"Baktelecom" sentyabra kimi dözümlülük istəyir .....                     “Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə...” .....                     Kürdəmirin sabiq icra başçısının müavini və sabiq şöbə müdirinin şikayəti .....                     Məhkəmə rüşvətə görə tutulan icra nümayəndəsi barədə .....                     Rusiyanın əsas məqsədi .....                     DOST Agentliyi bu dəfə 1,8 milyona ofis icarəyə götürüb .....                     Qarabağ bitdi: Qafqazda yeni mübarizə başlayır .....                     Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq .....                     Rüşvətə görə həbs edilən hərbi komissara ağır cəza tələbi .....                     İngilis general elan etdi: 5 il sonrakı müharibəyə hazırlaşın .....                     İşlədiyi kafenin sahibini 23 bıçaq zərbəsi ilə öldürən tələbə ilə bağlı .....                     Ukrayna Rusiyaya girməklə SƏHVMİ ETDİ? .....                     Bu, Elmar Qasımovun uğurudur... AMMA.. .....                     Köçəryan fəallaşır .....                     İrəvan şokda: 2 İyun sənədində deyilir ki, Naxçıvan... .....                     İcra başçısının xanım müavini vəzifəsindən azad edilib .....                     Mən seçicilərimə boş və yalan vədlər vermirəm .....                     Naxçıvanın Təhsil Nazirliyinin YENİ HOQQABAZLIĞI... .....                     “HATTUŞA TATİL"in, yoxsa “APAYDIN TATİL"in YALANÇI vədləri .....                     Özünü deputat Azay Quliyev kimi təqdim etdi... HƏBS OLUNDU... .....                     Jurnalist övladları da tələbə adı qazandılar .....                     “Ermənistan artıq dostumuz deyil” .....                     Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi .....                     ANCA-nın çarəsiz çırpıntısı: “Azərbaycan kabusu” dinclik vermir .....                     Papikyan Azərbaycanla sərhəddə döyüş tapşırığı verdi .....                     Seçkidən sonra ONLAR YOLA SALINACAQ... .....                     Ermənistanın silahla doldurulması Cənubi Qafqaza nə vəd edir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb .....                     "Məncə, hakim partiya büdcəsini az göstərib" .....                     “Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib .....                     Əlibala Məhərrəmzadə seçiciləri saymır, çıxışları da ruscadır .....                     "Siyəzən Broyler”in bitməyən problemləri .....                     Agentlik 2 milyon manata bina icarəyə götürdü .....                     Emin Ağalarov ilk dəfə Bakıdakı villasının içini göstərdi .....                     “Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək olub .....                     Rəşad Dağlının həbs həyatı necə keçir? .....                     Moskva və Bakının Zəngəzur planı nə? .....                     "Hanı deputat? Seçilib, ancaq ÖZLƏRİ ÜÇÜN İŞLƏYİRLƏR" .....                     Məhkəmə hakimi vətəndaşı ÇİLƏDƏN ÇIXARIB... .....                     İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı və... .....                 

ABŞ diplomatlarının İrəvan yolçuluğunun pərdəarxası... - ilginc planlar, sensasion açıqlamalar
Tarix: 16-07-2024, 08:29 | Çap et
ABŞ diplomatlarının İrəvan yolçuluğunun pərdəarxası...
Amerikalı diplomatlar Ermənistanı el dilində desək, “su yolu”na döndərib. Yada salaq ki, iyulun əvvəlində senator Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyəti İrəvana səfər edib. Onun ardınca USAİD rəhbəri Samanta Pauer Ermənistanda olub. Bundan sonra ABŞ dövlət katibinin müavini Uzra Zeyanın iyulun 13-dən 16-dək Ermənistanda bir sıra görüşlər keçirib.

Dövlət Departamentinin məlumatına görə, Zeya yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşlərində “erməni-amerikan əməkdaşlığının gücləndirilməsi və Ermənistanın demokratiya, qanunun aliliyi, korrupsiya ilə mübarizə və məhkəmə islahatları sahələrində nailiyyətlərinin təbliği” məsələlərini müzakirə edib. Ermənistanın baş naziri Nikol Paşinyan Uzra Zeya ilə görüşündə Bakı və İrəvan arasında danışıqlar prosesini müzakirə edib. “Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdə davam edəcək”, - deyə yayılan məlumatda qeyd olunub. O, həmçinin “din azadlığına hörməti təşviq etmək və mədəniyyətin qorunmasını dəstəkləmək” üçün ölkənin şimalındakı orta əsr Haqpat monastırını ziyarət edib.

Paşinyan hökuməti qərbyönlü kursa sadiqliyini nə qədər nümayiş etdirməyə çalışsa da, xüsusən də ABŞ Ermənistan üçün mövcud olan bütün çağırışları və problemləri həll etməyə hazır deyil. İrəvan siyasi oriyentasiyanın dəyişdirilməsi ilə bağlı qarşısına strateji vəzifə qoysa da, Paşinyan hakimiyyətinin hərəkətlərində tərəddüd və manevr elementləri aşkar görünür. Ekspertlərə görə, Qərb Ermənistanın problemlərinin həllində yalnız məhdud məsuliyyəti öz üzərinə götürməyə hazır olduğu müddətdə Paşinyan hakimiyyətinin manevr taktikası davam edəcək. Söhbət ilk növbədə təhlükəsizlik problemlərindən gedir. Bu, hazırda Ermənistan üçün ən aktual məsələdir. Ancaq aydındır ki, Birləşmiş Ştatlar hələlik bu sahəyə xüsusi “toxunmamağa” üstünlük verir, yalnız hərbi tibbi əməkdaşlıq və ya sülhməramlı qüvvələrin birgə təlimləri şəklində əməkdaşlıqla məhdudlaşır.

Rusiyada da bu səfərləri diqqətlə izləyirlər və ağrılı reaksiyalar verirlər. “Amerikalıların Cənubi Qafqazda peyda olması regionda qalan münaqişə potensialını gücləndirəcək və yeni ayırıcı xətlər yaradacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-ABŞ birgə hərbi təlimlərinə münasibət bildirərkən deyib. "Bu təlimlər təəssüfdən başqa heç nəyə səbəb olmur. Bu təlimlər İrəvanın KTMT-də iştirakını dondurması və təşkilata qarşı açıq şəkildə mənfi bəyanatları fonunda keçiriləcək. Qərb ölkələri sülhlə bağlı hədəflərinin olduğunu bəyan etsə də, onlar üçün əsas məsələ geosiyasi layihələr üçün platsdarm yaratmaqdır", - o vurğulayıb. Onun sözlərinə görə, Qərb bütün gücü ilə İrəvanı regionda və onun ətrafında müxtəlif qarşılıqlı fəaliyyət formatlarına cəlb edir: “Bunlar ilk növbədə Rusiya və İrana qarşı yönəlib”.

Ekspertlərimiz mövcud durumu necə şərh edirlər? ABŞ başda olmaqla, Qərbin Ermənistanla bağlı əsas planı nədir?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ABŞ Ermənistanla münasibətləri dərinləşdirmək, bu ölkədə təsirlərini artırmaq, Rusiyanın təsirini isə azaltmaq istiqamətində səylərini artırmaqda davam edir: “Səfərlərin intensivləşməsinin əsas səbəblərindən biri də budur. Gürcüstanla bağlı ABŞ və Avropa İttifaqının planları pozulduqdan sonra indi Cənub Qafqazda əsas müttəfiq kimi Ermənistanı seçiblər. Sülh prosesləri adı altında əslində ABŞ Ermənistanla bağlı öz niyyətlərini həyata keçirmək istəyir. Bu niyyətlərinə çata biləcək ya yox, bu, ayrı məsələdir. Amma nə qədər ki, ABŞ məqsədlərinə çatmayıb, sülh proseslərinə mane olmağa davam edəcək. Tam əhatəli sülh müqaviləsi bağlanarsa və Azərbaycanla münasibətlər normallaşarsa, ikitərəfli əməkdaşlıq genişlənərsə, diplomatik münasibətlər qurularsa, əlbəttə, bu, regionda marağı olan dövlətlərin əlinə işləməyəcək. Bu baxımdan mən bu səfərlərə o qədər də optimist baxmıram”. S.Məmmədov onu da vurğuladı ki, əlbəttə, Ermənistan hakimiyyəti özündə güc tapıb, daxili və xarici müqaviməti qırıb, Azərbaycanla sülh proseslərini davam etdirəcəksə, bu halda ABŞ da, digər maraqlı dövlətlər də çalışacaq ki, prosesdə iştirak etsin və beləliklə, regiondakı proseslərə təsir imkanından məhrum olmasın: “Həm də onlar özlərini sülhün tərəfdarı kimi göstərməyə çalışacaqlar. Hazırkı Ermənistan rəhbərliyi də, fikrimcə, bu ölkədəki ABŞ (Qərb) ilə Rusiya arasında gedən maraqlar uğrundakı qarşıdurma və mübarizədən bəhrələnməkdə davam edir. Ermənistan Rusiyaya qarşı hələlik diplomatik və bəzi tədbirlərə qatılmamaq kimi demarşlardan o tərəfə getməyən addımlar atır. İstisna da var: Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna qoşulması... Amma iqtisadi münasibətləri nəinki azaltmır, əksinə, genişlədirir. Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan ən çox qazanan ölkə də məhz Ermənistandır. Bu biri tərəfdən də belə dərinə getməyən demarşlarla ABŞ və digər Qərb ölkələri üçün özünü cəlbedici edir və onlardan da həm iqtisadi, həm diplomatik, həm də siyasi dəstək almaqda davam edir. Bu, əsl Ermənistan siyasətidir. Erməniçiliyin bu sahədə yüz ildən çox təcrübəsi var. Amma bunu nə qədər edə biləcək, hara qədər düşmən mövqedə olan iki cəbhənin hər ikisi ilə müttəfiqlik edəcək, bu, məlum deyil”.

Ekspert qeyd etdi ki, hələlik intensivləşməkdə davam edən Rusiya Ukrayna qarşıdurması Ermənistana belə manevrlər etməklə həm iqtisadi, həm hərbi vəziyyətini yaxşılaşdırmaq imkanı verir: “Amma çox da uzaq olmayan dövrdə Ermənistanın bu siyasəti iflasa uğraya bilər. ABŞ da, digər Qərb ölkələri də, Rusiya da əslində Ermənistanın manevr edərək iqtisadi, hərbi və siyasi dividentlər əldə etdiyinin fərqindədirlər. Amma bu uzun müddət davam edə bilməyəcək. Ermənistan qarşısında konkret seçim etmək məsələsi qoyulanda bu ikiüzlü siyasət davam edə bilməyəcək. ABŞ və digər Qərb ölkələrinin regionda güclənməsi Rusiyanın hələlik diplomatik səviyyədə etirazlarına gətirib. Bu siyasət gələcəkdə İranın etirazlarına səbəb ola bilər. Azərbaycan isə regionda heç bir kənar təsirin olmamasında maraqlıdır. Azərbaycan Ermənistanla münasibətləri ikitərəfli danışıqlar formatında davam etdirməkdə maraqlıdır və cəmi bir neçə ikitərəfli danışıq və təmasların da müsbət nəticələri ortadadır”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, Qərbin Ermənistanla bağlı mövqeyi aydındır: “Bu siyasətin konturları, cizgiləri aydın şəkildə görünür. Vaşinqton çalışır ki, Ermənistanı tam şəkildə nəzarətə götürsün. Çünki Ermənistanı Rusiyaya, eyni zamanda Fransaya güzəştə getmək istəmir. ABŞ tam şəkildə öz hökmranlığını bərqərar etmək, bu ölkəni təsir dairəsinə salmaq niyyətindədir. ABŞ-ın Fransa ilə münasibətlərində müəyyən gərginliklər də var. Çünki Ağ Ev Fransanı da sıxışdırmaq, rəsmi Parisin Ermənistanla bağlı istəklərinin üstündən xətt çəkmək istəyir. Hələ 19-cu əsrdə ABŞ öz ərazilərini genişləndirirdi, müəyyən ştatların ərazilərini müharibə ilə, pulla ələ keçirirdi. Luiziana bölgəsi isə Fransa ilə bağlı olan, fransızların müstəmləkəsi olan ərazi idi. O zaman Napoleona pul lazım idi və ABŞ pul müqabilində bu əraziləri Fransadan aldı, özünə birləşdirdi. İndiyədək fransızlarda Napoleonun bu hərəkətindən narazılıq ifadə olunur. Hətta Avropada belə yanaşma var ki, əgər Luiziana ştatının ərazisi Amerikaya satılmasaydı, bu gün Fransa başqa statusda olardı. İndi də Ermənistana münasibətdə həmin xətti müşahidə edirik. Baxmayaraq ki, Ermənistan Fransa ilə yaxındır, Beynəlxalq Frankofoniya Təşkilatında bir yerdədirlər, ermənilər fransızdilli olmasalar da. Sadəcə, bu, Fransanın siyasətidir”. A.Nağı Rusiyanın müqavimətinə də diqqət çəkdi: “Mariya Zaxarova iki məqamı vurğuladı. Həm bölgəni ABŞ ilə münasibətlərdən çəkindirməyə çalışdı. Təxminən belə bir fikir səsləndirmiş olur ki, ABŞ regiona gələcəksə, münaqişə ocaqları yenidən alovlanacaq, münaqişələr bitməyəcək. Bu xəbərdarlıqlarda müəyyən məntiq var. ABŞ regiona gələcəksə, o halda təbii olaraq Ermənistan müəyyən öhdəliklərini yerinə yetirməlidir. Bu ölkənin isə Azərbaycan, Türkiyə, hətta Gürcüstana qarşı ərazi iddiaları var. ABŞ-dən ciddi dəstək alacaq erməni revanşistləri heç vaxt sakit oturmayacaqlar. Ermənistanda əsas xətt ondan ibarətdir ki, bu gün Azərbaycan, Türkiyə güclüdür, bu iki ölkəyə məğlub olsalar da, son deyil. İddialar, proqnozlar var ki, yaxın zamanlarda bu iki ölkə zəifləyəcək, hətta 2030-cu ilədək Azərbaycanın neft-qaz ehtiyatları tam tükənəcək, bütün bunlardan sonra ermənilər hərəkətə keçməyi planlaşdırırlar. Buna görə də həm silahlanırlar, həm də müəyyən gedişlər həyata keçirməyə çalışırlar. Keşiş Baqrat kimi adamların əli ilə revanşistləri gündəmdə saxlayırlar. Rusiyanın qoyduğu digər məsələ var ki, ABŞ regiona gələrsə, bu, qüvvələr nisbətini pozacaq, vəziyyəti dəyişəcək. Əmindir ki, ABŞ Ermənistandan meydança kimi istifadə etmək məqsədi güdür. Son 100 ildə Rusiya Ermənistandan Türkiyə, Azərbaycan, İrana qarşı platsdarm kimi istifadə edibsə, indi də ABŞ-ın belə bir marağı var. Özü də havayı pendir tələdə olur, bunu da ermənilər unutmamalıdır”. Partiya sədri ABŞ-ın sülh məsələsində niyə bu qədər maraqlı olmasını da səbəbsiz saymır: “Nümayəndə nümayəndə ardınca səfər edir regiona. Danışıqların gedişində hər dəfə sülh imzalanması ön plana çəkilir. ABŞ Ermənistanı sakitləşdirib, rahat şəkildə regiona gəlmək istəyir. Ağ Ev tezliklə sülhün əldə olunmasına çalışır, amma Rusiyanı kənarda saxlamaq şərtilə. Belə bir vəziyyətdə isə sülhün əldə olunması real görünmür”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Baktelecom" sentyabra kimi dözümlülük istəyir
Bu gün, 13:02
“Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə...” - Aygün Bəylərin bacısı SİRRİ AÇDI
Bu gün, 12:58
Kürdəmirin sabiq icra başçısının müavini və sabiq şöbə müdirinin şikayəti qismən TƏMİN EDİLDİ
Bu gün, 12:55
Məhkəmə rüşvətə görə tutulan icra nümayəndəsi barədə QƏRAR VERDİ
Bu gün, 12:49
Rusiyanın əsas məqsədi Zəngəzur dəhlizini öz nəzarətinə götürməkdir
Bu gün, 12:42
DOST Agentliyi bu dəfə 1,8 milyona ofis icarəyə götürüb - DETALLAR
Bu gün, 12:37
Qarabağ bitdi: Qafqazda yeni mübarizə başlayır – Ovannisyan
Bu gün, 12:33
Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq - Belə deyirlər...
Bu gün, 12:22
Rüşvətə görə həbs edilən hərbi komissara ağır cəza tələbi - TƏFƏRRÜAT
Bu gün, 12:16
İngilis general elan etdi: 5 il sonrakı müharibəyə hazırlaşın - Rusiyanı tutmalıyıq
Bu gün, 12:08
İşlədiyi kafenin sahibini 23 bıçaq zərbəsi ilə öldürən tələbə ilə bağlı QƏRAR
Bu gün, 12:06
Ukrayna Rusiyaya girməklə SƏHVMİ ETDİ? - GƏLİŞMƏ
Bu gün, 11:58
Bu, Elmar Qasımovun uğurudur... AMMA.. - TƏHSİL ÜÇÜN SOS!!!
Bu gün, 11:52
Köçəryan fəallaşır - Yeni planı açıqlandı
Bu gün, 11:49
İrəvan şokda: 2 İyun sənədində deyilir ki, Naxçıvan... - Baqratyan
Bu gün, 11:48
İcra başçısının xanım müavini vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:44
Mən seçicilərimə boş və yalan vədlər vermirəm - Peyman Sadıqov
Bu gün, 11:39
Naxçıvanın Təhsil Nazirliyinin YENİ HOQQABAZLIĞI... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:27
“HATTUŞA TATİL"in, yoxsa “APAYDIN TATİL"in YALANÇI vədləri - NƏZARƏTSİZ QALIBLAR...
Bu gün, 11:24
Özünü deputat Azay Quliyev kimi təqdim etdi... HƏBS OLUNDU... - TƏFƏRRÜAT
Bu gün, 11:04
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI
Bu gün, 11:00
“Ermənistan artıq dostumuz deyil” – Korotçenko
Bu gün, 10:54
Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi - ƏMR
Bu gün, 10:51
ANCA-nın çarəsiz çırpıntısı: “Azərbaycan kabusu” dinclik vermir - Amerika Erməni Komitəsi niyə yenidən peyda oldu və nəyə nail olacaq?
Bu gün, 10:47
Papikyan Azərbaycanla sərhəddə döyüş tapşırığı verdi - Ermənistan hücuma hazırlaşır
Bu gün, 10:44
Seçkidən sonra ONLAR YOLA SALINACAQ... - YENİ DÖVR-ə YENİ KOMANDA ilə...
Bu gün, 10:37
Ermənistanın silahla doldurulması Cənubi Qafqaza nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bu gün, 10:26
"Məncə, hakim partiya büdcəsini az göstərib" - Tural Abbaslı
Bu gün, 10:20
“Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib - VİDEO
Bu gün, 10:06
Əlibala Məhərrəmzadə seçiciləri saymır, çıxışları da ruscadır - VİDEO
Bu gün, 10:03
"Siyəzən Broyler”in bitməyən problemləri - araşdırılmayan şikayətlər
Bu gün, 09:58
Agentlik 2 milyon manata bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 09:53
Emin Ağalarov ilk dəfə Bakıdakı villasının içini göstərdi - VİDEO
Bu gün, 09:51
“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək olub
Bu gün, 09:48
Rəşad Dağlının həbs həyatı necə keçir? - Həbsxana yoldaşından ŞOK DETALLAR
Bu gün, 09:45
Moskva və Bakının Zəngəzur planı nə? - İrəvanda panika
Bu gün, 09:43
"Hanı deputat? Seçilib, ancaq ÖZLƏRİ ÜÇÜN İŞLƏYİRLƏR" - Elza Seyidcahan seçki kampaniyasını BELƏ APARIR...
Bu gün, 09:42
Məhkəmə hakimi vətəndaşı ÇİLƏDƏN ÇIXARIB... - NARAZILIQ VAR...
Bu gün, 09:40
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı və... - Ekspert danışır...
Bu gün, 09:32
Milli Oftomologiya Mərkəzində rüşvət qalmaqalı - VİDEOFAKT
Bu gün, 09:27
Zəngəzurla bağlı vəziyyət kəskinləşir – Ermənistana xəbərdarlıq edildi
Bu gün, 09:25
Sabiq məmurun həbsdə olan oğlu şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 09:23
Çovdarovun Xızıdakı bağ evi hərraca çıxarılır - İLGİNC DETALLAR
Bu gün, 09:22
30 il ərzində Ukrayna Ermənistana nəsə kəm baxıbmı ki, bizdən də NƏSƏ UMSUN? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:17
Ağsuda narkokuryerlikdə şübhəli bilinən qadın tutulub
Bu gün, 09:15
Yarım milyon manatlıq şirkətin səhmləri dövriyyədən çıxarılacaq
Bu gün, 09:12
Ramin Abdullayev-Namiq Hümmətov cütlüyü oğurluq pulları ÖLKƏDƏN ÇIXARIR - BU YOLLA...
Bu gün, 09:08
Sonra da deyirlər, niyə yerli turizm yoxdur... - "`Vadi Chalet hotel`ini məsləhət görmürəm..."
Bu gün, 09:00
"Axı hardan tapırsınız belə işçiləri..?" - GİLEY
Bu gün, 08:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru