Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir
Tarix: 20-07-2024, 09:55 | Çap et
Ötən ilin 12 noyabr tarixində “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun yaxınları onun ölümündə şübhəli məqamların olduğunu iddia edir.
Mərhumun qardaşı Qabil Şükürov “Qafqazinfo”ya müraciət edərək B.Şükürovun ölüm səbəbinin tam araşdırılmasını istədiklərini deyib.
O düşünür ki, qardaşının vəfatı ilə bağlı onlara verilmiş məlumat və görüntülər uzlaşmır: “Qardaşım çox sağlam insan idi. 2014-cü ildə Mərkəzi Gömrük Hospitalında ürək əməliyyatı keçirmişdi, damarı dəyişdirilmişdi və səhhətində ondan sonra hər hansı şikayəti olmamışdı. Ötən il noyabrın 12-də mən Türkiyədə olarkən yeznəm günorta vaxtı qəfil zəng elədi ki, Böyükağa vəfat edib. Həmin gecə bilet alaraq təcili Bakıya gəldim. Lakin gələndə məlum oldu ki, qardaşımı heç Bakıdakı bacılarımın belə xəbəri olmadan dəfn ediblər. Ayın 13-də qardaşımgilin həyətində yas mərasimi ilə bağlı toplaşanda mən sorğu-sual etməyə başladım ki, qardaşım harada, hansı səbəbdən vəfat edib. Mənə ilk olaraq dedilər ki, Böyükağa Mərkəzi Klinikada əməliyyat zamanı vəfat edib. Sonra həmin klinikaya getdim, orada dedilər ki, bu tibb müəssisəsində belə bir əməliyyat və ölüm hadisəsi baş verməyib”.
Q.Şükürovun sözlərinə görə, ona daha sonra qardaşının Mərkəzi Gömrük Hospitalında vəfat etməsini deyiblər: “Lakin həmin xəstəxanada da deyilən məlumatı təkzib etdilər. Son 3 ayın tarixçələrini çıxardılar və məlum oldu ki, Böyükağa Şükürov adlı xəstə qəbul edilməyib. Bundan sonra başqa bir dövlət xəstəxanasının adı çəkildi, orada da qardaşımın olmaması üzə çıxdı. Qardaşımın ölüm kağızını əldə etdikdə onun Nərimanov rayonu ərazisində yerləşən “İstanbul NS” klinikasında vəfat etməsi məlum oldu. Qardaşımın bəzi ailə üzvləri tərəfindən onun harada vəfat etməsinin gizlədilməsinin səbəbini heç cürə başa düşə bilmirdim. Ölüm kağızında qeyd edilmişdi ki, vəfat etmə səbəbi bağırsaq keçməzliyi olub və bundan çox şübhələndim. Xəstəxanada belə bir diaqnozdan insan itkisi çox nadir hallarda ola bilər”.
Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı vəkil tutub və ölüm hadisəsini araşdırmağa başlayıb: “Vəkilim “İstanbul NS” klinikasında olanda oranın hüquqşünası bildirib ki, guya Böyükağa ilə qonşu olub və qardaşım daim orada müalicə alıb. Sonra sorğu verib cavab aldıq və məlum oldu ki, ölümdən əvvəlki 3 ayda qardaşım həmin klinikaya bir dəfə də olsun, müraciət etməyib. Şübhəli məqamları görüb məsələnin tam araşdırılması və ölüm səbəbinin müəyyən edilməsi üçün Nərimanov Rayon Prokurorluğuna müraciət etdik. Həmçinin xəstəxanadan kamera görüntülərinin çıxarılmasını tələb etdik. Lakin günlər keçməsinə baxmayaraq, prokurorluq xəstəxanadan kamera görüntülərini əldə edə bilmədi. Əvəzində dedilər ki, ölüm hadisəsi zamanı mobil telefon vasitəsilə lentə alınmış videolar mövcuddur. Həmin kadrlarda isə ayrı-ayrı geyimlərdə olan şəxslər, harada olması bilinmədiyi formada nəsə edirlər və heç nə anlaşılmır”.
Qabil Şükürov qardaşının ölüm səbəbinin dəqiqləşdirilməsi və işə hüquqi qiymətin verilməsi üçün dövlət qurumlarına müraciət edib, qəbullarda olub: “Lakin geridə qalan 9 ay müddətində heç bir konkret addım atılmayıb və zaman həqiqətlərin ortaya çıxmasının əleyhinə işləyir. Təyin olunan ilk ekspertizada xəstəlik tarixçəsində olan məlumatlar rəyə köçürülüb, əməli addım atılmayıb. Biz də rəydən şikayət etdik. Bundan sonra təkrar hərbi ekspertizaya göndərildi və iş çox uzadıldı. Məlum oldu ki, “İstanbul NS” klinikası ölüm rəyini 4 ay sonra yazıb, halbuki ölümdən dərhal yazılmalı idi.
Hərbi ekspertiza ölümün həkim səhlənkarlığından baş verməsinə rəy verib. Birinci klinikaya cinayət işi açılsın, iş araşdırılsın, həqiqətlər ondan sonra üzə çıxar, günahkarlar qanun qarşısında cavab verər. Konkret olaraq həkim səhlənkarlığı təsdiqləndiyi üçün o istiqamətdə cinayət işi açılaraq iş araşdırılmalıdır. Bundan sonra qardaşım Böyükağa Şükürovun hansı səbəbdən, hansı şəraitdə ölməsi və ya bəlkə də öldürülməsi üzə çıxacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın planı açıqlandı, müharibə mesajı gəldi - NƏ BAŞ VERİR?
Bu gün, 09:16 |
|
|
|
• Paşinyan razılaşdı: Adamı Bakıya gəlib bunları istəyəcək - “Hraparak”
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı 10 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Niyə yağış yağan kimi Bakını su basır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:08 |
|
|
|
• "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur
Bu gün, 09:03 |
|
|
|
• Keçmiş deputatın şirkəti sakinlərə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Balığın qiyməti niyə bahalaşıb?
Bu gün, 08:58 |
|
|
|
• Azərbaycanda bu mehmanxana bağlanır
Bu gün, 08:56 |
|
|
|
• “AGBank”ın ləğv prosesində QARA-QURA İŞLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:46 |
|
|
|
• Məmur bürokratiyası vətəndaşı bezdirib... - "İndiyə kimi evimizə baxış keçirilməyib..."
Bu gün, 08:38 |
|
|
|
• “UPSİLON” şirkətinin maliyyə fırıldaqlığı – İNSANLARI İŞLƏDİR, MAAŞLARINI VERMİRLƏR
Bu gün, 08:33 |
|
|
|
• "Peşəkarlığın təyin olunma yollarından biri də..." - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Füzuli sakini 25 il əvvəl qapısını sındıraraq zəbt etdiyi mənzili qaytarmır - QALMAQAL
Bu gün, 08:24 |
|
|
|
• Sürücülər maaşı cərimələrə "paylayırlar" - Bütün yollar "tıxac"a aparır...
Bu gün, 08:22 |
|
|
|
• İstəsən də, istəməsən də abunəsən... - AXI NİYƏ?..
Bu gün, 08:19 |
|
|
|
• Nazirlik işçiləri min bir bəhanə gətirir ki... - GİLEY
Bu gün, 08:11 |
|
|
|
• “Fəlsəfi kitablar oxuyuram” - VİDEO
Bu gün, 08:02 |
|
|
|
• Azərbaycanda qaz limiti ləğv oluna bilər - AÇIQLAMA
Bu gün, 07:11 |
|
|
|
• Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Bu gün, 07:07 |
|
|
|
• Şimali Koreya hərbçiləri Ukraynaya gələn kimi qaçır... - CNN
Bu gün, 07:04 |
|
|
|
• Azərbaycanda enerji ucuzlaşacaq? - GÖZLƏNTİ
Bu gün, 07:02 |
|
|
|
• İcra hakimiyyətləri hansı tarixindən ləğv olunacaq? - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
• Vilayət Vəliyev rektoru olduğu ATU-ya 1 milyon manatlıq mebel alır
Bu gün, 06:40 |
|
|
|
• İsrail Azərbaycan Ordusunun taktikasından istifadə etdi – Ovannisyandan sensasiya
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan nazir namizədini açıqladı
Bu gün, 01:48 |
|
|
|
• Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
Bu gün, 01:45 |
|
|
|
• Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar? - İNCƏLƏMƏ
Bu gün, 00:43 |
|
|
|
• Ukrayna müharibəsində yeni faza... - Şimali Koreya əsgərləri savaşı dərinləşdirir
Bu gün, 00:40 |
|
|
|
• "Bunların heç birinə kişilər dözməzdi"
Bu gün, 00:37 |
|
|
|
• Şəmkirdə yolların təmiri 1,3 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Ərdoğan BƏYAN ETDİ: - Türkiyə Bakını qoruyan sistemin bənzərini yaradır
Bu gün, 00:00 |
|
|
|
• Öcalan Baxçalının çağırışına cavab verdi: - İki şərt irəli sürdü...
Dünən, 23:58 |
|
|
|
• "Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” - Keçmiş icraçı direktor detalları açıqladı...
Dünən, 23:56 |
|
|
|
• Bakıda erməni başqasının əmlakını taladı - TƏFƏRRÜAT
Dünən, 23:54 |
|
|
|
• “Azərişıq” ASC Salyan filialının rəisi işdən azad edilib - ƏMR
Dünən, 23:51 |
|
|
|
• Deputatdan Avropa Parlamentinə ETİRAZ
Dünən, 19:02 |
|
|
|
• "Yağışdan çıxıb, yağmura düşdük": - Bunun adı məmur özbaşınalığı...
Dünən, 19:00 |
|
|
|
• Dollar bu tarixdə bahalaşacaq - AÇIQLAMA
Dünən, 18:56 |
|
|
|
• Kiber zərərvericilər şəxsi məlumatlarla necə şantaj etməyə çalışırlar - "Keçən yay nə etdiyinizi bilirəm"...
Dünən, 18:18 |
|
|
|
• Generalın iddiası rədd edildi - DETALLAR
Dünən, 18:16 |
|
|
|
• Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? - Ən dəqiq iqtisadçının PROQNOZU
Dünən, 18:15 |
|
|
|
• Azyaşlı qıza əxlaqsızlıq edən 3 gənc TUTULDU - Türkanda BİABIRÇILIQ
Dünən, 18:11 |
|
|
|
• Yumurtanın qiyməti niyə bahalaşdı? - SƏBƏB
Dünən, 18:10 |
|
|
|
• Qonşumuzda kütləvi qiymət artımı gözlənilir
Dünən, 18:04 |
|
|
|
• Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? - AÇIQLAMA
Dünən, 18:00 |
|
|
|
• Lala Şövkət ürək əməliyyatı keçirib? - Oğlu açıqladı
Dünən, 17:59 |
|
|
|
• Məmurların ÇİRKLİ PUL CAMAŞIRXANASI... - Milyonlar belə XIRID EDİLİR...
Dünən, 17:54 |
|
|
|
• Həkimin burnuna yumurq vurdu... - Məhkəmə qərar verdi
Dünən, 17:49 |
|
|
|
• Ermənistan Prezidenti COP16-da iştirak edəcək
Dünən, 17:47 |
|
|
|
• Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Dünən, 17:39 |
|
|
|
|