![Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransı keçiriləcək Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransı keçiriləcək](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1720775647_0001.jpg)
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin 03 iyul 2024-cü il tarixli
iclasında Cəmiyyətin mövcud fəaliyyəti, görülən işlər, problemlər, nöqsanlar və müzakirəsi
vacib olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda AQC-nin İdarə Heyətinin 9
üzvündən 7-sinin (5-i təsisçi olmaqla) qərarı ilə növbədənkənar konfransın keçirilməsi zəruri
hesab edilib. Bu barədə Dia-az.İnfo-ya qurumdan xəbər verilib.
Daha sonra konfransın keçirilməsi ilə bağlı 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Konfransın 19 iyul 2024-cü tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
Hazırda Təşkilat Komitəsi tədbirin təşkili ilə bağlı müvafiq hazırlıq işlərini həyata keçirir.