tərəf olduğunu bəyan edir və buna hazır olduğunu bildirir. İndi necə deyərlər, top Ermənistan tərəfindədir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 2 tenderə yekun vurdu – QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 00:05
Dövlət Agentliyi auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 00:02
ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri... - Rusiya ilə bağlı ola bilməz...
Dünən, 14:12
Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü - FOTO
Dünən, 14:08
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq..."
Dünən, 14:02
Azərbaycanda pensiyaçıların sayı niyə gün-gündən azalır? - AÇIQLAMA
Dünən, 14:00
Dövlət qurumundan “Hermano” şirkətinə 7 milyonluq SİFARİŞ
Dünən, 13:56
Əliyevin yeni təklifi: - Putin və Zelenski Bakıda görüşə bilər
Dünən, 13:24
"Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır"
Dünən, 13:21
Blinken Ukraynanin yeni XİN rəhbəri ilə danışdı
Dünən, 12:59
“İnternet provayderləri əhalini aldadır, müqavilə şərtlərinə əməl etmirlər” - Vətəndaş rəsmən QARƏT OLUNUR
Dünən, 12:53
Moskva Afrikada Parisə daha bir zərbə endirib - KİV
Dünən, 12:41
Əliyevin İtaliya proqramı: - Qovluqlarda olanlar
Dünən, 12:33
Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər
Dünən, 12:31
“ƏVVƏLKİ KİMİ VƏHŞİ KARUSELLƏR OLMADI...” – “ATƏT müşahidəçiləri deyir ki, sanki Norveçdir...”
Dünən, 12:25
Təqaüddə olan hakim pensiyasından narazı olduğu üçün məhkəməyə üz tutdu - TƏFƏRRÜAT
Dünən, 12:20
Maaş və pensiya artımı ilə bağlı - AÇIQLAMA
Dünən, 12:14
İranla Ermənistan arasında 3 milyardlıq əməkdaşlıq
Dünən, 12:02
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat olub - ƏMR
Dünən, 12:00
Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda - İNCƏLƏMƏ
Dünən, 11:57
"Zabrat bələdiyyəsinə deyə bilərsənmi, bizə pulsuz qəbir yeri versin?"
Dünən, 11:44
Bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Dünən, 11:41
Kərə yağının qiyməti “kəllə çarxa” qalxdı - YENİ BAHALAŞMA BUMU...
Dünən, 11:39
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik” - Tünzalənin bacısı
Dünən, 11:21
İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? — Özündən AÇIQLAMA
Dünən, 11:16
Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə NÖQTƏ QOYACAQ
Dünən, 11:15
Bazarda Çindən gətirilən sintetik məktəb formaları dolaşır - Ucuz, amma təhlükəli...
Dünən, 11:11
Azər Qasımlı ölkədən qaçıb? - İLGİNC
Dünən, 11:06
Gömrük Komitəsi ləğv olunur? - "...müstəqil qurum kimi fəaliyyəti yersizdir"
Dünən, 10:59
Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq
Dünən, 10:55
Həbsdəki separatçıların BAKI MÜHAKİMƏSİ... - RƏYLƏR
Dünən, 10:52
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib - FOTO
Dünən, 10:47
Bu, işçilər üçün heç də YAXŞI HAL DEYİL... - Ekspert danışır...
Dünən, 10:45
Polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb - QƏRAR
Dünən, 10:42
Radikal müxalifətin növbəti absurdu - xalq kimi boykot edib?
Dünən, 10:40
Başqalarının savaşında nə işimiz var?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:36
Prezidentin xüsusi nümayəndəsi Şuşada toyda - VİDEO
Dünən, 10:26
Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb
Dünən, 10:23
"Deyirdilər ki, Konfederasiya var ki, gedək?.." - Novella Cəfəroğlu
Dünən, 10:21
"Kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin..." - Hər yerin ÖZ QOÇUSU VAR...
Dünən, 10:18
Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - YEYİNTİ İFŞASI...
Dünən, 10:09
Pezeşkian BRICS sammitində iştirak edəcək
Dünən, 10:02
Bakı və Roma: Strateji tərəfdaşlıqla müttəfiqliyin təfərrrüatları - ARAŞDIRMA
Dünən, 10:00
Nazirlik `Asfalt Raqib`lə bacarmır, yoxsa şərikdir? - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Dünən, 09:56
“Bakı Texnika Sənaye”nin hüquqi varisliyi ilə yeni şirkət yaradıldı
Dünən, 09:42
Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ
Dünən, 09:41
"Səhiyyə biznesi"nin fəsadları ... - Və yaxud səhiyyəni biznesə çevirənlər...
Dünən, 09:38
“Sabunçu Sənaye İstehsal”ın 1,1 milyon manatlıq səhmləri dövriyyədən çıxarılıb - SƏBƏB
Dünən, 09:32
Putinin Zəngəzur planı: Şifrələr açılır - İNCƏLƏMƏ
Dünən, 09:27
“Qara siyahı”dan baş nazir POSTUNA... – Fransa Azərbaycan münasibətləri daha da PİSLƏŞƏCƏK?
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru