Dövlət qurumu 2 tenderə yekun vurdu .....                     Dövlət Agentliyi auditor seçdi .....                     ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri... .....                     Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü .....                     "İran sonda Zəngəzur məsələsində .....                     Azərbaycanda pensiyaçıların sayı niyə gün-gündən azalır? .....                     Dövlət qurumundan “Hermano” şirkətinə .....                     Əliyevin yeni təklifi: .....                     "Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır" .....                     Blinken Ukraynanin yeni XİN rəhbəri ilə danışdı .....                     “İnternet provayderləri əhalini aldadır, müqavilə şərtlərinə əməl etmirlər” .....                     Moskva Afrikada Parisə daha bir zərbə endirib .....                     Əliyevin İtaliya proqramı: .....                     Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər .....                     “ƏVVƏLKİ KİMİ VƏHŞİ KARUSELLƏR OLMADI...” .....                     Təqaüddə olan hakim pensiyasından narazı olduğu üçün məhkəməyə üz tutdu .....                     Maaş və pensiya artımı ilə bağlı .....                     İranla Ermənistan arasında 3 milyardlıq əməkdaşlıq .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat olub .....                     Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda .....                     "Zabrat bələdiyyəsinə deyə bilərsənmi, bizə pulsuz qəbir yeri versin?" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Kərə yağının qiyməti “kəllə çarxa” qalxdı .....                     “Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik” .....                     İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? .....                     Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə .....                     Bazarda Çindən gətirilən sintetik məktəb formaları dolaşır .....                     Azər Qasımlı ölkədən qaçıb? .....                     Gömrük Komitəsi ləğv olunur? .....                     Rusiyada törədilən qətl .....                     Həbsdəki separatçıların BAKI MÜHAKİMƏSİ... .....                     “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib .....                     Bu, işçilər üçün heç də YAXŞI HAL DEYİL... .....                     Polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb .....                     Radikal müxalifətin növbəti absurdu .....                     Başqalarının savaşında nə işimiz var?! .....                     Prezidentin xüsusi nümayəndəsi Şuşada toyda .....                     Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb .....                     "Deyirdilər ki, Konfederasiya var ki, gedək?.." .....                     "Kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin..." .....                 

Məşhur Məmmədov seçiciləri arasında MƏŞHURLAŞA BİLMƏDİ... - Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?”
Tarix: 24-07-2024, 17:25 | Çap et
Məşhur Məmmədov seçiciləri arasında MƏŞHURLAŞA BİLMƏDİ...
Milli Məclisin VI çağırış tərkibində seçilən odioz deputatlar sırasında xüsusi yer tutan Məşhur Məmmədovun başı “sülalə qalmaqalları”ndan açılmır.

2020-ci ilin fevralında baş tutan növbədənkənar parlament seçkilərində bəxti üzünə gülən, deputat mandatına sahiblənən namizədlər arasında cəmiyyətdə “biznes divləri” kimi tanınan iş adamları da oldu. Təbii, dünyanı təhdid edən COVİD-19 pandemiyasının hələ tam vüsət almadığı dönəmdə keçirilən həmin seçkilərdə formalaşan tərkib bir o qədər də sual doğurmadı. Çünki qısa müddətdən sonra koronavirus məhdudiyyətlərinin tətbiqi, həmin ilin sentyabrında isə 44 günlük Vətən müharibəsinin başlaması, ölkənin ərazi bütövlüyünün geniş mənada bərpa edilməsi bu məsələləri arxa plana keçirdi.

Bununla belə, VI çağırış Milli Məclisin də vaxtında əvvəl buraxılması, sentyabrın 1-nə növbədənkənar seçkilərin təyin edilməsi ali qanunverilik orqanının mümkün tərkibini, həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) müəyyənləşdirdiyi namizədlər korpusunu geniş ictimai müzakirəyə çıxardı. YAP-ın ötən həftə açıqlanan namizədləri ətrafında diskussiyaların səngiməməsi məsələnin cəmiyyət üçün aktuallığını qoruyub saxladığını göstərir.

Bu da ilk növbədə onunla izah olunur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra ölkə Prezidenti başda olmaqla, hakimiyyətin nüfuzunun yüksəlməsi YAP-ın namizədləri üçün də “planka”nın böyüdülməsi gözləntisini artırıb.

Sözsüz ki, hakim partiyanın 125 seçki dairəsinin hər birindən irəli sürdüyü namizədlər siyahısında mühüm yeniliklər var. Bu isə o anlama gəlir ki, Milli Məclisin formalaşacaq tərkibində YAP-ın təmsilçiləri arasında kifayət qədər yeni adlara rast gəlinəcək. Bununla belə, siyahıda tanış isimlərin də yetərincə çox olduğu qeyd edilməlidir. Onların arasında YAP-ın veteranları ilə yanaşı, cəmiyyətdə iş adamı kimi tanınan fiqurlar da az deyil və VI çağırış parlamentdə hakim partiyanı Masallı rayonundan təmsil edən biznesmen-deputat, əksəriyyətin daha çox “Embawood” mebel firmasının sahibi olaraq bildiyi Məşhur Məmmədov da onlarla bir sıradadır.

Aydın məsələdir, deputat madatına sahibləndikdən sonra digər biznesmen-deputatlar kimi Məmmədov da qanunun tələbinə uyğun olaraq, sahibkarlıq fəaliyyətindən kənarlaşdığını iddia etməkdədir. Ancaq parlamentə biznesdən “adlayan” bəzi deputatlarla bağlı aşkara çıxan faktlara əsaslandıqda, “Embawood” sahibinin bu bəyanatına yumşaq desək, inanmaq mümkün deyil. Ölkə mediasında Məmmədov haqqında indiyə qədər dərc olunan və olumaqda davam edən çoxsaylı materiallar onun bu iddialarının blefdən başqa bir şey olmadığını söyləməyə ciddi səbəb verir.

Məhz həmin materiallarda Məşhur Məmmədovun hələ də “Embawood”u birbaşa özünün idarə etdiyi, bu da azmış kimi, vaxtilə şirkətdə pay verərək şərik olduğu yaxın qohumları ilə aralarında problemlərin yarandığı da yazılmaqdadır. Maraqlı və təəccüblüdür ki, deputat mandatı əldə etdikdən sonra imkanları genişlənən Məmmədovun qohumları ilə apardığı mübarizədə məğlub olduğu, bu üzdən malik olduğu biznes şəbəkəsinin əhəmiyyətli hissəsini itirdiyi də mediada əminliklə irəli sürülən iddiaların mühüm tərkib elementidir.

Hətta konkret olaraq göstərilib ki, “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq qaydada 60 və 40 faizinə nəzarət edən Elşad Abbasovla Məşhur Məmmədov Səhmdar Cəmiyyətdəki paylarının bir hissəsini yeni aksionerə satmalı olub.

Məlumata görə, yeni səhmdar Tamara Polyakova ilə həyata keçirilən sövdələşmə nəticəsində o, səhmlərin 14 faizini əldə edib. Bununla da əsas səhmdarlar olan adları çəkilən şəxslərin 51 və 35 faizə düşüb.

Medianın diqqətindən yayınmayan daha bir mühüm nüans Məşhur Məmmədovun oğlu ilə qızının ölkə xaricinə üz tutmasıdır. Bildirilir ki, biznesmen-deputatın Məmməd və qızı Mədinə Şahbazova artıq bir müddətdir, ABŞ-a köçüb.

Babalarının adını soyad götürən deputatın övladlarının Nyu-Yorkda məskunlaşdıqları deyilir. Qeyd olunur ki, deputatın oğlu ABŞ-da təsis etdiyi “Masalli Enterprise LLC” şirkəti Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınaraq rəsmi fəaliyyətə başlayıb. Həmin şirkətin hüquqi ünvanı da ictimailəşib: 35 Riverdale Dr Fort Lee, NJ 07024-4441.
Sözsüz, başı qalmaqallardan ayılmayan biznesmen-deputat Məşhur Məmmədovun hazırda ən böyük qayğısı namizəd olduğu 74 saylı Masallı dairəsində seçki kampaniyasını problemsiz başa vuraraq deputat kreslosunu əlində saxlamaqdır. Lakin bunun o qədər də asan olmayacağı mübahisə doğurmayan məsələdir. Çünki YAP-ın namizədlər siyahısında yer almaq hələ deputat mandatını qarantiləmək deyil. Üstəlik, Məşhur Məmmədovun qohumları ilə yaşadığı biznes-qarşıdurmada aldığı zərbələr və onun reputasiyasını daha da korlayan müəyyən olaylar “Embawood” sahibinin planlarını dərin suya sala bilər.

O səbəbdən, bütün dairələrdə deputatlığa namizəd irəli sürən YAP-ın “xərcləyəcəyi” fiqurlar sırasında Məşhur Məmmədovun da olacağı çox real görünür. Hər halda, o da bunun fərqindədir.

www.yenicag.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 2 tenderə yekun vurdu – QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 00:05
Dövlət Agentliyi auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 00:02
ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri... - Rusiya ilə bağlı ola bilməz...
Dünən, 14:12
Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü - FOTO
Dünən, 14:08
"İran sonda Zəngəzur məsələsində Rusiya ilə razılaşacaq..."
Dünən, 14:02
Azərbaycanda pensiyaçıların sayı niyə gün-gündən azalır? - AÇIQLAMA
Dünən, 14:00
Dövlət qurumundan “Hermano” şirkətinə 7 milyonluq SİFARİŞ
Dünən, 13:56
Əliyevin yeni təklifi: - Putin və Zelenski Bakıda görüşə bilər
Dünən, 13:24
"Qarşı tərəfə deyil, özünə fokuslanmalıdır"
Dünən, 13:21
Blinken Ukraynanin yeni XİN rəhbəri ilə danışdı
Dünən, 12:59
“İnternet provayderləri əhalini aldadır, müqavilə şərtlərinə əməl etmirlər” - Vətəndaş rəsmən QARƏT OLUNUR
Dünən, 12:53
Moskva Afrikada Parisə daha bir zərbə endirib - KİV
Dünən, 12:41
Əliyevin İtaliya proqramı: - Qovluqlarda olanlar
Dünən, 12:33
Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər
Dünən, 12:31
“ƏVVƏLKİ KİMİ VƏHŞİ KARUSELLƏR OLMADI...” – “ATƏT müşahidəçiləri deyir ki, sanki Norveçdir...”
Dünən, 12:25
Təqaüddə olan hakim pensiyasından narazı olduğu üçün məhkəməyə üz tutdu - TƏFƏRRÜAT
Dünən, 12:20
Maaş və pensiya artımı ilə bağlı - AÇIQLAMA
Dünən, 12:14
İranla Ermənistan arasında 3 milyardlıq əməkdaşlıq
Dünən, 12:02
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat olub - ƏMR
Dünən, 12:00
Qərb və Ermənistan Rusiya iqtisadiyyatının xilaskarı rolunda - İNCƏLƏMƏ
Dünən, 11:57
"Zabrat bələdiyyəsinə deyə bilərsənmi, bizə pulsuz qəbir yeri versin?"
Dünən, 11:44
Bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Dünən, 11:41
Kərə yağının qiyməti “kəllə çarxa” qalxdı - YENİ BAHALAŞMA BUMU...
Dünən, 11:39
“Röyal onun üçün bir dünya qurub, biz bacıları Zəhraya onu edə bilməzdik” - Tünzalənin bacısı
Dünən, 11:21
İntiqam Məmmədov sahibkarların qanuni ticarət fəaliyyətini ələ keçirmək istəyir? — Özündən AÇIQLAMA
Dünən, 11:16
Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə NÖQTƏ QOYACAQ
Dünən, 11:15
Bazarda Çindən gətirilən sintetik məktəb formaları dolaşır - Ucuz, amma təhlükəli...
Dünən, 11:11
Azər Qasımlı ölkədən qaçıb? - İLGİNC
Dünən, 11:06
Gömrük Komitəsi ləğv olunur? - "...müstəqil qurum kimi fəaliyyəti yersizdir"
Dünən, 10:59
Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq
Dünən, 10:55
Həbsdəki separatçıların BAKI MÜHAKİMƏSİ... - RƏYLƏR
Dünən, 10:52
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib - FOTO
Dünən, 10:47
Bu, işçilər üçün heç də YAXŞI HAL DEYİL... - Ekspert danışır...
Dünən, 10:45
Polkovnik Həziyevin həbs müddəti 2 ay uzadılıb - QƏRAR
Dünən, 10:42
Radikal müxalifətin növbəti absurdu - xalq kimi boykot edib?
Dünən, 10:40
Başqalarının savaşında nə işimiz var?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:36
Prezidentin xüsusi nümayəndəsi Şuşada toyda - VİDEO
Dünən, 10:26
Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb
Dünən, 10:23
"Deyirdilər ki, Konfederasiya var ki, gedək?.." - Novella Cəfəroğlu
Dünən, 10:21
"Kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin..." - Hər yerin ÖZ QOÇUSU VAR...
Dünən, 10:18
Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - YEYİNTİ İFŞASI...
Dünən, 10:09
Pezeşkian BRICS sammitində iştirak edəcək
Dünən, 10:02
Bakı və Roma: Strateji tərəfdaşlıqla müttəfiqliyin təfərrrüatları - ARAŞDIRMA
Dünən, 10:00
Nazirlik `Asfalt Raqib`lə bacarmır, yoxsa şərikdir? - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Dünən, 09:56
“Bakı Texnika Sənaye”nin hüquqi varisliyi ilə yeni şirkət yaradıldı
Dünən, 09:42
Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ
Dünən, 09:41
"Səhiyyə biznesi"nin fəsadları ... - Və yaxud səhiyyəni biznesə çevirənlər...
Dünən, 09:38
“Sabunçu Sənaye İstehsal”ın 1,1 milyon manatlıq səhmləri dövriyyədən çıxarılıb - SƏBƏB
Dünən, 09:32
Putinin Zəngəzur planı: Şifrələr açılır - İNCƏLƏMƏ
Dünən, 09:27
“Qara siyahı”dan baş nazir POSTUNA... – Fransa Azərbaycan münasibətləri daha da PİSLƏŞƏCƏK?
Dünən, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru