Gədəbəydə Qarabağ Qazisini nə eşidən var... nə də dinləyən... .....                     `Bazarstore`un satdığı məhsuldan xəbəri yoxdur... .....                     Ramin İsayev dövləti rəsmən qarət edibmiş... .....                     10 günlük DİSTANT TƏHSİL: nə itirəcəyik? .....                     AZAL-a bağlı sığorta şirkəti əsas səhmdarın binasına köçdü .....                     NTV Palata ilə HAQQ-HESAB ÇƏKƏCƏK? .....                     Alyaska yeni toqquşma meydanıdır .....                     AYNA ilə `Azparkinq`-in YENİ HOQQASI... .....                     Talıbovlar KÖLGƏYƏ ÇƏKİLİR .....                     İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir .....                     Blinken İranın 24 saat ərzində İsrailə hücum edə biləcəyini bəyan edib .....                     Rusiya ABŞ-la anlaşdımı? .....                     Sülh Zəngəzur dəhlizində ilişib .....                     Qırmızı bayraq qaldırıldı: Hücum necə başlayacaq? .....                     Türkiyə 3 günə 6 milyard itirdi .....                     “İnadkarları” ram etmək: Avropa İttifaqı Macarıstana təsir edə bilərmi? .....                     Bu gün Azərbaycan Hərbi Donanması Günüdür .....                     Mətanət İsgəndərlinin makiyajsız halı: .....                     ŞOK! İran Haniyənin qətlini Azərbaycanla bağlamağa başlayır? .....                     Qərbin ayırdığı paralar erməniləri xilas etməyəcək .....                     Mənzil bazarında qiymət artımı davam edəcək? .....                     Vətən müharibəsi qəhramanı bu dairədən deputatlığa namizəd oldu .....                     Ermənistan yardım istədi, İran Qafanda mərkəz qurur .....                     “Taksi islahatı”nın bəhrəsi: işsizlik, gizli fəaliyyət, büdcəyə ziyan .....                     Seyidov niyə indi Naxçıvanda komandan oldu? .....                     Fransa kanalı ermənidən artıq ermənilik edir .....                     Harris Trampa "yox" dedi: .....                     "Ermənilər müsabiqədə bizə səs verilməsinə mane oldular" .....                     “Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...” .....                     Olan-qalan turist də Bakını seçir... .....                     Dövlət qurumu təmizlik işlərini bu şirkətə .....                     Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb .....                     Ermənistandan olan qanunvericilər Venesuelanın yeni seçilmiş prezidentini hədələyir .....                     "Heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır" .....                     “Mossad” Haniyəni öldürmək üçün İran kəşfiyyatçılarını işə götürüb .....                     "Azərbaycana qarşı döyüşmüş hərbi əsirlər kiminsə sözü ilə buraxıla bilməz" .....                     Ukrayna-Rusiya dialoqu baş tutacaqmı? .....                     “Azərenerji”nin yarım milyondan çox dəyəri olan tederinin .....                     Hakimiyyət mətbuata səsləndi: .....                     Deputatlığa namizədlərə qadağa qoyuldu .....                 

“Pullar yeyilmək üçün ayrılıb, təhsil almaq üçün deyil” - FAKT BUDUR!
Tarix: 12-07-2024, 10:50 | Çap et
“Pullar yeyilmək üçün ayrılıb, təhsil almaq üçün deyil”
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təhsil şəbəkəsinə 100 milyon dollar yatırım etdiyi məlum olub.

Mətbuatda dərc olunan məlumatda deyilir ki, ARDNF “GEMS Education” beynəlxalq təhsil şirkətinə yatırımı investorlar konsorsiumunun üzvü olaraq edib.

Qeyd edilib ki, Fondun yatırım etdiyi “GEMS Education” 12 illik təhsil üzrə dünyanın ən böyük və qabaqcıl özəl təhsil müəssisələri şəbəkəsinə malikdir.

Şirkət 1959-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb.

Hazırda Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada məktəbə malik olan bu özəl təhsil şəbəkəsində dünyanın 176 ölkəsindən 170 min şagird təhsil alır.

Şirkətin əhəmiyyətli dərəcədə böyük bazar payına malik olduğu BƏƏ-də yerləşən 40-dan çox məktəbində 135 mindən çox şagird təhsil alır.

Sözügedən investisiya ARDNF-nin Yaxın Şərqə birbaşa olaraq etdiyi ilk yatırımdır.

ARDNF təhsil mərkəzinə yatırımını belə izah edib: “Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksək keyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir”.

Bəs təhsil ekspertləri nə deyir?

Təhsil eksperti Elçin Əfəndi bu yatırımın əhəmiyyətli olduğunu deyir.

O, Meydan TV-yə bildirib ki, bu, Azərbaycan üçün yeni perspektivlər yarada bilər:

“Bu yatırım itən pul deyil. Bu kimi layihələri təkcə ARDNF deyil, dünyanın neft hasilatı ilə məşğul olan bir çox ölkələri də edir. Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada bu kimi yatırımları görürük. Burada dünya şəbəkəsinə daxil olan təxminən 175 ölkədən 170 minə yaxın şagirdin təhsilinə yatırım olunur. Həmin şagirdlər də gələcəkdə yenə də bu istiqamətdə fəaliyyət göstərən ölkələrin ümumi istehsalatına xidmət edirlər”.

“Pullar yeyilmək üçün ayrılıb, təhsil almaq üçün deyil”

Təhsil eksperti Nabatəli Qulamoğlu isə Meydan TV-yə deyir ki, öncə ölkədə daxilində təhsilə təkan verilməli, yatırım edilməlidir:

“Aydın məsələdir ki, təhsil bu dövlət üçün əhəmiyyətsizdir. Sizi inandırım, 100 milyon dolların 80 faizi “yeyilib”. Pullar yeyilmək üçün ayrılıb, təhsil almaq üçün deyil. Bu rejimə təhsilli adam lazım deyil. Çünki təhsilli adam hüququnu, mübarizə aparmağın yollarını bilir. Lev Tolstoyun çox sevdiyim bir ifadəsi var. O, maarif nazirinə məktubunda yazır: “Hər bir avtoritar hökumət yaxşı başa düşür ki, kreslosunda nadanlığın hesabına oturur. Ona görə də təhsilə həmişə əyri baxır. Bəzən el gözünə guya təhsili düzəldir deyə onu əlinə alır, amma hirsindən elə sıxır ki, təhsilin suyu çıxır”. Bu hökumət də təhsillə düşməndir. Təhsilə ayırdığı 4 milyard 600 milyon manatı da vermir”.

Xaricdə oxuyan azərbaycanlı tələbələr narazılıq edirlər…

Xaricdə oxuyan bir neçə azərbaycanlı tələbə isə bu yatırımı kəskin reaksiya ilə qarşılayıb.

Azərbaycan Tibb Universitetinin əczaçılıq ixtisası üzrə bakalavr olan Vasif Məhərrəmli hazırda təhsilini Almaniyanın Yena Fridrix Şiller Universitetində kimya və biologiya ixtisası üzrə davam etdirir.

Onun sözlərinə görə, Azərbaycanda aldığı təhsil Almaniya təhsilindən çox geridədir:

“Hansısa özəl universitetə 100 milyon dolların ayrılması və cəmiyyətimizdə buna reaksiya verilməməsi məni çox məyus etdi. Azərbaycanda təhsilin ciddi problemlərinin olduğunu düşünürəm. Təbii ki, problemlər başqa sahələrdə də var. Amma hər şey təhsildən başlayır. Təhsil bu millətin gələcəyidir. Hələ Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində oxuyanda məndə belə bir təəssürat vardı ki, təhsildə natamamlıq var, düzgün təhsil verilmir. Səbəb isə bu idi ki, bizə – bütün fakültələrə 70-80-ci ildən, sovetdənqalma kitablardan dərslər keçirilirdi. Son otuz ildə elm sürətlə inkişaf edir, hətta iki və daha çox sahənin sintezindən yeni elmlər yaranır, Azərbaycanda isə bunlar yoxdur. BƏƏ-də özəl bir universitetə 100 milyon dollar vəsait ayıran hökumət, bizə təhsil aldığımız dövrdə niyə beşcə milyon manat ayırmadı? Niyə universitetlərində laboratoriyalar qurmadı?”

“Burada Azərbaycandan gətirdiyimiz biliklər yetərsizdir”

Vasif Məhərrəmli deyir ki, Azərbaycanda aldığı bakalavr təhsili Almaniyada yetərli hesab edilmir:

“Burada Azərbaycandan gətirdiyimiz biliklər yetərsizdir. Almanlar və digər Avropa ölkələrindən gələn tələbələrdən çox geridəyik. Problemlərdən biri də odur ki, bioloji sahələr üzrə nəzəri və praktiki biliklərdə çox geridəyik. Azərbaycan Tibb Universitetində laboratoriya cihazları yox idi. Burada isə hər korpusda laboratoriya var və lazımi cihazlarla təchiz olunub. Bir ay əvvəl universitetimizdə 55 milyon avroya ən son avadanlıqlarla tam təchiz olunmuş yeni tədqiqat korpusu açıldı. Məqsəd batareya tədqiqatlarında dünyadan dala qalmamaq və araşdırmalara tez bir zamanda qoşulmaqdır”.

“Azərbaycan isə təhsildən başqa hər şeyə pul ayırır, hətta dünyanın ən zəngin ölkələrindən birində özəl universitetə “yardım” edir. Azərbaycanda professorlar tanıyıram ki, kimya laboratoriyalarında sintez etdiyi maddələri analiz etmək üçün nümunələri cibindən pul verib Pakistana, Fransaya, ora-bura göndərirlər. Sonra da aylarla cavab gözləyirlər”, – deyə o qeyd edib.

2018-ci ildə təhsillə əlaqədar Almaniyaya gedən daha bir tələbə isə üzləşdiyi çətinliklərdən danışır.

“Əvvəllər ofisiant işləyirdim”

Lalə Əsədova deyir ki, maddi imkanı olmadığı üçün təhsillə paralel işləmək məcburiyyətində qalıb. Məhz buna görə də ikiillik magistr təshilini dörd ilə tamamlaya bilib:

“Universitetə daxil olandan sonra həm oxuyub, həm də işləmək məcburiyyətində qaldım. Bəzən ay ərzində 80-90 saat işləyirdim. Belə olan halda da təhsilin keyfiyyəti xeyli aşağı düşürdü. Bəzən elə yorulurdum ki, düşünürdüm, eybi yox, təhsilim uzansa da, olar, amma dincəlməyə ehtiyacım var. Əvvəllər ofisiant işləyirdim. Pandemiya başlayandan sonra daha çətin dönəm başladı. İş tapa bilmirdim. Bir müddət mağazada kassir işlədim. Beləliklə, iki ilə bitirməli olduğum magistratura təhsilimi dörd ilə başa vura bildim”.

“Yaxşı olardı ki, Azərbaycan hökuməti xaricdə oxuyan bütün tələbələr üçün daha uyğun proqram hazırlayardı. Hətta ixtisas və universitetindən asılı olmayaraq, hər bir tələbəyə 200-300 avro versəydilər, yaxşı olardı. Çünki imkansız ailələrdən gələn tələbələrin sayı onlarladır”, – deyə azərbaycanlı gənc vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gədəbəydə Qarabağ Qazisini nə eşidən var... nə də dinləyən... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:59
`Bazarstore`un satdığı məhsuldan xəbəri yoxdur... - ETİRAZ
Bu gün, 08:49
Ramin İsayev dövləti rəsmən qarət edibmiş... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:40
10 günlük DİSTANT TƏHSİL: nə itirəcəyik? - AKTUAL
Bu gün, 08:37
AZAL-a bağlı sığorta şirkəti əsas səhmdarın binasına köçdü
Bu gün, 08:34
NTV Palata ilə HAQQ-HESAB ÇƏKƏCƏK? - Hələlik HƏRBƏ-ZORBA GƏLİRLƏR...
Bu gün, 08:31
Alyaska yeni toqquşma meydanıdır - GƏLİŞMƏ
Bu gün, 08:27
AYNA ilə `Azparkinq`-in YENİ HOQQASI... - BU NƏDİ BELƏ?!
Bu gün, 08:25
Talıbovlar KÖLGƏYƏ ÇƏKİLİR - 38 milyon xərc çəkiblər...
Bu gün, 08:20
İsrail İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir
Bu gün, 08:09
Blinken İranın 24 saat ərzində İsrailə hücum edə biləcəyini bəyan edib
Bu gün, 08:08
Rusiya ABŞ-la anlaşdımı? - Görünəni odur ki...
Bu gün, 07:01
Sülh Zəngəzur dəhlizində ilişib - FAKT BUDUR!
Bu gün, 06:57
Qırmızı bayraq qaldırıldı: Hücum necə başlayacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:53
Türkiyə 3 günə 6 milyard itirdi - İnstaqramı blokladığına görə
Bu gün, 06:49
“İnadkarları” ram etmək: Avropa İttifaqı Macarıstana təsir edə bilərmi? - NƏ BAŞ VERİR?
Bu gün, 00:22
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
Bu gün, 00:20
Mətanət İsgəndərlinin makiyajsız halı: - "40 kiloqram arıqladım"
Bu gün, 00:19
ŞOK! İran Haniyənin qətlini Azərbaycanla bağlamağa başlayır? - FOTO
Bu gün, 00:15
Qərbin ayırdığı paralar erməniləri xilas etməyəcək - FAKT BUDUR!
Dünən, 15:16
Mənzil bazarında qiymət artımı davam edəcək? - ARAŞDIRMA
Dünən, 15:12
Vətən müharibəsi qəhramanı bu dairədən deputatlığa namizəd oldu - FOTO
Dünən, 14:34
Ermənistan yardım istədi, İran Qafanda mərkəz qurur - GƏLİŞMƏ
Dünən, 14:26
“Taksi islahatı”nın bəhrəsi: işsizlik, gizli fəaliyyət, büdcəyə ziyan - AKTUAL
Dünən, 13:39
Seyidov niyə indi Naxçıvanda komandan oldu? - “Əlahiddə general”
Dünən, 13:36
Fransa kanalı ermənidən artıq ermənilik edir – Yeni iddia
Dünən, 09:05
Harris Trampa "yox" dedi: - "Oyun oynamağı dayandır"
Dünən, 09:03
"Ermənilər müsabiqədə bizə səs verilməsinə mane oldular"
Dünən, 00:25
“Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...” - partiya sədri
Dünən, 00:22
Olan-qalan turist də Bakını seçir... - AXI NİYƏ?
3-08-2024, 19:00
Dövlət qurumu təmizlik işlərini bu şirkətə - HƏVALƏ ETDİ
3-08-2024, 18:56
Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - DİQQƏT
3-08-2024, 15:19
Ermənistandan olan qanunvericilər Venesuelanın yeni seçilmiş prezidentini hədələyir
3-08-2024, 14:05
"Heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır" - Müdafiə naziri
3-08-2024, 14:02
“Mossad” Haniyəni öldürmək üçün İran kəşfiyyatçılarını işə götürüb - “The Daily Telegraph”
3-08-2024, 14:02
"Azərbaycana qarşı döyüşmüş hərbi əsirlər kiminsə sözü ilə buraxıla bilməz" - HƏQİQƏTƏN DƏ...
3-08-2024, 14:02
Ukrayna-Rusiya dialoqu baş tutacaqmı? - Görünəni odur ki...
3-08-2024, 14:00
“Azərenerji”nin yarım milyondan çox dəyəri olan tederinin - QALİBİ AÇIQLANDI
3-08-2024, 13:56
Hakimiyyət mətbuata səsləndi: - Rusiya ilə münasibətlərə nifaq salmayın!
3-08-2024, 13:51
Deputatlığa namizədlərə qadağa qoyuldu - Bunu edə bilməyəcəklər
3-08-2024, 13:46
Taleh Qaraşov özünə yeni müavin təyin etdi - Onlar vəzifəsindən azad olundu
3-08-2024, 13:42
Həbs edilmiş bankir 13 ay sonra azadlığa buraxıldı - TƏFƏRRÜAT
3-08-2024, 13:11
Elman Rüstəmovu HƏBSƏ APARAN YOL... - Əgər araşdırma aparılarsa...
3-08-2024, 13:07
"Anlamırlar ki, qanun və qaydalar hər birimiz üçündür" - ETİRAZ
3-08-2024, 13:05
Paşinyan yolüstü bazardan əncir və doşab aldı... - VİDEO
3-08-2024, 13:00
Jurnalistika qabiliyyət imtahanı ləğv olunmalıdır - Ekspertlərdən ziddiyyətli yanaşma
3-08-2024, 12:57
Drakon azadlıqda: İlk açıqlamasını verdi! - "Bu da bir həyat sınağı oldu..."
3-08-2024, 12:55
“Çəkilmərəm” deyən Kamran Əsədov geri çəkildi - BƏS NƏ OLDU?..
3-08-2024, 12:53
ABŞ-dan Haniyənin ölümü ilə bağlı ETİRAF
3-08-2024, 12:47
Süleyman Mikayılovun Ümid qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
3-08-2024, 12:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru