![Azərbaycan hansı güzəştlərə gedir? Azərbaycan hansı güzəştlərə gedir?](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1720782463_0001.jpg)
Sülh müqaviləsi bağlamaq üçün tarixi imkan var.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan mediaya açıqlamasında deyib.
Azərbaycanla demarkasiya və delimitasiya işləri və Bakının bu prosesdə hansı güzəştlərə getməsi ilə bağlı sualı cavablandıran vitse-spiker qeyd edib ki, proses yeni başlayıb, sərhədin cəmi 3%-i delimitasiya olunub və Azərbaycan tərəfinin qarşıdakı güzəştlərindən danışmaq mümkün deyil.