`Bazarstore`un satdığı məhsuldan xəbəri yoxdur... .....                     Ramin İsayev dövləti rəsmən qarət edibmiş... .....                     10 günlük DİSTANT TƏHSİL: nə itirəcəyik? .....                     AZAL-a bağlı sığorta şirkəti əsas səhmdarın binasına köçdü .....                     NTV Palata ilə HAQQ-HESAB ÇƏKƏCƏK? .....                     Alyaska yeni toqquşma meydanıdır .....                     AYNA ilə `Azparkinq`-in YENİ HOQQASI... .....                     Talıbovlar KÖLGƏYƏ ÇƏKİLİR .....                     İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir .....                     Blinken İranın 24 saat ərzində İsrailə hücum edə biləcəyini bəyan edib .....                     Rusiya ABŞ-la anlaşdımı? .....                     Sülh Zəngəzur dəhlizində ilişib .....                     Qırmızı bayraq qaldırıldı: Hücum necə başlayacaq? .....                     Türkiyə 3 günə 6 milyard itirdi .....                     “İnadkarları” ram etmək: Avropa İttifaqı Macarıstana təsir edə bilərmi? .....                     Bu gün Azərbaycan Hərbi Donanması Günüdür .....                     Mətanət İsgəndərlinin makiyajsız halı: .....                     ŞOK! İran Haniyənin qətlini Azərbaycanla bağlamağa başlayır? .....                     Qərbin ayırdığı paralar erməniləri xilas etməyəcək .....                     Mənzil bazarında qiymət artımı davam edəcək? .....                     Vətən müharibəsi qəhramanı bu dairədən deputatlığa namizəd oldu .....                     Ermənistan yardım istədi, İran Qafanda mərkəz qurur .....                     “Taksi islahatı”nın bəhrəsi: işsizlik, gizli fəaliyyət, büdcəyə ziyan .....                     Seyidov niyə indi Naxçıvanda komandan oldu? .....                     Fransa kanalı ermənidən artıq ermənilik edir .....                     Harris Trampa "yox" dedi: .....                     "Ermənilər müsabiqədə bizə səs verilməsinə mane oldular" .....                     “Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...” .....                     Olan-qalan turist də Bakını seçir... .....                     Dövlət qurumu təmizlik işlərini bu şirkətə .....                     Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb .....                     Ermənistandan olan qanunvericilər Venesuelanın yeni seçilmiş prezidentini hədələyir .....                     "Heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır" .....                     “Mossad” Haniyəni öldürmək üçün İran kəşfiyyatçılarını işə götürüb .....                     "Azərbaycana qarşı döyüşmüş hərbi əsirlər kiminsə sözü ilə buraxıla bilməz" .....                     Ukrayna-Rusiya dialoqu baş tutacaqmı? .....                     “Azərenerji”nin yarım milyondan çox dəyəri olan tederinin .....                     Hakimiyyət mətbuata səsləndi: .....                     Deputatlığa namizədlərə qadağa qoyuldu .....                     Taleh Qaraşov özünə yeni müavin təyin etdi .....                 

Böyük ümidlər: Həkim İranı "sağalda" bilərmi? - ARAŞDIRMA
Tarix: 12-07-2024, 14:02 | Çap et
Böyük ümidlər: Həkim İranı "sağalda" bilərmi?
İran xalqı prezident seçkilərində qələbə çalan Məsud Pezeşkiyandan ölkənin ictimai-siyasi mühiti üçün böyük dəyişikliklər gözləyir.
69 yaşlı Məsud Pezeşkiyan haqqında qısaca arayış versək, deyə bilərik ki, o, Məhabad (Soyuqbulaq) şəhərində dünyaya gəlib, əslən azərbaycanlıdır. İxtisasca ürək cərrahıdır. (Maraqlıdır ki, soyadındakı "pezeşk" sözü farsca "həkim" deməkdir; "pezeşkiyan" isə "həkim nəslindən gələn" mənasını verir). 2001-2005-ci illərdə ovaxtkı islahatçı prezident Məhəmməd Xatəminin hökumətində səhiyyə və tibb təhsili naziri vəzifəsində çalışıb. 2008-ci ildən İran İslam Şurası Məclisinin (parlament) deputatı, 2016-2020-ci illərdə isə parlament sədrinin birinci müavini idi. İyulun 30-da isə o, prezident kimi and içəcək.

Doğrudur, İranda prezidentin səlahiyyətləri məhdud və əhatəsizdir, o ancaq hökumətin başçısıdır. İqtidar 1989-cu ildən bəri ali dini lider ayətullah Əli Xameneinin əlindədir. Pezeşkiyanın belə bir şəraitdə fundamental dəyişikliklər həyata keçirməsi yalnız ali rəhbərlə, imtiyazlı ruhanilər və təhlükəsizlik qüvvələri ilə ixtilafa girməsi, onların "sözündən çıxması" halında mümkündür. Söz yox ki, islahatçı prezident ölkəni bu cür ikitirəlik meydanına çevirmək istəməz, lakin hakimiyyətə gəlməsi, bəlkə də, dəyişikliklər üçün zəmin yarada bilər.

Əvvəla onun seçkilərdə 53.7% səs toplayaraq öz rəqibini - qatı mühafizəkar siyasətçi Səid Cəlilini (44,3% səs) üstələməsi xalqın "molla rejimi"ndən qurtulmaqla bağlı böyük ümidlərinin ilk qələbəsi sayıla bilər. Hərçənd reallıq çərçivəsində bu ifadə çox romantik səslənir...

Kembric Universitetinin iranlı tədqiqatçısı İqan Şəhidinin "Deutsche Welle" nəşrinə açıqlaması da təsdiqləyir ki, İranda bir çox taleyüklü, siyasi əhəmiyyətli məsələ, o cümlədən ölkənin nüvə proqramı, xarici siyasət, təhlükəsizlik siyasəti prezidentin səlahiyyətinə aid deyil. Üstəlik, hakimiyyətin təqribən bütün təşkilatları mühafizəkar şəxslərin idarəsindədir. Belə bir mühitdə islahatçı, yenilik tərəfdarı prezidentin nüfuzuna kölgə salır.

"Ali liderin də bildirdiyi kimi, prezident İslam Respublikasının xarici siyasətinə qarışa bilməz. Bu məhz Xameneinin və ali təhlükəsizlik orqanlarının qərarlarına əsaslanır", - İqan Şəhidi deyir.

Reallıq və romantikanın çarpışdığı qatı teokratiya rejimində Pezeşkiyanın hətta hansısa kiçik dəyişikliklər həyata keçirə biləcəyi də, əslində, qeyri-müəyyəndir. Hər halda, siyasətdə konkret nüfuzu var; ən başlıcası, 85 yaşlı Xameneinin xələfinin seçilməsində iştirak haqqı var.

Yaxın Şərqdəki vəziyyətin getdikcə ağırlaşdığı, İsrailin Qəzzada HƏMAS-la, şimal sərhədində isə "Hizbullah"la vuruşduğu bir dövrdə İranın bu regional münaqişəyə birbaşa qoşulması ehtimalı böyükdür. Belə bir şəraitdə hakimiyyətə gələn Pezeşkiyanı bir sıra çətinliklər gözləyir.

Digər tərəfdən, İranda iqtisadi vəziyyət ürəkaçan deyil. İnflyasiya 40%-ə çatıb ki, bu, İran rialının rekord səviyyədə ucuzlaşması deməkdir. İşsizlik nisbəti də xeyli yüksəkdir; 90 milyonluq əhalinin 1/3-i, yəni 30 milyon insan yoxsulluq həddində yaşayır.

Parisdə yerləşən Elmi İqtisadiyyat və İdarəetmə İnstitutunun (IÉSEG) dosenti Həmid Babai bildirir ki, Pezeşkianın prezident kimi əsas məqsədi iqtisadi artımı sürətləndirmək, inflyasiyanın qarşısını almaqdır. Dosentin sözlərinə görə, İranda son 15 ildə ümumi iqtisadi artım sıfıra bərabərdir, inflyasiya isə ilk növbədə büdcə kəsirləri və monetar ekspansiyadan irəli gəlir.

"Bu cür xronikləşmiş iqtisadi problemlərin həllini Pezeşkiyandan gözləmək sadəlövhlükdür. İranın makroiqtisadi göstəriciləri elə bir enişə doğru gedir ki, heç bir prezident onu düzəldə bilməz", - Babai vurğulayır.

İran öz iqtisadiyyatını qaydasına salmaq istəyirsə, əvvəla təcrid mühitindən çıxmalı, beynəlxalq sanksiyalardan qurturmalı və Qərblə uzlaşmalıdır. Yeni prezidentin vədləri də elə bu istiqamətdədir. Hərçənd nüvə proqramı ilə bağlı səlahiyyəti yoxdur, amma o, bir sıra ölkə (ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin) ilə 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpasının da tərəfdarıdır. ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2018-ci ildə Vaşinqtonu sazişdən çıxarıb Tehrana qarşı yenidən sanksiyalar irəli sürməsi nəticəsində bu saziş qeyri-müəyyən vəziyyətdə qalıb.

Pezeşkiyan həmçinin sərt teokratik qaydaların, xüsusilə hicab məcburiyyətinin ləğvi barədə də ilkin vədlər verib. Sözügedən qaydaları nəzarətdə saxlayan, pozuntulara qarşı ağır cəzalar kəsən "əxlaq patrulları"na da qarşı çıxacağını söyləyib. Məhz belə bir siyasətin nəticəsidir ki, 2022-ci ilin 16 sentyabrında hicabı düzgün taxmayan 22 yaşlı Məhsa Əmini polis bölməsində müəmmalı şəkildə həyatını itirmiş. Beləliklə, rejimə qarşı həm daxili kütləvi nümayişlər, həm də xaricdən dəstək aksiyaları başlamış, etirazların sərt şəkildə yatırılması cəmiyyət və hakimiyyət arasında uçurumu daha da genişləndirmişdi.

Tədqiqatçı İqan Şəhidinin fikrincə, yeni prezidentin dövründə İranda bu, ya digər insan hüquqları çərçivəsində qadınlara və dini azlıqlara münasibətin müsbət istiqamətə doğru dəyişməsini gözləmək də düzgün deyil.

"Aydındır ki, İran xalqının hüquqlarını pozan ictimai qaydalar hökumətin ali təşkilatları tərəfindən hazırlanır. Prezidentin bu sahədə hər hansı dəyişiklik və ya təkmilləşdirmə aparmaq səlahiyyəti yoxdur", - Şəhidi bildirir.

Hazırda İran xalqı və əlbəttə, Güney Azərbaycan 30 iyul tarixini gözləyir. Məsud Pezeşkiyan həmin gün and içərək rəsmən prezident vəzifəsinə gələcək. Məhdud səlahiyyəti çərçivəsində hansı addımlar atacağı, vədlərini hansı dərəcədə yerinə yetirəcəyi və ən əsası, ölkənin ali teokratik hakimiyyətindən hansı səviyyədə asılı qalacağı həm daxildə, həm xaricdə hər kəs tərəfindən maraqla gözlənilir. Onun hakimiyyətində Azərbaycanla münasibətlərə gəlincə isə, mütəxəssislər müsbət irəliləyişlərin baş verəcəyinə ümidlidirlər.

Politoloq İlyas Hüseynov "Azvision" a açıqlamasında dilə gətirib ki, Pezeşkiyanın prezidentliyi dövründə ilk növbədə İranda azərbaycanlıların hüquqlarının qorunması, onların ana dilində təhsil almaq hüquqlarının tanınması gözlənilən addımdır:

Pezeşkianının seçilməsi İran-Azərbaycan münasibətlərinə nə vəd edir?
"Bu, Bakı ilə Tehran arasında münasibətlərə müsbət təsir göstərər. Digər tərəfdən, cənab Prezident İlham Əliyev Pezeşkiyanı təbrik edib. Bu da qarşılıqlı səfərlərin anonsunu verir. Səfərlər və müzakirələr kontekstində ziddiyyətlərin aradan qaldırılması istəniləndir. Azərbaycanın diplomatik nümayəndəliyinin tezliklə İranda fəaliyyətə başlaması da münasibətləri daha da yaxşılaşdıracaq".

AzVision.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Bazarstore`un satdığı məhsuldan xəbəri yoxdur... - ETİRAZ
Bu gün, 08:49
Ramin İsayev dövləti rəsmən qarət edibmiş... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:40
10 günlük DİSTANT TƏHSİL: nə itirəcəyik? - AKTUAL
Bu gün, 08:37
AZAL-a bağlı sığorta şirkəti əsas səhmdarın binasına köçdü
Bu gün, 08:34
NTV Palata ilə HAQQ-HESAB ÇƏKƏCƏK? - Hələlik HƏRBƏ-ZORBA GƏLİRLƏR...
Bu gün, 08:31
Alyaska yeni toqquşma meydanıdır - GƏLİŞMƏ
Bu gün, 08:27
AYNA ilə `Azparkinq`-in YENİ HOQQASI... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:25
Talıbovlar KÖLGƏYƏ ÇƏKİLİR - 38 milyon xərc çəkiblər...
Bu gün, 08:20
İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir
Bu gün, 08:09
Blinken İranın 24 saat ərzində İsrailə hücum edə biləcəyini bəyan edib
Bu gün, 08:08
Rusiya ABŞ-la anlaşdımı? - Görünəni odur ki...
Bu gün, 07:01
Sülh Zəngəzur dəhlizində ilişib - FAKT BUDUR!
Bu gün, 06:57
Qırmızı bayraq qaldırıldı: Hücum necə başlayacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:53
Türkiyə 3 günə 6 milyard itirdi - İnstaqramı blokladığına görə
Bu gün, 06:49
“İnadkarları” ram etmək: Avropa İttifaqı Macarıstana təsir edə bilərmi? - NƏ BAŞ VERİR?
Bu gün, 00:22
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 00:20
Mətanət İsgəndərlinin makiyajsız halı: - "40 kiloqram arıqladım"
Bu gün, 00:19
ŞOK! İran Haniyənin qətlini Azərbaycanla bağlamağa başlayır? - FOTO
Bu gün, 00:15
Qərbin ayırdığı paralar erməniləri xilas etməyəcək - FAKT BUDUR!
Dünən, 15:16
Mənzil bazarında qiymət artımı davam edəcək? - ARAŞDIRMA
Dünən, 15:12
Vətən müharibəsi qəhramanı bu dairədən deputatlığa namizəd oldu - FOTO
Dünən, 14:34
Ermənistan yardım istədi, İran Qafanda mərkəz qurur - GƏLİŞMƏ
Dünən, 14:26
“Taksi islahatı”nın bəhrəsi: işsizlik, gizli fəaliyyət, büdcəyə ziyan - AKTUAL
Dünən, 13:39
Seyidov niyə indi Naxçıvanda komandan oldu? - “Əlahiddə general”
Dünən, 13:36
Fransa kanalı ermənidən artıq ermənilik edir – Yeni iddia
Dünən, 09:05
Harris Trampa "yox" dedi: - "Oyun oynamağı dayandır"
Dünən, 09:03
"Ermənilər müsabiqədə bizə səs verilməsinə mane oldular"
Dünən, 00:25
“Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...” - partiya sədri
Dünən, 00:22
Olan-qalan turist də Bakını seçir... - AXI NİYƏ?
3-08-2024, 19:00
Dövlət qurumu təmizlik işlərini bu şirkətə - HƏVALƏ ETDİ
3-08-2024, 18:56
Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - DİQQƏT
3-08-2024, 15:19
Ermənistandan olan qanunvericilər Venesuelanın yeni seçilmiş prezidentini hədələyir
3-08-2024, 14:05
"Heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır" - Müdafiə naziri
3-08-2024, 14:02
“Mossad” Haniyəni öldürmək üçün İran kəşfiyyatçılarını işə götürüb - “The Daily Telegraph”
3-08-2024, 14:02
"Azərbaycana qarşı döyüşmüş hərbi əsirlər kiminsə sözü ilə buraxıla bilməz" - HƏQİQƏTƏN DƏ...
3-08-2024, 14:02
Ukrayna-Rusiya dialoqu baş tutacaqmı? - Görünəni odur ki...
3-08-2024, 14:00
“Azərenerji”nin yarım milyondan çox dəyəri olan tederinin - QALİBİ AÇIQLANDI
3-08-2024, 13:56
Hakimiyyət mətbuata səsləndi: - Rusiya ilə münasibətlərə nifaq salmayın!
3-08-2024, 13:51
Deputatlığa namizədlərə qadağa qoyuldu - Bunu edə bilməyəcəklər
3-08-2024, 13:46
Taleh Qaraşov özünə yeni müavin təyin etdi - Onlar vəzifəsindən azad olundu
3-08-2024, 13:42
Həbs edilmiş bankir 13 ay sonra azadlığa buraxıldı - TƏFƏRRÜAT
3-08-2024, 13:11
Elman Rüstəmovu HƏBSƏ APARAN YOL... - Əgər araşdırma aparılarsa...
3-08-2024, 13:07
"Anlamırlar ki, qanun və qaydalar hər birimiz üçündür" - ETİRAZ
3-08-2024, 13:05
Paşinyan yolüstü bazardan əncir və doşab aldı... - VİDEO
3-08-2024, 13:00
Jurnalistika qabiliyyət imtahanı ləğv olunmalıdır - Ekspertlərdən ziddiyyətli yanaşma
3-08-2024, 12:57
Drakon azadlıqda: İlk açıqlamasını verdi! - "Bu da bir həyat sınağı oldu..."
3-08-2024, 12:55
“Çəkilmərəm” deyən Kamran Əsədov geri çəkildi - BƏS NƏ OLDU?..
3-08-2024, 12:53
ABŞ-dan Haniyənin ölümü ilə bağlı ETİRAF
3-08-2024, 12:47
Süleyman Mikayılovun Ümid qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
3-08-2024, 12:30
Bakıda həbs edilən ukraynalı milyarder və kriminal avtoritet Oleq Bakinskinin nədə ittiham olunduğu məlum olub
3-08-2024, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru