Putin Bakıya NİYƏ GƏLİB? .....                     ƏNƏNƏVİ ERMƏNİ XƏSTƏLİYİ... .....                     Nə yeyirik... Bizə nə yedirirlər.... .....                     Daha iki il münaqişə? .....                     Özbəkistan – Azərbaycan əməkdaşlığı üçün 5 milyonluq .....                     Tibbi qurum 4,3 milyon manatlıq tenderinin .....                     "Mediamızda dilimizin normalarına lazımınca əməl olunmur" .....                     Məqsədləri tamam başqadır... .....                     45 deputatdan sadəcə ikisi yenidən NAMİZƏDDİR .....                     Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”... .....                     Şəhid qanı ilə yoğrulmuş MÜQƏDDƏS TORPAQLARA BUDURMU MÜNASİBƏT? .....                     Əldə olunan razılaşma Azərbaycan və Ermənistan üçün nə dərəcədə məqbuldur? .....                     Sürücülüyə yararlılıq barədə arayışın etibarlılıq müddəti azaldılıb .....                     Qərb münaqişələri alovlandırmaqla məşğuldur .....                     Azərbaycanlı prezident Putinlə .....                     Milliyyətinin türk, yaxud fars olması… .....                     Gecə və səhər arabir duman olacaq .....                     Seçicilər İmamverdiyə bu dəfə mandat verməyəcək... .....                     "Anar Məmmədovun namizədliyi ləğv edilsəydi, meydana Qələndər Muxtarlı düşəcəkdi" .....                     Mirzoyandan sülh mesajı: .....                     Paşinyan İrəvan merini yola salmağa çalışır .....                     “Tərtər işi” ilə bağlı həbs edilən daha bir neçə nəfərin .....                     ABŞ Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun gələcək formatına münasibət bildirib .....                     Dərmanlar Tarif Şurasının təyin etdiyi həddən .....                     Prezident İlham Əliyev DSX-nin şəhid hərbi qulluqçularını .....                     Xədicədən sonra o da verilişdən getdi .....                     "Gedib hər restoranın mətbəxinə girib orada qayda-qanun yaratmaq imkanı yoxdur" .....                     Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib .....                     Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib .....                     Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçi ola bilərmi? .....                     Bakıda qadınların yaşadığı evə BASQIN .....                     İrəvanın sentyabrda Bakıya qarşı planlaşdırdığı hücum planı ortaya çıxdı .....                     Ermənistan və ABŞ arasında .....                     Lukaşenkodan dünyayı qorxuya salan XƏBƏRDARLIQ .....                     Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     Deputatlığa namizədin yersiz ÇIXIŞI... .....                     Polislə dalaşan azərbaycanlı saxlanıldı .....                     Ermənipərəst senator Bob Menendez siyasi karyerasını bitirir .....                     Oliqarx oğlu məhkəməni uduzdu .....                     "Aztelekom" yalanlarla digər provayderləri bazardan sıxışdırır... .....                 

Azərbaycan-Pakistan münasibətləri yüksələn xəttlə inkişaf edir - MƏQALƏ
Tarix: 15-07-2024, 07:47 | Çap et
Azərbaycan-Pakistan münasibətləri yüksələn xəttlə inkişaf edir
Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur.
Ölkəmizin möhkəm dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı
münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də
qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də, çoxtərəfli
platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün
sahələrdə sürətlə inkişaf edir.
Qeyd edək ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk
tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında
diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki
ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik
səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin
avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. İki dövlət
arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük
töhvələr verib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən
müxtəlif sahələrdə uğurla davam etdirilir.
Dost ölkə olan Pakistan keçmiş münaqişə ilə bağlı hər zaman öz qəti
mövqeyini də bildirib, bu günə kimi Ermənistanla diplomatik əlaqələr
qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin, Pakistan Senatı 2022-ci
il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Eyni
zamanda da Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini
dəstəkləyir. Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl
xarakter daşıyır. Ölkəmiz bu məsələdə Pakistanın haqlı mövqeyini
dəstəkləyir və Pakistan ilə həmrəydir. Eyni zamanda, Azərbaycan İslam
Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə
kontakt qrupun üzvüdür.
Cari ilin iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan
İslam Respublikasına dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq
münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə
əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.
İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif
mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız bildirib ki, bizim
qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə
olan dərin hisslərinə əsaslanır. Bu bağlantının böyük sərvət olduğunu
vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Pakistan ilə
Azərbaycan arasında qardaşlıq münasibətləri həmin bünövrəyə əsaslanır.
Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində,
hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik. Məsələn, irəli
sürdüyümüz təşəbbüsdə qardaşlarımız bizi dəstəkləyir və eyni dəstək
qarşılıqlı olur. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz
qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir.
Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış,
pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə
həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq
qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-
yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq.
Mən əminəm ki, ədalət zəfər çalacaq”.
Öz növbəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd
Şahbaz Şərif bildirib ki, Pakistan həmişə Azərbaycanın Qarabağla bağlı
mövqeyini dəstəkləyib və sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin
nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi
dəstəkləyib. Azərbaycanın da həmişə kəşmirlilərin haqq işini dəstəklədiyini
vurğulayan Baş nazir bildirib: “Mən BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə müvafiq olaraq öz müqəddəratını təyin etmək hüququna nail
olmaq üçün yetmiş ildən artıq böyük qurbanlar vermiş milyonlarla insanı
nəzərdə tuturam. Yaxın Şərqdə digər ölkələrlə yanaşı, Azərbaycan və
Türkiyə Kəşmirin haqq işini dəstəkləyən dost və qardaş ölkələrdən
olmuşdur”.
Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar
və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına
mühüm töhfə kimi qiymətləndirilir. Dost ölkədə Heydər Əliyev Fondunun
təşəbbüsü ilə həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində
Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilib, bu ölkənin
Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə
işləri aparılıb. Həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil
olunub, açıq ürək cərrahiyyə əməliyyatları baş tutub, Pakistan-Əfqanıstan
sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz
olunumuş, təcili tibbi yardım avtomobili hədiyyə edilib. Göz klinikasının
tikintisi üçün maddi yardım göstərilib, Ramazan ayında Pakistanın bütün
əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Həmçinin, 30
min nəfərdən çox imkansız insana qurbanlıq paylanılıb.
Bu gün Azərbaycan-Pakistan münasibətləri yüksələn xətlə inkişaf edir.
Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri
nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan
yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin
dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Hazırda Azərbaycanda
3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd
təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət
göstərirlər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin
genişləndirilməsini vacib hesab edir. Pakistan şirkətləri işğaldan azad
edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində iştirak üçün də müraciət
ediblər. iki ölkə arasında ictimai, hərbi, humanitar sahələrdə əlaqələr
yüksək səviyyədədir. Pakistan rəsmiləri etiraf edir ki, İrana nüvə
proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-
Əfqanıstan-Pakistan qaz kəməri layihəsi reallaşmır. Karbohidrogen enerjisi
ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfkeşə
ehtiyacı var. Azərbaycanın da Asiyanın uyğun bazarında İslam
Respublikası ilə əməkdaşlıq etməsi faydalı olar. Bununla ölkəmiz
Pakistanın yerləşdiyi regiondakı bazarda mühüm rol əldə edə bilər. Nəzərə
almaq lazımdır ki, perspektivdə Orta dəhlizdən bu məqsədlə Pakistan da
xeyir götürər. Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də,
Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də təkan verər.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Dia-Az.İnfo









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Bakıya NİYƏ GƏLİB? - AKTUAL
Bu gün, 07:14
ƏNƏNƏVİ ERMƏNİ XƏSTƏLİYİ... - Sağalan deyillər...
Bu gün, 00:19
Nə yeyirik... Bizə nə yedirirlər.... - ARAŞDIRMA
Bu gün, 00:09
Daha iki il münaqişə? – İrəvanda Qarabağ hikkəsi
Bu gün, 00:05
Özbəkistan – Azərbaycan əməkdaşlığı üçün 5 milyonluq - TƏDBİRLƏR TƏŞKİL OLUNACAQ
Dünən, 00:05
Tibbi qurum 4,3 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
"Mediamızda dilimizin normalarına lazımınca əməl olunmur" - ETİRAZ
17-08-2024, 15:07
Məqsədləri tamam başqadır... - GİLEY
17-08-2024, 15:00
45 deputatdan sadəcə ikisi yenidən NAMİZƏDDİR - Naxçıvan seçkiləri
17-08-2024, 14:18
Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”... - Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?
17-08-2024, 14:12
Şəhid qanı ilə yoğrulmuş MÜQƏDDƏS TORPAQLARA BUDURMU MÜNASİBƏT? - AXI NİYƏ?
17-08-2024, 14:02
Əldə olunan razılaşma Azərbaycan və Ermənistan üçün nə dərəcədə məqbuldur? - İNCƏLƏMƏ
17-08-2024, 14:02
Sürücülüyə yararlılıq barədə arayışın etibarlılıq müddəti azaldılıb - Ekspertlər nə deyir?
17-08-2024, 14:00
Qərb münaqişələri alovlandırmaqla məşğuldur - Belarus prezidenti
17-08-2024, 13:58
Azərbaycanlı prezident Putinlə GÖRÜŞƏCƏK
17-08-2024, 13:33
Milliyyətinin türk, yaxud fars olması… - Pezeşkian
17-08-2024, 13:17
Gecə və səhər arabir duman olacaq - Belə deyirlər...
17-08-2024, 13:02
Seçicilər İmamverdiyə bu dəfə mandat verməyəcək... - AN İNTİQAMın ANIDIR...
17-08-2024, 12:55
"Anar Məmmədovun namizədliyi ləğv edilsəydi, meydana Qələndər Muxtarlı düşəcəkdi" - Şəhriyar Məcidzadədən şok açıqlama
17-08-2024, 12:48
Mirzoyandan sülh mesajı: - “Tarixi yol ayrıcındayıq”
17-08-2024, 12:38
Paşinyan İrəvan merini yola salmağa çalışır - Baqratla əlaqə?
17-08-2024, 12:29
“Tərtər işi” ilə bağlı həbs edilən daha bir neçə nəfərin apellyasiya şikayəti üzrə məhkəmə başlayır
17-08-2024, 12:25
ABŞ Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun gələcək formatına münasibət bildirib
17-08-2024, 12:23
Dərmanlar Tarif Şurasının təyin etdiyi həddən BAHA satılır?
17-08-2024, 11:58
Prezident İlham Əliyev DSX-nin şəhid hərbi qulluqçularını TƏLTİF ETDİ
17-08-2024, 11:56
Xədicədən sonra o da verilişdən getdi - FOTO
17-08-2024, 11:46
"Gedib hər restoranın mətbəxinə girib orada qayda-qanun yaratmaq imkanı yoxdur" - deputat
17-08-2024, 11:42
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib - ADLAR
17-08-2024, 11:39
Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - SİYAHI
17-08-2024, 11:37
Azərbaycan Rusiya və Ukrayna arasında vasitəçi ola bilərmi? - AÇIQLAMA
17-08-2024, 11:31
Bakıda qadınların yaşadığı evə BASQIN - TƏFƏRRÜAT
17-08-2024, 11:28
İrəvanın sentyabrda Bakıya qarşı planlaşdırdığı hücum planı ortaya çıxdı - DETALLAR
17-08-2024, 11:26
Ermənistan və ABŞ arasında GİZLİ ANLAŞMA
17-08-2024, 11:13
Lukaşenkodan dünyayı qorxuya salan XƏBƏRDARLIQ – Belarus nüvə silahını işə SALACAQ?
17-08-2024, 11:03
Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
17-08-2024, 10:51
Deputatlığa namizədin yersiz ÇIXIŞI... - VİDEO
17-08-2024, 10:50
Polislə dalaşan azərbaycanlı saxlanıldı - VİDEO
17-08-2024, 10:41
Ermənipərəst senator Bob Menendez siyasi karyerasını bitirir
17-08-2024, 10:36
Oliqarx oğlu məhkəməni uduzdu – İDDİASI RƏDD EDİLDİ
17-08-2024, 10:33
"Aztelekom" yalanlarla digər provayderləri bazardan sıxışdırır... - Vətəndaşlar aylar öncə necə aldadılıblar?
17-08-2024, 10:31
Paşinyan Moskvanın əsəbi ilə oynayır - NƏ BAŞ VERİR?
17-08-2024, 10:21
Əmək mübahisələrinin həllində Mediasiya haqqında qanunun ROLU... - Ekspert danışır...
17-08-2024, 10:18
YAP bu dairədə namizədsiz qala bilər... - ÇÜNKİ...
17-08-2024, 10:16
Tamam Cəfərova çətin vəziyyətdə; rəqibi Rauf Qurbanovun plakatlarını kim cırıb? - Şamaxıda qızğın rəqabət
17-08-2024, 10:06
Oğlunu iki ildir görməyən Müşfiq Şahverdiyev: - "Bəlkə həyatı tək başa vurdum..."
17-08-2024, 10:03
“Azər Badamov bizə lazım deyil, deputat olaraq nə edib?“ - Seçicilər narazılıq edir
17-08-2024, 09:54
Əzəli rəqabət Qafqaza sıçradı – Azərbaycan və Ermənistan arasında seçim etdilər
17-08-2024, 09:52
Putinin Bakıya prinsipial səfəri: Nələr gözlənilir? - GƏLİŞMƏ
17-08-2024, 09:49
Görün, bu ali təhsil ocağına KİM RƏHBƏRLİK EDİR... - İTTİHAM VAR...
17-08-2024, 09:48
Xaçmazda ata və oğul biçaqlanıb, oğul ölüb - TƏFƏRRÜAT
17-08-2024, 09:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru