![Cəbrayılda su təchizatı ilə bağlı 3 milyonluq tenderə Cəbrayılda su təchizatı ilə bağlı 3 milyonluq tenderə](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1720777213_888.png)
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azərsutəchizattikinti” ASC olub.
Qalib şirkətlə 2 560 615 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azərsutəchizattikinti” ASC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 24 442 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirzəcan Xəlilov Mirzəmməd oğludur. Hüquqi ünvanı AZ5401, Sabirabad Rayonu, Şəhriyar, ev 35 ünvanında yerləşir.